Heydor Əliyev siyasoli: TOLERANTLIQ
o birisi başqa ölkədə, çoxu Moskvada toplaşdılar. Yenidən güc
toplayıb bu ilin martında Azərbaycanda bir daha dövlət çevrilişi
etmək istədilər, Azərbaycan Prezidentini məhv etməyə, terror et
məyə çalışdılar. Onun da qarşısını aldıq.
Bilirsiniz ki, qaçmış, gizlənmiş həmin düşmənləri biz son
vaxtlar həbs etmişik, üzə çıxarmışıq. Respublikamıza qəsd edən,
Azərbaycanın müstəqilliyini dağıtmaq istəyən adamların ha
mısının artıq iç üzü açılıbdır və hamısı ədalət məhkəməsi qar
şısında duracaqdır. Onların hamısı tapılıbdır. Bir qismi hələ ələ
keçməyib, onlar da ələ keçəcəklər. Amma o qaçıb gizlənənlər ələ
keçiblər, ifşa olunublar və xalqın ədalət məhkəməsi qarşısında
cavab verəcəklər.
Mart ayındakı çevriliş cəhdinin qarşısını alandan, onlan da
ğıdandan sonra cəmi bir ay keçməmiş, həmin qüvvələr yeni bir
çevriliş hazırlamağa başladılar. Bir həftə bundan qabaq biz bir
qrup yüksək rütbəli zabiti - generalları, zabitləri həbs etmişik.
Onlar Azərbaycanda yenidən çevrilişə cəhd göstərmək yolu tu-
tublar. Onlar - general Vahid Musayev, general Rafiq Ağayev,
general Şahin Musayev, bir sıra polkovniklər və başqaları artıq
ifşa olunublar.
Bu əməlləri edənlər kimlərdir? Özlərinin cürbəcür şəxsi
məqsədləri üçün həmin bu daxildə olub, müxalifətdə duran qü
vvələr, Azərbaycandan qaçıb orda-burda gizlənənlər - Mütəlli
bovdur, Rəhim Qazıyevdir, Surət Hüseynovdur, onların əlaltıla-
rıdır. Ancaq onlar da gedib ayrı-ayrı ölkələrdə satılırlar, qul olur
lar, xalqını sataraq, necə deyərlər, onlara xidmət edirlər, xalqı
ağır vəziyyətə salmaq istəyirlər.
Eşitdiniz ki. Sabunçu rayonundakı körpünü dağıtmaq istəyir
dilər. Bilirsiniz, fürsətdən istifadə edib demək istəyirəm ki, mən
keçən dövrdə Azərbaycanda rəhbər işləyərkən bizim bütün inşa
atçıları bir il yarım səfərbər etdim ki, o körpünü tikək. Sabunçu
rayonundakı körpünü nə üçün tikdik? Yaşlı adamların yadında
olar, hava limanına gedən yolu həmişə oradan keçən elektrik qa
tarı kəsirdi. Yadınızdadırım? Şübhəsiz ki, bu da yolun təhlükə
106
Heydar Əliyev siyjşjli. TOLERANTLIQ
sizliyinə mane olurdu. Yol hərəkətini nizama salmaq üçün biz
oraya böyük vəsait qoyduq. O körpiinü tikdirən də, yaradan da
mənəm. Onun əsasını qoyan da, axıra çatdıran da mənəm. Mən
bunu xalqım üçün, Bakı üçün, Bakının vətəndaşları üçün et
mişəm. Körpünün uzunluğu 600 metrdir. İndi gətirib onun altı
na o qədər partlayıcı maddələr qoyublar ki, körpünü də, ətrafda
olan binaları da dağıtsınlar, insanları da məhv etsinlər. Nə var,
nə var ki, Heydər Əliyevi məhv eləyəcəklər.
Görürsünüz, xəyanətin bundan da artıq dərəcəsini təsəvvür
etmək mümkün deyil. Görürsünüz, xəyanətin sərhədi nə qədər
böyükdür. Bunun da qarşısı alındı. Yenə də deyirəm, təxribatçı,
çevriliş etmək istəyən terrorçu yeni bir qrupun da qarşısı alındı,
alınır və alınacaq. Siz onu bilin, xalqımız, bütün vətəndaşlarımız
da bilsin: biz haqq və ədalət yolu ilə gedirik. Biz xalqımızı bu bə
lalardan qurtarmaq istəyirik. Mən bir Prezident kimi bütün səyi
mi, qüvvələrimi buna sərf edirəm və həyatımın son dəqiqələrinə
qədər sərf edəcəyəm. Heç bir terrorçu, heç bir təxribatçı, heç bir
cinayətkar, heç bir xəyanətkar bizi bu yoldan çəkindirə bilməyə
cəkdir!
Axı mən də insanam, həyatım var, yaşayıram, canlı adamam.
Bəzən düşünürəm ki, əcəba, bu mənim həyatımda bir belə nədir?
Məni öldürmək istəyən də olub, mənə qarşı terror etmək istəyən
də, batırmaq istəyən də olub. Mənim həyatım, tərcümeyi-halım
sizə məlumdur. 1987-ci ildə Moskvada böyük çaxnaşmalardan,
mən istefaya gedəndən sonra başıma nə bəlalar gəldi. Orada
məni əzmək, həbs etmək istədilər, boğmaq istədilər, boğa bilmə
dilər. Gəldim buraya, burada boğmaq istədilər, boğa bilmədilər.
Getdim ucqar bir yerdə, Naxçıvanda üç il yaşadım, orada boğ
maq istədilər, boğa bilmədilər. Xalqın iradəsi ilə iki ildir bura
ya gəlmişəm. Mən buraya özüm gəlməmişəm, xalqın iradəsinə
görə gəlmişəm. Əcəba, nə cür olur ki, bir belə xəyanətkar, bir
belə terrorçu, bir belə qəsd edənlər öz istəklərinə nail ola bilmir
lər? Allah qoruyur {Yerdm soshr: Əziz Prezident, sizi Allah qoruyur,
bundan sonra da qoruyacaqdır. Heydər Əliyev, xalq sizin arxanızdadır.
107
Siz
,7
qəsd elm ək istəyənlərə ar olsun! Xəyanətkarlara, satqınlara ar
olsıııı).
Mənim əzizlərim, ona görə də mən arxayınam. Arxayınam ki,
əməli salehliyimə, xalqıma sədaqətimə, mənəviyyatıma görə Al
lah-Taala məni qoruyub, qoruyur və axıra qədər qoruyacaqdır!
Mən də sizə, xalqıma, Azərbaycan müsəlmanlarına xidmət et
məyi özümə ən böyük, şərəfli vəzifə hesab edirəm. Mənim həya
tımın mənası budur. Həyatımın başqa mənası yoxdur. Mən belə
yaşamışam, belə yaşayıram, belə yaşayacağam!
Mən dedim ki, tarix boyu azərbaycanlıların, müsəlmanların
həyatına İslam dini həmişə dayaq olubdur, bu gün də, gələcəkdə
də dayaqdır. Bu gün, Həzrət Məhəmməd peyğəmbərin Mövlud
günü sizi təbrik edərək əmin olduğumu bildirmək istəyirəm ki,
biz həmişə bu dayağa istinad edəcəyik. Ancaq respublikamızın
bu dövründə hamı çalışmalıdır ki, xalqımız birləşsin, xalqımız
daha da bərabər, sıx olsun. Biz azərbaycanlılar, biz Azərbaycan
müsəlmanları dərk etməliyik ki, həyatımızın ən mürəkkəb və
həlledici bir mərhələsini yaşayırıq. Ona görə də həm xarici düş
mənlərin qarşısını almaq üçün, ölkəmizin müstəqilliyini əlindən
almaq istəyən qüvvələrin qarşısını almaq üçün, həm də onların
kölələrini, qullarını, Azərbaycanın içərisində satqınlıq edib onla
ra xidmət edənləri ifşa etmək üçün hamımız birləşməliyik, hamı
mız əl-ələ verməliyik.
Məhəmməd peyğəmbərin bu Mövlud günü mən Azərbaycan
xalqını, bütün Azərbaycan vətəndaşlarını birliyə, vəhdətə dəvət
edirəm və sizin hamınıza səadət, xoşbəxtlik arzu edirəm!
Heydər Əliyev siyasəti: T O L E R A N T L I Q _________________
108
Heydor Əliyev siyasoti: TOLERANTLIQ
AZƏRBAYCAN YƏHUDİ İCMASINA
Əziz həmvətənlər!
Respublikamızın bütün yəhudi vətəndaşlarını Roş-Ha-Şaııa yə
hudi təqvimi ilə təzə il münasibətilə ürəkdən təbrik edirəm. Bu qə
dim bayram dünya yəhudiləri üçün təkcə yeni ilin başlanğıcı deyil,
həm də insanların etiraf və tövbə, paklaşma və yeniləşmə çağıdır.
Bu bayram münasibətilə yəhudi qardaş və bacılarımıza cansağ
lığı, xoşbəxtlik, səadət diləyir, ölkəmizdə milli həmrəyliyin daha
da möhkəmləndirilməsi, doğma evimiz - suveren Azərbaycanın
çiçəklənməsi naminə hamılıqla səyləri artırmağı arzulayıram.
Allah eləsin - təzə il əmin-amanlıq, şad xəbərlər, gerçəkləşən
xoş arzular ili olsun!
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
25 sentyabr 1995-ci il
109
Dostları ilə paylaş: |