Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Heydor Əliyev siyasati: TOLERANTLIQ



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə36/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   ...   32   33   34   35   36   37   38   39   ...   112

Heydor Əliyev siyasati: TOLERANTLIQ
lətlər  Təşkilatının  Baş  katibi  Kofi  Annan  ilə  görüşüb  söhbətlər 
aparmışam.  Kütləvi informasiya orqanlarının nümayəndələri ilə
görüşmüşəm.
Qarşıda  çox  maraqlı  görüşlərim  vardır.  Ancaq  bütün  bu  gö­
rüşlər içərisində bu gün, bu axşam Nyu-Yorkda sizinlə, Amerika 
Birləşmiş  Ştatlarında  yaşayan  Yəhudi  İcmalarının  Prezidentlə­
ri  Konfransı  Təşkilatının  nümayəndələri  ilə  görüşmək  mənim 
üçün çox xoşdur və əhəmiyyətlidir.
Siz  mənə  böyük  diqqət  göstərmisiniz  və  bu  gün  buraya  top- 
laşmısınız.  Belə  anladım  ki,  sizin  bəziləriniz  Nyu-Yorkda  yaşa­
mırsınız,  Amerika  Birləşmiş  Ştatlarının  ayrı-ayrı  şəhərlərində 
yaşayırsınız və zəhmət çəkib buraya gəlmisiniz. Bu mənim üçün 
çox  böyük  diqqət  və  hörmətdir.  Buna,  bu  görüşə,  ziyafətə  görə 
sizə təşəkkür edirəm. Sizin hamınızı, ayrılıqda hər birinizi Azər­
baycana dəvət edirəm.
Burada  deyildiyi  kimi,  Azərbaycan  kiçik  bir  ölkədir,  onun 
əhalisi  Nyu-Yorkun  əhalisinə  bərabərdir.  Ancaq  Azərbaycan 
müstəqil  ölkədir.  Azərbaycan  xalqı  böyük  və  zəngin  tarixə  və 
çox qədim  mədəniyyətə, ənənələrə malik bir xalqdır, ölkədir.
Ölkəmizdə  azərbaycanlılarla  yanaşı,  bir  çox  digər  millətlərin 
nümayəndələri  də  yaşayırlar.  Azərbaycan  həmişə  çoxmillətli  bir 
ölkə olubdur,  bu gün  də çoxmillətli  bir ölkədir.  Biz bunu  ölkəmi­
zin üstünlüyü hesab edirik. Biz Azərbaycam heç vaxt təkmillətli bir 
dövlətə çevirmək  fikrində olmamışıq. Ona görə  də Azərbaycanda 
yaşayan  insanlar  milliyyətindən  asılı  olmayaraq  həmişə  bərabər­
hüquqlu  olmuşlar.  Azərbaycanda  bu  gün  də  bütün  başqa  millət­
lərə məxsus olan, yaşayan insanlar da respublikamızın vətəndaşla­
rıdır və ölkəmizdə eyni hüquqlara malikdirlər.
Azərbaycanda  yəhudilər  də  çox  qədim  dövrdən  indiyədək 
yaşamışlar  və  yaşayırlar.  Onlar  Azərbaycanın  vətəndaşlarıdır 
və  Azərbaycan  onlar  üçün  doğma  vətəndir.  Yəhudilər  respub­
likamızın  ictimai-siyasi,  iqtisadi  həyatında  daim  iştirak etmişlər 
və bu  gün sizə bildirmək istəyirəm ki, xalqımızın, Azərbaycanın 
milli  mədəniyyətinin,  iqtisadiyyatının,  səhiyyəsinin  inkişafında
158
Heydər Oliyev siyas.Mi: TOLERANTLIQ
yəhudi  millətinə  mənsub  Azərbaycan  vətəndaşlarının  xidməti 
çox  olmuşdur.  XIX  əsrin  ikinci  yarısında,  XX  əsrin  əvvəlindən 
indiyədək Azərbaycanın elmində,  mədəniyyətində,  iqtisadiyya­
tında,  ali  təhsilində  xidmət  göstərən  insanların  fəaliyyətini  biz 
xüsusi  qeyd  edirik.  Onlar  Azərbaycan  xalqının  həyatında  çox 
böyük faydalar vermişlər. Onlar bizim üçün  həmişə əzizdirlər.
Yəhudi  millətindən  olan  böyük  alimlər,  mədəniyyət,  musiqi 
xadimləri,  həkimlər,  səhiyyə  sahəsində  çalışan  böyük  insanlar 
Azərbaycanda çox olmuşlar,  onlar həmişə xalqımızın hörmət və 
ehtiramını qazanmışlar.
Son  illər  sərhədlər  açılandan,  insanlara  sərbəstlik  veriləndən 
sonra  yəhudi  millətindən  olan  Azərbaycan  vətəndaşlarınm  bir 
qismi başqa  ölkələrə,  o cümlədən  İsrailə, Amerika  Birləşmiş Ştat­
larına  və digər yerlərə getmişlər. Ancaq biz bilirik ki, onlar Azər­
baycanı heç vaxt unutmamışlar, vaxtaşırı respublikamıza gəlirlər, 
xalqımızın  ənənələrini  o  ölkələrdə  yayırlar,  təbliğ  edirlər.  Hiss 
edirik ki, onlar çox zaman Azərbaycan üçün darıxırlar.
Mən bilirəm  ki,  İsraildə respublikamızdan getmiş Azərbaycan 
vətəndaşları -  yəhudilər böyük bir Azərbaycan icması təşkil edib­
lər.  Hətta  orada  Bakı  adını  daşıyan  küçələr,  restoranlar  və  Bakı­
nın, Azərbaycanın adını daşıyan çox gözəl müəssisələr vardır.
Bildirmək  istəyirəm  ki,  Azərbaycanın  çox  böyük,  maraqlı  sər­
vətləri vardır. Onlardan biri də dadlı yeməkləridir. Azərbaycandan 
getmiş  yəhudilər  bu  yeməkləri  başqa  ölkələrdə,  xüsusən  İsraildə 
çox geniş təbliğ edirlər. İş belə getsə, bir müddətdən sonra israillilə­
rin əksəriyyəti Azərbaycan xörəkləri yeməyə başlayacaqdır.
Azərbaycanda  yaşayan  yəhudilərdən  bir  nəfər  nümayəndə 
heyətimin  tərkibində  mənimlə  buraya  gəlibdir.  Ancaq  o,  indi 
Amerikanın vətəndaşıdır, Kaliforniyada yaşayır. O, Azərbaycan­
da  doğulub,  təhsil  alıb,  orada  yaşayıbdır.  Azərbaycanda  mədə­
niyyət  sahəsində  xidmətlər  göstərib,  bizim  dilimizi  təmiz,  ədə­
biyyatımızı yaxşı bilir. O bu yaxınlarda Bakıya gəlmişdi, mənim­
lə  görüşdü.  Mən  onu  nümayəndə  heyətinin  tərkibində  buraya, 
Amerika  Birləşmiş  Ştatlarına  gətirmişəm.  Onun  adı  Aleksandr 
Qriçdir, burada oturubdur.
159


Hovdor Əlivov siyosoti: TOLERANTLIQ
Azərbaycan ilə İsrail arasında əlaqələr dostluq əlaqələridir. Biz 
bu  əlaqələri  gündən-günə  inkişaf  etdiririk.  Mən  bu  son  illərdə, 
qısa  müddətdə İsrailin keçmiş baş naziri mərhum  İshak Rabinlə, 
keçmiş baş naziri Şimon  Pereslə görüşlər keçirmişəm,  danışıqlar 
aparmışam.  Keçən  ilin  dekabr  ayında  mən  Lissabonda  olarkən 
İsrailin  indiki  baş  naziri  cənab  Netanyahu  ilə  görüşmüşəm.  Biz 
onunla məktublaşırıq. Mən ona məktub göndərmişdim. Mən bu­
raya  gəlməmişdən  bir neçə gün  əvvəl o mənə məktub göndərib­
dir.  Bu  ölkənin  həm  Prezidenti,  həm  də  Baş  naziri  məni  İsrailə 
dəvət ediblər.  Mən bu  dəvəti  məmnuniyyətlə qəbul  etmişəm  və 
yaxın vaxtlarda  həyata  keçirəcəyəm.
Hesab  edirəm  ki,  İsrailin  Azərbaycandakı  səfirliyi  çox  yaxşı 
fəaliyyət  göstərir.  Onların  Azərbaycanda  işləmələri  üçün  hər 
cür şərait  yaradılıbdır.  Mən  İsrailin  respublikamızdakı  səfiri  ilə 
dəfələrlə görüşmüşəm,  lazım  olan  vaxtlarda  onu  qəbul  edirəm. 
Azərbaycanın  İsraildə səfirliyinin açılması haqqında qərar qəbul 
olunacaqdır.  Yaxın  vaxtlarda  Azərbaycanın  İsraildə  səfiri  təyin 
ediləcəkdir.
Amerika  Birləşmiş Ştatlarında  Yəhudi  Təşkilatları  Prezident­
ləri  Konfransı  Təşkilatını  mən  çox  əhəmiyyətli  bir  təşkilat  kimi 
yüksək qiymətləndirirəm.  Bilirəm  ki,  bu konfrans,  icmalar Ame­
rikada  böyük  nüfuza  malikdir.  Onlar  çox  gərəkli  işlər  görürlər, 
böyük  imkanlara  malikdirlər.  Hesab  edirəm  ki,  Azərbaycan  ilə 
Amerikadakı  Yəhudi  İcmaları  Prezidentləri  Konfransı  Təşki­
latı  arasında  əlaqələr  yaranır.  Mən  bu  əlaqələrin  bundan  sonra 
da  davam  etməsinin  tərəfdarıyam.  Güman  edirəm  ki,  biz  yaxşı 
əməkdaşlıq edə bilərik.
Biz Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizi gündən-günə in­
kişaf etdirmək  istəyirik. Amerika  Birləşmiş Ştatlarını Azərbaycana 
dost bir ölkə kimi qəbul edirik. Mənim buraya rəsmi səfərim zama­
nı  bu  əlaqələrin  inkişaf etdirilməsi  üçün  danışıqlar  aparılacaq  və 
hökumətlərarası  bəzi  sənədlər imzalanacaqdır.  Amerika  Birləşmiş 
Ştatları  ilə Azərbaycan  arasındakı  əməkdaşlıqda  Amerikanın  neft 
şirkətlərinin  respublikamızda  müştərək  iş görməsi  xüsusi  yer  tu­
160
tur.  Bu  şirkətlər -   "AMOKO",  "Pennzoyl",  "Eksson",  "Yunokal", 
"Makdermott" şirkətləri Azərbaycanda mövcud olan müqavilələr­
də  iştirak  edirlər.  "Şevron"  və  "Mobil"  şirkətlərinin  də  Azərbay­
canda  müştərək  iş  görməsi  üçün  bu  günlərdə  müqavilələr  imza­
lanması nəzərdə tutulur. Ancaq Azərbaycanda bu şirkətlərlə yana­
şı, bir çox digər şirkətlər də fəaliyyət göstərirlər.
Amerikanın  bu  şirkətlərinin  hamısı  Azərbaycanın  Xəzər  dəni­
zində olan neft yataqlannın müştərək işlənməsində iştirak edir.
İndiyədək  imzaladığımız  müqavilələrə  görə  Azərbaycana 
qoyulacaq  30  milyard  dollarlıq  sərmayədən  8  milyard  dolları 
Amerika  Birləşmiş  Ştatları  şirkətlərinin  üzərinə  düşür.  Bu,  işin 
başlanğıcıdır.  İmzalanması  nəzərdə tutulan  müqavilələr bu  işlə­
ri  genişləndirəcək  və ölkəmizə qoyulan  sərmayələrin  miqdarını 
xeyli artıracaqdır.
Bizim  imzaladığımız  müqavilələrin  müddəti  təxminən  30  il­
dir.  Hesab edirəm  ki,  bu 30  il  birinci  mərhələdir, biz 30  ildən  də 
sonra  bir neçə  onilliklər ərzində  əməkdaşlıq edəcəyik.  Beləliklə, 
Amerika Birləşmiş Ştatları Azərbaycanda çox böyük iqtisadi ma­
raqlar əldə edir.  Biz bu  iqtisadi  marağı  təmin etməyə çalışırıq.
Bir faktı  da  qeyd etmək istəyirəm. Azərbaycanda  dünya stan­
dartına  uyğun  olan bir otel  var.  Biz keçmiş oteli  bu  otelin  sahibi 
olan  "Hyatt  Recency"  şirkətinə  vermişik.  Bu  şirkət  həmin  oteli 
Azərbaycanda  işlədir.  Beləliklə, bu şirkət də Azərbaycana gəlib­
dir. Bu  faktı ona görə xatırlatdım ki, mən buraya gələndə dedilər 
ki,  bu,  "Hyatt Regency" şirkətinin otelidir.  Mən sizə demək  istə­
yirəm ki,  Bakıda, Azərbaycanda da belə bir otel var. Respublika­
mıza  gəlsəniz, onu  görəcəksiniz.
Azərbaycanın  qarşısında bir çox böyük problemlər vardır.  Bu 
problemlərdən  biri  də  Ermənistan-Azərbaycan  münaqişəsidir. 
Bildiyiniz  kimi,  Ermənistan silahlı  qüvvələri  Azərbaycana  hərbi 
təcavüz edibdir.  Ermənistan Azərbaycanın  tərkibində olan  Dağ­
lıq Qarabağ vilayətini öz əlinə keçirib, onu Ermənistana birləşdir­
mək niyyəti güdərək bu hərbi təcavüzü edibdir. Həmin münaqişə 
1988-ci  ildə başlanıbdır.  Bu hərbi  təcavüzün  nəticəsində çox qan
______________________________________________ Heydnr Əliyev siyasoli: TOUiRAN TUQ
161


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə