Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Hey dor Əliyev siyasəti: TOLERANTLIQ



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə35/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   ...   31   32   33   34   35   36   37   38   ...   112

Hey dor Əliyev siyasəti: TOLERANTLIQ
mağa çalışmışlar, maneçiliklər törətmişlər və indi do törədirlər. 
Ancaq  biz  bunların  hamısının  öhdəsindən  gəlmişik  və  gələ­
cəyik,  hamısının  qarşısını  almışıq  və  alacağıq.  Azərbaycanın 
müstəqil  yaşaması,  Azərbaycanın  milli  azadlığı,  xalqımızın  öz 
taleyinin  sahibi  olması,  özünün  milli-mənəvi,  dini  dəyərlərinə 
sahib  olması  tarixi  bir  hadisədir.  Bu,  çoxəsrlik  tariximizdə  bi­
zim  əlimizdə  böyük  bir  fürsətdir,  böyük  bir  tarixi  mərhələdir. 
Biz  bunu  qiymətləndirməli,  bu  tarixi  nailiyyətimizi  qoruyub 
saxlamalıyıq.
Ancaq  təəssüflər  olsun  ki,  bunun  əksinə  olan  qüvvələr  də 
var.  Daxilimizdə  də var,  eyni  zamanda,  Azərbaycanın  müstəqil 
dövlət kimi  yaşamasını  istəməyən  xarici  qüvvələr də var. Çünki 
Azərbaycan çox mühüm coğrafi-siyasi mövqeyə malik olan döv­
lətdir, ölkədir, torpaqdır. Azərbaycan zəngin təbii sərvətlərə ma­
lik  olan  ölkədir.  Azərbaycan  xalqının  çoxəsrlik,  şanlı  tarixi  var. 
Azərbaycanın  əsrlərdən-əsrlərə  yaranmış,  dünya  miqyasında 
özünəməxsus  yer  tutmuş  zəngin  mədəniyyəti,  elmi  var.  Bunlar
152
Hevdor Əliyev siyasoti: TOLERANTLIQ
Azərbaycana düşmən olan xarici qüvvələrin gözünə ox kimi ba­
tır.  Bizə  keçmiş illərdə,  əsrlərdə  düşmən  olan  qüvvələr yenə də 
öz niyyətlərindən əl çəkmirlər.
Ona görə də Azərbaycanın milli azadlığının, dövlət müstəqil­
liyinin  qorunub  saxlanması  mürəkkəb  məsələdir,  çətin  bir və­
zifədir. Heç kəs düşünməsin ki, bunlar asanlıqla hasil olan nai­
liyyətlərdir.  Bu,  asan deyildir. Çünki yenə də deyirəm,  təəssüf­
lər  olsun  ki,  ölkəmizə  mənfi  münasibət  göstərən  qüvvələr  az 
deyildir. Təəssüflər olsun ki, xalqımızın, millətimizin içərisində 
də öz şəxsi  mənafeləri  naminə  millətin, xalqın umunu  mənafe­
yini  qurban  verən  və  qurban  verməyə  hazır  olan  qüvvələr  də 
var. Ancaq bilin, əmin olun, biz bu çətin vəzifələri yerinə yetiri­
rik,  bütün bu  çətinliklərin  öhdəsindən gəlirik və bundan sonra
da gələcəyik. 
. . .
Bütün  bu  nailiyyətlərin  əldə  olunmasında  xalqın  həmrəy  iyi, 
ümummilli  birliyi,  xalqın  müstəqillik,  azadlıq  amallarına  sa­
diqliyi  və  Azərbaycan  dövlətinin,  onun  Prezidentinin  apardığı
153


НеуЈлг Əliyev sjyjMli: TOLERANTLIQ
siyasətə  dəstək  verməsi  bizim  bütün  nailiyyətlərimizin  əsasını 
təşkil  edir.  Bu  baxımdan  Azərbaycanın  müsəlmanlarının,  yəni 
din xadimlərinin, din ocaqlarının da bu dövrdə, çətin mərhələdə 
Azərbaycan  dövləti  ilə  əməkdaşlıq  etməsi,  onun  daxili  və  xari­
ci  siyasətini,  apardığı  tədbirləri  öz vasitələri  ilə  təbliğ etməsi  və 
bunlara dəstək verməsi bizim üçün böyük dayaqdır.
Mən  Azərbaycanın  ümummilli,  ümumxalq  birliyi  deyərkən 
bütün  qüvvələrin  hamısını  nəzərdə  tuturam.  Bu  gün  demək 
istəyirəm  ki,  bu  qüvvələr -  ümumi  birliyi,  həmrəyliyi  yaradan 
qüvvələr  Azərbaycanda  tam  əksəriyyəti  təşkil  edir.  Buna  zidd 
olan,  yaxud  təxribatçılıqla,  terrorçuluqla,  cürbəcür  düşmənçi­
lik  meyilləri  ilə yaşayan, yaxud  o cinayətləri  etmək  istəyən  qü­
vvələr  azdır,  çox  azdır.  Amma  onlar  cinayətkardırlar  və  gün­
dən-günə ifşa edilirlər,  məhv olunurlar.  Məhz xalqın nifrəti on­
ları  bizim  cəmiyyətdən  tamamilə vurub çıxarır və təcrid edir.
Ona  görə  də  bu  gün,  bu  müqəddəs  gündə,  bayram  günün­
də,  bu  müqəddəs yerdə  mən  sizi  və bütün Azərbaycan  xalqını 
əmin edirəm  ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa  olun­
ması yolunda biz gecə-gündüz çalışırıq və çalışacağıq. Əminəm 
ki,  işğal  edilmiş torpaqlarımız azad olacaq, Azərbaycanın  ərazi 
bütövlüyü  təmin  ediləcək,  didərgin  düşmüş  vətəndaşlarımız 
öz yerinə-yurduna  dönəcəklər və Azərbaycanın suverenliyi  ta­
mamilə  təmin  olunacaqdır.  Mən sizi  əmin  edir və  inanıram  ki, 
Azərbaycanın dövlət müstəqilliyi, milli azadlıq prinsipləri gün- 
dən-günə  möhkəmlənəcək  və  güclənəcəkdir.  Dövlət  müstəqil­
liyimizi sarsıtmaq istəyən heç bir qüvvə bundan sonra da bizim 
qarşımızı  ala bilməyəcəkdir.
Mən  əminəm  ki,  tutduğumuz  yolla,  Azərbaycanda  hüquqi, 
demokratik,  dünyəvi  dövlət  quruculuğu  yolu  ilə  bundan  son­
ra  da  sürətlə,  əzmlə,  cəsarətlə gedəcəyik  və Azərbaycanda  tam 
hüquqi,  demokratik,  insanların  bütün azadlıqlarını  təmin  edən 
dövlət, cəmiyyət yaratmağa nail ola biləcəyik. Azərbaycanın iq­
tisadiyyatında  aparılan  islahatlar  artıq  öz  nəticələrini  verir  və 
bundan  sonra  daha  çox  verəcəkdir.  Bu  islahatlar,  iqtisadiyyat
154
H m lor Oliyev sivasjti: TOLERANTLIQ
155


Но\ dor Əli\vv siyasəti: TOLERANTLIQ
sahəsində apardığımız cəsarətli, ağıllı siyasət və tədbirlər Azər­
baycanın  sosial-iqtisadi  vəziyyətini  yaxın  zamanlarda,  qısa  bir 
müddətdə  müsbət  istiqamətdə  dəyişdirəcək,  insanların  rifah 
halı  gündən-günə  yaxşılaşacaqdır.  Mən  əminəm  ki,  Azərbay­
can  müstəqil,  azad,  demokratik,  hüquqi,  dünyəvi  dövlət  kimi 
Dünya  Birliyində özünə layiq yerini gündən-günə möhkəmlən­
dirəcək  və  Azərbaycanın  dünya  miqyasında  hörməti,  nüfuzu, 
adı  gündən-günə yüksələcəkdir. Mən  buna  əminəm.
Dövlət başçısı  kimi,  mənim üçün başlıca amillərdən biri, əsa­
sı  da odur ki,  indi xalqımız, cəmiyyətimiz birləşib,  cəmiyyətdə, 
xalqda,  millətdə  həmrəylik  hissi  yüksəlib  və  xalqımız,  milləti­
miz, cəmiyyətimiz apardığımız siyasətin  hamısını dəstəkləyir.
Eyni  zamanda,  bu  gün  biz  burada,  vaxtilə  milli  adət-ənənələ­
rimizə,  mənəvi  dəyərlərimizə  edilmiş  cinayət  nəticəsində  dağı­
dılmış  məscidin  yerində  həmin  müqəddəs  binanın  bərpasının 
əsasını qoyuruq. Mən 1994-cü  ildə Qurban bayramı günü buraya 
həm  bu  müqəddəs  yerə  hörmət-ehtiıamımı  bildirmək,  həm  də 
bu  işlərə  təkan  vermək  üçün  gəlmişdim.  Aı tıq  bu  işlər  gedir və 
əminəm  ki,  bundan  sonra  da  gedəcəkdir.  Hörmətli  axund  dedi 
ki,  bu  işlərin görülməsində çətinliklərlə rastlaşırlar, ancaq özləri 
bu çətinliklərin öhdəsindən gəlirlər. Bu, çox gözəldir. Ancaq mən 
bu  gün  elan  edirəm  ki,  bu  məscidin  tikilməsini  və  tezliklə  başa 
çatmasını bir prezident kimi öz şəxsi himayəm altına götürürəm. 
Ona  görə  də  şeyxdən  rica  edirəm  ki,  işlərinizi  gücləndirəsiniz 
və  mənim  tərəfimdən  sizə nə  kimi  yardımlar edilməlidirsə,  tez­
liklə  mənə bildirin  ki,  bu  gün  verdiyim  bəyanatı  sizinlə  birlikdə 
tezliklə həyata  keçirim  və qısa  bir zamandan  sonra  bu  məscidin 
tikilib başa  çatdırılmasına  nail olaq,  yenidən  buraya  toplaşaq  və 
onun açılış  mərasimində birlikdə iştirak edək.
Sizin  hamınızı  bir  daha  təbrik  edirəm.  Həzrət  Məhəmməd 
peyğəmbərin  Mövlud  günü  münasibətilə  təbrik  edirəm.  Sizin 
hamınıza,  bütün  Azərbaycan  müsəlmanlarına,  bütün  Azərbay­
can  xalqına sülh, əmin-amanlıq, səadət arzulayıram.
Allah bütün  işlərinizdə sizə yar olsun! Sağ olun.
156
Hı-vdar Əliyev м м « И : TOLERANTLIQ
ABŞ-dakı YƏHllDİ  TƏŞKİLATLARI 
PREZİDENTLƏRİNİN  KONFRANSI 
TƏŞKİLATI ADINDAN AZƏRBAYCAN 
RESPUBLİKASI  PREZİDENTİNİN 
ŞƏRƏFİNƏ  RƏSMİ  QƏBULDA ÇIXIŞ
Nyu-York,  "Qrnnd lıyyntt" oteli, 28 iyul 1997-ci il
Hörmətli xanımlar və cənablar!
Mən  sizi  səmimi  qəlbdən  salamlayıram.  Bu,  çox  əhəmiyyətli 
görüş üçün sizə təşəkkür edirəm.
Sizə  məlumdur  ki,  mən  Amerika  Birləşmiş  Ştatlarına  Prezi­
dent  cənab  Bili  Klintonun  dəvəti  ilə  rəsmi  səfərə  gəlmişəm.  Bu 
səfər  zamanı  mənim  çox  əhəmiyyətli  görüşlərim  olacaqdır.  Bi­
rinci  növbədə, cənab  Bili  Klintonla,  Amerika hökumətinin digər 
rəhbər vəzifəli  şəxsləri  ilə Konqresdə və başqa yerlərdə çox əhə­
miyyətli  görüşlər keçirəcəyəm.
Bu  gün  bütün  günü  mən  Birləşmiş  Millətlər  Təşkilatında  ol­
muşam.  Mən orada 
B M T  
Təhlükəsizlik Şurasının üzvü olan döv­
lətlərin  daimi  nümayəndələri  ilə  görüşmüşəm.  Birləşmiş  Mil­
157


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə