Heydor Əliyev siyasati: TOLERANTLIQ
lətlər Təşkilatının Baş katibi Kofi Annan ilə görüşüb söhbətlər
aparmışam. Kütləvi informasiya orqanlarının nümayəndələri ilə
görüşmüşəm.
Qarşıda çox maraqlı görüşlərim vardır. Ancaq bütün bu gö
rüşlər içərisində bu gün, bu axşam Nyu-Yorkda sizinlə, Amerika
Birləşmiş Ştatlarında yaşayan Yəhudi İcmalarının Prezidentlə
ri Konfransı Təşkilatının nümayəndələri ilə görüşmək mənim
üçün çox xoşdur və əhəmiyyətlidir.
Siz mənə böyük diqqət göstərmisiniz və bu gün buraya top-
laşmısınız. Belə anladım ki, sizin bəziləriniz Nyu-Yorkda yaşa
mırsınız, Amerika Birləşmiş Ştatlarının ayrı-ayrı şəhərlərində
yaşayırsınız və zəhmət çəkib buraya gəlmisiniz. Bu mənim üçün
çox böyük diqqət və hörmətdir. Buna, bu görüşə, ziyafətə görə
sizə təşəkkür edirəm. Sizin hamınızı, ayrılıqda hər birinizi Azər
baycana dəvət edirəm.
Burada deyildiyi kimi, Azərbaycan kiçik bir ölkədir, onun
əhalisi Nyu-Yorkun əhalisinə bərabərdir. Ancaq Azərbaycan
müstəqil ölkədir. Azərbaycan xalqı böyük və zəngin tarixə və
çox qədim mədəniyyətə, ənənələrə malik bir xalqdır, ölkədir.
Ölkəmizdə azərbaycanlılarla yanaşı, bir çox digər millətlərin
nümayəndələri də yaşayırlar. Azərbaycan həmişə çoxmillətli bir
ölkə olubdur, bu gün də çoxmillətli bir ölkədir. Biz bunu ölkəmi
zin üstünlüyü hesab edirik. Biz Azərbaycam heç vaxt təkmillətli bir
dövlətə çevirmək fikrində olmamışıq. Ona görə də Azərbaycanda
yaşayan insanlar milliyyətindən asılı olmayaraq həmişə bərabər
hüquqlu olmuşlar. Azərbaycanda bu gün də bütün başqa millət
lərə məxsus olan, yaşayan insanlar da respublikamızın vətəndaşla
rıdır və ölkəmizdə eyni hüquqlara malikdirlər.
Azərbaycanda yəhudilər də çox qədim dövrdən indiyədək
yaşamışlar və yaşayırlar. Onlar Azərbaycanın vətəndaşlarıdır
və Azərbaycan onlar üçün doğma vətəndir. Yəhudilər respub
likamızın ictimai-siyasi, iqtisadi həyatında daim iştirak etmişlər
və bu gün sizə bildirmək istəyirəm ki, xalqımızın, Azərbaycanın
milli mədəniyyətinin, iqtisadiyyatının, səhiyyəsinin inkişafında
158
Heydər Oliyev siyas.Mi: TOLERANTLIQ
yəhudi millətinə mənsub Azərbaycan vətəndaşlarının xidməti
çox olmuşdur. XIX əsrin ikinci yarısında, XX əsrin əvvəlindən
indiyədək Azərbaycanın elmində, mədəniyyətində, iqtisadiyya
tında, ali təhsilində xidmət göstərən insanların fəaliyyətini biz
xüsusi qeyd edirik. Onlar Azərbaycan xalqının həyatında çox
böyük faydalar vermişlər. Onlar bizim üçün həmişə əzizdirlər.
Yəhudi millətindən olan böyük alimlər, mədəniyyət, musiqi
xadimləri, həkimlər, səhiyyə sahəsində çalışan böyük insanlar
Azərbaycanda çox olmuşlar, onlar həmişə xalqımızın hörmət və
ehtiramını qazanmışlar.
Son illər sərhədlər açılandan, insanlara sərbəstlik veriləndən
sonra yəhudi millətindən olan Azərbaycan vətəndaşlarınm bir
qismi başqa ölkələrə, o cümlədən İsrailə, Amerika Birləşmiş Ştat
larına və digər yerlərə getmişlər. Ancaq biz bilirik ki, onlar Azər
baycanı heç vaxt unutmamışlar, vaxtaşırı respublikamıza gəlirlər,
xalqımızın ənənələrini o ölkələrdə yayırlar, təbliğ edirlər. Hiss
edirik ki, onlar çox zaman Azərbaycan üçün darıxırlar.
Mən bilirəm ki, İsraildə respublikamızdan getmiş Azərbaycan
vətəndaşları - yəhudilər böyük bir Azərbaycan icması təşkil edib
lər. Hətta orada Bakı adını daşıyan küçələr, restoranlar və Bakı
nın, Azərbaycanın adını daşıyan çox gözəl müəssisələr vardır.
Bildirmək istəyirəm ki, Azərbaycanın çox böyük, maraqlı sər
vətləri vardır. Onlardan biri də dadlı yeməkləridir.
Azərbaycandan
getmiş yəhudilər bu yeməkləri başqa ölkələrdə, xüsusən İsraildə
çox geniş təbliğ edirlər. İş belə getsə, bir müddətdən sonra israillilə
rin əksəriyyəti Azərbaycan xörəkləri yeməyə başlayacaqdır.
Azərbaycanda yaşayan yəhudilərdən bir nəfər nümayəndə
heyətimin tərkibində mənimlə buraya gəlibdir. Ancaq o, indi
Amerikanın vətəndaşıdır, Kaliforniyada yaşayır. O, Azərbaycan
da doğulub, təhsil alıb, orada yaşayıbdır. Azərbaycanda mədə
niyyət sahəsində xidmətlər göstərib, bizim dilimizi təmiz, ədə
biyyatımızı yaxşı bilir. O bu yaxınlarda Bakıya gəlmişdi, mənim
lə görüşdü. Mən onu nümayəndə heyətinin tərkibində buraya,
Amerika Birləşmiş Ştatlarına gətirmişəm. Onun adı Aleksandr
Qriçdir, burada oturubdur.
159