266
dəstəmaz suyu aparır. Azan vaxtı babam yenə Şeyx üçün
dəstəmaz suyu, yemək aparır. Şeyx deyir:
– Babalı, səhər arvadımın üstünə qışqırdığını eşitdim.
Bu çəliyi əsanı elə vuraram başına başın partdıyar.
Babam bir söz demir düşür gedir. Babam gedəndən son-
ra Fatma nənə deyir ki, a kişi bu bütün ölümü, ailəsini, uşa-
ğını ölümünü gözə alıb, bizə evində sığınacağ verib. Mənnən
böyükdü mənim üstümə qışqırıb onu mən keçirəm sən həzm
eləmirsən bu sözü.
Deyir:
– Arvad, düz deyirsən.
Səhər tezdən sübh azanında yenə babam su götürür,
dəstəmaz suyu, qalxır Şeyxin yanına. Şeyx bunu görür deyir
ki, sən məndən yaxşı kişinin oğlusan. Səhər tezdənnən qalxıb
yanıma mənə xidmət üçün gəlmisən. Deyirsən Şeyx sabahın
xeyir, ancağ inandırım sən mənim evimdə qaçağ olsaydın səni
o sözüvə görə aparıb NKV– də yatızdırardım bu sözüvə görə.
Bu o kişilərin özünə məxsus hərəkətləri idi.
* * *
Günlərin bir günü NTB-də əsgərlər kəndə girir. Kəndə
girəndə babam başa düşür ki, bütün hər yeri axtaracağlar. Dər-
hal özü girir süpürgənin altına, evdə də Şeyxi tapmaq üçün
evin damına çıxırlar. Siz hay salın mən çıxacam süpürgənin da-
lından. Süpürgədə çöldən yığılıb satmaq üçün. Çöldə yabanı
kökündən bitən süpürgələrdir. Girir babam gizzənir onun al-
tında. Əsgərlər evin damını axtarmaq istiyəndə qadınlar hay sa-
lır. Babam süpürgənin altında. Baxırlar görürlər saqqallı zaddı
bir qoca kişi, tuturlar babamı gətirirlər ki, bəs sən Şeyxsən.
Deyir, yox, mən Babalıyam bunu tanıyanlardan biri iki nəfəri
267
çağırırlar deyirlər bu kimdi? Deyirlər Babalı. Bəs Şeyx Rəh-
məti tutmalı idi, əsgərlər bunu niyə tutub? Deyir mən əsgərləri
gördüm kəndə girəndə qorxudan getdim süpürgənin altında
gizləndim. Bu proses zamanı da Şeyxi damdan düşürdürlər.
Dəyişirlər, bu bir bəhanə idi, Şeyxi gizlətmək üçün.
* * *
Ağa Palaz oğlu varmış. Sımavara kömür atarmış. Kö-
mür başdıyarmış yanmağa, sımavar səs verir axı. O səsə bəm
tutarmış, not tutarmış, oxuyarmış muğamı.
Sora aşığ sapı kəsib ortalığdan siqaretin kağızı yoxdu,
“Avrora”nın kağızı onu qırarmış, onnan zü tutarmış, oxuyar-
mış.
İndi Masallıda aşığ yoxdu. Atabala idi, getdi rəhmətə.
* * *
1918-ci ildə Sığınacaq Çaxırrıda ermənilər olub. Erməni
qızdarı hətta gül əkərmişdər. Ermənilər də yaşayıb burda ta
1918-ci ildə Nuru paşanın qoşunları gələnə kimi ermənilər at
oynadıblar burda. Burda Nikalay yolu deyiblər, bu Prişiv yolu,
Kalinovka yolu. Burdan rus daşnaq birləşməsi gedirmiş ca-
maatı qıra-qıra. O yol bura yaxındı. Burda Məmmədalı adında
bir adam olur o vaxtı. Yaxşı natiq olub o. Həm də ona türklərin
generalı deyillərmiş. O deyib ki, mən imkan vermərəm ki, er-
mənilər bizim yurddan keçsinlər. O atəş açıb ermənilərdən biri-
ni vurub. Onnan sora olar da əvvəl məscidin güldəstəsin, sora
isə kəndi yandırıblar. Camaatın çoxu qaçıb dənizə tərəf, yarısı
meşəyə. 4-5 aydan sora qayıdıb gəliblər. Demək, martda olub
hadisə, oktyabrda qayıdıblar. O zamana qaçaqaç deyirdilər.
Xırmandalı camaatı da qaçaqaçda çox əziyyət çəkib.
268
* * *
Acxamramız dönüb daşa,
Süfrəmiz ortülüb başa.
Baxmayır qardaş qardaşa,
Ay sarı telli buğdaça.
Ay qara telli buğdaça.
Allah heç kimə müharibə gostərməsin, onu danışmaq
özü zülümdü. Bı dediklərim 1943-cü ildən sorakı əhvalatlardı.
Elə ki, gün batardı, görərdün bı kəndin ortasında, o başında,
bı başında şüvən qalxdı. Yəni paştalyonnar qara kağızı gecə
gətirərdilər. Mənim atam tez gedib gəlib muharibəyə, şıkəst
olub, ona görə. Ona görə də biz yaşamışuy də atam gəlib işdi-
yib eliyib. 3-4 vəzifə aparırdı onda. Çəliynən idi. Atam ya-
dımdadı qoşa çəliynən gəzirdi.
Vijdan haqqı bi də gördun kətdə bi müsibət qalxdı.
Deyərdilər ədə filankəsin qara kağızı gəlib. O vaxt ona qara
kağız deyirdilər. O hallar mənim heeççç yadımnan çıxmır
dəhşət idi. Mənim yadımnan çıxmır bi də kadınnar, taxta gö-
türüb sağsağannarı qovardılar ki, sağsağan, sağsağan xeyir
xəbər, xeyir xəbər gətir. Hec vaxt bu səhnələri unuda bil-
mirəm.O vaxtı belə bir boyatı deyərdilər ki,
Uçubdur quşun sənün,
Yaşıldır başın sənün,
Gedəndə cüt getmişdün,
Hanı yoldaşın sənün.
Axı həmişə kətdən 3-4 nəfəri bir aparırdılar. Nəbilim belə.
O vaxtlar kolxozda işliyirdi ancax qocalar, kadınlar və əlillər.
Mən bı təzə icra hakimiyyətində bir 6 il işlədim. Məni
məsləhətçi kimi saxladılar. Mavin verdilər getmədim, sora
gördüm ki, yox işləməli dööl. Bı dövrdə mən işdiyə bilmirəm.
269
Orda mənim üzümə dedilər ki, ədə, o vaxtı hələ bı kalxoz
sədrrəri zadı yığıb, raykom katiblərinnən bi yerdə dağıdıblar.
Mən cavab qaytardım başçıya da, mavinə də. Dedim, bə indi
siz satdığuuzu kim tikib? Siz kişisüz deun bi dənə daşı daş
üstə qoymuşam. Əyəm deyə biləllərsə. Elə gələn gəlir divar-
rarı kraskalıyır gedir.
* * *
Amma Şah İsmail Xətai Şeyx Heydərin oğludur. 550 il
Səfəvilər sülaləsi hökmdar olublar. 250 il Abbasilər olub, 80
il Əməvilər olubdur. Şah İsmail Xətainin anası Qibti Məryəm
gürci qızıdur. Bu öləndə, Heydər öləndə ona bir üzük verib. O
da zəhərli olub. Deeb, nəbadə özüü düşmana verəsən. Gəlib-
lər, bını öz dayısı əhatə eleyib, bı görüb ki, onu tutacağlar, hə-
mən uziki salıb ağzına, onan da dünyasını dəyişib, qadın.
Lələ Hüseyin Şah İsmayılı götürüb qoyub cəbbarəyə
(beşiyə) asıb ağajdan. Gəliblər axtarsınnar, and içib ki, İsma-
yil bu torpaxda döör. Axı ağajdan asıb. O vaxt çatdı ki, Şah
İsmayil gəldi çıxdı 13 yşına. Ordan Ərdəbildən yavaş-yavaş
gəldi çıxdı bu Ərçivana. Astaranın Ərçivan kəndinə. Yasir
Həsən ordan bının gəldiyin bildi, xəbər göndərdi ki, Lənkəran
xanlığına onu tutun. Deeb, məən nə işim var onnan, gəlib gəz-
məyə gəzir də. Ordan adam gönərər ki, ona xörəy bişirəndə
zəhər töksün. Onu da güdəllər biləllər tutallar. Ordan Şah İs-
mayıl gəldi Xudafərin körpusunə. Dedi, mənim babam Cü-
neyd də bırdan keçib. Onnan sora özü birinci dəfə atı saldı,
bütün mal qaranın da hamısını barkəzzərnən keçirdi.
Yasir Həsən bütün qoşunlarının hamısını çıxartmışdı şə-
hərdən, salmışdı qalıya. Kənd qalmışdı bomboş, birdən bı
Dostları ilə paylaş: |