270
kəndə gələndə hücum eləsinnər, tutsunnar. Amma bını İsma-
yıla xəbər verdilər. O da getdi qalanın qabağın kəsdi.
* * *
Bizim bi axundumuz olub, Qaryağdıoğlu Hacı Məhəm-
məd axund. 1804-ci ildə anadan olub, 1924-cü ildə ölüb. 120 il
yaşeeb. Bu axund Nəcəfdə qutarıb, həm də tibb elmini də öy-
rənib orda. Bu ətrafda axundluğdan əvvəl həkimlik eliyib. Deeb
camaatın gərək səhiyyəsiynən sağlamlığıynan məşğul olam.
Axund məşhur olub həkim kimi. Sora da axund kimi. Məçid
tikib bırda. 1902-ci ildə başdeeb 1907-ci ildə qutarıb. 5 ilə mə-
çid tikiblər. Orda mədrəsə açlb, mənim babam, Sərəfə kəndin-
nən gələn başqa bi molla orda dərs verib, məllim olub. Mənim
babam Molla Əliabbas (Əliş deyirdilər ona). Bu axund gəlib
çıxıb sovet hökuməti dövrünə qədər. Onun oğlu da varmış. On-
nan razı döörmiş axund. Müəyyən davranışlarınnan. Bı oğlan,
gəlir bir gün gecə deer ki, ata, məni kənd soveti sədri qoydular.
Axund da savaddıdı də deer ki, adə izah elə görüm, o sənin işün
nədi? İzah eleer ki, bəs belə rəhbər oldum, camaata rəhbərrik
eliyəcəm filan. Axund deer ki, ədə sən? Sən heç öz ailöə rəh-
bərrik eliyə bilmirsən. Deer ki, hə belədi də məni qoydular.
Axundda bir hiss yaranır. İlahi bu hükumətin əyər rəhbəri bu
olacağsa, vay o xalğın başına. Axund səhər süb namazına durur.
Namazı qılır, Allaha yarvarır. Deer, İlahi, mən bu quruluşda
yaşaya bilmərəm. Əgər məsləhətdisə, mənim canımı al. Axund
öziyçin yer salır, üziqibliyə, uzanır elə orada da ölur.
* * *
Bizim kənd ruhani kəndidür. Əyri-üyrülər də var, bı söz-
süz belədü. Bıların çoxı Nəcəfdə də oxuyanı var, Tehranada da
271
oxuyanı var, ən çox Ərdəbildə oxuyublar. Mənim babamgil bir
yığın adam Ərdəbildə oxuyublar. Babam ordan gələnnən sora,
kətdə onda bu qədər adam yox idi ki, indi 3 min əhali yaşeer,
1000 ev var və s. Yəni mollaya o qədər də ehtiyac olmadığınnan
babam dərziliynən məşğul olub balalarını saxlıyırmış.
Bıları müsadirə eliyillər nəyi var, əslində dölətdi ol-
meeblar, elmə fikir veriblər ən çoxu. Babamın nəyi varmış
alıblar. Hətta evin də müsadirə eliyillər, üst mərtəbə olur kənd
soveti sədri, alt mərtəbədə bına bi zirzəmi kimi yer verillər.
Biyannara bilir hessad eliyə bilmillər. İndi Yardımlıdu, Ça-
nağbulağ, Bərcan bəlkə eşidərsüz Alar kəndləri sora, indi Cə-
lilabadındu Alaşar Vənni, Qızıldərə zad bı kətdərdə meşə
kəndidür bılar, gedillər mollalığ eliyillər məhərrəmliylərdə.
* * *
Şirməmməd bizim babamız olub. Onun yeddi oğlu olub.
Ən axırıncısı Kərbəlayi Əkbər kişi. Kərbəlayi Əkbər 1976
ildə 103 yaşında rəhmətə gedib. Şirməmməd ölənnən sora ar-
vadı Şahnisə xanım 22 il yaşeeb. Deeb ancağ mən bı yetim-
cəmnən qalacam. Əkbərnən. Onda bı cavan uşağ olub. Bı da
evlənmeeb, ta anasına istədiyi kimi qulluğ eləsin onnan sora.
İndi bı anasına necə qulluğ eleeb?
Təsəvvür elə ki, onda qardaşdarı da qalırmış, hamısı da
ona minnətdarlıq eliyillərmiş ki, qardaş sən bu arvada elə ba-
xırsan, bizim hec birimiz sənin kimi bu nənəni saxlıya bilmə-
rük. Analarına nənə deyillərmiş. Kalba Əkbər də hec kimdə
qalmağa qoymurmuş arvadı. Getsə də axşam mütləq gedib
kürəyində gətirirmiş. O, arvad yaxşı görməzmiş gözü. O vaxtı
da indiki kimi tualet zad yox imiş. Kalba Əkbər neyneeb, bi
dənə qatma bağleeb bının yerinin yanında, bi ucunu da aparıb
272
tualetəcən. Deyərmiş nənə bu qatmadan tut, get tualetə. Nənə
ora gəlincə bı onun suyun zadın hamısın hazır eliyərmiş. Özi,
ancağ özi. Çimizdirməyə də gəlinnərdən çağırarmış, su qoyar-
mış özü, hər şeyin eliyərmiş, indi deyərmiş soyundurun nə-
nəni çimizdirün, yuyun.
* * *
Sora bizdə Səfəvilər dövləti gəlir. Bu dövlətə aid olan,
Ərkivanda da görmüsüz yəqin Şah Səfi bulağı var, oların mən-
bələri, həm də ki, bizdə olar məskunlaşıblar, öz ordularını olar
gətiriblər yerrəşdiriblər, həm də ki, olların qəbirləri bizdə rayon
ərazisində səpələnib. Çünki bizim qəbristanlıqlarda onların
qəbirləri var. Amma bizim öz qəbristanlığımızda Qızılbaşlara
aid olan iki dənə qəbir var. Bunlar isə dəmir xəncərlər, qılınc-
lardır, bir də dayan doldurumlardı. Bunlar bizim xanlığlar döv-
rünə aiddir və yeni Çar Rusiyası gələnnən soraya aid olan si-
lahlardı. Bu da dayandoldurumlar və çaxmaxlı tufənglərdi.
Söyləyicilər:
Natavan Əliyeva, doğum tarixi 1964, təhsili ali, Mahmuda-
var kəndi.
Kərbəlayı Qulamhüseyn, doğum tarixi 1928, təhsili orta ixti-
sas, Alışanlı kəndi.
Rəfayıl Vahabov, doğum tarixi 1944, təhsili ali, Göylənni
kəndi.
Mənsurə Abdullayeva İbrahim qızı. Doğum tarixi 1933,
Qızılağac kəndi.
Cəmiyəpüstə Sadıqov, doğum tarixi 1920, təhsili yoxdur,
Qızılağac kəndi.
Həsənova Mədinə. Doğum tarixi 1941, təhsili 7 illik, Xır-
mandalı kəndi.
273
Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili orta, Musaküçə
kəndi.
Arif Fərzəliyev, doğum tarixi 1956, təhsili ali, Xırmandalı
kəndi.
Həsən Əhədov, doğum tarixi 1935, təhsili ali , Həsənli kəndi.
Molla Kərbəlayi Nüsrət Qızılağaclı, Qızılağac kəndi, dünən
və bu gün, B., 2003.
Musarza Mirzəyev, Mahmudavar kəndi, B., 1997.
Yavər Abbasov, doğum tarixi 1937, təhsili orta, Gəyəçöl kəndi.
Arəstə Əsgərova, doğum tarixi 1939, təhsili 7 illik, Ərkivan
kəndi.
Möhsün Ağayev, doğum tarixi 1932, təhsili orta, Ərkivan kəndi.
Həsən Ağayev, doğum tarixi 1930, təhsili orta, Ərkivan kəndi.
Agababa Abasov, doğum tarixi 1926, təhsili orta, Mollahə-
sənli kəndi.
Hacı Mir Qiyas Təhməzov, doğum tarixi 1944, təhsili orta,
Masallı şəhəri.
Hikmət Xəlilov, doğum tarixi 1977, təhsili ali, Köçəkli kəndi.
İbrahim Sadıqov, doğum tarixi1950, təhsili ali, Seybətin kəndi
Kərbalayı Nüsrət Nəsrullayev, doğum tarixi 1947, təhsili ali,
Qızılağac kəndi
Əli Əlişov, doğum tarixi 1938, təhsili ali, Köhnə Alvadı
Məhəmməd Abıyev, doğum tarixi 1927, təhsili orta, Köhnə
Alvadı
Əntiqə Tağıyeva, doğum tarixi 1971, təhsili ali, Hişkədərə
kəndi
Toplayanlar:
Füzuli Bayat (Gözəlov)
Nuridə Muxtarzadə
Dostları ilə paylaş: |