ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə84/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   80   81   82   83   84   85   86   87   ...   100

 

346 


durannar  gərnəşir,  kimi  diyir  mənim  əlimə  kim  yaxdı  xınanı? 

Mən dedim: – “Kül başua, mal zadıdı yaxmuşuğ əlüə”.  

Halay gedərdüy:  

Çəkün halay düzülsün,  

Xumar gözdər süzülsün,  

Hər kəs halaya durmasa, 

Əli yardan üzülsün. 

 

*  *  * 



Bizlərdə  gəlni  gətirəndən  sora  gəlni  gətirirdilər,  gəlnin 

başında bu mahnını oxuyardılar. 

Qız gedər, gəlin olar, 

Meh dəyər, sərin olar. 

Qızın getdiyi yerlər

Boy verməz, dərin olar. 

Əvvəl gəlinə xına  yaxmamışdan qabaq, kasaya  bi az su 

tökürdülər. İynə atırdılar içinə, bi dənə də cörək kasanın böy-

rünə qoyurdular, sora, belə mahnı oxuyurdular. 

Ay xınanı yaxdım dəstinə, dəstinə, 

Xəbər verin düşmanına, dostuna. 

Bunu  mahnı  ilə  diyirdilər.  Gəlin  içəri  girməmişdən  qa-

baq,  gəlni  gətirəndə  qapının  ağzına  bi  kasa  su  qoyardılar.  Bi 

dənə də nimcə qoyardılar. Gəlin əvvəlcə suyu qıcınnan  vurur 

dağıdır, sora o nimçəyə bi təpik qoyur, nimçə qırılır. Qırılan-

dan sora qapını üc dəfə açıb örtür. Sora girir evə. Başında cö-

rəg kəsirlər ki, cörəgin bol olsun. Suyun qoyurlar ki, gəlin su-

yu dağıdır, yəni yolun aydınlıq olsun, gəldiyin yerlər aydınlıq 

olsun.  Məsəlcün  qabı  qırıllar  ki,  dava  qeylü-qal  bu  evdə  ol-

masın. İndi bəzən görürük ki, cörəyi yerə düzüllər gəlin yığa-

yıga  gedir.  Yox-yox,  o,  düzgün  deyil!  Cörəgi  Qurandan  irəli 



 

347 


deyiblər. Onu hec gəlnin ayağı altına düzməzlər. Cörəgi onun 

başında kəsirlər ki, həmişə  cörəgi olsun. Elə onu, cörəgi gəl-

nin başında kəsən adam diyirdi də, cörəgin bol olsun! Həmişə 

başından  tökülsün!  O  kəsilmiş  çörəgi  qoyurlar  gəlnin  evinə. 

Sora, gəlnin qaynatası gəlir gəlni otuzdurur. Məsələn üc dəfə 

qalxızır, otuzdurur. Əgər oğlan evi tək oğuldursa, deyir bu ev-

eşig sənin, otur gəlin! Oturandan sora kimin qucağında oğlan 

uşağı var, qoyur gəlnin qucağına.Yəni ki, oğlun olsun daa: 

Biz almışıq arvadı oğlan doğa, 

Almamışıq, qız doğa bədbaxlığa. 

Bədbaxlıq bi növi bədbaxlıq fasondu. 

Gəlni  evə  salandan  sora  yığışardıq  gəlinin  başına  belə 

deyərdik:  

Əylən gəlin, əylən gəlin, 

 

Bizim dil farsi dili, 



Öyrən gəlin, öyrən gəlin. 

Deyirlər daş düşdügü yerdə qalır, yəni, gəlin evinə bağlı 

olar. Bi dəfə qızımgilə getdim, qızım dedi: Ay  Mədinə, o qə-

dər  dedin,  daş  düşdügü  yerdə  qalar,  daş  kimi  düşmüşük,  hec 

evimizə gəlmək istəmirik. 

Naskə məni bağlama, 

Xınan gəlir, ağlama. 

Gedərəm, yenə gələrəm, 

Yadlara bel bağlama. 

 

Verin bizim gəlini



Qaynı bağlasın belini. 

Ha-ha! Hurre! 

 

Yaxşı bəzək vurun bizm gəlinə, gəlinə, 



Mirvaridən saçax tökün telinə, telinə. 


 

348 


Gəlin  oturanda  qırmızı  kalağayı  atırdıq. Gəlin  yuxarı çı-

xanda, iki metrə xara sərirdik. Bi dənə boşqab qoyurduq. Gəlin 

o qıçınnan bərk vurursa, demək bundan iş gözləmək olar. Əgər 

elə-belə vurursa, bunun işi də belə olacax. Bizim dövrdə lampa 

olardı, gəlinçün qoyardıq. Sora şam-zad cıxdı. Güzgü qoyardıq 

gəlin qabağına. Güzgüdə yazdırardıq ki, Allah mübarək eləsin! 

Güzgü  baxt  aynasıdı  də. Güzgü  Allah  eləməmişkən, əgər  qızı 

gətirəndə  sınırsa,  deməli  buların  axırı  yoxdu.  Şam  sönərsə, 

lampa  qırılarsa,  gəlin  maşına  oturan  zaman,  deməli,  buların 

şamı yanmayacaq. Gəlin gələndə üzr istiyirəm, bir həftə onnan 

işimiz olmazdı. Ay qız, burdan otur, ordan otur. Xalça qoyardı-

lar. Ay qız! Soyuq su, isti su olmasın! Sora da iş tələb edirdilər. 

Qaynatavə dəstəmaz suyu gətirməlisən, namaz qılır, qaynənəvə 

dəstamaz  suyu  gətirməlisən.  Bu  evə  xidmət  eləməlisən  sən  bi 

qız  kimi.  Ata-ana  qaldı öz  evində.  İndi burda  atan  da  biz  ola-

ciyıx, anan da. Ağ paltarda ordan cıxıbsan, ağ kəfəndə burdan 

çıxacaqsan.  Gəlin  gələndə,  hec  kimin  ixtiyarı  yox  idi  gəlini 

oturtsun.  Ay  qaynata,  gəl  də,  bunu  əyləşdir!  Qaynata  gəlirdi, 

deyirdi,  hə,  əyləşdirəcəm,  oğlum  da  onundu,  bu  ev-eşik  də 

onundu. Deyirdilər yox e, bunlar razılaşmırdılar. Deyirdilər bir 

şey  verməlisən  buna.  Deyərdi  bi  dənə  qara  inək  verdim.  Əşi 

inək  işi  deyil,  onsuz  da  inəgi  o  sağəcəy.  Bi  dənə  boyunbağı 

verdim otursun. 

Ata-anaya  qız  yaraşır!  Buna  inanız  siz!  İnanın!  Lap 

oğlan onu qoymasa da ata ananın yanına, genə də deyir bi ge-

dim,  görüm  ata-anamı.  Ama  oğlana  bi  gün  qız  desə  ki,  həə, 

mən  sənə  deyirdim,  o  gün  bacın  sənin  dalınca  belə  deyirdi, 

anan sənin dalınca belə deyirdi. Əşi bilirəm e, o diyər. Onnan 

da kitab bağlanar.  

 



 

349 


*  *  * 

Xınayaxtıda diyərdüy.  

Yar Əli, yar düymələri mərcan,  

Yar Əli, bu toy kimin toyudu? 

Yar Əli, balalarımın toyudu,  

Yar Əli, bu toyda oyniyanın,  

Yar Əli, boyuna qurban olum. 

 

Mağarsız yola saldım,  



Safa başına vurdı. 

Yar düymələri mərcan. 

 

*  *  * 


Masallının  talışlar  yaşayan  kəndlərində  də  toy  adət-

ləri türklər (azərbaycanlılar) yaşayan kəndlərində (el ara-

sında  Muğan  deyilir)  olduğu  kimidir.  Aşağıda  Mahmu-

davar kəndində olan toy adətini veririk. 

Yaşlı  nəslin  fikrincə,  oğlanla  qızın  bir-birin  bəyənməsi 

heç də əsas deyildi, valideynlərin qızı bəyənməsi ilə hər şey öz 

həllini  tapırdı.  Burada  qızlar  İslam  ənənələrinə  uyğun  olaraq 

12-16  yaşlarından etibarən, həddi-buluğa çatmış hesab olunur. 

Bu yaşda qızlar kişilərdən yaşınır, örtünməli olurdular. Oğlan-

lar isə bu yaşda odun daşıyır, mal-qara otarır, təsərrüfatın müx-

təlif sahələrində çalışırdılar. Oğlanlar 15-20 yaşlarında ailə qu-

ra bilərdilər. Talışın bir çox yerlərində olduğu kimi, bu kənddə 

də  bir çox ailələrdə  qızlar  bəzən  çadrasız  gəzir, kişilərdən  ya-

şınmır, hətta çəltikçilikdə birgə çiyin-çiyinə işləyirdilər. 

Oğlanlar sevdikləri-bəyəndikləri qızlar barədə ilkin ola-

raq  bacılarına,  yaxud  analarına  eyham  edərdilər.  Bəzən  isə 

valideynlər  övladlarını  evləndirmək,  yaxud  ərə  vermək,  kim 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə