ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 2,19 Mb.
səhifə21/40
tarix25.06.2018
ölçüsü2,19 Mb.
#51267
1   ...   17   18   19   20   21   22   23   24   ...   40

Ağa ilannarı qovur

Bi dəfə bi qadının evinə ilannar giribmiş, deeb gedün Mir Heydər ağanı gətirün gəlsin ayağın qoysun bura bu ilan­nar gözümizə gorükməsinnər. Gecə yata bilmerük narahat olu­ruğ. Amma o köhnə evdə yadımdadi ağam barama sax­lıyırdı. Onu xususi saxlamağ qaydası var. Yarpağlari zadı var. İrəhmətdiy özi elə o zəhmətiynən dolanıb. Atam deyərdi ki, bala, insanı ərz eliyən Allahdu. Əgər insan ki, Allaha bağlı ol­du, onu şərafətdi eliyən də Allahdu.


Allahla dostluğ elə

Çün peyğəmbərin (sav) yanına gəlir biri, sual eliyir ki, ya rəsululim mənə bir neçə söz tösiyə elə ki, həmi bu dün­yada, həm də o dünyada mən o sizin dediyivüz sözün bərabə­rin­də nəticə görüm. Deyir, mən istiyirəm ki, bu dünyada mə­nim dostum çox olsun. Deyir, dostun çox olsun deyə get Al­lahla dostluğ elə. Çün məhəbbəti insanın ürəyinə Allah salır.

Məsələn, mənim qardaşımın kamazı var idi. O kamazı da bi nəfər var idi ki, binnan şərik idi, onnan ayrılmışdı. O istədi ki, o kamazı bı qardaşımnan ala. Gedib müdürə zada pıl vermişdi Bakıda. Kamazı onnan almağ issiyirdi. Gəldi oğlan dedi ki, ağa, gedəy o müdürə denən. Ağa dedi:

– Mən o müdürü tanımıram axı.

Dedi:

– Yox ee, ağa, getsön yaxşı olar.



O da tapşırıb qarajın müdürünə ki, o kamazzan ötri kim gəlsə, mən onı qabıl eləmiyəcəm. Deer, mən getdim qarajın müdiri məni görənnən sora dedi:

– Ağa, cətdün haqqı mənniy döör. Mən sənin ki, bu si­mo­yu görürəm, Allah mənim bı qəlbimə sənin məhəbbətüyi atır. Ancağ bu müdürrüy işdi.

Müdür gələnnən sora bı zəng eliyir ki, müdür, bi dənə seyid gəlib, bı kamazdan ötrü.

Deyib:


– Əə, mən sənə demişəm axı, o kamazdan ötrü mən heç kimi qabıl eləmirəm.

Deer, bını deyənnən sora mən qırağa çıxanda bı təsa­düfən çıxıb idarənin qırağına ki, paprız çəhməy üçün. Bı məni görənnən sora götürüb zəng vurub o qarajın müdürünə, deyib o seyidi gəti bıra. Ağdamlıdı ha özu də. Deer, gətdüy otağa, dedi seyid hardansan? Deer, dedim Masallıdan. Deer, seyid Al­lah da şahiddi mən özüm demişdim ki, kamaza görə heç kim gəlməsin. Amma ona baxmiyərəy sənin o simavı gördüm ha sənin məhəbbətivü mənim qəlbimə atdı. Onda da Ağdamlı bizim bi nacannik milisyə var idi. Deeb:

– Ağa, hansı kətdənsüz?

Deeb:


– Masallının Bambaşı kəndinnən, demə bının dayisi olar bi nacannik, zəng vırar bıra.

Deyər:


– Dayı, bi dənə Mir Heydər adlı seyid gəlib bıra.

Deyib:


– Ə, nə?

Deeb:


– Ə, nə üçün gəlib.

Deeb:


– Kamazçün.

Deeb:


– Ə, Allah evüüü tiksin camaat evinnən eşiyinnən çıxır onun cəddinə görə. Sən kamaz deyirsən? Ədə, verginən ona, oni razı yola sal ordan.

Deer, sağ olsun elə də elədi.

Bu, Allahın məhəbbət atmağıdı ya ürəylərə.Yəni Allah düzəldən işi heç kim poza bilməz. Ona peyğəmbər deyir ki, əgər bir insan ki istərsə, dostu çox ola, gərək ilk növbədə Allahla dostluğ eliyə.

Mir Heydər Ağanın pulu

Qeyri vaxtan əlavə hər il məhərrəmliydə camaat bax cəm olur bura, məçitin qapısına gələn kimi. Bizim seyiddiy şə­cərəmiz imam Museyi Kazımdı. Amma seyidin ağırrığı onun saxladığı düzgün yoldadır.

Adamlar var Allah da şahiddi ağanı ziyarətə gələndə ağa o pıldan qaytarıb onun özünə verib. Bəzi adamlar hələ də o pulları saxlayiblar. Biri bi dəfə ağanın verdiyi pılı qoyur sənt­dərinin arasına. Gəldi başına gələnnəri danışdı. Dedi:

– Ağa, mən Rusiyaya getdim, orda sənin verdiyün 10 ma­nat da sənətdərin arasındeydi. Rus mənnəm bütün pılları, sənətdəri zadı alanda dedim ki, nəyə dəyirsən dəy o pıla dəymə.

Deer:

– Nə üçün?



Dedim:

– Çün bını bi dənə müqəddəs şəxs verib mənə.

Deer, bütün sənəd qarışığ qaytardı mənə. Dedi:

– Madəm sən bu əqidədəsən al.

.

Pirzova ocağı və ya Qız qəbri
Babam da gözün açannan bı daşdarı zadı hamısını belə görüb. Ordakı qəbir də qız qəbridi. Pirin adı da elə Pirzadədi, an­cax camaat Pirzova deer. Çox ağır yerdi, ocaxdı. Elə bura həm həyətdi, həm yaşıyıruy burda həm də elə camaat ziyarətə gəlir. Bura çox balaca kətdi.

Bax bu piri uçurtmağ istiyiblər, heç gediblər pələtdən o yana çıxa bilmeeblər. İrağ, gedib gorüb malı qapısında ölüb, balasına bi şey olub.



Mir Tağı Ağa “Balalarımın ruzusunu

Allah bı pəncərədən verəcək”

Masallı şəhərindən olan Mir Tağı Ağanın on övladı olub. Onun yeddisi oğlandı, üçü qızdı. Əksərimiz də ali təh­silliyük. Ümumiyyətlə, ağa elmə, təhsilə meyilli adam olub.

Ağa rəhmətə gedən vaxtı seyid Mir Əziz İslam uni­versitetinin rektoru, o birda hüzürdə gəldi yaxşı ifadə işdətdi dedi ki, Masallı rayonunun məzlumlarının ağası getdi. Kasıb-kusubun həmişə arxa dayağı olub. Mənçün marağlı idi ki, o balaca vücuduynan rayonda nə baş verirdi, nə olurdusa, hamı­sın­nan da xəbərdar olurdu. Hammıya da çalışırdı ki, yaxşılığ eləsin. Düzdü ona çox müraciətdər olunurdu.

Bi dəfə bayramdı – Novruz bayramıdı, oturmuşuğ evdə, 1965-66-cı illərdi. Mən də bı arxadakı həmən evdə, orda dün­yaya gəlmişəm, pəncərədə oturub dərssərimi hazırrerdım. Nənəm rəhmətdiy ağama dedi ki, a kişi, səhər Noruz bay­ramıdı, evdə tədarükümüz zad yox. Dedi:

– Ağanın balalarının ruzusu bax o pəncərədən gələcəy.

Elə, belə evdə oturmuşduğ axşamçağıydı, şəxsən mə­nim­çün bi möcüzəydi də bu. Bi də gördüy nəsə şarap-şarap dəydi pencəriyə. Mən də əlimnən ruçkanı zadı tez atdım yerə ki, ə, bı nədi belə?

Çıxağ görəy bı kəvələ deyillər e bizdə, quş gəl çırpıl pəncıriyə düş pola. Nə isə, bı birsi balaca otağ vardı, onda içi hələ hazır döördi. Quş özün yıxdı ora. Getdim quşu tutdum gətirdim. Ağa dedi:

– Gördün? Mən sənə dedim, ay arvad, mənim bala­la­rımın ruzusunu Allah bı pəncərədən verəcək.


Yağış yağmayacaq

Bir dəfə də mən ev tikmişəm orda, onun üstün bağlı­ya­cöy iş görürük orda, nəsə qış ərərfəsinə düşüb. Yanvar ayıdı. Helə bı ussalara çalışıruğ ki, gəlün evin üssün vırun filan. Ussaların biri gəldi, dedi hə məcbur eliyirsüz, kətdə bı Alvadı tərəfdə məçitin üssünü örtürüy. Onun üssünü açığ qoyub gəlib sənin evün üssün bağlıya bilmərük. Gündəliy də sinoptiklər xəbər verir ki, yağış yağacağ. Hə, rəhmətdik kişi gəldi durdu orda dedi ki, inşallah yağmıyacağ. Narahat olmoun. Gedün o məçitin də üssün örtün, gəlib bırdada işiüzü görərsüz. İnşallah Allah möhlət verəcəy.

Hardasa bi həftə çəkdi o məçitin işi. Mən də narahatam ki, əşi, bı iş qaldı. Əlqərəz uşağlar gəldi. Üç günə görüləcəy işi iki günə gördülər. İnanırsuz ki, düşdülər aşağı ussalar, ağa da ordan yavaş-yavaş gəlirdi. Gəldi xeyir-dua verdi. Allah xeyir versin bala, sizə mən dedim axı darıxmoun Allah möhlət verə­cəy. Elə uşağlar çörəy zad yedilər, bi isgan çay zad içib maşına oturmuşdular ki, bi leysan başdadı məəttəl qalduğ hamı.


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə