ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 2,19 Mb.
səhifə31/40
tarix25.06.2018
ölçüsü2,19 Mb.
#51267
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

İstamın düzlüyü

Hə kasıbçılıq vaxtları idi onda. Qağam rəhmətdiknən İstam kişi də qalxoz bostancısı idilər. Yemiş, qarpız, əkirdilər, bınnan qabağ, bala, nur, bərəkət vardı. İndi su da veririk olmur. Belə-belə qarpız, yemış olardı. Rəhmətdik qağam gə­ti­rir verir qarpızdarı maşınnan. İcinnən bi dənəsini götürür kə­sir yeyir, bu İstam kişi dilini də vırmır. Bunu mən yeməm Pa­şa, bu oğurruxdu. Mən yemirəm deyərmiş. Onda qağamgilcün uşaxları cölə yemək gətirərmiş yeməyə. Uşaxlar qayıdanda qağam zənbilə 2-3 dənə yemişdən qarpızdan atarmış ki apar­sınnar. Deyirmiş ki, mənim uşaxlarıma qoyma, özü­vün­külərə qoy. Qağam da atarmış öz uşaxlarının zənbilinə de­yər­miş, ba­la, bunu yolda kecəndə verin olara. 3-ü olara, 3-ü bizə. Gör indi belə düz adam olub o İstam.


Neçə illərdi camaatın qazandığını yeyirsiz

Masallıda bi kəndin ən yaşdı sakini olur. Çox təbii insan olur, geyiminə, keciminə heç fikir vermir. Adı Orucəli kişi olur. Bi gün bunun işi kolxoz sədrinə düşür. Kolxoz sədri də adə­tən rəiyyətdən gec durardı, çıxardı kəndə-kəsəyə. Kişi gəlir kolxoz sədrinin evinə. Evdəkilər bu kişinin geyim, keci­minə görə bunu bir az maraxla qarşılayıllar. Sora cay icə-icə nahar yeməyi də təklif edirlər. Hələ kolxoz sədri yuxudan oyan­mır. Yavaş-yavaş buna yemək də verillər. Elə yemək ərə­fə­sində kişi kolxoz sədrinnən arvada giley eliyir. Sədrin uşağı da narahat olur ki, olmaz da, kolxoz sədri haqqında danış­maz­dar da. Anasını cəkir kənara deyir:

– Ay ana, görürsən bu kişini, cörəyimizi yeyir, hələ atam­dan da qiybət eliyir.

Kişi bunu eşidir deer, a bala, siz neçə illərdi camaatın qa­zandığını yeyirsiz, burda mənim də zəhmətim var. Ola bil­məz ki, ha ilin bütün günün siz yeyirsiniz, bir dəfə də mən öz qa­zancımdan bi qarın cörək yeyim? Elə söhbət əsnasında kol­xoz sədri yuxudan oyanır, gəlir. Deer, nə deyir. Deellər, belə, belə. Deer, a bala, yazıq düz deyir də, mən artıq 2-3 ildi səd­rəm, camaatın qazancıdı də, həqiqətə acığın gəlməsin.


Bir araba dolusu məhsul

Vaxtilə kolxozda xalqa əmək günlərinin verilməsi vaxtı var imiş. Bu Xırmandalı, Hacitəpə, Ərəb bir kolxoz olduğun­dan, Xırmandalı əhalisinin sayı çox olduğundan, bir gündə iki nəfərə əmək günü müəyyənləşdirilibmiş. Hacıtəpədə 1 nəfərə, Ərəbdə də 1 nəfərə. Günlərin birində Polad kişiyə əmək günü ve­rilməsi təyin olunur. Gecəni gəlir evdə danışır ki, bəs belə belə məsələ var. Polad kişinin atası Bığır kişi kor olur. O vaxtı be­lə idi ki, yaşdı adamlar evlərinin qulabanında əyləşir­dilər, ge­dib gələni dinləyərdilər. O da bir nəfər qonşusunnan oturub qu­labanda söhbətləşirdilər. Birdən araba səsi gəlir. Səs gəlndə kor ata qonşuya deyir ki, filankəs, bu gələn Polad olacağ.

Deer:

– A Bığır kişi, nə bilirsən ki, Poladdı.



Deer:

– Yox, mən arabanın səsindən bilirəm ki, dolu arabadı, özü də Polad bu gün əmək gününü alıb gətirməlidir.

Araba bir az da yaxınnaşanda, təzədən kor kişi söyləyir ki, bəs, filankəs, sən görürsən arabanın ağırrıgını. Araba güc­nən yeriyir. Az qalır araba ağırrığınnan sına. Qayıdır, ay Bığır kişi, lap sən deyəsən bu Poladın bu əmək günü almasına belə qibtə eliyirsən. Az qala lap paxıllıq hissi kecirdirsən. Deer, val­lah, ay axmaq, ona paxıllıq eləmirəm. Özümün gəncdiyim, işdədiyim illər yadıma düşdü. Mən həmin illərdə demək olar ki, heç əmək günü almamışam. İndi isə sevinirəm ki, mənim oğlum Polad bi araba dolusu məhsul gətirir.

Fətulla məllim belə zəifdi ki, sənnən də zəifdi?

Mən tələbə idim, olarda qalırdım. O məllimin dörd öv­ladı vardı. Getdilər uşaxlar qapını açdılar. Gələn buların dayı­la­rı idi. Fətulla məllim. O da ibtidi sinif məllimi idi. Cox sə­mi­mi, gözəl bir insan idi. Hə, gəldi əyləşdi. Bizdən də xeyli bö­yükdür. Bir az sora bundan hal-əhval tutdu. Soruşdu mək­təbdə vəziyyət necədi? Dedi:

– Tədrisin vəziyyəti necədi?

Dedi:


– Uşaxlar yaman zəifdir bilik cəhətdən.

Dedi:


– Fətulla məllim, yəni belə zəifdi ki, sənnən də zəifdi?

Da yaziğ yaman pərt oldu. Biz də üzr istədik ki, əşi, zarafat eliyir filan.



Niyə, məni tanımadın

Bizim kətdə Fətulla adlı bir məllim vardı. Ancaq savad­ca çox aşağı, ama baməzə məllim olub. Buların Salyannan ata-baba qonağı olub. Get gəl elədiyi adamlar. Bir gün mək­təb­dən çıxıb görüb həmən adam kəndə sarı gəlir. Əvəl elə bi­lib ki, bını tanıyacaq. Sora görüb ki, bu bunu tanımadı. Tanı­mı­­yanda bını sorğu suala tutub ki, sən hara gedirsən. Əvəl bo­yun almıyıb. Deyib yox, səni buraxmaq olmaz, sən şübhəli ada­ma oxşı­yırsan. Əslində tanıyır eeee, ata-babasının qona­ğı­dır. Kişi deyir əşi, vallah mənim heç bi şübhəli işim-zadım yoxdu.

Deer:

– Yox, mən səni buraxa bilmərəm.



Xulasə, bınnan çox sora-sora qoparır ki, hara gedirsən. Həsənlidə bi xata Əhməd var idi. Deer, ora gedirəm.

Deer:


– Bax mən sənə deyirəm. Sən xatalı adama oxşayırsan. Mən yaxşı şüpələnirəm sənnən. Dee, bax görürsən, qoy mən zəng eliyim deem, milis gəlsin səni aparsın.

Deer:


– Sən Allah, məni xatıya salma.

Deer:


– A kişi sən elə başdan ayağa xatalı adamsan. Düz adam olsan, xalı Əhmədgilə gedərdin, da Xata Əhmədgilə niyə ge­dirsən?

Sora birdən kimsə bunu çağırır ki, ay Qulam məllim. Qulam deyəndə kişi ayılır ki, bu kimdi, indi tanıyır. Deer:

– A kişi, sən məni niyə belə qorxutdun, ay Allah sax­la­mış Qulam.

Deer:


– Ə, mən səni tanıdım, a nursuz, sən məni niyə tanımadın?

Hə, xeyləm gülüşüllər.



Adam var, adam var

Bozu kişi Hacıtəpədən sonsuz bi kişi olub, çox səmimi bir adam olub. Bir gun həmkəndlilərinin biri bunnan xış isti­yir, bu da vermir. Elə olub üstünnən bi həftə 10 gün keçənnən sora orda Əziz adında bir məllim həmin aləti istiyir bunnan. Bu da verir onu Əziz məllimə. O birinci istiyən adam eşidib ki, bu aləti o, Əziz məllimə verib, elə bu məqam gəzirmiş ki, bu­na öz gileyini bildirsin. Bozu kişi də xətirri adam oldu­ğun­nan birbaş evinə gileyə getmiyiblər. Belə olub 1 həftə, 10 gün sora rastlaşıblar. Elə bu buna bi balaca soyuxlux göstərib. Bozu kişi hiss eliyib ki, mənim öz cəzamdır. Deyib bəs, ay filankəs, bəs sən mənə niyə belə soyuqluq göstərirsən? Deyib, ay Bozu kişi, axı, mən səni düz kişi bilirdim, yaxşı kişi bilir­dim. Nətəri olur, axı, mən səndən iki həftə qabağ aləti istədim vermədin. Amma Əziz məllimə vermisən. Bozu kişi deyir, hə, bala, incimə. Ancaq adam var, adam var.




Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə