ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 2,19 Mb.
səhifə27/40
tarix25.06.2018
ölçüsü2,19 Mb.
#51267
1   ...   23   24   25   26   27   28   29   30   ...   40

Siftə xiyar

Mən Maskvada oxuyurdum, ailəynən gəlmişik, otpuska­ya. Axşam nəsə söbət olub, yoldaşım deeb ki, mart ayı idi, görəsən xiyar çıxıb? Bırda kət camaatı tez əkir də. Baba rəh­mətdik deer ki, yəqin ki, çıxar. Səhər-səhər saat 6, 7-yə iş­də­miş maşın siqnal verdi. Ay ağa, ay ağa. Mən şəxsən özüm dur­dum çıxdım. Gördüm ağa əlində bu qədər bükülü xiyar gəlir. Deməli, qonşu kətdə kimsə əkib, bazara satmağa aparır, siftəsin ağeyçün gətirir. Ağa gətirib deer, gəlin, nə istəmişdün dünən? Gəlin deer ki, ağa bunnan ötrü bazara getmisən?

Deeb ki, bala mən bazara getmirəm, Allahım özü gön­dərib.

Yun torbasında ilan

O vaxtı kətdərdən yun yığırdılar, kimin nə qədər qoyunu var nəsə. Bir xoşagəlməz bi adam var idi, həmən o yun yı­ğannarın üstündə rəhbərrik eliyirdi. Kənt yeridi el adəti var, yəni kişi evdə olmuyanda qadın icazəsiz gətirib nəyisə orda təh­vil verməzdi. Bizim evin yanında baza kimi yığırdılar yunu ora. Bi dəfə kişi dedi, iki dəfə kişi dedi. Anam dedi ki, seyid evdə yoxdu indi gələr, gözdeyin. Bu, çox kobud da­nış­dı. Böyük qardaşım Hacı Mir Yahya o vaxt 10-cu sinifdə oxu­yurdu. Əsəbləşdi ki, başqa kişi necə yəni evə deyər ki, belə. Əlin atdı iki dənə sarı meşoklar var idi yunnan dolu. Əlin belə tutdu götürdü gətirdi qoydu ora. Dedi, götürün, nə qə­dər ya­zılmısızsa, götürün. Deməli, kişi yaxınnaşdı. İpi açan­da me­şokun ortasından bi dənə qızıl ilan qaldırdı başın be­lə tutdu. O kişi yalan olmasın 200 metrə yola qədər qaşdı qor­xusunnan. Camaat çəkildı, iş dayandı.

Yəni qeyrilərinnən də mal tədarük eliyirdilər, onu ala bil­mədilər. İndi gözdüyüllər ki, nə vaxt atam gələr. Bi də bax­dılar ki, ağa gəlir. Yaxınnaşdı noolub? Bı uje ağama gələ-gələ danışır, deer, ağa, sən Allah bağışda, qurban olum. Neynirsən elə o ilanı ordan götür. Ağam yaxınnaşdı, əvvəlcə dannadı o ki­şini. Sora dedi ki, ay Allahın heyvanı, cəkil. İnanın qızıl ilan torbadan düş­dü, sivrilə-sivrilə düz bizim həyətə – tövlənin yenə arxasına get­di. Sora qardaşım torbanın birin saxladı, o birisini götürdü getdi.

Camaat ağaya çox böyük hörmət bəsdiyərdi. Məsələn, kim­nənsə kimin arasında bi də görürsən qan davası düşərdi, ora əgər ağa gəlirdisə, orda mütləq barışığ olmalıydı.



Ağanın övlad verməsi

Məsəlçün birinin uşağını maşın vurmuşdu. Uşağ öl­müş­dü. Özdə uşağ bir az ruhi xəstə idi. Olara demişdilər ki, sizin heç övladıvız olmıyacağ. Amma ağa orda barışığ eliyənnən so­ra, iki il sora oların övladı dünyaya gəldi. Həmin oğlan sağ-salamatdı indi də. Ağam olara demişdi ki, haqqa gəl Allah yo­lunda barışığ elə, Allah da sənə yenə övlad payı verər. Elə də oldu. Şükür Allaha indi o oğlanın 15-20 yaşı var.



Ölümünü deməsi


Yolda QAİ saxladı bizi Rusiyada olanda. Sənəddər ha­mı­sı bir yerdə və həmən ağanın pulu da oların arasında. De­dim, saxlıyacağlar, qayda pozmusan. Dedi, heç nə eliyə bil­məzzər, ağanın nişanəsi var orda. Deməli, inanın ki, açdı sə­nəddərə baxdı, baxdı, fırradı. Axırıncı səyfəyə baxdı, pravaya baxdı, texpasporta baxdı, ağanın manatına belə baxdı ortdü sə­nəddəri, verdi, dedi “şaslivovo puti”. Dedi, mən sənə nə de­dim? Bir yerdə ki, ağanın nişanəsi var, orda söz ola bilməz. Biz də sürdüy çıxduy gəldüy.

Baba rəhmətdiy ölməmişdən 40 gün əvvəl nə vaxt olə­cə­yini özü dedi. Təcili ağamı, yəni atamı çağırdı yanına. De­di, bala, mən getməliyəm. Dedi, ay ağa, noolub necə? Dedi, gəlmişdi imamlarımız, kimsə qarşısına çıxıb. Deyib məni də apar, deyib sən qeyb olmamalısan. Biz gedirik, sən də qırx gün­nən sora gələrsən.

Aşura günü – imamın 1-ci günü rəhmətə gedib. Dedi ki, mən ehsan verməliyəm, axı mənim babalarım deyəcək ki, sə­nin qapiva gəlmişdik, sən bizçin neynədin? Nə isə çadır qu­rul­du, heyvannar kəsildi, baba ehsan verdirdi. Sonuncu dəfə bir tikə o ehsannan yedi. Biz günnəri sayırdığ, çünki demişdi ki, 40 gün tamamında getməliyəm. Dediyi kimi də oldu. 40 gün tamamında da rəhmətə getdi. Dediyi vaxtda. Deyirdi, Məhəmməd peyğəmbərdən nəyim artığdı. Mənim vaxtımdı mən getməliyəm. Elə də oldu, qırxıncı gün öldü.


Mənə dərman qismət eləmə

Atam Allahdan diləmişdi ki, İlahi, mənə heç vaxt iynə-dərman qismət eləmə. Elə də oldu. Möcuzə budu ki, deməy atam xəstə oldu biz onu aparduğ Bakıya. Bütün klinikalardan keşdik. Eyni vaxtda bu insanda beyində iki xəstəlik yaranmışdı. Mən bütün xəstəliyin kağızdarını təcili apardım Maskvıya. Dün­ya şöhrətli neyroxirurq var Kanavalov. Bir sutka orda göz­dədim. Həmən vaxtı Reyqanı aperasiya eliyib qayıdırdı. Han­sısa möcüzə ilə hətta deməy olar ki, mən Kanavalovun qəbu­luna düşdüm. O da bir möcuzə oldu. Heç kəsi bu­rax­mır­dılar. Nə­­sə düşdüm qəbula, bəzi yoldaşdardan verilən mək­tublar var idi oları verdim, o baxdı. Snimoklara baxdı. Dedi ki, burda iki xəstəlik var. Bu xəstəliyi müalıcə eləsək, dərmannar digər xəs­tə­liyi artıracağ. Yəni buna heç nə eləmək olmaz, heç bir dərman qəbul eləmək olmaz. Orda mənim ani olarağ yadıma düşdü ki, İlahi, axı o demişdi ki, mənə dərman qismət eləmə. Elə formada da oldu. Necə demişdi elə də getdi dünyadan.


* * *

Boğaz ağrısı, qulağ ağrısı və s. olanda suyu götürərdi, nəsə deyərdi, oxuyardı, üflüyərdi içənə verərdi ki, için. Amma inamnan sən onu içirdinsə, onda səbəb olurdu. Bir şeyə qə­zəbnən baxsaydı, o mütləq bəla çəkməliydi.



Allah səsüvü batırsın

Məsələn, sizə bir şey deyim, demək bir dəfə biz uşa­ğıy­dıx. Daim gəlib namaz qılardı günortalar, televızor açığ idi, orda da mahnı gedirdi. Biz də karidorda baxırdığ tele­vizora. Bu da orda namaz qılırdı. Ha qıldı, qıldı indi deyə də bilmir ki, onun səsini alın mane olur. Biz də başa düşmürük. Orda da Akif İslamzadə oxuyurdu. 4 rəkət qılannan sora dedi, üzünü televızora tutdu və qeyznən, acıxnan dedi. Allah səsüvü batır­sın. Sən qoymadın məni rahat 4 rəkət namazımı qılam. Bu 19­80-ci illərin axırı olan şeydi. Heç üstünnən 1 həftə keç­mə­mişdi ki, onun həqiqətən də səsi batdı.

Allahdan istədiyi, dilədiyi niyyətləri adətən sübh namazı vaxtı istiyirdi.
Mənim qəlbim qəbul eləmir
Bir dəfə ağanı gəlib qonşu kətdən apardılar. Xaloğlu xa­la­qızıya sataşmışdı, aralarında böyük münaqişə düşmüşdü. Oğlanın böyük qardaşı deyib ki, bir iş var, səni aparacam ora barışığ etməyə. Nə isə gəliblər ora, deyir, orda mən anladım ki, məni bura nəyə gətiriblər. Ona qədər işin tam mahiyətini başa düşmürdüm. Biləndə ki, bu iş bu qədər dərin məsələdi, orda ev yiyəisnə də qızgilə də demişdi ki, mən istiyirəm ki, siz bu işdə özünüz qərar verəsiz. Əgər tutdurmağ isti­yir­si­niz­sə, bunun cəzası budursa, özünüz qərar verin. Mənə anlat­say­dız, heç bura gəlməzdim. Amma qızın atası durub demişdi ki, bu kişinin bu cür xasiyyətinə görə mən keçirəm, mən bağışdı­yıram. Ağam demişdi ki, sən keçsən belə mən bağışdamaram. Bunu mənim qəlbim qəbul eləmir.
* * *

Demək burda təkcə babamın qəbri var idi. Bax görürsüz yazılıb orda da. 1980-ci ildə yanvarın 8-də dünyasını dəyişib, bir məqbərə kimi var idi onda. Sora isə 1994-cü ildə buranın yeri atıldı və nəzərdə tutuldu ki, bura nisbətdə böyük olsun. Ağam özü öz istəyinnən öz qəbrini qazdırmışdı hələ sağ ikən. Baxın bırda sizə bir şey göstərəcəm, bəlkə də heç fikir ver­mədiniz bayağ. Diqqətnən baxsaz görərsiz ki, burda bir qəbir o biri qəbirə nisbətdə 2-3 sm fərqlidir hündürlüyündə. Bu da o deməkdir ki, yəni özünü atasınnan aşağıda tutub. Öz qəbrini bir az aşağı hördürüb. O əvvəlcədən hər şeyi fikirrəşib. Həftənin hər 4-cü günü o gələrdi bura, atasını ziyarət eliyərdi.


* * *

Ağamın yanına hər dərdə görə gəlirdilər. Bi dəfə qonşu kətdən bi kişi gəlmidi, onun qolu çürüyürdü. Ağam ona əl çək­məknən onun çürüməsi dayanmışdı, hələ də var o adam sap sağ­lam adamdı. Bi də əllərdə xırda ziyil filan olardı ha, elə bircə dəfə tüpürürdü üstünə elə onnan da səhəri görürdün ki, yoxdu.



Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə