D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə40/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   36   37   38   39   40   41   42   43   ...   84

143
Onomastika, Dialektologiya, Etimologiya
abidələrdə rast gəlirik. İnğak kölükin Toğlada Oğuz kalti. «Toğla 
çayı (sahilində) Oğuz (qəbilələri) hamısı gəldilər (tabe oldular) 
(T 15) (15, s. 246-250). Toğla hidronimi Orxon çaynın qolların-
dan birinin adıdır. Bu gün də Tola şəklində öz adını qoruyub sax-
layıb.  E.M.Murzayev  leksemin  mənasını Azərbaycan  dilindəki 
«tökülmək» sözü ilə bağlayır. Müəllif haqlı olaraq yazır ki, bu 
hidronim Azərbaycan dilindəki «tökülmək», qırğız dilindəki eyni 
mənalı toğu-felindən törəmişdir (45, s. 44). Toğla hidronimindəki 
o-u əvəzlənməsi yəqin ki, sonralar baş vermişdir.
Kara  köl.  Bu  hidronimə  Kül  tigin  abidəsində  rast  gəlinir: 
Az  bodun  yağı  boltı.  Kara  költə  süŋüşdimiz.  «Az  xalqı  yağı 
oldu. Qara göldə döyüşdük» (KT şm 2) (18, s.75-82). Məlumdur 
ki,  türk  toponimlərinin  tərkibində  kara/qara  leksemi  müxtəlif 
mənaları ifadə edir. Bu hidronimin tərkibindəki kara sözü «bö-
yük»  anlamında  işlənmişdir.  Kara  köl  –  «böyük  göl»  mənasını 
bildirir.  E.M.Murzayev  Karaköl  hidroniminin  tərkibindəki  kara 
komponentinin  apelyativinin  «yeraltı  qrunt  suları  ilə  qidalanan 
göl» şəklində izah edir (46, s. 49).
Kara  ünsürü  abidələrdə  Kara  sub  (Terx.  29)  hidronimin 
tərkibində də işlənmişdir. Fikrimizcə, bu hidronimin mənası «bö-
yük çay» anlamını ifadə edir.
Orxon-Yenisey abidələrinin onomastik sistemində etnonimlər 
özünəməxsus yer tutur. Abidələrdə rast gəlinən etnonimlərdən bir 
neçəsinə nəzər yetirək:
Az. Bu etnonimə KT şm 2; KT şm 12; T 13; T14; Talas V 
abidələrində  təsadüf  olunur.  Bundan  əlavə  az  etnonimi Az  tu-
tuk  (KT  ş  38)    və Az  eltəbər  (KT  ş  23)  etnoantroponimlərinin 
tərkibində  də  işlənmişdir.  Orxon  abidələrinin  (Kültigin,  Bilgə 
xaqan,  Tonyukuk  abidələri)  mətnlərindən  məlum  olur  ki,  azlar 
Kögmən  dağları  ətrafında  yaşamışdır.  V.V.Bartoldun  yazdığına 
görə az xalqı Sayan dağları ilə Altayın arasında yaşamışdır. Az 


144
DƏDƏ QORQUD ARAŞDIRMALARI
xalqı uyğurların da daxil olduğu tele qəbilə ittifaqına daxil olmuş-
dur. Uyğur dili göytürk dilinə çox yaxındır. Az dili uyğur dilinə 
yaxındırsa, deməli, göytürk dilinə də yaxındır. Az xalqı haqqında 
Çin qaynaqları da, Avropa mənbələri də məlumat vermir (20. s. 
392).
F.Ağasıoğlu  azları  aslarla  qarşılaşdırır,  Azərbaycandakı 
Azıx (mağara adı) onomastik vahidini az etnoniminin izləri kimi 
qiymətləndirir (26, s. 12-17).
C.İ.Cəfərov «Bəzi damğa və işarələrin etimoloji izahı» adlı 
məqaləsində Az-aslar haqqında yazır: «Unudulmuş etnonimlərdən 
biri kimi Azərbaycan xalqının etimologiyasında ilk, həm də əsas 
yadrolardan hesab edilən aslar və azların adını çəkmək olar» (10, 
s. 29).
C.Cəfərov  bir  sıra  tarixi  məlumatlara  müraciət  edir.  O, 
V.Tomsonun,  V.V.Bartoldun,  Z.N.Qumilyevin  az-aslar  haqqın-
dakı qaranlıq fikirlərinə toxunur. P.Q.Kuzayevə əsaslanaraq qeyd 
edir  ki,  as  (az)  etnonimi  əsrlərlə  təkcə  Qafqazda  deyil,  dünya-
nın  bir  sıra  ölkələrində  yaxşı  tanınmış,  hətta  «Altaydan  Urala 
qədər  böyük  ərazidə  də  çox  məşhur  olmuşdur».  Müəllif  as-az 
qəbiləsi ilə bağlı Orxon-Yenisey abidələrinə müraciət edir, ma-
raqlı fikirlər söyləyir. O, ərəb mənbələrinə, bir sıra tarixi qaynaq-
lara əsaslanaraq az(as) qəbiləsinin düşdüyü fəlakətləri xatırladır. 
Bu günə qədər Azərbaycan ərazisində özünü yaşadan dağ, dərə, 
kənd, tayfa adlarını göstərir. Qobustan qayaları üzərində olan az 
(as) qəbilə adının heroqliflərlə işarə edildiyini inandıcırı şəkildə 
sübuta  yetirir.  C.Cəfərov  nəticədə  yazır:  «Beləliklə  aslar  Qaf-
qaz  torpağında,  xüsusilə  Naxçıvanda,  Qazaxda,  Kəlbəcərdə  və 
s. yerlərdə özlərinin ilk yazı mədəniyyətlərini də e.ə. təxminən 
X-VIII minilliklərdə yaşatmışlar. As xətti və az damğası qədim 
dünya yazı mədəniyyəti tarixində də nümunə kimi diqqəti cəlb edir 
(10, s.35). Bir sıra tədqiqatçılar Azərbaycan sözünün tərkibindəki 


145
Onomastika, Dialektologiya, Etimologiya
az ünsürünü Orxon-Yenisey abidələrində işlənmiş az etnonimi ilə 
əlaqələndirirlər (59, s. 51; 25,  s. 256).
Az etnoniminin apelyativinin «güclü, qüdrətli» olmasını eh-
timal etmək olar.
Azların sonrakı tarixi barədə məlumat yoxdur. Ola bilsin ki, 
az saylı bu türk xalqı orta türk dövründə digər türk xalqlarının 
tərkibində assimilyasiyaya uğrayaraq tarix səhnəsindən çıxmış-
dır.
Altı  Çub  Soğdakı  bodun  –  bu  ifadə  haqqında  müxtəlif 
fikirlər mövcuddur. Bəziləri bunu Soğda (Soqdiana) dövləti he-
sab edir, digərləri isə Çinin Şofan (Ordos) əyalətində soğdalıların 
saldığı altı şəhər kimi qəbul edir. Hər halda hərfi tərcüməsi altı 
hissəli (tayfalı) soğda xalqı deməkdir (20, s. 392-393).
Apar.  Bu  etnonimə  KTş4-də  rast  gəlmək  olur.  Sonrakı 
dövrlərdə  avar  adı  ilə  tanınan  türk  xalqının  adıdır.  Ə.Rəcəbov 
apar-avar etnoniminin göytürklərdən qərbdə yaşayan xalq oldu-
ğunu bildirərək yazır, bunlara həqiqi avarlar da deyirlər (yalançı 
yaxud saxta avarlar da vardır). Avarlar İli çayı hövzəsində yaşa-
mış və sonralar türgislərin tərkib hissəsinə daxil olmuşdur (20, s. 
393).
Türkologiyada apar//avar adlanan bu xalqın mənşəyi barədə 
müxtəlif  fikirlər  var.  Belə  ki,  bir  sıra  tarixçilər  avarları  Çin 
mənbələrində adı çəkilən jujanlarla eyniləşdirirlər. Bu fikrə qarşı 
çıxan L.N.Qumilyov qeyd edir ki, jujanlar etnik baxımdan yek-
cins olmayıb, qarışıq bir toplum idi və yalnız müharibələr hesa-
bına  Böyük  çöldə  davam  gətirirdilər.  551-ci  ildə  Bumın  xaqan 
jujanları  qəti  məğlubiyyətə  uğratdıqdan  sonra  bu  toplum  tarix 
səhnəsindən çıxdı. Avarlar isə uzun müddət VI-VIII əsrlərdə Qara 
dəniz ətrafı çöllərdə hökmranlıq etmiş, Sasani imperiyası ilə it-
tifaqa girərək Bizansa və Göytürklərə qarşı vuruşmuşlar (41, s. 
67). Türk etnonimlərinin tərkibində tez-tez müşahidə olunan –ar, 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə