254
DƏDƏ QORQUD ARAŞDIRMALARI
oldu, (alçaqlığın üzündən xan əmim məhv oldu). Qırğız xanlığı-
nın başçısı, (əmim üçün) başdaşı qaldırdım» (1; 235). Mogilya-
nın şərəfinə yazılmış başqa bir mənbədə eyni vəziyyətin şahidi
oluruq, atadan sonra əmiyə ehtiram türk xalqlarının ailədaxili sa-
bit ənənəsi kimi üzə çıxır: «Xan əmim xan olduqda dörd tərəfə
(yerləşən) bu qədər xalqı (təşkil etmiş)» (1; 267).
Digər tərəfdən qəhrəmanlığı, igidliyi ilə bütün türk ellərində
məşhur Kül-Tigin hakimiyyətə məhz öz fədakarlığı, cəsarəti ilə
güclü namizəd olduğu halda və böyük qardaşının bu vəziyyətə
razılaşdığı məqamda hakimiyyətin yalnız vuran əli, quran biləyi
və dövlət qurucusu kimi bir mövqe seçərək böyük qardaşı Bilgə
xanı taxta çıxarır və ömrünün sonuna qədər ona sədaqətli olur.
Bilgə xaqan Kül-Tigini sevə-sevə xatırlayır, kitabədə oxuyuruq:
«Kiçik qardaşım Kül-Tigin ilə (gizlicə) razılığa gəldik, atamızın,
babamızın əldə (etdikləri xalqın adı, şərəfi yox olmasın) deyə türk
xalqının yolunda gecə yatmadım, gündüz dincəlmədim. Kiçik
qardaşım Kül-tigin ilə, iki şad ilə birlikdə (bunu) çətinliklə əldə
etdim» (1; 235-236) və ya kiçik qardaşının qəhrəman xasiyyətini
xatırlarkən: «(Ey) türk bəyləri, onun necə hücuma keçdiyini ha-
mınız bilirsiniz» (1; 236), bildirir; onun ölümünü böyük faciə
kimi diqqət önünə gətirir: «Kül-Tigin öldü, özüm qəm-qüssəyə
batdım, görən gözüm (ağlamaqdan) görməz kimi, düşünən başım
düşünməz kimi oldu, özüm qəm-qüssəyə batdım». (1; 238)
Beləliklə, Orxon-Yenisey yazılı abidələri ailədaxili davranış
tərbiyəsinin gözəl nümunəsi və örnəyi ola bilərlər. Burada ailə
tərbiyəsinin təşkili üçün xüsusi məqamlar məhz davranış vasitəsilə
üzə çıxarılır. Ailə daxilində hər bir üzvün öz mövqeyini, rolunu
və vəzifəsini bilməsi və real türk mədəni-mənəvi dəyərlərini
qoruması güclü dövlətin yaradılmasına əsaslı bir bünövrə kimi
göstərilməklə müasir cəmiyyətimizin də təşkilində bu cür
təfəkkür tərzi əhəmiyyətli rol oynaya bilər. Belə ki, «milli mənlik
şüuru millətin varlığını, özünəməxsusluğu, milli özünüdərk və
255
Pedaqogika, Fəlsəfə, Psixologiya
özünütəsdiqinin, milli ləyaqətinin və ümumbəşəri keyfiyyətlərinin
məcmusudur. …Əxlaq tərbiyəsinin məzmununa milli mənlik şü-
uru və ləyaqətin formalaşması, doğma yurda, Vətənə məhəbbət,
ata və anaya, qohumlara hörmət və qayğı, məhəbbət, düzlük və
doğruçuluq, dostluq və yoldaşlıq, əməksevərlik və əməyə vicdan-
lı münasibət, böyüyə hörmət və qayğı, ailə həyatına hazırlıq və s.
daxildir». (7; 234)
Ailədaxili ənənələrin oğullar tərəfindən davam etdirilməsi
problemi qədim türk cəmiyyətinin mühüm davranış norması ol-
muşdur. Belə ki, mənbələrdə tez-tez atalar – oğullar məsələsi qa-
bardılır, yaxşı ataların pis oğulları halında etiraz məqamları ilə qar-
şılaşırıq: «Ondan sonra kiçikləri böyükləritək, oğlanları atalarıtək
olmamışlar. (Taxtda) biliksiz xan oturmuş, yava xan oturmuş,
buyruqçuları da biliksiz, yava olmuş. Bəyləri, xalqları düz (ilqar-
lı) olmadıqlarına görə tabğac xalqı aranı qarışdırdığı üçün yalançı
vədlər verdiyi üçün, yoldan azdırdığı üçün, böyükləri kiçiklərlə,
bəyləri xalqla salışdırdıqlarına görə türk xalqının mövcud olan
eli parçalanmış, xanlıq edən xanlarını ölümə sürükləmişlər» (1;
233). Göründüyü kimi, ailədaxili tərbiyənin ailədaxili davranı-
şa uyğun olmadığını vurğulayan mənbə məhz dövlət səviyyəli
məsələlərin – daxili və xarici siyasətin bünövrəsini zəiflədən amil
kimi irəli sürür və hər şeyin ailədaxili ənənəyə söykəndiyini, tu-
tulan yolun, edilən nifrətin doğru istiqamətinin məhz ənənəyə,
ailəyə sadiqliyə, babaların yolunu davam etdirməyə bağlı olması-
nı iddia edir. Bir sıra pedaqoji ədəbiyyatlarda mühitin tərbiyəedici
təsiri irsiyyət faktoru ilə müqayisədə təhlil edilir. Son dövrlərdə
konkret tarixi təsdiqini tapan irsiyyət faktorunun əhəmiyyəti hələ
qədim türk abidələrində ilkin əsas kimi dərk edilməkdədi. Peda-
qoji ədəbiyyatda oxuyuruq: «Əlbəttə, mühitin tərbiyəedici təsiri
haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Bu nəzəriyyələrin
bəziləri mühitin tərbiyəetmə imkanlarını həddindən artıq şişir-
dir, bəziləri isə kortəbii hesab edirlər. Əlbəttə, bu nəzəriyyələrin
256
DƏDƏ QORQUD ARAŞDIRMALARI
heç biri ilə tam razılaşmaq olmaz. Çünki ayrı-ayrılıqda bu
amillərin heç birinin sərbəst əhəmiyyəti yoxdur. Yalnız irsiyyətlə
vəhdətdə mühit və tərbiyə şəxsiyyət yetişdirilə bilər» (8; 58).
Bu cəhətlərinə görə Orxon-Yenisey yazılı abidələri müasir
Azərbaycan cəmiyyətində milli özünüdərk məsələlərinə, mənəvi
bütövlüyə, mədəni müstəqilliyə dəyərli materiallar təqdim edir,
tərbiyə məsələlərində bu abidələrin xüsusi pedaqoji tədqiqini ak-
tuallaşdırır.
Apardığımız tədqiqatın üçüncü istiqaməti üzrə Orxon-
Yenisey yazılı abidələrində ictimai-sosial həyatda davranış
tərbiyəsinin yüksək nailiyyətləri maraq doğuran pedaqoji-psixo-
loji məqamları ilə diqqəti cəlb edir. Belə ki, türk tayfalarının icti-
mai həyata aktiv münasibəti vətən, xalq, torpaq, daxili və xarici
fəaliyyət sahələrində müstəqilliyin qorunub saxlanılması, sülhün
bərpası məsələsi, dövlətçilik ideyaları ilə yaşamaq hissləri, məişət
problemləri daxilində aldanmaya meylliliyin səbəbləri, ərzaq
problemlərinin həlli, ictimai münasibətlər daxilində varlanma və
müflisləşmə məqamları, yas mərasimlərinin özəllikləri və s. dar
və geniş fəaliyyət sahələri vasitəsilə ətraflı şəkildə öz ifadəsini
tapmışdır.
Türk bəyləri və xaqanları təkcə müharibələr, xarici yürüşlər
və müstəqillik uğrunda mübarizələrlə özlərini təsdiq etmirdilər,
xalqın iqtisadi vəziyyəti, onun müasir və gələcək əmin-amanlığı
və yaşam tərzi onların diqqət mərkəzindən kənarda qalmamış-
dır. Abidələrdən bəllidir ki, xaqanlar, başçılar xalqın əsl ataları
kimi davranmış və öz üstünlüklərindən xalqın mənafeyi uğrunda
istifadə etmişlər, mənbələrdən birində oxuyuruq: «Tanrı (onla-
ra) güc verdiyinə görə xan atamın qoşunu qurd kimi (qorxmaz)
olmuş, düşməni qoyun kimi (ürkək) olmuş; şərqə, qərbə hücum
edərək (döyüşçü) toplamış, (xalqı) ayağa qaldırmış, hamısı yed-
di yüz döyüşçü olmuş, yeddi yüz döyüşçü təşkil etməklə eldən
məhrum olan, xandan məhrum olan xalqı, kəniz, qul olmuş xalqı,
Dostları ilə paylaş: |