260
DƏDƏ QORQUD ARAŞDIRMALARI
dır. (Lakin) nazik yoğunladılarsa, (dağılmış xalq) toplanılarsa, bu
igidlikdir; incə (şey) möhkəmləndirilərsə, (onu) qırmaq igidlik-
dir. (1; 251)
2. Əgər bir yerdə xanı olan xalq (içərisində) (kim isə) baca-
rıqsız olarsa, (o xalqın) başına nə bəlalar gələ bilər. (1; 253)
3. Taleyi tanrı təyin edir. Bütün insanlar ölmək üçün yaran-
mışlar. (1; 238)
4. İgidliyi olsa, xalq qüdrətli xalqdır. (2; 269) və s.
Beləliklə, Orxon-Yenisey türk yazılı abidələrində əksini ta-
pan müxtəlif ictimai situasiyalarla bağlı davranış normaları, qay-
da və ənənələri pedaqoji cəhətdən müasir cəmiyyətimizdə bərpa
olunan türk əxlaqının, ictimai davranış tərbiyəsinin dərkində
mühüm əhəmiyyətə malik ola bilər, genetik yaddaşa geri dönmə
prosesində tərbiyə məsələlərində təqdirəlayiq rol oynaya bilər.
Müasir cəmiyyətimizdə milli təəssübkeşlik hisslərimizin
möhkəmlənməsi istiqamətində qədim türk yazılı abidələrində
mükəmməl ifadəsini tapan davranış tərbiyəsi haqqında material-
lardakı məlumatlar çağdaş zamanımız üçün gərəkli pedaqoji-psi-
xoloji mahiyyətə malikdir.
Ədəbiyyat
1. Şükürlü Ə. Qədim türk yazılı abidələrinin dili. B. «Maa-
rif», 1993, 336 səh.
2. Rəcəbov Ə., Məmmədov Y. Orxon-Yenisey abidələri. B.,
«Yazıçı», 1993, 400 səh.
3. Rəcəbli Ə. Qədim türk yazılı abidələri, 4 cilddə. B., 2009,
I cild, 567 səh.
4. Zeynalov F.R. Qədim türk yazılı abidələri. B., 2009, 110
səh.
5. Həşimov Ə., Sadıqov F. Azərbaycan xalq pedaqogikası.
B., «Patronat», 1993, 275 səh.
261
Pedaqogika, Fəlsəfə, Psixologiya
6. Kazımov N. Milli pedaqogika yollarında. B., 2001.
7. Talıbov Y.R., Ağayev Ə.A., İsayev İ.N., Eminov A.N. Pe-
daqogika. Ali məktəblər üçün dərs vəsaiti. B., «Maarif», 1993
8. Həsənov A., Ağayev Ə. Pedaqogika (dərslik). B., «Nasir»,
2007, 496 səh.
Резюме
Салима Мамедова,
младший научный сотрудник
ВОСПИТАНИЕ НОРМ ПОВЕДЕНИЯ В ОРХОНО-
ЕНИСЕЙСКИХ ПИСЬМЕННЫХ ПАМЯТНИКАХ
ДРЕВНЫХ ТЮРКОВ
В статье рассматриваются педагогического-психо-логи-
ческие вопросы древного тюрксого общества отразивщиеся в
Орхоно-Енисейских памятников. В результате проведенного
исследования этих памятников в направлении воспитания
норм поведения обосновывается их педагогическое знасение
для современного Азейрбай-джанского общества.
Summary
Salima Mammadova,
Junior researcher of laboratory “Dede Korkut”
THA TRAINING OF NORMS OF BEHAVIOUR IN THE
ORCHON-YENISSIAN WRITTEN MONUMENTS OF
OLD TURKIC PEOPLES
The pedagogical-psychological problems in the Orchon-Ye-
niseian written monuments of old turkie peoples were considered
262
DƏDƏ QORQUD ARAŞDIRMALARI
in this article the results of researching these monuments in di-
rections of training of norms of behaviour are substantial by their
pedagogical signifiance for present Azerbaijanian society.
263
Pedaqogika, Fəlsəfə, Psixologiya
Orxon-Yenisey abidələri türkdil-
li xalqların «daşlar üzərində» yazılmış
ilk tarixi sənədləri, zəngin milli-mənəvi
coğrafiyası, zəmanəmizə gəlib çatmış
poetik incidir. Çox vaxt məzar poezi-
yası adlandırılan bu yazılar qədim türk
qəbilələrinin daşlaşmış tarixidir, xalq-
ların, sərkədələrin gələcək nəsillərə
hesabatıdır, dövlət və xalq qarşısında
duran vəzifələr haqqında türk dünyası-
nın, türk elinin bəyannaməsidir. Orxon-
Yenisey abidələri eyni zamanda türk
mədəniyyətinin, türk hərb sənətinin
qan yaddaşıdır, türk bədii təfəkkürünün
müqəddəs səhifələridir.
Əsrlərin sınağından çıxmış bu
daş kitablar dilçilik, ədəbiyyatçılıq,
natiqlik sənəti, etnoqrafiya, pedaqo-
gika tarixi və nəzəriyyəsi üçün xüsu-
si əhəmiyyət daşıyır. Orxon-Yenisey
abidələri bütövlükdə türk xalqlarının
müqəddəs keçmişidir, ulu babalarımı-
zın saysız hesabsız döyüşlərdə keçən
qovğalı illərinin, torpaq, vətən, mənəvi
Tərlan Əsgərova,
kiçik elmi işçi
ORXON-YENİSEY YAZILI ABİDƏLƏRİNDƏ
MƏNƏVİ TƏRBİYƏ MƏSƏLƏLƏRİ
264
DƏDƏ QORQUD ARAŞDIRMALARI
tərbiyə, xoşbəxt yaşayış uğrundakı ictimai-siyasi mübarizələrinin
daşlarda əbədiləşmiş tarixidir. Ulularımızın tarixi dünyasından,
həyat və məişət tərzindən, yüksək mənəvi aləmindən xəbər verən
Orxon - Yenisey ilk yazılı kitabədir. Və bu abidə ana dilimizin
onun əlifbasının 1300-1500 illik tarixindən xəbər verir.
Daşlaşmış türkdilli xalqların tarixi keçmişini yaşadan bu ya-
zılı abidələr insanları mənəvi cəhətdən saflaşdırıb tərbiyə edir,
onun təfəkkür inkişafını, dünyagörüşünü, inam, inac yerini artı-
rır. Orxon-Yenisey abidələri dedikdə ilk öncə xalqın milli-mənəvi
aləmini özündə yaşadan, onu əsrdən-əsrə, nəsildən-nəslə toxunul-
maz bir ərmağan kimi çatdıran, millətin tarixini, adət-ənənəsini,
davranış və münasibətlər sistemini, inam və etiqadını, arzu və
istəklərini, sevinc və kədərini ifadə edən canlı varlıqdır.
Orxon - Yenisey yazılı abidələri XII əsrdən başlayaraq araş-
dırılıb tədqiq olunsa da1, deməliyik ki, bu abidə söz sənətidir,
şifahi xalq ədəbiyyatıdır, folklordur, əxlaqi düşüncə, mənəvi
tərbiyə məktəbidir. Əsaslı təməl üzərində qurulmuş bu yazılı
abidələr minilliklər ötsə belə yaddaşlardan silinmir, müasir nəslin
təfəkkürünə yeni meyarlarla yaxınlaşır. Tükənməz bir xəzinə olan
Orxon - Yenisey yazılı abidəsi də türkdilli xalqların həyatında
özünə daha möhkəm, əbədi bir mövqe qazanıb.
Orxon-Yenisey yazıları rus alimləri S.Malok, İ.Steblena, türk
alimləri M.N.Orku, R.R.Arat, M.Ergin, T.Tekin, Ə.B.Ercilasın,
Azərbaycan alimləri F.Zeynalov, Ə.Rəcəbov, Y.Məmmədov
tərəfindən tədqiq edilmişdir.
Maraqlıdır ki, bir çox hallarda Orxon-Yenisey kitabələrində
Türkiyə türkcəsindən daha çox azəri türkcəsinə aid olan sözlər
işlədilir. Məsələn, «ben» yox, «mən», «kəndim» yox, «özüm»
və s.
Bir çox çağdaş tədqiqatçılar bu daş kitabələrdəki mətnləri
şeir, nəsr örnəkləri hesab edir və onların üslub xüsusiyyətlərinin
Dostları ilə paylaş: |