257
Pedaqogika, Fəlsəfə, Psixologiya
parçalanmış türk (xalqını) ulu atam-babam başa salmış, əvvəlki
dövləti bərpa etmiş, sonra töləs, tarduş (xalqlarının) azadlığını
təmin etmiş, orada (onlara) yabqu, şad rütbələrini vermiş» (1;
234).
Göytürk xaqanı Bilğə xaqan Kül-Tiginin şərəfinə yazılmış
kiçik mətnli abidədə öz xalqına doğru yol göstərərərək onun ic-
timai-sosial davranışındakı çatışmazlıqları açıqlayır və qeyd edir
ki, «Tanrının hökmü ilə özümün bəxtim olduğuna görə (xanlıq
taxtında) oturdum. Xan olmaqla yox (dərəcəsinə gələn) müflis
xalqı ortaya çıxardım, yoxsul xalqı varlı etdim, ac xalqı tox etdim.
Məgər bu sözümdə yalnışlıq varmı? (Ey) türk bəyləri, xalqı, bunu
eşidin. Türk xalqını toplayıb qəbilə birliyini yaratdığımı burada
yazdım, bir hissənizin yanıldığını da burada yazdım… (Ey) indi-
ki türk xalqı, bəyləri, ona baxarkən bilin; taxta itaət edən bəylər,
siz çox (tez) yanılansınız» (1; 220). Mogilyanın şərəfinə yazılmış
kitabədə isə xaqan öz timsalında nümunə gətirərək müraciət edir
və xalqa arxa olmağı, onu qorumağı tövsiyə edir: «Yuxarıda tan-
rı, aşağıda yer kömək etdikləri üçün gözü görməyən, qulaqları
eşitməyən xalqımı irəliyə – şərqə, sağa (cənuba) Tabğac elinə,
geriyə (qərbə) apardım…, qızılını, parıldayan gümüşünü, məşhur
ipəyini, çörəklik taxılını, minik atını, ayğırını, qara qunduz
(xəzini), göy dələ (xəzini) türk xalqım üçün əldə etdim, (onları)
təşkil etdim…, bu xanlıqda bu bəylər də vətəndən ayrılmasın; (ey)
türk xalqı, özün xoşbəxt olacaqsan» (1; 268) Xalqa xoşbəxtlik ar-
zusu edən xaqan onun bəylərinə ictimai və sosial həyatda doğru
və düzgün davranış yollarını da göstərir və türk xalqı üçün edilən
bütün səylərin onun firavanlığı və kədərdən uzaqlaşdırılması kimi
ali arzulara bağlı şəkildə icra olunduğunu vurğulayır.
Pedaqogika elmində insanın bir fərd kimi deyil, sosial-icti-
mai varlıq kimi dəyərləndirilməsi onun vətəndaşlığı və şəxsiyyəti
məsələləsi ilə əsaslandırılır. «İnsanın dünyaya gəlişi, dünyadan
gedişi onun özündən asılı olmadan bir qanunauyğunluqdur. Lakin
258
DƏDƏ QORQUD ARAŞDIRMALARI
doğumla ölüm arasındakı ömrü insan kimi yaşamaq –fəaliyyət
göstərdiyi cəmiyyətə xidmət etdiyi xalqın ləyaqətli vətəndaşı ol-
maq ondan asıldır. Belə bir vətəndaş ilk növbədə təlim və tərbiyə
proseslərində formalaşır». (7; 234-235) Bunun bariz nümunəsinə
İltəris xanın yaxın sirdaşı, vəziri Bilici Tonyukuk «Tonyukukun
şərəfinə yazılmış yazılı abidə»də rast gəlirik, xaqanlıq rütbəsi
altında böyük tarixi vəzifələr durduğu burada ətraflı şərh edil-
mişdir. O, İltəris xanı biliyi az olsa da, igidliyi və ali məqsədləri
olan vətənpərvər və xalqpərəst bir şəxs kimi göstərir. Məhz bu
cəhətinə görə uzaqgörən bilici Tonyukuk İltəris xana sirdaş ol-
mağı qərara aldığını fəxrlə vurğulayır: «Bilici Tonyukuk, Boyla
Bağa Tarkan ilə İltəris xanla olmağı arzu etdi. Cənubda Tabğac
elini, şərqdə Kidan elini, şimalda Oğuz elinin hamısını məhv etdi,
(onun) həmdəmi, şan-şöhrət yoldaşı mən oldum. Çuğay Küzü və
Qara Qumu yaşayış yeri etdik. (Burada) maral, dovşan (əti) ye-
yib yaş ayırdıq. Xalqın boğazı tox idi, ətrafımızda düşmənlərimiz
yırtıcı quş kimi idilər, biz (onlar üçün) leş yerində idik». (1; 249-
250) Tonyukuk bütün qələbələrin sonluğunu məhz vətənin va-
hidliyi, xalqın müstəqilliyi kimi böyük nailiyyət uğrunda olma-
sını xüsusi fəxrlə vurğulayır. O, özü Tabğac elindən olsa da, öz
xanına sadiqliyini sübut edərək müxtəlif döyüşlərdə uzaqgörən
tədbirlərilə türk dövlətinin bərqərar olmasında yaxından iştirak
etmişdir: «İltəris xan əgər (bunları) əldə etməyə çalışmasa idi,
əgər (onun ardınca) gedərək mən özüm (bunları) əldə etməyə ça-
lışmasa idim, nə dövlət, nə xalq olardı. O (buna) nail olduğu üçün
onun ardınca gedərək özüm (buna) nail olduğum üçün dövlət
də dövlət oldu, xalq da xalq oldu… İltəris xan, bilici Tonyukuk
(bunu) əldə etdiyi üçün Kapağan xan, türk-sir xalqı da var… Türk
Bilğə Kağan (taxtda oturub) türk-sir xalqını, Oğuz xalqını ucaldır
(1; 253-254).
Beləliklə, mənbə hakim, güc-qüvvət sahibi igid şəxslərin
ictimai davranışlarının nəticəsinin bütöv bir dövlətçilik ideya-