D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə74/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   70   71   72   73   74   75   76   77   ...   84

257
Pedaqogika, Fəlsəfə, Psixologiya
parçalanmış türk (xalqını) ulu atam-babam başa salmış, əvvəlki 
dövləti  bərpa  etmiş,  sonra  töləs,  tarduş  (xalqlarının)  azadlığını 
təmin  etmiş,  orada  (onlara)  yabqu,  şad  rütbələrini  vermiş»  (1; 
234).
Göytürk  xaqanı  Bilğə  xaqan  Kül-Tiginin  şərəfinə  yazılmış 
kiçik mətnli abidədə öz xalqına doğru yol göstərərərək onun ic-
timai-sosial davranışındakı çatışmazlıqları açıqlayır və qeyd edir 
ki, «Tanrının hökmü ilə özümün bəxtim olduğuna görə (xanlıq 
taxtında)  oturdum.  Xan  olmaqla  yox  (dərəcəsinə  gələn)  müflis 
xalqı ortaya çıxardım, yoxsul xalqı varlı etdim, ac xalqı tox etdim. 
Məgər bu sözümdə yalnışlıq varmı? (Ey) türk bəyləri, xalqı, bunu 
eşidin. Türk xalqını toplayıb qəbilə birliyini yaratdığımı burada 
yazdım, bir hissənizin yanıldığını da burada yazdım… (Ey) indi-
ki türk xalqı, bəyləri, ona baxarkən bilin; taxta itaət edən bəylər, 
siz çox (tez) yanılansınız» (1; 220). Mogilyanın şərəfinə yazılmış 
kitabədə isə xaqan öz timsalında nümunə gətirərək müraciət edir 
və xalqa arxa olmağı, onu qorumağı tövsiyə edir: «Yuxarıda tan-
rı,  aşağıda  yer  kömək  etdikləri  üçün  gözü  görməyən,  qulaqları 
eşitməyən  xalqımı  irəliyə  –  şərqə,  sağa  (cənuba) Tabğac  elinə, 
geriyə (qərbə) apardım…, qızılını, parıldayan gümüşünü, məşhur 
ipəyini,  çörəklik  taxılını,  minik  atını,  ayğırını,  qara  qunduz 
(xəzini), göy dələ (xəzini) türk xalqım üçün əldə etdim, (onları) 
təşkil etdim…, bu xanlıqda bu bəylər də vətəndən ayrılmasın; (ey) 
türk xalqı, özün xoşbəxt olacaqsan» (1; 268) Xalqa xoşbəxtlik ar-
zusu edən xaqan onun bəylərinə ictimai və sosial həyatda doğru 
və düzgün davranış yollarını da göstərir və türk xalqı üçün edilən 
bütün səylərin onun firavanlığı və kədərdən uzaqlaşdırılması kimi 
ali arzulara bağlı şəkildə icra olunduğunu vurğulayır.
Pedaqogika elmində insanın bir fərd kimi deyil, sosial-icti-
mai varlıq kimi dəyərləndirilməsi onun vətəndaşlığı və şəxsiyyəti 
məsələləsi  ilə  əsaslandırılır.  «İnsanın  dünyaya  gəlişi,  dünyadan 
gedişi onun özündən asılı olmadan bir qanunauyğunluqdur. Lakin 


258
DƏDƏ QORQUD ARAŞDIRMALARI
doğumla  ölüm  arasındakı  ömrü  insan  kimi  yaşamaq  –fəaliyyət 
göstərdiyi cəmiyyətə xidmət etdiyi xalqın ləyaqətli vətəndaşı ol-
maq ondan asıldır. Belə bir vətəndaş ilk növbədə təlim və tərbiyə 
proseslərində formalaşır». (7; 234-235) Bunun bariz nümunəsinə 
İltəris xanın yaxın sirdaşı, vəziri Bilici Tonyukuk «Tonyukukun 
şərəfinə  yazılmış  yazılı  abidə»də  rast  gəlirik,  xaqanlıq  rütbəsi 
altında  böyük  tarixi  vəzifələr  durduğu  burada  ətraflı  şərh  edil-
mişdir. O, İltəris xanı biliyi az olsa da, igidliyi və ali məqsədləri 
olan vətənpərvər və xalqpərəst bir şəxs kimi göstərir. Məhz bu 
cəhətinə görə uzaqgörən bilici Tonyukuk İltəris xana sirdaş ol-
mağı qərara aldığını fəxrlə vurğulayır: «Bilici Tonyukuk, Boyla 
Bağa Tarkan ilə İltəris xanla olmağı arzu etdi. Cənubda Tabğac 
elini, şərqdə Kidan elini, şimalda Oğuz elinin hamısını məhv etdi, 
(onun) həmdəmi, şan-şöhrət yoldaşı mən oldum. Çuğay Küzü və 
Qara Qumu yaşayış yeri etdik. (Burada) maral, dovşan (əti) ye-
yib yaş ayırdıq. Xalqın boğazı tox idi, ətrafımızda düşmənlərimiz 
yırtıcı quş kimi idilər, biz (onlar üçün) leş yerində idik». (1; 249-
250)  Tonyukuk  bütün  qələbələrin  sonluğunu  məhz  vətənin  va-
hidliyi, xalqın müstəqilliyi kimi böyük nailiyyət uğrunda olma-
sını xüsusi fəxrlə vurğulayır. O, özü Tabğac elindən olsa da, öz 
xanına  sadiqliyini  sübut  edərək  müxtəlif  döyüşlərdə  uzaqgörən 
tədbirlərilə  türk  dövlətinin  bərqərar  olmasında  yaxından  iştirak 
etmişdir:  «İltəris  xan  əgər  (bunları)  əldə  etməyə  çalışmasa  idi, 
əgər (onun ardınca) gedərək mən özüm (bunları) əldə etməyə ça-
lışmasa idim, nə dövlət, nə xalq olardı. O (buna) nail olduğu üçün 
onun  ardınca  gedərək  özüm  (buna)  nail  olduğum  üçün  dövlət 
də dövlət oldu, xalq da xalq oldu… İltəris xan, bilici Tonyukuk 
(bunu) əldə etdiyi üçün Kapağan xan, türk-sir xalqı da var… Türk 
Bilğə Kağan (taxtda oturub) türk-sir xalqını, Oğuz xalqını ucaldır 
(1; 253-254).
Beləliklə,  mənbə  hakim,  güc-qüvvət  sahibi  igid  şəxslərin 
ictimai  davranışlarının  nəticəsinin  bütöv  bir  dövlətçilik  ideya-


259
Pedaqogika, Fəlsəfə, Psixologiya
sının  bərqərar  olmasına  gətirib  çıxarması  fikrini  əsaslandırmış 
olur.  Nəticə  etibarilə,  Orxon-Yenisey  abidələrinin  məhz  bu 
keyfiyyətlərilə  zənginliyi  onun  dəyərli  xəzinə  və  milli-mədəni 
abidə  olaraq  unudulmayaraq  itib-batmadan,  hər  zaman  xalq 
tərəfindən qorunaraq dövrümüzə qədər gəlib çatmasına səbəb ol-
muşdur.
Xalqlar arasındakı ictimai-sosial münasibətləri təşkil etmək 
sahəsində  sülh  müqavilələrinin,  qonşu  xalqların  hakimlərilə 
qohumluq  əlaqələrini  təmin  etmək  üçün  onlarla  ailə  qurmaq 
məsələlərinin, yas mərasimlərində iştirak etmək kimi xüsusi ic-
timai davranış formaları Orxon-Yenisey yazılı abidələrində mü-
hüm siyasi məna kəsb edir. Kül-Tigin abidəsində sülh müqaviləsi 
məsələləri  xalqın  əmin-amanlıq  sahəsində  düşünülmüş  ictimai-
tarixi addım kimi özünü göstərir: «…sonra tanrının hökmü ilə, 
bəxtim  olduğundan,  taleyim  uğurlu  olduğuna  görə  ölümə  doğ-
ru gedən xalqı həyata qaytardım, ayağa qaldırdım, yalavac xal-
qı  paltarlı,  yoxsul  xalqı  varlı  etdim,  ac  xalqı  tox  etdim,  sadiq 
birliklərində (sadiq xanlıqlarda xeyirxahlıq etdim), dörd tərəfdəki 
xalqın hamısı arasında sülh yaratdım, dostluq (əlaqələri) yarat-
dım,  hamısı  mənə  tabe  oldular»  (1;  236).  Mogilyanın  şərəfinə 
yazılmış abidədə isə qonşu xalqlarla xoş ictimai münasibətlər uğ-
runda ailə-qohumluq məsələləri xüsusi bir amil kimi vurğulanır: 
«…Tanrı kömək etdiyi üçün özüm (xanlıq taxtında) oturduğuma 
(görə) dörd tərəfdəki xalqları təşkil etdim, qaydaya saldım. Mən 
qızımı böyük hörmətlə Türkəş (xanına) xanımlığa verdim. Türkəş 
xanının qızını böyük hörmətlə oğluma aldım, hörmətlə xanımlığa 
aldım» (1; 267).
Orxon-Yenisey  yazılı  abidələrində  ictimai  həyatda  davra-
nış normaları və onların tərbiyəsi problemi aforizm, müdrikanə 
kəlamlar, xalq ifadələrilə də öz təsdiqini tapmışdır. Bunlar aşağı-
dakı şəkildə özünü göstərir:
1. Yumşağı bərkitmək asandır, incə (bir şeyi) qırmaq asan-


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə