D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə75/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   71   72   73   74   75   76   77   78   ...   84

260
DƏDƏ QORQUD ARAŞDIRMALARI
dır. (Lakin) nazik yoğunladılarsa, (dağılmış xalq) toplanılarsa, bu 
igidlikdir; incə (şey) möhkəmləndirilərsə, (onu) qırmaq igidlik-
dir. (1; 251)
2. Əgər bir yerdə xanı olan xalq (içərisində) (kim isə) baca-
rıqsız olarsa, (o xalqın) başına nə bəlalar gələ bilər. (1; 253)
3. Taleyi tanrı təyin edir. Bütün insanlar ölmək üçün yaran-
mışlar. (1; 238) 
4. İgidliyi olsa, xalq qüdrətli xalqdır. (2; 269) və s.
Beləliklə, Orxon-Yenisey türk yazılı abidələrində əksini ta-
pan müxtəlif ictimai situasiyalarla bağlı davranış normaları, qay-
da və ənənələri pedaqoji cəhətdən müasir cəmiyyətimizdə bərpa 
olunan  türk  əxlaqının,  ictimai  davranış  tərbiyəsinin  dərkində 
mühüm əhəmiyyətə malik ola bilər, genetik yaddaşa geri dönmə 
prosesində tərbiyə məsələlərində təqdirəlayiq rol oynaya bilər.
Müasir  cəmiyyətimizdə  milli  təəssübkeşlik  hisslərimizin 
möhkəmlənməsi  istiqamətində  qədim  türk  yazılı  abidələrində 
mükəmməl ifadəsini tapan davranış tərbiyəsi haqqında material-
lardakı məlumatlar çağdaş zamanımız üçün gərəkli pedaqoji-psi-
xoloji mahiyyətə malikdir.
Ədəbiyyat
1. Şükürlü Ə. Qədim türk yazılı abidələrinin dili. B. «Maa-
rif», 1993, 336 səh.
2. Rəcəbov Ə., Məmmədov Y. Orxon-Yenisey abidələri. B., 
«Yazıçı», 1993, 400 səh.
3. Rəcəbli Ə. Qədim türk yazılı abidələri, 4 cilddə. B., 2009, 
I cild, 567 səh.
4. Zeynalov F.R. Qədim türk yazılı abidələri. B., 2009, 110 
səh.
5.  Həşimov  Ə.,  Sadıqov  F. Azərbaycan  xalq  pedaqogikası. 
B., «Patronat», 1993, 275 səh.


261
Pedaqogika, Fəlsəfə, Psixologiya
6. Kazımov N. Milli pedaqogika yollarında. B., 2001.
7. Talıbov Y.R., Ağayev Ə.A., İsayev İ.N., Eminov A.N. Pe-
daqogika. Ali məktəblər üçün dərs vəsaiti. B., «Maarif», 1993
8. Həsənov A., Ağayev Ə. Pedaqogika (dərslik). B., «Nasir», 
2007, 496 səh. 
Резюме
Салима Мамедова,
младший научный сотрудник
ВОСПИТАНИЕ НОРМ ПОВЕДЕНИЯ В ОРХОНО-
ЕНИСЕЙСКИХ ПИСЬМЕННЫХ ПАМЯТНИКАХ 
ДРЕВНЫХ ТЮРКОВ
В  статье  рассматриваются  педагогического-психо-логи-
ческие вопросы древного тюрксого общества отразивщиеся в 
Орхоно-Енисейских памятников. В результате проведенного 
исследования  этих  памятников  в  направлении  воспитания 
норм поведения обосновывается их педагогическое знасение 
для современного Азейрбай-джанского общества.
Summary
Salima Mammadova,
Junior researcher of laboratory “Dede Korkut” 
THA TRAINING OF NORMS OF BEHAVIOUR IN THE 
ORCHON-YENISSIAN WRITTEN MONUMENTS OF 
OLD TURKIC PEOPLES
The pedagogical-psychological problems in the Orchon-Ye-
niseian written monuments of old turkie peoples were considered 


262
DƏDƏ QORQUD ARAŞDIRMALARI
in this article the results of researching these monuments in di-
rections of training of norms of behaviour are substantial by their 
pedagogical signifiance for present Azerbaijanian society.


263
Pedaqogika, Fəlsəfə, Psixologiya
Orxon-Yenisey  abidələri  türkdil-
li xalqların «daşlar üzərində» yazılmış 
ilk tarixi sənədləri, zəngin milli-mənəvi 
coğrafiyası,  zəmanəmizə  gəlib  çatmış 
poetik  incidir.  Çox  vaxt  məzar  poezi-
yası adlandırılan bu yazılar qədim türk 
qəbilələrinin  daşlaşmış  tarixidir,  xalq-
ların,  sərkədələrin  gələcək  nəsillərə 
hesabatıdır,  dövlət  və  xalq  qarşısında 
duran vəzifələr haqqında türk dünyası-
nın, türk elinin bəyannaməsidir. Orxon-
Yenisey  abidələri  eyni  zamanda  türk 
mədəniyyətinin,  türk  hərb  sənətinin 
qan yaddaşıdır, türk bədii təfəkkürünün 
müqəddəs  səhifələridir.
Əsrlərin  sınağından  çıxmış  bu 
daş  kitablar  dilçilik,  ədəbiyyatçılıq, 
natiqlik  sənəti,  etnoqrafiya,  pedaqo-
gika  tarixi  və  nəzəriyyəsi  üçün  xüsu-
si  əhəmiyyət  daşıyır.  Orxon-Yenisey 
abidələri  bütövlükdə  türk  xalqlarının 
müqəddəs  keçmişidir,  ulu  babalarımı-
zın  saysız  hesabsız  döyüşlərdə  keçən 
qovğalı illərinin, torpaq, vətən, mənəvi 
Tərlan Əsgərova,
kiçik elmi işçi
ORXON-YENİSEY YAZILI ABİDƏLƏRİNDƏ
MƏNƏVİ TƏRBİYƏ MƏSƏLƏLƏRİ


264
DƏDƏ QORQUD ARAŞDIRMALARI
tərbiyə, xoşbəxt yaşayış uğrundakı ictimai-siyasi mübarizələrinin 
daşlarda əbədiləşmiş tarixidir. Ulularımızın tarixi  dünyasından, 
həyat və məişət tərzindən, yüksək mənəvi aləmindən xəbər verən  
Orxon - Yenisey ilk yazılı kitabədir. Və bu abidə ana dilimizin 
onun əlifbasının 1300-1500 illik tarixindən xəbər verir.
Daşlaşmış türkdilli xalqların tarixi keçmişini yaşadan bu ya-
zılı  abidələr  insanları  mənəvi  cəhətdən  saflaşdırıb  tərbiyə  edir, 
onun təfəkkür inkişafını, dünyagörüşünü, inam, inac yerini artı-
rır. Orxon-Yenisey abidələri dedikdə ilk öncə xalqın milli-mənəvi 
aləmini özündə yaşadan, onu əsrdən-əsrə, nəsildən-nəslə toxunul-
maz bir ərmağan kimi çatdıran, millətin tarixini, adət-ənənəsini, 
davranış və münasibətlər  sistemini, inam və etiqadını, arzu və 
istəklərini, sevinc və kədərini ifadə edən canlı varlıqdır. 
Orxon - Yenisey yazılı abidələri XII əsrdən başlayaraq araş-
dırılıb  tədqiq  olunsa  da1,  deməliyik  ki,  bu  abidə  söz  sənətidir, 
şifahi  xalq  ədəbiyyatıdır,  folklordur,  əxlaqi  düşüncə,  mənəvi 
tərbiyə  məktəbidir.  Əsaslı  təməl  üzərində  qurulmuş  bu  yazılı 
abidələr minilliklər ötsə belə yaddaşlardan silinmir, müasir nəslin 
təfəkkürünə yeni meyarlarla yaxınlaşır. Tükənməz bir xəzinə olan 
Orxon  - Yenisey  yazılı  abidəsi  də  türkdilli  xalqların  həyatında 
özünə daha möhkəm, əbədi bir mövqe qazanıb.
Orxon-Yenisey yazıları rus alimləri S.Malok, İ.Steblena, türk 
alimləri  M.N.Orku,  R.R.Arat,  M.Ergin,  T.Tekin,  Ə.B.Ercilasın, 
Azərbaycan  alimləri  F.Zeynalov,  Ə.Rəcəbov,  Y.Məmmədov 
tərəfindən tədqiq edilmişdir.
Maraqlıdır ki, bir çox hallarda Orxon-Yenisey kitabələrində 
Türkiyə türkcəsindən daha çox azəri türkcəsinə aid olan sözlər 
işlədilir. Məsələn,  «ben» yox, «mən», «kəndim» yox, «özüm» 
və s.
Bir  çox  çağdaş  tədqiqatçılar  bu  daş  kitabələrdəki  mətnləri 
şeir, nəsr örnəkləri hesab edir və onların üslub xüsusiyyətlərinin 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə