D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə77/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   73   74   75   76   77   78   79   80   ...   84

268
DƏDƏ QORQUD ARAŞDIRMALARI
«Küli-çor»  abidəsində  Şərqi  türk  xaqanlığının  ən  görkəmli 
əyanlarından biri, tərdüş bəylərinin igid rəhbəri olmuş xaqanın- 
Küli-Qorun məhz Tabğaca qarşı döyüşlərdə cəsurluğu, igidliyi ilə 
bunca hörmət qazandığı qeyd edilir.
İgidliyi, şücaəti ilə şöhrət tapan xaqanların həm də ağıllı tak-
tikaya malik olması nizamlı qanunlar qəbul etməsi vacib hesab 
edilir.
Məsələn, Bilgə xaqan bu qəbildən olan xariqüladə qabiliyyətə, 
uzaqgörənliyə  malik  bir  hərbçi  kimi  təsvir  olunur.  O,  mənəvi 
keyfiyyətləri zəkası ilə özünəqədərki xaqanlardan çox fərqlənir. 
Çadırda  oturaraq  minlərlə  mil  uzaqda  yerləşən  ərazidə  gedən 
müharibəni əvvəlcədən udacağını təyin edə bilir. Ağıllı planları 
və qanunları ilə xalqına səadət bəxş edə bilir (s.174).
Kitabələrdə  mənəvi  tərbiyənin    məzmununda  ən  vacib 
komponentlərdən biri olan dostluq və yoldaşlıq keyfiyyətləri xü-
susi yer tutur. 
Dünyasını dəyişən xaqanlar həyatı sona çatdığına görə deyil, 
dostundan, yoldaşından ayrıldığına görə təəssüflənir. «Arxamca 
gələnim, yoldaşım, dostum, əfsus ki, sizdən ayrıldım» (s.304).
Beləliklə,  Orxon-Yenisey    abidələri  qədim  türklərin  etik 
münasibətlərini,  adət-ənənələrini,  mənəvi  dəyərlərini  gələcək 
nəsillərə çatdırmaq kimi möhtəşəm bir vəzifəni həyata keçirməkdə 
istinad edilə bilən qüdrətli  sənət  nümunələridir.
Folklorşünas, filologiya elmləri doktoru, professor Qəzənfər 
Paşayev Orxon-Yenisey yazılı abidələrini onun əlamətlərini, folk-
lor qaynaqlarını İraq türkmanlarının ədəbiyyatı ilə səciyyələndirir. 
Bu  yaxınlıq  beşikdən-qəbrədək  yol  gedən  türkdilli  xalqların 
mərasim və nəğmələrində, bayatı və oxşamalarında, atalar sözləri 
və  tapmacalarında,  nağıl  və  dastanlarında,  uşaq  oyunlarında, 
rəvayət,  əfsanə  və  lətifələrində,  inac  və  dualarında  və  s.  əsla 
fərqlənmir, eyniyyət təşkil edir. Professor Qəzənfər Paşayev haqlı 


269
Pedaqogika, Fəlsəfə, Psixologiya
olaraq göstərir ki: «Bu xalqın ruhunda və təbiətində, rübab, saz və 
söz xəzinəsinin hər  qatında Azərbaycan folkloruna bir bağlılıq, 
bir doğmalıq, məhrəmlik və əkizlik yaşayır. Nə yaxşı ki, tarix bu 
məhrəmliyi  qoruyub  saxlayıb.  Nə  yaxşı  ki,  şüurda,  düşüncədə, 
mənəviyyatda xalq parçalanmayıb»2.
Orxon  -  Yenisey  yazılı  abidəsində  görülmüş    illüstra-
siya  və  şəkillər  əsasında  İraqda  çap  olunmuş  folklorşünas 
Ə.Bəndəroğlunun «Bayatılar xoyratlar» kitabına baxanda profes-
sor  Q.Paşayevin  yuxarıdakı fikrinə tam şərik oluruq:
Bayatı:
 
Dam  üstə yatan oğlan,
Köynəyi kətan oğlan!
Apardılar yarıvı,
Bixəbər yatan oğlan.
(Bax: Q.Paşayev. İraq-Kərküt bayatıları. B., Yazıçı, 1984)
Xoyrat: 
Qələdə yatan oğlan,
Könəgi kətan oğlan.
Adaxlıv əldən getdi,
Bixəbər yatan oğlan.
(Bax: Əli Bəndər. Bayatılar və xoyratlar. Bağdad, 1989)
İzaha, təhlilə ehtiyac varmı?  Göründüyü kimi hər iki dörd-
lükdə fərqlər etnik bütövlüyü qoruyub saxlamış Təbriz, Ərdəbil, 
Bakı, Şəki, Şirvan, Gəncə, Dərbənd, Qarabağ, Naxçıvan və digər 
folklor  qaynaqlarında olan regional variantlar vardır. Bu baxım-
dan İraq foklorşünası Ata Tərzbaşı yazır: «Xoyratın kökləri İraq-
da türkmanların yaşadığı bölgələrdə meydana çıxmış, Ağqoyunlu 


270
DƏDƏ QORQUD ARAŞDIRMALARI
və    Qaraqoyunlu  türkman,  dövlətləri  zamanı  gəlişərək  sonralar 
İraqdan,  Türkiyəyə,  İranın  quzeyinə,  özəliklə  əhalisi  Türkman 
olan Təbrizə və eləcə də Azəri  və ya Azərbaycan gibi tanınan və 
türkmanlardan ibarət Azərbaycan torpağına yayılmışdır».
Oxşar, analoji məqamlar türkdilli xalqların Orxon- Yenisey  
abidələrində  və  folklor  qaynaqlarında  daha  aydın  nəzərə  çar-
pır. Müasir İraq-türkmən ədəbiyyatında ədəbi əlaqələrin yüksək 
xətlə inkişafında lirik-poetik janrlar üstünlük təşkil edir. Türkdilli 
xalqlarda xüsusən onun poeziyasında klassik ərəb ədəbiyyatının 
təsiri  (divan  şeiri)  duyulsa  da,  əsas  inkişaf  etdirilmiş  şeir  aşıq 
ədəbiyyatı, heca və sərbəst vəzndə yazılırdı. 
Müasir İraq-türkmən poeziyasında  xalq şeiri - aşıq ədəbiyyatı 
xüsusi  yer  tutur. Yaranan  aşıq  şeiri  və  xoyratlarda  xalqın  dün-
yagörüşü,  həyat  tərzi,  mənəvi  aləmi,  sevinc  və  kədəri  əks  et-
dirilir.  Varlığını    Orxon-Yenisey,  «Kitabi-Dədə  Qorqud»  kimi 
möhtəşəm abidələr  üzərində qurmuş aşıq ədəbiyyatı və xoyratlar 
bu günə qədər öz nüfuzunu qoruyub saxlayır. Divan şairləri xalq 
ədəbiyyatından, aşıq şeirlərindən təsirlənərək bu sahədə gözəl po-
etik nümunələr yaratdı. İraq türkmənləri böyük Azərbaycan şairi 
M,Füzulinin də xoyratlar yazdığını etiraf edir:
Gülə naz,
Bülbül edər gülə naz.
Girdim bir dost bağına
Ağlayan çox, gülən az.
Türkdilli xalqlarda, xüsusilə türkmənlər arasında şifahi xalq 
ədəbiyyatına geniş yer verilmiş silsilə xoyratlar yazılmışdır. Di-
van şairi, el aşığı kimi şöhrət qazanmış Hicri Dədə bir xoyratına 
diqqət edin:


271
Pedaqogika, Fəlsəfə, Psixologiya
Sağ alması,
Aldı al bağ alması.
Dost mənə bir daş vurdu,
Çətindi sağalması.
Xalq şeirinin aşıq ədəbiyyatının  Orxon- Yenisey və «Kitabi-
Dədə  Qorqud»  milli  mənəvi  abidələrindən  bəhrələnməsi 
nəticəsidir ki, onun mövzu dairəsi günü –gündən genişlənir. Türk 
xalqlarının  işgəncələrdən,  haqsızlıqdan  azad  olunmasında  aşıq 
şeiri hədəfi vuran güclü bir silaha çevrilmiş, milləti qəflət, cəhalət 
yuxusundan  oyatmışdır.
Gor milləti
Aç gözünü gör milləti.
Kefdən şəfaya dalsan,
Görərsəm  kor milləti.
(Bax: Qəzənfər Paşayev. İraq-Kərküt bayatıları. Bakı, Yazıçı, 
1984)
Göründüyü  kimi,  xoyratlar  böyük  mənalar,  məzmun  çalar-
ları ifadə edir. «Türk ləhcələri lüğəti»də «Xoyrat» türk sözüdür. 
Həmin lüğətdə «xoyrat», «xoyrat» sözlərinin mənası- «kəndli», 
«qaba»,  «kobud»kimi  göstərilmişdir.3  «Avesta»da  isə  «xoyrat» 
sözü «sərxoş» mənasında verilir.
İraq folklorşünaslığında bu problemin tədqiqinə xüsusi diqqət 
yetirilir. Bu cəhətdən Əsəd Ərbilin «Milli kimliyimiz xoyratla-
rımızdır»,  Əbüllətif  Bəndəroğlunun  «İraq  türkmən  ədəbiyyatı 
yolunda bir addım», Şəmsəddin Kərkükün «Kərkük bayatıları», 
Qəzənfər Paşayevin «İraq-türkmən fokloru», «İraq-Kərkük baya-
tıları» və s. xüsusi qeyd olunmalıdır.
Türkdilli xalqların bayatılarında səslənən


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə