D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə79/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   76   77   78   79   80   81   82   83   84

275
Pedaqogika, Fəlsəfə, Psixologiya
göstərir ki, Təbərinin yazdığına görə  Həzrəti  Nuh Peyğəmbərin 
oğlu türklərin ulu babası hesab edilən Yafəs türk xalqına yağış 
yağdıran yada daşı vermişdir. Başqa bir rəvayətdə  isə həmin da-
şın  türklərə Həzrət İbrahim pyeğəmbərdən miras qaldığı bildiri-
lir.
Türklərin  cadu  daşı  vasitəsilə  yağış  yağdırdıqları  barədə 
məlumat  verən  müəlliflərdən  biri  də  X  əsrdə    yaşamış  məşhur 
alim  Əl-Fəqih  Əl-Həmədanidir.  O,  ərəb  dilində  qələmə  aldı-
ğı  «Ölkələr  haqqında  xəbərlər»  adlı  kitabında  «Türklər,  onla-
rın ölkəsi və bu ölkədəki möcüzələr haqqında» maraqlı fikirlər 
söyləyir. O, göstərir ki, Türklər ölkəsində möcüzələrdən biri də 
onların daşların köməkliyi ilə istədikləri vaxt yağış, qar, dolu yağ-
dırmaq, təbiəti dəyişdirmək qabiliyyətinə malik olmasıdır.
Müəllifi  məlum  olmayan  XIII  fars  dilində  qələmə  alınmış 
«Dünyanın  qəribəlikləri»  adlı  kitabda  da  maraqlı  bir  fikir  var: 
«Deyirlər  ki,  Ərdəbildə  böyük  bir  daş  düşdüyü  zaman  bu  daşı 
şəhərdən kənara çıxarırlar və o saat da yağış yağır. Onu yenidən 
şəhərə qaytaranda yağış kəsir».
Mənəvi  tərbiyənin  ən  mühüm  vasitəsi  hesab  edilən  tari-
xi  abidələrimizdə  nəğmələr,  inanclar,  alqışlar,  müqəddəs  ocaq 
yerləri-  Haça  qaya,  Baba  dağ  həmişə  insanların  ümüd,  inam 
yeri  olub.  İbtidai  insanların,  qədim  türklərin  müqəddəsləşmiş 
ocaq   yerləri Orxon-Yenisey, «Avesta», «Kitabi-Dədə Qorqud» 
nişanələridir.  Bu  daşlaşmış  abidələrin  köklərinin  ən  azı  Eneo-
lit dövrünə gedib çıxdığını sübut edən poetik nümunələr vardır. 
Bu  o  deməkdir  ki, Azərbaycanda  türk  xalqı    Eneolit  dövründə 
yəni 6-8 min il öncədən məskunlaşmış, böyük mədəniyyəti, ağız 
ədəbiyyatı, mənəviyyatı, musiqisi, incəsənəti, milli adət-ənənəsi 
ilə boy atıb inkişaf etmişdir. Yaşı minilliklərlə ölçülən şifahi xalq 
ədəbiyyatımızın, Orxon-Yenisey abidələrinin tarixi də Qobustan-
da daşlaşmış təsviri incəsənətimiz və rəqs mədəniyyətimiz qədər 


276
DƏDƏ QORQUD ARAŞDIRMALARI
qədimdir.
6-8  min  il  öncə  işlədilən  canlı  danışıq  dili,  bu  günümüzdə  
əhəmiyyətli dəyişikliyə uğramadan yaşayır və fəal şəkildə işlənir. 
Elə o dövrün ovsunçuluq aləti bu gün  Azərbaycanın bir çox regi-
onlarında yaşayır. Malabaxan, mal-qarasını canavardan qorumaq 
üçün bıçaq və ya qayçını parçaya büküb deyir: «Qurdun ağzını 
bağladım» yaxud, əkinçilik, ovçuluqla məşğul olanlar hədəfə al-
dığı ovu nişana almazdan öncə oxuyur:
Haş getdi,
Huş getdi
Bu ox sənə
Tuş getdi.
Ovun  uğurlu  keçməsi,  qurdun  ağzının,  bağlanması,  yağış 
yağdırmaq, dolu yağdırmaq və s. halları ovsunlama ilə həyata ke-
çirilir. Bir sadə bayatı formasında
Yağladım,
Dağladım
Qurdun ağzını
Bağladım.
Tarixi abidələrimizdə, türkdilli xalqların folklorunda və mi-
fologiyasında  Qurd  obrazı  bədii  və  elmi  araşdırmaların  diqqət 
mərkəzində  olmuşdur.  Üstəlik  bu  obraz  ölməz    abidələrimizdə 
yer  tutmuş  poetik  düşüncələrdə,  tarixçilərin,  etnoqrafların,  filo-
sofların,  folklorşünasların,  rəssamlığın  və  s.  tədqiqat  obyektinə 
çevrilmişdir. Folklorşünas İslam Sadıq yazır: «Qurd obrazı haq-
qında indiyə qədər  çox yazılıb və hələ çox yazılacaq, çünki onun 
poetik təhlil üçün verdiyi material zəngin, imkanlar genişdir. Hər 


277
Pedaqogika, Fəlsəfə, Psixologiya
bir araşdırıcı Qurd obrazına fəqdi aspektdən yanaşır, onu öz təhlil 
prizmasından keçirir, ona görə də həmişə yeni söz demək, yeni 
fikir söyləmək olur».
Milli mənəvi abidələrimizdə, daşlaşmış heykəllərdə, türk mi-
fik təfəkküründə Qurd bir neçə funksiyanı yerinə yetirir, yəni biz 
onu bir neçə rolda görürük. «Göytürk» dastanında türklərin məhz 
bir qurddan törədikləri öz əksini tapmışdır. Dastandan aydın olur 
ki, Aşina adlı bir ailədən törəmiş göytürklər  Lil adlı bir məmləkət 
tərəfindən məğlub edilib hamısı  öldürüldülər. Təkcə on yaşlı bir 
oğlan uşağı qaldı. Düşmənlər  onun ayağını kəsib bir bataqlığa 
atdılar. Onu bir dişi qurd  bəsləyib böyütdü. Onlar dağda bir ma-
ğarada yaşadılar və Qurd oğlandan 10 uşaq doğdu. Bu 10 oğlanın 
hərəsi sonradan bir soyun  əsasını qoydu  və  bu  soylar türklərin 
əcdadları olublar.
Folklorşünas Sədnik Paşayevin topladığı və ön söz yazdığı 
«Yanardağ əfsanələri»n də göstərilir ki, həm mifdə, həm də daşın 
üstündəki  təsvirdə Aşina  qıçları  kəsilmiş  uşağı  əmizdirir.  Qur-
dun uşağı əmizdirməsi motivi türk folklorunda geniş yayılmışdır. 
Tovuz bölgəsində Alıdədə haqqında xeyli əfsanə var. Onlardan 
birində Alıdədənin balaca oğlu itir və onu Qurd tapıb əmizdirir. 
Alıdədə uşağı tapıb evə gətirir. Ona deyir ki, anan Mahpeykərdi, 
atan da mənəm. Uşaq isə cavabında bildirir ki, mənim anam Boz-
qurddur, mən onun döşündən süd əmmişəm».
Epos,  nağıl  və  dastanlarda,  milli  mənəvi  dəyərlərin  parlaq 
təzahürü kimi təsvir olunan daş abidələrdə görünən Qurd rəsmləri 
bəzən Canavar simvolunda təqdim olunur. Amma bu canavarları 
darmadağın edən Qurdlar türk oğlu, türklərdir. Bu deyim də Or-
xon - Yenisey abidələrində ucadan səslənir.
Mahmud Kaşğarlı yazırdı ki, türklər Qurda gücün, mərdliyin 
rəmzi, simvolu kimi baxırdı və onu tülküyə qarşı qoyurdu. Uşaq 
anadan olanda oğlan və qız olduğunu bilmək üçün  soruşurdu-


278
DƏDƏ QORQUD ARAŞDIRMALARI
lar: «Qurd doğulub, yoxsa tülkü?». Onun dalınca gedib qayadan 
adamdan da «qurdsan yoxsa tülkü?» deyə soruşurdular. «Alpa-
mış» eposunda Qaracan anasını elçi göndərir və qayıdanda bu cür 
də soruşur. Anası deyir: «Ay oğul, mən hara getsəm, harda olsam, 
ordan tülkü kimi yox, qurd qayıdaram». Demək, Qurd kimi qayıt-
maq işin uğurlu alınmasıdır. 
Deməli türkdilli xalqların foklorunda, qəhrəmanlıq dastanla-
rında Qurd obrazı igid, döyüşkən, mübarizlik rəmzidir. Bu «Dədə 
Qorqud»da belədir, «Koroğlu»da, «Manas»da , «Oğuz Kağan»da 
da! Koroğlunun oğlu Həsən özünü atasına «Qurdoğluyam, Ko-
roğlunun  oğluyam»  deyə  təqdim  edir.  Beləliklə,  türk  xalqları-
nın dilində Qurdla bağlı çox deyimlər var ki, bu Orxon-Yenisey 
abidələrində verilmiş daş heykəllərdə də özünü göstərir. Məsələn, 
«Qurd  kimi  ulamaq»,  «Qurd  ürəyi  yemək»,  «Qurdla  qiyamətə 
qalmaq» və s.
Orxon-Yenisey abidələrində təsvir olunan hər daşda verilən 
rəsmlər tarixin bir parçasıdır. Bu daşlaşmış heykəllər qədim, ibti-
dai insan, türklərdir, əsrlərin yadigarıdır. Türklər Qurdun göydən 
gəldiyinə,  hətta  Tanrı  oğlu  olduğuna  doğrudan  da  inanırdılar. 
Bu inamın izlərini ayrı-ayrı türk xalqlarının zəngin folklor qay-
naqlarında görmək olar. Odur ki, bu abidələr gənclərin mənəvi 
tərbiyəsində daim öz aktuallığını saxlayır.
Ədəbiyyat
1.  Ə.Rəcəbov,  Y,Məmmədov.  Orxon-Yenisey  abidələri.  B., 
Yazıçı, 1993
2. Q.Paşayev. İraq-türkmən fokloru. B., Yazıçı, 1992, s. 8.
3.  N.Xudiyev. Azərbaycan ədəbi dil tarixi.Bakı ,Maarif 1995
4.  M.Seyidov.  Azərbaycan  mifik  təfəkkürün  qaynaqları.  


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə