D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə76/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   72   73   74   75   76   77   78   79   ...   84

265
Pedaqogika, Fəlsəfə, Psixologiya
ən çox «Kitabi-Dədə Qorqud» dastanlarının mətninə yaxın oldu-
ğunu qeyd edirlər.
1993-cü ilin noyabrın 25-də Azərbaycan Respublikası prezi-
denti  Orxon-Yenisey  abidələrinin  ilk  oxunuşunun  100  illik  yu-
bileyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalamışdır və bu 
yubiley ölkəmizdə böyük təntənə ilə qeyd edilmişdir. 
Yaranma tarixi çox uzaq əsrlərin yaddaşından xəbər verən bu 
daşlaşmış yazılarda qədim türklərin məişəti, əxlaqi-mənəvi ideal-
ları, arzu və istəkləri, öz-özlərinə, ailəyə, başqalarına münasibəti, 
torpaq  uğrunda,  vətən  uğrunda  yağılara  qarşı  birgə  mübarizəsi 
əks olunmuşdur. Bu yazılı mətnlərdə şər, fəzilət və qəbahət kimi 
cəhətlər  pislənir,  birliyə  çağırış,  igidlik,  mərdlik  kimi  mənəvi 
keyfiyyətlər isə təbliğ olunur.
Köçəri həyat tərzi keçirən qədim türk tayfalarını birləşdirən 
xaqanlıqların zaman-zaman, vuruşlara məruz qalması ilk növbədə 
xalqın birləşməsi, təşkilatlanmasına təkan vermişdir.
Türk şahzadəsi-  İltəriş xaqanın oğlu Bilgə xaqanın kiçik qar-
daşı Gül-tiginin şərəfinə  qoyulmuş abidədə həmrəyliyə, birliyə, 
çağırış xalqın  qüvvətlənməsi üçün əsas amil kimi dəyərləndirilir: 
«Türk xalqı yox olmasın deyə, xalq olsun deyə atam xaqan on 
yeddi igidlə  sərhəddi açmış, bu xəbəri eşidib şəhərdəkilər dağa 
qalxmış, dağdakılar enmiş, toplaşıb yetmiş igid olmuş, tanrı güc 
verdiyi üçün atam xaqan şərqə, qərbə qoşun toplamış, yüksəlmiş, 
hamısı  yeddi  yüz  igid  olmuş,  elsizləşmiş,  xaqansızlaşmış  xalqı 
əcdadlarımızın qanununca təşkil etmiş, öyrətmişdir». 
Gül-tigin abidəsində yoxsul xalqı varlı, ac xalqı tox etməklə 
onları birləşdirmək, güclü və qüdrətli  etmək birlik vasitəsilə çox 
şeyə nail olmağın mümkünlüyü vurğulanmış «Yoxsul, kasıb xalqı 
bütünlüklə topladım, yoxsul xalqı varlı etdim, ac xalqı tox etdim. 
Türk bəyləri, xalqı eşidin» (s.38).
Bu  mətnlərdəki  fikirlər  «Kitabi-Dədə  Qorqud»  dastanların-


266
DƏDƏ QORQUD ARAŞDIRMALARI
da «xalqın şad günündə uca dağ başında bir tonqal, ağır gündə 
iki  tonqal  qalayın»  deyə  həmrəyliyə,  birliyə  çağırış  ideyası  ilə 
həmahəng səslənir.
Xalqa  bağlı  olmaq  həm  də  başqalarının  qayğısına  qalmaq, 
onlara  dayaq  olmaq,  yaşamaq  və  maddi  nemətlər  əldə  etmək, 
şər  qüvvələrə  qarşı  mübarizə  aparmaq  üçün  kollektivin  birgə 
qüvvəsindən  istifadə  etmək  qədim  türklərin  ən  nəcib  əxlaqi 
keyfiyyətləri kimi təqdir edildiyi  kimi tayfalararası çəkişmələr, 
elin  birliyini  pozmağa  çalışan  mənfur  qüvvələr  pislənmişdir. 
«Ondan  sonra  biliksiz  xaqan,  pis  xaqan  taxta  oturmuş,  onun 
bəyləri  hiyləgər  olduğu  üçün,  kiçik  qardaşla  böyük  qardaşları 
savaşdırdığı  üçün,  xalqı  bir-birinin  üstünə  qaldırdığı  üçün  türk 
xalqı  yaratdığı  elmi  dağıtmışdır»  (s.78-79).  Deməli,  Gül-Tikin  
xaqanın illər boyu yaratdığı möhkəm birliyə əsaslanan ulu xaqan-
lıq, namərdlik, hiyləgərlik kimi mənfi əxlaqi sifətləri öz şəxsində 
təcəssüm etdirən  zülmkar bir xaqanın əliylə məhv edildi.
Abidədə Gül-tigin atasına və  qardaşlarına hörmət və  sədaqətlə 
hətta uzaq ölkələrdə belə tanınan, lütfkar, xeyirxah, dostluğu hər 
şeydən üstün tutan, öz məziyyətləri ilə  sələfləri və xələflərindən 
seçilən nəcib bir xaqan kimi təsvir olunur. Gül-tigin  abidəsində 
ata-oğul, qardaş-qardaş münasibətlərində nəzərə çarpan və doğ-
malıq hissindən yaranan böyük sevgi duyğusu, müştərək uğurla-
rın qorunub saxlanılmasına çox ehtiyatla yanaşmaq xaqanın ən 
mühüm mənəvi keyfiyyətləri kimi diqqəti cəlb edir.
Digər bir daş kitabədə Bilgə xaqan abidəsində təsvir edilən 
xaqan  mərdliyi,  cəsarəti,  igidliyi  ilə  seçilir.  «Bilgə  xaqan 
qəhrəmanlığı, əzmkarlığı və zəkası ilə bütün hökumətlərə haqq və 
həqiqət nümunəsi oldu» (s. 172). Bütün həyatını hərbi yürüşlərdə 
keçirən  Bilgə  xaqan  ömrünün  17  ilini  vuruşlarda  keçirərək 
ölkəsinin qüdrətini yüksəklərə qaldırmışdır. «Mən xalqımı şərqdə 
gündoğana,  qərbdə  günbatana,  cənubda  Tabğaca,  şimalda  gecə 


267
Pedaqogika, Fəlsəfə, Psixologiya
ortasına qədər təşkil etdim, sarı qızılını, parlaq gümüşünü, qıra-
ğı kəsilməmiş ipəyini, əkinlik taxılını, cins at və ayğırını, qara 
samurunu…  xalqıma  qazandım,  dörd  tərəfdəki  xalqımı  təşkil 
etdim, yaratdım… varlandım, Türgiş xaqanın qızını adətimizcə, 
ulu  qanunlarımızla oğluma aldım və qızımı adətimizlə  Türgiş 
xaqanına verdim» (s.108). Sonuncu fikir qədim hökmdarların bir-
birilə ittifaq bağlaması vasitəsi olaraq  qohumluq əlaqələri yarat-
ması kimi adətlərinin mövcudluğunu bir daha sübut edir.
Orxon-Yenisey  abidələrində  ailə  münasibətləri,  ustada 
məhəbbət,  dostluq  yoldaşlıq  duyğuları,  ata-ana  məsləhətini 
dinləmək  və  onlardan  faydalanmaq  kimi  mənəvi  keyfiyyətlərin 
böyük  əhəmiyyət kəsb etməsi dəfələrlə təkrarlanır.
«Oğul  anasından,  atasından  küsub  getmiş,  yenə  fikirləşib 
qayıtmış,  ana  nəsihəti  alım,  ata  sözü  dinləyim,  deyir»  (s.200). 
Turfan  abidələrində  əks  olunan  bu  fikirlər  tarix  boyu  ata-ana 
tövsiyyələrinin övlad üçün əsl həyat dərsliyi rolu oynamasına bir 
işarədir.
Saysız  hesabsız  sürüləri,  ilxıları  ilə  seçilən,  şöhrəti  gündo-
ğandan günbatana qədər yayılan qırğız oğlu Süci xaqanın adına 
yazılmış  daş  kitabədə  də  ustada  məhəbbət,  valideynlik  borcu, 
övladların xoşbəxtliyi, nəvələrə, qohum-qardaşlara sevgi hissləri 
böyük önəm kəsb edir. «Nəsli davam etdirənim- yəni üç oğlum, 
üç qızım  var idi. Hamısını  ev etdim, qızlarımı başlıqsız (kalım-
sız) verdim, ustadıma yüz ər (igid) və  yaşamaq üçün yer verdim, 
qardaşım  uşaqları  və  nəvələrimi  gördüm.  Oğullarım!  İgidlikdə 
ustadım kimi olsun» (s. 166).
Bütövlükdə  türk  xalqlarının    qəhrəmanlıq  salnaməsi  olan 
Orxon-Yenisey    abidələrində  xalqa,  Vətənə  xidmətin  ən  ba-
riz nümunəsi  igidlik və cəsurluqdur. Məsələn, « Bilgə xaqan» 
abidəsində deyilir : «Tanrım, cəsurluğumla elimə xidmət etdim» 
(s. 212).


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə