D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə73/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   69   70   71   72   73   74   75   76   ...   84

254
DƏDƏ QORQUD ARAŞDIRMALARI
oldu, (alçaqlığın üzündən xan əmim məhv oldu). Qırğız xanlığı-
nın başçısı, (əmim üçün) başdaşı qaldırdım» (1; 235). Mogilya-
nın şərəfinə yazılmış başqa bir mənbədə eyni vəziyyətin şahidi 
oluruq, atadan sonra əmiyə ehtiram türk xalqlarının ailədaxili sa-
bit ənənəsi kimi üzə çıxır: «Xan əmim xan olduqda dörd tərəfə 
(yerləşən) bu qədər xalqı (təşkil etmiş)» (1; 267).
Digər tərəfdən qəhrəmanlığı, igidliyi ilə bütün türk ellərində 
məşhur Kül-Tigin hakimiyyətə məhz öz fədakarlığı, cəsarəti ilə 
güclü namizəd olduğu halda və böyük qardaşının bu vəziyyətə 
razılaşdığı məqamda hakimiyyətin yalnız vuran əli, quran biləyi 
və dövlət qurucusu kimi bir mövqe seçərək böyük qardaşı Bilgə 
xanı taxta çıxarır və ömrünün sonuna qədər ona sədaqətli olur. 
Bilgə xaqan Kül-Tigini sevə-sevə xatırlayır, kitabədə oxuyuruq: 
«Kiçik qardaşım Kül-Tigin ilə (gizlicə) razılığa gəldik, atamızın, 
babamızın əldə (etdikləri xalqın adı, şərəfi yox olmasın) deyə türk 
xalqının  yolunda  gecə  yatmadım,  gündüz  dincəlmədim.  Kiçik 
qardaşım Kül-tigin ilə, iki şad ilə birlikdə (bunu) çətinliklə əldə 
etdim» (1; 235-236) və ya kiçik qardaşının qəhrəman xasiyyətini 
xatırlarkən: «(Ey) türk bəyləri, onun necə hücuma keçdiyini ha-
mınız  bilirsiniz»  (1;  236),  bildirir;  onun  ölümünü  böyük  faciə 
kimi diqqət önünə gətirir: «Kül-Tigin öldü, özüm qəm-qüssəyə 
batdım, görən gözüm (ağlamaqdan) görməz kimi, düşünən başım 
düşünməz kimi oldu, özüm qəm-qüssəyə batdım». (1; 238)
Beləliklə, Orxon-Yenisey yazılı abidələri ailədaxili davranış 
tərbiyəsinin  gözəl  nümunəsi  və  örnəyi  ola  bilərlər.  Burada  ailə 
tərbiyəsinin təşkili üçün xüsusi məqamlar məhz davranış vasitəsilə 
üzə çıxarılır. Ailə daxilində hər bir üzvün öz mövqeyini, rolunu 
və  vəzifəsini  bilməsi  və  real  türk  mədəni-mənəvi  dəyərlərini 
qoruması  güclü  dövlətin  yaradılmasına  əsaslı  bir  bünövrə  kimi 
göstərilməklə  müasir  cəmiyyətimizin  də  təşkilində  bu  cür 
təfəkkür tərzi əhəmiyyətli rol oynaya bilər. Belə ki, «milli mənlik 
şüuru  millətin  varlığını,  özünəməxsusluğu,  milli  özünüdərk  və 


255
Pedaqogika, Fəlsəfə, Psixologiya
özünütəsdiqinin, milli ləyaqətinin və ümumbəşəri keyfiyyətlərinin 
məcmusudur. …Əxlaq tərbiyəsinin məzmununa milli mənlik şü-
uru və ləyaqətin formalaşması, doğma yurda, Vətənə məhəbbət, 
ata və anaya, qohumlara hörmət və qayğı, məhəbbət, düzlük və 
doğruçuluq, dostluq və yoldaşlıq, əməksevərlik və əməyə vicdan-
lı münasibət, böyüyə hörmət və qayğı, ailə həyatına hazırlıq və s. 
daxildir». (7; 234)
Ailədaxili  ənənələrin  oğullar  tərəfindən  davam  etdirilməsi 
problemi qədim türk cəmiyyətinin mühüm davranış norması ol-
muşdur. Belə ki, mənbələrdə tez-tez atalar – oğullar məsələsi qa-
bardılır, yaxşı ataların pis oğulları halında etiraz məqamları ilə qar-
şılaşırıq: «Ondan sonra kiçikləri böyükləritək, oğlanları atalarıtək 
olmamışlar.  (Taxtda)  biliksiz  xan  oturmuş,  yava  xan  oturmuş, 
buyruqçuları da biliksiz, yava olmuş. Bəyləri, xalqları düz (ilqar-
lı) olmadıqlarına görə tabğac xalqı aranı qarışdırdığı üçün yalançı 
vədlər verdiyi üçün, yoldan azdırdığı üçün, böyükləri kiçiklərlə, 
bəyləri  xalqla  salışdırdıqlarına  görə  türk  xalqının  mövcud  olan 
eli parçalanmış, xanlıq edən xanlarını ölümə sürükləmişlər» (1; 
233).  Göründüyü  kimi,  ailədaxili  tərbiyənin  ailədaxili  davranı-
şa  uyğun  olmadığını  vurğulayan  mənbə  məhz  dövlət  səviyyəli 
məsələlərin – daxili və xarici siyasətin bünövrəsini zəiflədən amil 
kimi irəli sürür və hər şeyin ailədaxili ənənəyə söykəndiyini, tu-
tulan  yolun,  edilən  nifrətin  doğru  istiqamətinin  məhz  ənənəyə, 
ailəyə sadiqliyə, babaların yolunu davam etdirməyə bağlı olması-
nı iddia edir. Bir sıra pedaqoji ədəbiyyatlarda mühitin tərbiyəedici 
təsiri irsiyyət faktoru ilə müqayisədə təhlil edilir. Son dövrlərdə 
konkret tarixi təsdiqini tapan irsiyyət faktorunun əhəmiyyəti hələ 
qədim türk abidələrində ilkin əsas kimi dərk edilməkdədi. Peda-
qoji ədəbiyyatda oxuyuruq: «Əlbəttə, mühitin tərbiyəedici təsiri 
haqqında  müxtəlif  nəzəriyyələr  mövcuddur.  Bu  nəzəriyyələrin 
bəziləri  mühitin  tərbiyəetmə  imkanlarını  həddindən  artıq  şişir-
dir, bəziləri isə kortəbii hesab edirlər. Əlbəttə, bu nəzəriyyələrin 


256
DƏDƏ QORQUD ARAŞDIRMALARI
heç  biri  ilə  tam  razılaşmaq  olmaz.  Çünki  ayrı-ayrılıqda  bu 
amillərin heç birinin sərbəst əhəmiyyəti yoxdur. Yalnız irsiyyətlə 
vəhdətdə  mühit  və  tərbiyə  şəxsiyyət  yetişdirilə  bilər»  (8;  58). 
Bu  cəhətlərinə  görə  Orxon-Yenisey  yazılı  abidələri  müasir 
Azərbaycan cəmiyyətində milli özünüdərk məsələlərinə, mənəvi 
bütövlüyə, mədəni müstəqilliyə dəyərli materiallar təqdim edir, 
tərbiyə məsələlərində bu abidələrin xüsusi pedaqoji tədqiqini ak-
tuallaşdırır.
Apardığımız  tədqiqatın  üçüncü  istiqaməti  üzrə  Orxon-
Yenisey  yazılı  abidələrində  ictimai-sosial  həyatda  davranış 
tərbiyəsinin yüksək nailiyyətləri maraq doğuran pedaqoji-psixo-
loji məqamları ilə diqqəti cəlb edir. Belə ki, türk tayfalarının icti-
mai həyata aktiv münasibəti vətən, xalq, torpaq, daxili və xarici 
fəaliyyət sahələrində müstəqilliyin qorunub saxlanılması, sülhün 
bərpası məsələsi, dövlətçilik ideyaları ilə yaşamaq hissləri, məişət 
problemləri  daxilində  aldanmaya  meylliliyin  səbəbləri,  ərzaq 
problemlərinin həlli, ictimai münasibətlər daxilində varlanma və 
müflisləşmə məqamları, yas mərasimlərinin özəllikləri və s. dar 
və geniş fəaliyyət sahələri vasitəsilə ətraflı şəkildə öz ifadəsini 
tapmışdır.
Türk bəyləri və xaqanları təkcə müharibələr, xarici yürüşlər 
və müstəqillik uğrunda mübarizələrlə özlərini təsdiq etmirdilər, 
xalqın iqtisadi vəziyyəti, onun müasir və gələcək əmin-amanlığı 
və  yaşam  tərzi  onların  diqqət  mərkəzindən  kənarda  qalmamış-
dır. Abidələrdən bəllidir ki, xaqanlar, başçılar xalqın əsl ataları 
kimi davranmış və öz üstünlüklərindən xalqın mənafeyi uğrunda 
istifadə  etmişlər,  mənbələrdən  birində  oxuyuruq:  «Tanrı  (onla-
ra) güc verdiyinə görə xan atamın qoşunu qurd kimi (qorxmaz) 
olmuş, düşməni qoyun kimi (ürkək) olmuş; şərqə, qərbə hücum 
edərək (döyüşçü) toplamış, (xalqı) ayağa qaldırmış, hamısı yed-
di yüz döyüşçü olmuş, yeddi yüz döyüşçü təşkil etməklə eldən 
məhrum olan, xandan məhrum olan xalqı, kəniz, qul olmuş xalqı, 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə