D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə71/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   67   68   69   70   71   72   73   74   ...   84

248
DƏDƏ QORQUD ARAŞDIRMALARI
– Göytürklərin başçıları bilici xan olmuş, igid xan olmuş, buyruq-
çuları da bilici olmuş, şücaətli olmuş, bəyləri də, xalqları da düz 
(ilqarlı) olmuş, ona görə el birliyini beləcə qoruyub saxlamış, eli 
əldə saxlayıb qanun-qayda yaratmışlar». (1; 223)
Beləliklə,  Göytürk  dövlətinin  möhkəmlənməsində  xanların 
və bəylərin bilici, tədbirli olmasının vacib şərt kimi vurğulanma-
sının şahidi oluruq. Bundan əlavə elin birliyinə inam, dövlət quru-
culuğu ilə bağlı məsələlər içərisində xalqa, torpağa məhəbbət və 
bu məhəbbətin dəfələrlə vurğulanması ictimai davranış norması 
halında mənəvi tərbiyə üsulu kimi üzə çıxır. Qədim türk yazılı 
mənbələrində dəfələrlə rastımıza çıxan «müqəddəs vətən» ifadəsi 
altında  türk  xalqlarının  dövlətçilik  siyasətində  vətənpərvərlik 
tərbiyəsinin özünə sabit bir mövqe aldığını müşahidə etmək müm-
kündür.  Məsələn:  «Yuxarıda  türk  tanrısı,  müqəddəs  türk  vətəni 
belə demiş: Türk xalqı yox olmasın deyə, (özü azad) xalq olsun 
deyə atam İltəris xanı, anam İlbilgə xatunu tanrı yuxarıdan idarə 
edərək  yüksəltmiş».  (1;  234)  Və  yaxud  Yenisey  abidələrindən 
oxuyuruq:  «Adım-El  Doğan  tutuk.  Mən  müqəddəs  elimə  elçi 
idim, altı qəbiləli xalqın bəyi idim» (2; 217); «Müqəddəs elimdən 
Ulun-Şada  qəhrəmanımdan  ayrıldım»  (2;  243);  «Tanrı,  Umay, 
müqəddəs Vətən bizə qələbə bəxş etdilər. Biz nə üçün də qaç-
malıyıq. Nə üçün onlar çoxdur, biz azıq – deyə qorxmalıyıq» (1; 
252).
Məşhur  pedaqoqlardan  olan  A.Həsənov,  Ə.Ağayev  əxlaq 
tərbiyəsi məsələlərinə toxunduqda vətənə layiqli vətəndaş tərbiyə 
etməyi  tərbiyənin  bir  növünün  başlıca  komponenti  hesab  edir 
və  vətənə  məhəbbətin  təbliğini  əxlaq  tərbiyəsinin  əsası  kimi 
qiymətləndirərək onun aşağıdakı komponentlərini diqqət önünə 
çəkirlər: vətənpərvərliyin tərbiyəsi, milli iftixar hissinin tərbiyəsi, 
humanizmin  tərbiyəsi,  böyüklərə,  ata  və  analara  hörmətin 
tərbiyəsi,  şərəf  və  ləyaqətin  tərbiyə  edilməsi;  şüurlu  intizamın 
tərbiyə  edilməsi  (8;  58)  əxlaq  tərbiyəsinin  həyata  keçirilməsi 


249
Pedaqogika, Fəlsəfə, Psixologiya
işində  nəzərdə  tutulan  pedaqoji  məqamlardır.  Məhz  bunun 
vasitəsilə də qədim türk yazılı abidələrinin mətnində müşahidə 
etməyimiz  qədim  türk  psixologiyasının  milli  zəmində  mövcud 
möhkəmliyini izah etmək mümkündür.
II.  Orxon-Yenisey  yazılı  türk  abidələrində  türk  elinin  xa-
rici  dövlətlərlə  və  xalqlarla  münasibətlərindəki  güclü  milli 
təəssübkeşlik hissləri vasitəsilə əksini tapan türk xan və bəylərinin 
ictimai  həyatda  və  siyasi  tarix  arenasındakı  davranış  tərzi  mü-
asir  zamanımızda  davranış  tərbiyəsinin  aşılanmasında  mühüm 
əhəmiyyət  daşıya  bilər.  Burada  müxtəlif  keyfiyyətli  məsələlər 
müşahidə edə bilərik:
a) türk eli və xalqının ümumiləşmiş obrazının yaranmasını 
Kül-tiginin şərəfinə yazılmış abidədən görə bilirik: «Türk xalqla-
rı öz möhkəm kişiliklərini tabğac xalqına qul etdilər. Təmiz qa-
dınlarını kəniz etdilər, öz türk adlarını unudub Tabğac bəyliyini, 
tabğac adını qəbul edərək Tabğac xanlığına tabe olmuş, əlli il öz 
iş-güclərini (bu yolda) sərf etmişlər… (Sonra) bütün türk xalqı 
belə demiş: Eli olan xalq idim, indi elim hanı? El birliyini kimin 
üçün əldə edirəm: Öz işimi-gücümü hansı xana sərf edirəm? – de-
miş; belə deyib Tabğac xanlığına düşmən olmuşlar» (1; 234); və 
yaxud, «…şad atam beləcə düşünmüş: tanrı kimi (atamı) əsir al-
mazlar… xalq o zaman onu (əsir olmağa) qoymamaq üçün ayağa 
qalxmış» (1; 214). Burada daxili ziddiyyətlər və xarici təsirlərin 
türklər arasında ixtilafa, parçalanmaya gətirib çıxardığını görü-
rük. Eyni zamanda müdrik xalqın milli təəssübkeşlik hisslərinin 
tamamilə məhv edilmədiyinin də şahidi oluruq. Nəticə etibarilə, 
abidə  gələcək  nəsillərə  bir  örnək  rolu  oynayaraq  mətnlik, 
dönməzlik və mübarizə ruhunun itirilməməsinə bir nümunə kimi 
dəyərli  tərbiyəvi  xüsusiyyətlər  daşıyır.  Pedaqoji  ədəbiyyatda 
tərbiyənin xüsusi vasitələri ilə milli ləyaqət hissinin tərbiyəsi mü-
hüm mövqeyə malikdir: «Xeyirxahlıqla yoğrulmuş milli ləyaqət 
ana  torpaqla,  ana  vətənlə sıx  bağlıdır.  İnsanlığa  bəxş  edilən ən 


250
DƏDƏ QORQUD ARAŞDIRMALARI
müqəddəs hədiyyə ana torpaqdır. Milli ləyaqət torpağın qorun-
masıdır. Vicdan milli ləyaqətin mühüm amilidir… Milli ləyaqət–
xeyirxahlıq, qayğıkeşlik, vicdanlılıq tələb edir» (7; 235). Orxon-
Yenisey  abidələrində  milli  ləyaqət  hissinin  tərbiyəsi  davranış 
tərbiyəsinin əsas xarakterini müəyyən edən pedaqoji mahiyyətli 
aspektlərdəndir.
b) türk xalqları və qonşu xalqların münasibətlərindəki siya-
si qarşıdurmalar müdrik türk biliciləri, xan və bəyləri tərəfindən 
dərindən  öyrənilməsinə  diqqəti  cəlb  edir.  Abidələrdə  bu  siya-
si  münasibətlər  peşəkar  davranış  normaları  ilə  dəyərləndirilir. 
Məsələn, Tonyukukun şərəfinə yazılmış abidədə türk dövlətinin 
yaranma tarixindən ətraflı söhbət açılır, daxili və xarici təhlükələr 
açıqlanır. Bu zaman Tonyukukun, İltəris xanın müdrik davranış-
ları dövlətin möhkəmlənməsi, qüvvətlənməsi və genişlənməsinin 
əsas amillərindən olaraq üzə çıxır. Tonyukuk yazır: «Türk xalqı 
öz xanı olmadığı halda Tabğac (elindən) ayrıldı, xanlığa çevril-
di. Xanını qoyub yenə Tabğac (elinə) tabe oldu. Tanrı belə demiş 
imiş: (sənə) xan verdim, (xanını) qoyub (başqasına) tabe oldun. 
Tabe  olduğun  üçün  tanrı  (səni)  ölümcül  hala  salmış. Türk  xal-
qı öldü, zəiflədi, yox oldu. Türk xalqının ölkəsində (xanlıq) taxtı 
qalmadı. Meşədə, bayırda (azadlıqda) qalanlar toplaşıb yeddi yüz 
oldular». (1; 249) Burada açıq tənbeh, məzəmmət ifadə olunur. 
Məlumdur ki, «cəzanın müxtəlif növləri var: danlaq, məzəmmət, 
hərbə-zorba  (yaxud  hədə-qorxu)  gəlmək,  həcv  etmək,  uşa-
ğı müəyyən müddət danışdırmamaq, onu vəd edilmiş yaxşı bir 
şeydən  məhrum  etmək,  lənətləmək,  cırnatmaq,  vərəsəlikdən 
məhrum etmək, ac saxlamaq, «evdən qovmaq», döyməklə qor-
xuzmaq və s.» (5; 107).
Pedaqogikanın təsir və təbliğ üsullarından, tərbiyə işində mü-
hüm rol oynayan cəza, töhmət üsulu bu abidələrdə xüsusi tarixi 
pafosla diqqəti cəlb edir və mühüm tarixi inkişaf mahiyyətli təsir 
vasitəsi olaraq özünün təsdiqi ilə müşahidə olunur.


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə