234
DƏDƏ QORQUD ARAŞDIRMALARI
milləti ləyaqətini qorusun, ona zərər gətirəcək yanlışlıqlara yol
verməsin!.
Milli vicdan. Orxon-Yenisey abidələrində rast gəlinən bir
çox mətndə milli vicdana əsaslanan fikirlərə rast gəlirik. İstər
Bilgə xaqanın, istər Tonyukukun istərsə də digər sərkərdələrin
vəsiyyətləri, nəsihətləri, tövsiyələri elə vicdanları qarşısında
hesabatlarıdır. Onlar millətinin, vətəninin zəngin tarixini, keç-
mişini, mədəniyyətini, bu günkü uğurlarını dilə gətirir, adət-
ənənələrini özgələrinki ilə tutuşdurur, müqayisə edir, vicdanla
onları qiymətləndirir və təsdiq edir ki, həqiqətən də özününkülər
daha üstündür, gözəldir.
Milli iftixar. Orxon-Yenisey yazılı abidələrində vətənini
sevməyin digər bir cəhəti də onun uğurlarına sevinmək,
öyünməkdir, ondan iftixar duymaqdır. Türk vətəninin, elinin,
millətinin elementar hər bir şeyi ilə qürur duyur, iftixar edir. O,
ən əvvəl, Tanrının özünün türkü qorumağı ilə fəxr edir: “...Türk
milləti yox olmağa doğru gedirmiş...O zaman üstdə Türk Tanrı-
sı Türkün uğurlu yer və su mələkləri, Türk milləti yox olmasın
deyə, millət olsun deyə atam Eltəriş xaqanı, anam El Bilgə xatunu
göyün təpəsindən tutub yuxarı qaldırmışlar...” [3; 113].
Türk daha sonra paytaxtı ilə, sərhədlərinin genişliyi, hüdud-
suzluğundan qürur duyur: “...Doğuda gündoğuşuna, batıda gün-
batışına, quzeydə gecəyarısına qədər olan yerlər içində yaşayan
millətlər mənə bağlıdır...Türk xalqı Ötükən (paytaxtları – M.S.)
ormanında oturarsa eldə sıxıntı, üzüntü olmaycaqdır.
Doğuda Şantunq düzənliyinə qədər ordu yeritdim, dənizə
çatmağımıza az qaldı. Güneydə Doqquz Ersinə qədər ordu ye-
ritdim, Tibetə çtamağımıza az qaldı. Batıda İnci çayını aşaraq
Dəmirqapıya (Dərbənd nəzərdə tutulur – M.S.) qədər getdim.
Quzeydə Yir Bayirquların torpağına ordu yeritdim. Bunca yerlərə
türk adını, türk şanını çatdırdım!
235
Pedaqogika, Fəlsəfə, Psixologiya
Ötükən ormanında yabançılar yox!
El tutulacaq yer Ötükən ormanıdır...” [3, 111].
Türk öz anası, bacısı, xatunundan onların şərəfli, ağıllı,
özlərinə arxa-dayaq olmasından qürur duyur. Türk millətinin qa-
dınının – ağıllı, dövlət işlərinə öz uzaqgörən məsləhətləri ilə da-
yaq olmasından qürur duyduğuna aşağıdakı fikirlərdə rast gəlirik:
Belə ki, Bilgə xaqan anasının timsalında türk qadınına belə qiymət
verir: “Tanrının Umay qədər gözəl və yaxşı yaratmış olduğu anam
xatununun arzusu ilə dövlətinin onun xoşbəxtliyinin rəmzi olaraq
kiçik qardaşım Kül Tigin adını aldı” [3, 115]. Türk qadınını başı-
nın tacı hesab edirdi, həyatının mənası olan igidliyi, qəhrəmanlığı,
vətən döyüşkənliyi, şücaəti ilə onu eyni qiymətləndirirdi.
Təsadüfi deyildir ki, çox kiçik mətnli epitafilərinin məzmunu ilə
tanış olduqca görürük ki, türk ən çox qürur duyur ki, igid olub,
döyüşkən olub, cəsur olub, şücaət göstərib, düşmənə itki yaşadıb
və kədərlənir ki, qürur duyduğu xatunundan, anasından ayrılır.
Xüsusən də, 60-a yaxın olan Yenisey abidələrində hər
şəxsiyyətə aid epitatinin çox kiçik həcmli məzmununda bu
fikirlərə rast gəlinir: “... igid bayraq tutandım, igidliyindən doyma-
dım, sarayda xanımımdan, yalnız (təkcə) qızımdan doymadım [1;
245], “...Yerdəki varlığımdan (mövcudluğumdan), igidliyimdən
doymadım. Ox atmaqda igid idiniz, güləşməkdə güclü idiniz...
Adətlərimdən... ləyaqətimdən ayrıldım” [1; 266], “...İgidliyi olsa,
xalq qüdrətli xalqdır. İgid adım ərən Uluğ. Şücaətli batıram...
Sarayda yoldaşımdan, xanımımdan ayrılaraq getdim (öldüm).
Mən...xalqımdan doymadım” [1; 269].
“Orxon-Yenisey abidələrindən o da məlum olur ki, türk həm
də bilikli, savadlı, müdrik adamlarından qürur duyur. Bu fikir
özünü abidələrdə belə göstərir: “...Xaqan atalarım Bilgə (alim)
imiş, buyruqquları (vəzirləri) da alim imiş... milləti də doğru
imiş...onun üçün eli qorumuşlar...” [3; 113].
236
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Milli birlik. Türk sərkərdələri, ümumiyyətlə, hər bir vətənini
sevən türk bilirdi ki, el (Vətən – M.S) ayrılıqda nə xaqanın, nə
sıravinin, nə varlının, nə də yoxsulundur. Vətən onun bütün öv-
ladlarınındır, ona görə də birlik yaradıb Vətənin namusunu çəkir,
qoruyurdular. Vətən dara düşəndə yumruq kimi birləşib xaqanı-
nın, başçının əmrinə müntəzir dayanırdılar. Bilgə xaqan bu barədə
belə deyirdi: “Türk milləti birləşərsə, el tutar, yanıldığı zaman
ölər” və yaxud “...yüksəlmək istəyirsinizsə, bir-birinizi sıxış-
dırmayın! İncitməyin!”, Dağılmış, dərbədiyar olmuş milləti bir
yerə yığıb, birləşdirmək, yüklətməyi özünə ali qanun qəbul edən
Bilgə xaqan bu barədə belə deyir: “...Mən millətə yaxşı vaxtında
xaqan olmadım! Ac-yalavac, çırın-çılpaq, gücsüz qalmış yoxsul
bir millətə xaqan oldum. Kiçik qardaşım Kül Tigin ilə əhd etdik.
Atamızın qazandığı millət adı, millət sanı yox olmasın deyə Türk
milləti üçün gecə uyumadım, gündüz oturmadım. Kiçik qardaşım
Kül-tiqin ilə, iki Şad (rəhbər – M.S.) ilə öləsiyə, bitəsiyə çalışdım.
Toplanan milləti atəşə, suya qərq etmədim.
Özüm xaqan oturduğumda səpələnmiş halda olan millət ağır
vəziyyətdə olsa da yenə birləşdi. Milləti yüksəltmək üçün on iki
savaş etdim. Sonra Tanrı köməyi ilə bəxtim var olduğu üçün xəstə
milləti diriltdim. Az milləti çox, ac milləti tox etdim. Geyimsiz
milləti, geyimli, yoxsul milləti bəy etdim. dörd yandakı millətlər
mənə tabe oldular. Millətin düşmənlərini yox etdim... [3; 115].
Yeri gəlmişkən onu da qeyd edək ki, türkün bir ali qanunu
da o idi ki, türk adı daşıyanı qırıb, məhv etmirdi, torpağını tutub
ərazisinə qatırdı, birlik yaradırdı.
Bilgə Xaqanın vəsiyyətində yaranmış bu birliyi çox asanlıqla
görmək olur: “Sözlərimi sonuna qədər dinlə, yaxşı eşit: Bütün ki-
çik qardaşlarım, qohumlarım, oğullarım! Bütün soyum, millətim!
Sağdakı Şadapit bəylər, soldakı Tarkanlar, buyruq bəyləri!
Otuz tatar, Doqquz Oğuz bəyləri! Sözlərimi yaxşıca eşidin,
Dostları ilə paylaş: |