231
Pedaqogika, Fəlsəfə, Psixologiya
müdrik Tonyukukun etdiyi müraciəti eşitdi. Qoşunu könlüncə
apar – dedi. Göy Önü Yuxarı Ötükən ormanına apardım... oğuz-
ları gəldi. Qoşunu altı min imiş, Biz iki min idik. Döyüşdük,
səpələndilər, çaya tökülürdülər...Oğuzlar hamısı tabe olmağa
gəldilər...”.
...Türk xalqını Ötükən yerinə mən özüm müdrik Tonyukuk
gətirdim” [1.123].
Bütün bu nümunələrdən aydın olur ki, Vətən döyüşkənliyi
həm də ağılla, biliklə, müdrikliklə çuğlaşır...
Milli mənlik şüuru. Türk vətənpərvərliyinin bir naxışı da
milli mənlik şüuruna malik olmağı, onun əziz tutub qorumağı,
vəsiyyətlə gələcək nəslə ötürməyi idi. Tarixi mənbələrdən də,
Orxon-Yenisey yazılı abidələrindən də məlum olur ki, I Göytürk
imperatorluğu (562-630) yıxıldıqdan sonra türklər çoxlu sayda
itkilərə məruz qalsalar da əsarətdən çıxacaq gücdə olmasalar da
daima çarpışırdılar, 50 il sürən Çin əsarətindən qurtarmaq üçün
yorulmadan çalışırdılar. Türk vəliəhdi, əsirlik həyatında Çin im-
peratorunun saray mühafizə dəstəsində vəzifədə olan Kür-Şad
39 vətənsevər, vətən fədaisi cəsur dostu ilə imperatoru qaçırıb,
əsir türk elləri ilə dəyişmək planını qurmuşdu. Təsadüfdənmi
və ya ilahi yazıdanmı, demək mümkün olmur, həmin gün impe-
rator adəti əksinə gecə saraydan gəzintiyə çıxmır və saraydakı
işlərindən ayrılmış gənclər iş başına yenidən qayıtmağın na-
mümkünlüyünü bilib üsyan etmişlər, nəticədə yüzlərlə çinli əsgər
məhv edilmiş, türk əsgərləri isə son damla qanlarınacan vuruş-
muş şəhid olmuşlar. Üsyan baş tutmamış, amma əsir türklərin
könlündəki milli-mənlik atəşi - millətinin adını, varlığını, dilini,
dinini, adət-ənənələrini, mənəviyyatını, mədəniyyətini yenidən
bərpa etmək ehtirası böyümüş, dalğalanaraq bütün Türk ellərinə
yayılmış, sonunda Bilgə xaqanın, Kül-tiginin atası Kutluq xaqan,
həm əsgər, həm təşkilatçı cəsur alim, vəzir Tonyukuq ilə ağlasığ-
232
DƏDƏ QORQUD ARAŞDIRMALARI
maz taktikalar qurmuş, “damarlarındakı qanına”, gen yaddaşına
söykənən, “mən-mən” deyən keçmişini unutmayan gənc türkləri
bir təşkilata yığıb uğurlu-uğurlu yürüşlər etmiş, 680-ci ildə pay-
taxtı Ötükən şəhəri olan II Göytürk xaqanlığını yaratmışdı. Bilgə
xaqan bu hadisəni belə söyləyir: “...türk milləti yox olmasın deyə,
millət olsun deyə, atam Eltəriş xaqan on yeddi ərlə çölə çıxmış.
Bunu duyan şəhərdəki türklər də “dişarı çıxır” deyə xəbər alınca
dağa çıxmışlar, dağdakılar da onlara qoşulmuş, toplaşıb yetmiş ər
olmuşlar...
...Atam xaqanın ərləri qurd kimi imiş...
...Atam şərqə, qərbə xəbər salıb ər toplamış, hamısı yeddi yüz
igid olub, elsizləşmiş, xaqansızlaşmış xalqı, kəniz olmuş, qul ol-
muş xalqı, türk qanununu pozmuş xalqı, əcdadlarımın qanununca
(milli mənlik ruhuna uyğun – M.S.) təşkil etmiş, öyrətmiş...” [1;
104-106].
Bilgə xaqan türk millətinin gələcəyini düşünmüş, narahat
olmuş “...mən bu bəngüdaşı yondurdum, tikdirdim. gözəl bir
sərdabə yapdırdım. İçinə, çölünə gözəl naxış vurdurdum. Nə
qədər sözüm varsa, əbədi daşa həkk etdim. Çöldə otlaqda, qu-
raq yerdə olanlar da bu bəngüdaşı görsün. Yabançılar daha gö-
rüb bilsin, öyrənsin!” [1; 78], [3; 112] – deyərək vəsiyyətinin
sonunda milli mənliyinə sadiq qalmağı, keçmişinə söykənməyi,
ata-babalarının yolu ilə getməyi, özünü dərk etməyi, elindən bərk
yapışmağı türk millətinə belə tövsiyə etmişdi: “Türklərim, cəmi
bəylərim, cəmi millətim. Qazanıb el (Vətən – S.M.) tutduğum bu
yerdən, xaqanından ayrılmasın, yaxşılıq görəcəksən. Evində otu-
racaqsan, dərdsiz olacaqsan. Sözlərimdə yanlış varmı?...Ey türk
titrə və özünə dön!”
Milli ləyaqət. Orxon-Yenisey yazılı abidələrində türkün mil-
li ləyaqətinin, onun vətənpərvərliyinin, vətən əxlaqının “onurğa
sütunu” olduğu qənaətinə gəlirik. Türkün milli ləyaqəti millətinin
233
Pedaqogika, Fəlsəfə, Psixologiya
davranış və rəftarının bəyənilməsi, təsdiq edilməsi idi. Bunu
mətnlərdəki ləyaqəti təqdir edən fikirlərdən görürük və eyni za-
manda ləyaqətsizliyin necə böyük milli bəlalara səbəb olma-
sı fikirləri də özünə kifayət qədər yer tapır. Yenə də Bilgə xa-
qanın fikirlərinə istinad edirik. O, ancaq ləyaqətini qorumaqla
ləyaqətli ola bilməyi tövsiyə edir: “Ey türk milləti. Dadlı sözlərə
və yumşaq ərməganlara aldandın və çoxlarımız öldü...Yenə ya-
nılıb və güneydəki Çoqay ormanına, Töqültün düzənliyinə gedib
yerləşsən, ey türk milləti, öləcəksən!
Oralara getdiyiniz zaman Çindən gələn düşmən adamlar ara-
nıza soxular, sizi aldadıb deyərlər: “Onlar uzaqdakılara pis, ya-
xındakılara yaxşı hədiyyə verirlər. Neçə avam adamlar bu sözlərə
aldanıb oralara getdilər və öldülər. O yerlərə varırsan, ey türk
milləti, öləcəksən!...
Ey türk milləti sən ac olunsa, toxluq nədir, bilməzsən, fəqət
tox olunca da aclıq nədir düşünməzsən! Belə olduğun üçün səni
ucaldan xaqanının sözünə baxmadın. Onun sözünü almadan
yerdən-yerə vardın. O yerlərdə tükəndin. Geri qalanlarla daha da
zəifləyərək məhv olurdun... “və yaxud” ... nadan xaqanlar taxta
oturmuş. Pis xaqanlar gəlmiş. Bunların buyruq bəyləri biliksiz
imiş. Bəylər yalançı olunca millət də onlara bənzəmiş! Bu du-
rumdan Çin milləti yararlanmış...qardaşı qardaşla, milləti bir-
birilə düşmən etmiş. Bu tələyə düşən türk millətinin el tutduğu
torpaq (Vətən, dövlət – M.S.) əldən çıxmış, başındakı xaqanını
itirmiş, söylu, şanlı oğulları Çin millətinə kölə, gənc qızları cariyə
olmuş, bəzi türk bəyləri türk adını buraxıb çincə adlar almağa
başlamışlar...Çin xaqanına boyun əymişlər. Tam əlli il işlərinə,
güclərinə hökm verən Çin xaqanına itaət etmişlər.
Göründüyü kimi, şərhə ehtiyac olmadan nümunələrdən
məlum olur ki, ləyaqətsizlik hansı bəlalara səbəb olur və “Orxon-
Yenisey yazılı abidələrində tarixin bu səhifələri xatırlanır ki, türk
Dostları ilə paylaş: |