D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə72/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   68   69   70   71   72   73   74   75   ...   84

251
Pedaqogika, Fəlsəfə, Psixologiya
Digər tərəfdən cəza və tənbeh üsulu ilə yanaşı rəğbətləndirmə 
metodundan  da  abidələrdə  geniş  istifadə  olunur.  Mogilya-
nın  şərəfinə  tərtib  edilmiş  abidədə  daxili  və  xarici  düşmənlə 
mübarizədə  türk  xanının  qorxmaz  və  mətin  davranışları  əksini 
tapır,  çətin  vəziyyətlərdə  xanın  əzmkarlığı  qüvvətli  tərbiyəvi 
əhəmiyyət  daşıyır:  «…Doqquz  oğuz  xalqı  mənim  xalqım  idi. 
Göy,  yer  bir-birinə  qarışdığından  paxıllıq  etdiyinə  görə  (mənə) 
düşmən oldu. Bir ildə dörd dəfə vuruşdum. …Türk xalqının ayağı 
gücdən düşdü, pis vəziyyətə qalmaq qorxusu ilə qarşılaşdı. Bizi 
yan  keçən,  qələbə  çalmağı  arzu  edən  düşməni  qovdum.  Orada 
məhv  olmağa  yaxın  olanların  hamısını  həyata  qaytardım»  (1; 
265).
III. Orxon-Yenisey yazılı abidələrində türk davranış norma-
larının  daha  qabarıq  və  daha  özünəməxsus  xarakterli  təzahürü 
dövlət qurma siyasətində ifadə olunur. Burada uğur və nöqsan-
larının  dərindən  öyrənilməsi  hallarını  müşahidə  edirik.  Xan  və 
bəylər,  bilici  şəxslər  müxtəlif  mətnlərdə  türk  xalqının  mənfi 
xüsusiyyətlərini göstərərək onlardan ibrət almağı, bu vəziyyətləri 
aradan qaldırılmağı məsləhət edirlər. Məsələn, Ongin abidəsində 
oxuyuruq: «Əcdadımız Bumın xan (dünyanın) dörd tərəfini qıs-
namış, yıxmış, (onlara) qalib gəlmiş, əzmiş. O xan yox olduqdan 
sonra el(imiz) məhv olmuş, dağılmış, qaçmış… xanlıq edən xa-
nını qovmuş». (1; 214) Abidələrdə mənfi cəhətlər geniş açıqlanır 
və nəticələri xalqa izah edilir, edilən yalnış hərəkət və davranış-
lar dəfələrlə vurğulanır. Xaqanların dili ilə xalqa göstərilən yollar 
və edilən məsləhətlər əhəmiyyətli tərbiyəvi xarakterilə seçilərək 
müasir dövrümüz üçün də ictimai davranış tərbiyəsinin təməlini 
təşkil edə bilər. Məsələn, Kül-Tiginin şərəfinə yazılmış abidədə 
türk  xalqının  maraqlı  xarakterik  xüsusiyyətləri  açıqlanır:  «Sən 
yoxsul  olan  zaman  aclıq  və  toxluq  haqqında  düşünmürsən;  bir 
dəfə doysan aclıq haqqında düşünmürsən, onun üçün ki, (səni) 
yüksəltmiş  xanının  məsləhətini  eşitməyərək  hər  tərəfə  dağılıb 


252
DƏDƏ QORQUD ARAŞDIRMALARI
getdin,  orada  çox  zəiflədin,  əldən  düşdün…  Xan  olmaqla  yox 
(dərəcəsinə  qələn)  müflis  xalqı  ortaya  çıxardım,  yoxsul  xalqı 
varlı etdim, az xalqı çox etdim» (1; 220). Abidədə türk xalqına 
və oğuz bəylərinə müraciət edilərək onların Tanrı qarşısında gü-
nahları göstərilir və bu günahın başlıca xüsusiyyəti qüdrətli bir 
dövlətin  məhvində  səbəbkar  olma  kimi  ictimai-siyasi  problem 
olaraq  bildirilir:  «Əldə  edilmiş,  yaradılmış  elimiz,  dövlətimiz 
belə oldu. (Ey) türk, oğuz bəyləri, xalqı, eşidin. Yuxarıdan tan-
rı basıb əzmədisə, aşağıda yer dəlinmədisə, türk xalqının elini, 
dövlətini kim məhv etdi? (Ey türk xalqı), peşman ol. Sən günah 
işlətdin, gözəl el birliyinə olan sədaqətin xatirinə səni yüksəldən 
bilici  xanına  (qarşı)  alçaqlıq  etdin.  Silahlı  (adamlar)  haradan 
gəlib səni sürüb apardılar? (Ey) müqəddəs Ötükən meşəli dağının 
(camaatı), gah doğuya (şərqə) tərəf gedənlərdən oldun, gah batıya 
(qərbə) tərəf gedənlərdən oldun. Getdiyin yerlərdə (qazandığın) 
yaxşı (şey) bu oldu: qanın su kimi axdı, sümüklərin dağ kimi yı-
ğıldı, əyilməz kişiliyin, nəslin qul oldu» (1; 235).
Qeyd  edilən  nümunələr  türk  yazılı  abidələrin  pedaqo-
ji  əhəmiyyətini  bir  daha  sübut  edərək  müasir  cəmiyyətdə 
vətənpərvər,  mərd,  ədalət,  cəsarət  və  s.  kimi  milli  xarakterik 
keyfiyyətlərin  inkişafına  təkan  vermək  üçün  əlverişli  vasitə  ol-
duğunu üzə çıxardı. Milli-mənəvi təfəkkürün doğru istiqamətdə 
tərbiyəsində qədim abidələr dövlətçilik məsələlərinin təşkilində 
davranış probleminin açıqlanması baxımından əhəmiyyətli üsul-
lar təqdim edir. Bilik, müdriklik, ağıl, qürur, iradə bu üsulların 
mahiyyətində dayanan mənəvi amillərdir.
Tədqiqat  işinin  ikinci  istiqaməti  Orxon-Yenisey  yazılı 
abidələrində  ailədaxili  davranış  tərbiyəsi  məsələlərinin  araş-
dırılmasına  həsr  edilmişdir.  Yazılı  abidələrin  mətnində  ailə 
münasibətləri yüksək bağlılıq, sevgi, hörmət və ehtiram üzərində 
qurulması ilə diqqəti cəlb edir. Milli psixologiyanın inkişafı üçün 
bu  əlaqələrin  dəyəri  əvəzedilməz  olduğu  qədər  gələcək  nəslin 


253
Pedaqogika, Fəlsəfə, Psixologiya
əxlaq  tərbiyəsində  və  davranış  normalarının  formalaşmasın-
da ailənin mükəmməl mənəvi məzmunu, yüksək etik mahiyyəti 
mühüm  əhəmiyyət  daşıyır.  Qədim  yazılı  abidələr  türk  xalqları-
nın  məişətində  və  ictimai  həyatında  ailənin  xüsusi  mövqeyini 
üzə  çıxarır. Ailə  daxilində  ata,  ana,  qardaş,  əmi,  həyat  yoldaşı 
olan şəxslər hörmətlə dəyərləndirilir, mənəvi bağlılıq, qiymət və 
məhəbbət  ailə  üzvlərinin  dövlətin  əsas  sütunları  kimi  qabardıl-
ması diqqəti cəlb edir. Məsələn, «ulu atam-babam», «xan atam», 
«Humay  kimi  qadın  anam»,  «xan  əmim»,  «xatun  ana»  və  s. 
ifadələrə rast gəlinir. Hörmətlə anılan ailə üzvləri türklər arasın-
da Tanrı bəxşişi kimi qiymətə malik idi. Kül-Tiginin şərəfinə ya-
zılmış abidədə oxuyuruq: «Türk xalqının adı, şərəfi yox olmasın 
deyə tanrı xan atamı, xatun anamı ucaltdı. El bəxş edən tanrı türk 
xalqının adı, şərəfi yox (olmasın deyə həmin tanrı özümü) xan 
etdi» (1; 235), və yaxud, «Ata-babamıza məxsus olan vətənimiz 
sahibsiz  qalmasın  deyə  bir  az  xalqı  təşkil  edib,  qaydaya  salıb. 
Bars bəyə burada xan rütbəsini biz verdik, kiçik bacımızı ona xa-
nımlığa verdik». (1; 235)
Mənbələrdə ailədaxili hörmət siyasi məqsədlərdən də irəlidir. 
Burada  hakimiyyətə  birbaşa  varis  olanların  öz  böyüklərinə 
səmimiliklə etimadı və itaəti gözəl insani sifətlər kimi üzə çıxır. 
Məsələn,  Bilgə  xaqan  özü  hakimiyyətə  birbaşa  varis  olmasına 
baxmayaraq əvvəl əmisini taxta çıxarır və onun hakimiyyəti al-
tında canla-başla çalışır: «Əmim xan olduqda (mən) özüm tarduş 
xalqı  üzərində  şad  idim.  Xan  əmimlə  birlikdə  doğuda  (şərqdə) 
Yaşıl  çaya,  Şantun  çölünədək  qoşun  çəkdik,  batıda  (qərbdə) 
Dəmir Qapıyadək qoşun çəkdik, Kögmən yurdunu keçərək Qır-
ğız ölkəsinədək qoşun çəkdik.» (1; 235), və ya: «(Ey) müqəddəs 
Ötükən  meşəli  dağının  (camaatı),  gah  doğuya  (şərqə)  tərəf 
gedənlərdən oldun, gah batıya (qərbə) tərəf gedənlərdən oldun. 
Getdiyin yerlərdə (qazandığın) yaxşı (şey) bu oldu, qanın su kimi 
axdı,  sümüklərin  dağ  kimi  yığıldı,  əyilməz  kişiliyin,  nəslin  qul 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə