82
DƏDƏ QORQUD ARAŞDIRMALARI
və hadisələrin də əsas təkanverici elementi butadır. Butanı verən
müqəddəs övliya qəhrəmana yuxusunda şərab içirəndən sonra
naməlum məkanı və həmin məkanda olan butasını göstərib qeyb
olur. Onda, sual oluna bilər, müqəddəs övliyanın qəhrəmana şərab
içirməkdə məqsədi nədir? Bu şərabın funksiyası nədən ibarətdir?
Görəsən bunsuz buta vermək mümkün olmazdı? Bu məsələni ay-
dınlaşdırmaq üçün əvvəlcə şaman (qam) mərasimlərinə üz tut-
maq daha məqsədəuyğundur.
Belə ki, şaman (qam) olacaq seçilmiş insan bitkilərdən ha-
zırlanan xüsusi içkidən qəbul etdikdən sonra bir müddət yuxuya
dalır və yuxuda qəribə görüntülər görməyə başlayır. Həmin içki
beynin dərin qatlarına təsir edərək qəribə varlıqları göz önündə
canlandırır. Bu görüntüləri adi halda yatan insanın görməsi müm-
kün olmur və yalnız, ölüm ərəfəsində olan insanlar bu görüntüləri
görə bilir.
Qeyd edək ki, insanı xüsusi hala salaraq ilahi aləmə qovuş-
duran magik içkidən qədim hind mərasimlərində, zərdüşt (Ha-
oma içkisi) ayinlərində də istifadə olunmuşdur. Haoma içkisi,
bu müqəddəs şirə haqqında tarixi “Zərdüşt mifologiyası” kita-
bında “Zərdüşt və Haoma” adlı bir rəvayət-hekayə verilir və bu
müqəddəs içkinin çox qədim tarixə malik olduğundan danışılır.
Dünyanın böyük, ölməz, ali insanlarına həyat verdiyi və onların
uğurları tərənnüm olunur.
“Bəktaşiyyə təriqətinin üzvlüyünə qəbulla bağlı keçirilən ri-
tualda mahnı və musiqi sədaları altında andiçmə keçirilir və sonra
şərbət, pendir verilir. Yalnız, bu halda, bir, iki qurtum üzümdən
hazırlanan şərbətdən ağzına alandan sonra siravi aşıq (məhəbbətə
tutulan aşıq-Haqq aşığı ) statusunu alırdı. Məhz həmin ritual son-
ralar dastanlarımızdakı butada dərvişdən, yaxud Xızırdan şərbət
alıb içmək şəklinə salınaraq yaşadılmışdır” (4,8).
Qeyd etdək ki, bəktaşiyyə təriqətində də bu kimi elementdən
83
Folklor, Mifologiya, Etnoqrafiya
istifadə olunması şaman (qam) ənənəsiylə bağlı ola bilər. Eşq
dastanlarındakı
şərab elmenti də yəqin ki, bəktaşiliklə bağlıdır.
Eşq dastanlarına nəzər salmaqla görə bilərik ki, müqəddəs
övliya tərəfindən qəhrəmana içirdilən şərab qəhrəmanın öz
dilindən aşağıdakı kimi mənalandırılır. Bu məqsədlə ”Abbas və
Gülgəz” dastanına nəzər salaq.
“Gedib Abbasa bir saz gətirdilər. Abbas sazı sinəsinə basıb,
görək nə dedi:
Ruzi-əl-məhşərdə mövlam eşqinə,
İçmişəm kövsərdən bir cami-ləziz.
İsgəndər axtardı, tapıb içmədi,
Xızır içdi oldu cəvanü əziz. (1, 109)
Qəhrəmanın dilindən deyilən bu bənddən məlum olur ki, bu
eşq şərabı Xızıra ölümsüzlük bəxş edən dirlik suyudur. Dirilik
suyunun ardınca bir neçə qəhrəman getsə də əbədi həyat uğrunda
mübarizədən Xızır qalib çıxır. Dirlik suyunu içən Xızır yenidən
cavanlaşır, bir növ yenidən doğulur, əbədilik qazanır. Folklorda
Xızırın funksiyaları müxtəlifdir. Belə ki, illərcə övlad həsrətində
olan sonsuz ər-arvada övlad bəxş edir (xüsusən alma vasitəsilə
möcüzəli doğuş) darda olanlara kömək edir, bir anın içində
mənzil başına çatdırır.
Göründüyü kimi həm şaman (qam) olmaq üçün seçilən in-
san, həm də Haqq aşiqi olacaq insan dəyişikliyə uğramalı yeni
keyfiyyətlər qazanmalı, bir növ yenidən doğulmalıdır. Həm bi-
rinci, həm də ikinci müəyyən proses keçdikdən sonra yenilənir,
əvvəl bacarmadığı işləri yerinə yetirir, qeyri-adi işləri bacarır.
Eşq dastanlarında buta alan qəhrəmanın butadan əvvəlki halıy-
la sonrakı halı arasında yerlə göy qədər fərq görünür. Butadan
sonra tamamən başqa bir insan olur, fövqəlləşir, elə bil, “yenidən