137
Onomastika, Dialektologiya, Etimologiya
və b. bəhs etmişlər (8, s. 200; 39, s.306; 14, s.49). Ümumi nəticə
belədir ki, Bars bəy şəxs adı igidlik motivi əsasında formalaşan
antroponimlər sisteminə daxildir. Apelyativi «bəbir» anlamlı ar-
xaik «bars» sözü və «bəy» tituludur. Bars antroponimik vahid
kimi Azərbaycan antroponimləri sistemində arxaikləşmişdir. La-
kin rus soyadları sistemində bu gün də işlənməkdədir. Məsələn:
Barsukov antroponiminin əsasını təşkil edən «barsuk» sözünün ilk
hissəsi «bars» leksemidir, «-uk» isə kiçiltmə funksiyalı şəkilçidir
(8, s.200). Bars komponentli qəbilə və tayfa adına «barlos-barlos»
- müasir özbək dilində, eləcə də, antroponimlərə Barlas, Bürebars
müasir tatar dilində, - İlparas – müasir çuvaş dilində, Elbars –
müasir türkmən dilinin antroponimləri sistemində təsadüf olunur.
Zoonim əsasında yaranmış şəxs adlarından biri də Buğa ant-
roponimidir. Bu şəxs adına Yenisey abidələrinə aid olan «İkinci
Tuva abidəsi»ndə rast gəlinir. Buğa ər atı; “Buğa ər adı” (18, s.
315). Buradakı qısa mətndən bəlli olur ki, Buğa-ər (igid) adıdır.
Ə.Tanrıverdiyev Buğa, Buğac antroponimindən bəhs edərək
qeyd edir ki, hər iki antroponimin apelyativi «buğa» zoolekse-
midir. «Buğa» zooleksemi əsasında formalaşan antroponimlər
Azərbaycan antroponimiyası baxımından arxaikləşmişdirsə də,
türk xalqları antroponimiyasında yaşamaqdadır. Məsələn: qazax
antroponimləri sistemində Buka, Bukabay kimi antroponimlər
müasirliyini itirməyən antroponimlər sırasına daxildir. Əlavə
edək ki, gürcü familiyaları sistemindəki Buğadze familiyasının
əsasında da türk mənşəli Buğa antroponimi durur (14, s. 49).
Buğa sözü rusların soykökündə də fəal iştirak etmişdir. Bu
əsasda yaranan soyadlarından biri Bıkov və Bıkovski familiya-
larıdır. Türkoloji əsərlərdən məlum olur ki, Bıkov və Bıkovski –
rusiyadakı türk mənşəli iki nəsildir. Yuri Zaxarov sın Bıkov 1643-
cü ildə çar və böyük knyaz Mixail Tyodoroviç tərəfindən fəxri
nişanlar və mülklə təltif edilmişdi.
138
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Daha bir Bıkov – Afanasi Zaxarov sın Bıkov 1618-ci ildə
zadəgan və boyar uşaqlarının siyahısına salınmışdı (31, s. 85).
N.A.Baskakov Bıkov familiyasını türk dillərinə məxsus
«bık» - «buğa» sözü ilə əlaqələndirir. Doğrudan da, Bıkov fami-
liyası «buğa» sözündəndir. Ancaq o, birbaşa bu məna ilə bağlı
deyil. «Bık» etnosun tapındığı heyvanın adıdır. Bu etnos özünü
tapındığı heyvanın adı ilə adlandırmışdır. Bıkov nəsli də həmin
etnosdan çıxmışdır (8, s. 54).
Aslan. Bu antroponimik vahid Orxon-Yenisey abidələrində
bir dəfə gözə çarpır. Arslan külüg tirig (Y 44). Bu onomastik va-
hid runik abidələrində az işlənsə də, sonrakı dövr abidələrində
çox işlənmiş, hətta totem olmuşdur (21, s. 89). Müasir antroponi-
miyamızda Aslan şəxs adından geniş istifadə olunur.
Qeyd etdiyimiz antroponimlərdən əlavə aşağıdakı şəxs adla-
rının yaranmasında da zoonimik vahidlər iştirak etmişdir:
Bars kan – bars (bəbir), kan (xan)
Bars urunu - bars (bəbir), urun (bayraq)
Buğa – buka (buğa, öküz). Ə.Rəcəbov yazır ki, Buğanın ikin-
ci adı Kök Amaş Tutukdur ( Ə.Rəcəbov. Göytürk dilinin leksika-
sı. B., 2004. s.100.).
Küç Bars – küç (güc), bars (bəbir)
Kara Bars – kara (qara, böyük), bars (bəbir)
Oğul Bars – oğul (oğul, övlad), bars (bəbir)
Tüz bay Küç Bars – tüz (düz), bay (bəy), küç (güc), bars
(bəbir)
Çoçuk Böri Seŋün - böri (qurd), seŋün (hərbi rütbə adı)
Külük Toğan – külük (şanlı, şöhrətli, məşhur), toğan (şahin,
şahin quşu).
Toŋa tigin – tona (bəbir), tigin (titul) və s.
4) Dövlət və dövlətçiliklə bağlı olan sözlər əsasında yaranan
antroponimlər:
El Toğan Tutuk – el (el, xalq, ölkə, dövlət), toğan (şahin, şa-
139
Onomastika, Dialektologiya, Etimologiya
hin quşu), tutuk (rütbə adı, vali)
El İnançı – (el(el, xalq), ınançı (inanılmış, etibarlı)
Elçi çor – elçi (səfir, elçi) çor (hərbi rütbə adı)
İl çor – il (xalq, el), çor (hərbi rütbə adı)
Baz Kağan – baz (məğlub, tabe), kağan (xaqan, hökmdar)
Alp Urunu Tutuk – alp (igid, qəhrəman), urun (bayraq), tutuk
(rütbə adı) və s.
5) Etnonimlər əsasında yaranan antroponimlər.
Aza Tutuk – az (xalq adı), tutuk (rütbə adı, vali)
Oğuz Bilgə – oğuz (qəbilə birliyi adı), bilgə (bilici, müdrik)
Töliş Bilgə – töliş (xalq adı), bilgə (bilici, müdrik) və s.
Tarduş Külüg erən (Terx qərb. 7) – tarduş (Göytürk xaqan-
lığının qərbində yaşayan türk qəbilələrinin ümumi adıdır), erən
(ərən, igid).
Toŋra yılpağut – toŋra (türk qəbiləsinin adı), yılpağut (titul).
Çigil Arslan (Man, 1, 27) – çigil (tayfa adı), arslan (heyvan
adı) və s.
6) Qiymətli metal adları əsasında yaranan antroponimlər.
Altun tay Sanun – altun (qızıl), tay (böyük), sanun (general).
Altun Tamğan – altun (qızıl), tamğan (damğa, möhür) və s.
7) İgidlik, mübarizlik, böyüklük mənasını ifadə edən
antroponimlər.
Bögü Kağan – böyü (qəhrəman), kağan (xaqan, hökmdar)
Ərən Uluğ – ərən (igid, cəsur), uluğ (ulu, böyük, iri)
Kapağan – kapağan (qapağan, fateh)
Kara Yaş – kara (qara, böyük), yaş (gənc, cavan, təzə, yaşıl)
Küc Uyı – küc (güc), uy (nüfuzlu olmaq) və s.
Orxon-Yenisey abidələrində işlənmiş hidronimlər. Orxon-
Yenisey abidələrində əsasən aşağıdakı hidronimlərə rast gəlinir.
Ak Tərməl
*
- çay adı; Altun köl – göl adı, Anı sub-Anı çayı;
*Qeyd. Bu faktlar Ə.Rəcəblinin və Y.Məmmədovun birlikdə yazdığı “Orxon-
Yenisey abidələri” (Bakı, 1993) kitabına əsaslanır.
Dostları ilə paylaş: |