96
Orta əsrlər dövrlərində mağaranın çöküntüləri dağıdılmış və bir-
birinə qarışmışdır. Damcılı mağarasının qabaq hissəsi isə dərədən
axan sel şəlalələri ilə qarışmış, bəzi hissələri isə yuyub aparmışdır
(Hüseynov, 1975, s. 30). Məhz qeyd olunan səbəblərdən Damcılı
düşərgəsində çöküntünün stratiqrafiyası müəyyən edilməmişdir.
Müxtəlif tarixi dövrlərdə formalaşan torpaq çöküntüləri bir-birinə
qarışmışdır. Arxeoloji qazıntılar zamanı Damcılı mağarasının
çöküntülərindən Orta əsrlər, Tunc, Eneolit, Neolit, Mezolit, üst
Paleolit və orta Paleolit dövrlərinə aid arxeoloji və paleontoloji
məmulatlar aşkar edilmişdir (Hüseynov, 1975).
7.Buzeyir paleolit düĢərgəsinin stratiqrafiyası
Çoxtəbəqəli Buzeyir paleolit düşərgəsində 1985, 1990 və
2007-ci illərdə Paleolit arxeoloji ekspedisiyası Ə.Q.Cəfərovun
rəhbərliyi altında arxeoloji qazıntılar aparılmışdır. Düşərgədə
aparılan arxeoloji qazıntılar zamanı çöküntülərdə 6 təbəqə qeydə
alınmışdır. Çöküntünün stratiqrafiyasında alınmış təbəqələr
aşağıdakılardan ibarətdir:
Birinci təbəqə qara çürüntülü heyvan peyinindən və qara
torpaqdan olan təbəqədən ibarətdir. Arxeoloji qazıntılar zamanı
97
Orta əsrlərə aid gil qab qırıqları aşkar olunmuşdur. Təsvir olunan
təbəqənin qalınlığı 5-7 sm-ə qədər olmuşdur.
Ġkinci təbəqə sarı gillicə torpaq təbəqəsindən ibarətdir.
İkinci təbəqədə aparılan arxeoloji qazıntılar zamanı çoxlu gil qab
qırıqları aşkar edilmişdir. Təsvir olunan ikinci təbəqənin qalınlığı
40-45 sm-ə bərabərdir. Arxeoloji qazıntılar zamanı II təbəqənin
aşağısında 4-6 sm qalınlığında boz lay qeydə alınmışdır. Həmin
laydan nümunə götürülmüş və təyinat üçün AMEA Geologiya
İnstitutuna verilmişdir. Laydan olan nümunəyə Coğrafiya
İnstitutunun paleocoğrafiya laboratoriyasının müdiri, akademik
Ə.Məmmədov baxmış və onun rəyinə görə həmin lay karst
qumundan ibarətdir (Məmmədov, 1995).
Üçüncü təbəqə boz rəngli sarı gillicə təbəqəsindən
ibarətdir.Təbəqənin içərisindən ovlanmış heyvan sümüklərinin
qalıqları tapılmışdır. Təsvir olunan təbəqənin qalınlığı 32-35 sm
olmuşdur.
Dördüncü təbəqə açıq boz rəngli gillicə torpaq
təbəqəsindən ibarətdir. Arxeoloji qazıntılar zamanı mağaranın
tavanından düşmüş qaya qırıqları qeydə alınmışdır. Təbəqənin
qalınlığı 25-30 sm-ə bərabər olmuşdur.
BeĢinci təbəqə tünd-sarı rəngli gillicə torpaq təbəqəsindən
ibarətdir. Təbəqənin tərkibində tək-tək qaya qırıqları qeydə
alınmışdır. Təsvir olunan təbəqənin qalınlığı 50-55 sm-ə bərabər
98
olmuşdur. Arxeoloji qazıntılar zamanı təbəqədən daş məmulatı və
fauna qalıqları tapılmışdır.
Altıncı təbəqə açıq-sarı rəngli qumlu təbəqədən ibarətdir.
Altıncı təbəqənin tərkibində mağaranın tavanından düşən qaya
daşlarının qırıqları qeydə alınmışdır. Təsvir olunan təbəqənin
qalınlığı 35-40 sm-ə bərabər olmuşdur. Arxeoloji qazıntılar
zamanı hələlik Buzeyir düşərgəsinin döşəməsi aşkar
edilməmişdir. Ola bilsin ki, gələcəkdə aparılacaq arxeoloji
qazıntılar zamanı yeni bir arxeoloji təbəqə qeydə alınsın.
Düşərgədə qazılmış çöküntünün ümumi qalınlığı 3 m-ə yaxındır.
IV FƏSĠL
DAġ DÖVRÜNÜN HEYVANAT ALƏMĠ
VƏ OVÇULUQ TƏSƏRRÜFATI
Azərbaycan
Respublikası
ərazisində
olan
paleolit
düşərgələrində aparılan arxeoloji qazıntılar zamanı daş məmulatı
ilə birlikdə 100 minlərlə ovlanmış heyvan və quş sümükləri
tapılmışdır. Paleolit düşərgələrində aşkar edilmiş heyvan
sümükləri əsasında həmin dövrün heyvanat aləmi və ovçuluq
99
təsərrüfatını tədqiq etmək mümkün olmuşdur (Hacıyev, 1965;
Əliyev, 1969).
Yaxın Şərq, Qafqaz və Azərbaycan ərazisində aparılan
arxeoloji qazıntılar zamanı Paleolit dövrünə aid ən zəngin fauna
qalıqları çoxtəbəqəli Azıx paleolit düşərgəsinin III, V və VI
təbəqələrində tapılmışdır. Azıx paleolit düşərgəsinin VII-X
təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı isə tək-tək
(cəmi 7 ədəd) daşlaşmış heyvan sümükləri və xırda gəmirici
sümükləri aşkar edilmişdir (Süleymanov, 1982). Aşağı
təbəqələrdən (VII-X) tapılmış heyvan sümükləri ibtidai öküz və
etrus kərgədanına aid sümüklərdən ibarətdir. Arxeoloji cəhətdən
Quruçay mədəniyyətinə aid olan fauna qalıqları düşərgədə
məskunlaşmış ibtidai insanların ovçuluqla məşğul olduqlarını
göstərir (Hüseynov, 1985).
Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin qədim Aşel
mədəniyyətinə aid VI təbəqəsində aparılan arxeoloji qazıntılar
zamanı 200 mindən artıq ovlanmış heyvan sümüklərinin qalıqları
tapılmışdır. Qədim Aşel mədəniyyətinə aid təbəqədən tapılmış
fauna qalıqlarının əksəriyyəti olduqca çapılıb doğranmış
vəziyyətdə olduğu üçün həmin sümük məmulatlarının hansı
heyvan növünə aid olmasını təyin etmək olduqca çətindir. Azıx
paleolit düşərgəsinin VI təbəqəsindən tapılmış fauna qalıqları
içərisində yüzlərlə çənə, kəllə qapaqları, çənə qırıqları, diş, quş və
Dostları ilə paylaş: |