108
Buzeyir düşərgəsində 15, Şuşa düşərgəsində isə 10 növ heyvan
ovlamışdır (Hüseynov, 1975; Hacıyev, 1991). Aparılan
paleontoloji tədqiqatlar zamanı Azıx paleolit düşərgəsinin orta
Paleolit dövrünə aid təbəqəsindən mağara ayısı, qonur ayı, qaban,
cüyür, Mesopotamiya maralı, nəhəng maral, Qafqaz maralı, dağ
keçisi ekus hidruntunus və müxtəlif quşlara aid sümük qalıqları
qeydə alınmışdır.
Daşsalahlı mustye düşərgəsində aparılmış arxeoloji
qazıntılar zamanı daş məmulatı ilə yanaşı, 2000-dən artıq
ovlanmış heyvan sümüklərinin qalıqları tapılmışdır. Daşsalahlı
mustye düşərgəsindən aşkar edilmiş fauna qalıqlarının elmi
tədqiqi ilə Gürcüstan Elmlər Akademiyası Paleobiologiya
İnstitutunun əməkdaşları professor L.K.Qobunya və A.Q.Vekua
məşğul olmuşlar (Hüseynov, 1960). Onların apardıqları elmi
tədqiqatlar zamanı Daşsalahlı düşərgəsinin sümük məmulatları
içərisində canavar, porsuq, Qafqaz maralı, ceyran, tatar sayqası,
Dağıstan turu, köpgəz, dağ keçisi, bizon, vəhşi at, qazıntı eşşəyi,
dovşan və rusak heyvanlarına məxsus sümük qalıqları qeydə
alınmışdır (Hüseynov, 1960).
Damcılı mağara düşərgəsində aparılan arxeoloji qazıntılar
zamanı daş məmulatı ilə birlikdə minlərlə ovlanmış heyvan
sümüklərinin qalıqları tapılmışdır. Damcılı mağara düşərgəsindən
tapılmış heyvan sümüklərinin elmi tədqiqi ilə N.A.Ələkbərova və
109
A.Q.Vekua
məşğul olmuşlar (Hüseynov, 1960). Onların
apardıqları elmi tədqiqatlar zamanı Damcılı mağarasının sümük
məmulatı içərisindən Qafqaz maralı, qaban, ceyran, tatar sayqası,
Dağıstan turu, dağ keçisi, vəhşi qoyun, bizon, vəhşi at, yunan
tısbağası, qazıntı eşşəyi, kəklik və digər quşlara məxsus sümük
qalıqları müəyyən edilmişdir (Hüseynov, 1960, 1975).
Aparılmış paleontoloji tədqiqatlar zamanı aydın olmuşdur
ki, Azıx və Tağlar paleolit düşərgələrində orta Paleolit dövründə
qədim insanların ovladıqları heyvanlar içərisində əsas yeri mağara
ayısı, maral, keçi, qaban və Qafqaz maralı tutmuşdur. Təyin
olunmuş sümük məmulatı içərisində məhz yuxarıda qeyd
etdiyimiz heyvanlara məxsus sümük qalıqları çoxluq təşkil edir
(Hüseynov, 1975).
Daşsalahlı və Damcılı düşərgələrindən tapılmış fauna
qalıqları içərisində əsas yeri Dağıstan turu, tatar sayqası və keçiyə
məxsus olan sümüklər təşkil edir.
Azərbaycan Respublikası ərazisində qeydə alınmış paleolit
düşərgələrindən tapılmış külli miqdarda heyvan sümüklərinin
qalıqları bu dövrdə qədim insanların həyatında ovçuluğun əsas yer
tutduğunu göstərir.
Tağlar paleolit düĢərgəsinin fauna qalıqları
110
Çoxtəbəqəli Tağlar paleolit mağara düşərgəsində aparılan
arxeoloji qazıntılar zamanı daş məmulatı ilə yanaşı, zəngin fauna
qalıqları aşkar olunmuşdur. Tağlar paleolit düşərgəsindən tapılmış
heyvan və quş sümüklərinin sayı 500 mindən artıqdır. Sümük
məmulatının əksəriyyəti çapılıb doğranmış vəziyyətdədir. Ona
görə də onların hansı heyvan növünə aid olmasını müəyyən etmək
çox çətindir. Tağlar düşərgəsindən aşkar olunmuş sümük
məmulatı içərisində yüzlərlə çənə və ayrı-ayrı heyvan və quş
dişləri qeydə alınmışdır. Məhz tapılmış çənə və dişlər əsasında
düşərgənin heyvan və quşlar aləmi müəyyən olunmuşdur. Tağlar
düşərgəsindən olduqca zəngin fauna qalıqlarının aşkar olunması
burada Mustye mədəniyyəti zamanı yaşamış sakinlərin ovçuluqla
məşğul olduqlarını göstərir. Maraqlıdır ki, düşərgədən tapılmış
sümük məmulatı içərisində ayrı-ayrı fauna qalıqları odda
yandırılmışdır. Bu ovlanmış heyvanların ayrı-ayrı hissələrinin
odda bişirildiyini söyləməyə əsas verir.
Tağlar paleolit düşərgəsində aparılmış arxeoloji qazıntılar
zamanı düşərgənin ayrı-ayrı təbəqələrindən 500 mindən artıq
fauna qalıqları aşkar olunmuşdur. Tağlar paleolit düşərgəsindən
aşkar olunmuş fauna qalıqları Qarabağın Mustye mədəniyyəti
dövründə mövcud olmuş ovçuluq təsərrüfatı haqqında zəngin elmi
məlumatlar əldə etməyə imkan vermiş və dövrün heyvanat aləmi
müəyyən olunmuşdur. Düşərgədən tapılmış fauna qalıqlarının
111
elmi tədqiqi Mustye mədəniyyəti dövründə qədim insanların
həyatında ovçuluq təsərrüfatının əsas yer tutduğunu söyləməyə
əsas verir.
Tağlar paleolit düşərgəsindən tapılmış fauna qalıqlarının
elmi tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü,
biologiya elmləri doktoru, professor Dəmir Hacıyev məşğul
olmuşdur. Sümük məmulatının təyinatı zamanı aydın olur ki,
Tağlar paleolit düşərgəsində yaşayan qədim insanların ovçuluq
təsərrüfatında əsas yeri maral, at və mağara ayıları tutmuşdur.
Tağlar paleolit düşərgəsində aparılan arxeoloji qazıntılar
zamanı aşkar olunmuş fauna qalıqları içərisində aşağıdakı heyvan
növlərinin sümük qalıqları qeydə alınmışdır:
1)
mağara ayısı; 2) mağara pələngi; 3) Qafqaz maralı; 4)
Mesopotamiya maralı; 5) dağ keçisi; 6) vəhşi at; 7) bizon;
8) qaban; 9) qonur ayı; 10) mağara kaftarı; 11) canavar;
12) tülkü; 13) çaqqal; 14) yaşıl qurbağa; 15) şelkovnikov
qurbağası; 16) şişqulaq bayquş; 17) natterer bayquş; 18)
böyük nalburun yarasa; 19) uzunqulaq yarasa; 20) oxoton;
21) dovşan-rusak və s.
Yuxarıda qeyd olunanlardan aydın olur ki, Azıx və
Tağlar paleolit düşərgələrində ovlanmış heyvanların əsasını
ayı, maral, dağ keçisi, at və qaban təşkil etmişdir. Bu qədim
insanların həyatında ovçuluğun əsas yer tutduğunu
Dostları ilə paylaş: |