116
Neolit – yeni Daş dövründə daha yüksək inkişaf etməyə
başlamışdır.
Dünya arxeoloqlarının apardıqları tədqiqatlar zamanı
müəyyən olunmuşdur ki, Mezolit dövrünün başlanması ilə
əlaqədar olaraq dünyanın müxtəlif ərazilərində qədim insanlar
yeni təsərrüfat formalarının axtarışına başlamışlar. Məhz bu
dövrdən başlayaraq, qədim insanlar açıq sahələr əvəzinə daha
çox meşə sahələrində ovçuluqla məşğul olmağa başlamışlar.
Eyni zamanda heyvanlar aləminin tərkibinin dəyişməsi, ox və
yayın kəşf edilməsi kollektiv ovdan fərdi ova keçmək üçün
geniş imkan yaratmışdır. Ox və yayın, həmçinin düzmə dişli
alətlərin meydana gəlməsi mikrolit texnikasının güclü
inkişafına zəmin yaratmışdır.
Mezolit dövründə balıqçılıq da inkişaf etməyə başlamışdır.
Qobustan ərzisində aparılan arxeoloji qazıntılar zamanı
yaşayış düşərgələrində balıq sümükləri də tapılmışdır
(Rüstəmov, 2003).
Mezolit dövründən başlayaraq dünyanın müxtəlif
ərazilərində, o cümlədən Yaxın Şərq və Azərbaycan ərazisində
balıqçılıqda qayıqdan istifadə olunmağa başlanmışdır.
Qobustan ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı
qaya daşları üzərində qeydə alınmış qayıq şəkilləri bunu əyani
surətdə sübut edir.
117
C.N.Rüstəmovun Qobustan ərazisində apardığı arxeoloji
tədqiqatlar zamanı müəyyən edilmişdir ki, burada Mezolit
dövrü ovçularının əsas silahı ox və yay olmuşdur (Rüstəmov,
1998). Öz dövrünə görə bu mürəkkəb silah ət məhsulları əldə
etməyə imkanlar yaratmışdır. Bununla əlaqədar olaraq qeyd
etmək lazımdır ki, Qobustan ərazisində qeydə alınmış ən
qədim tarixə malik rəsmlər yay və oxla silahlanmış, təbii
böyüklükdə, siluetşəkilli adam təsvirləridir. Çoxlu kişi və tək-
tək
qadın
təsvirlərinin
ox-yayla
silahlı
verilməsi,
kompozisiyanın sabitliyi Mezolit dövründə bu tip alətlərdən
Qobustanda geniş surətdə istifadə olunduğunu göstərir.
Aparılan elmi araşdırmalar zamanı müəyyən edilmişdir ki,
Qobustanda oxlar əsasən yığma olmuşdur, yəni oxun ağac
hissəsinin ucuna çaxmaqdaşından iti ucluq bərkidilmişdir
(Rüstəmov, 1998, 2003). Bundan başqa, Qobustanda kəsiyi
dairəvi şiş uclu sümük ox uclarından da istifadə etmişlər.
Qobustanın Böyükdaş dağı zirvəsinin cənub-qərb hissəsində
saxlanmış daş hasar qalığı Mezolit dövründə Qobustanda təbii
və süni tələ və sürək üsulu ilə qədim insanların ov etmələrini
göstərir (Rüstəmov, 1998). Qobustanın Kiçikdaş dağında 58
saylı qaya üzərindəki şəkil isə ovçuluqda tələdən istifadə
olunduğuna əyani sübutdur (Rüstəmov, 1998).
118
Qobustan ərazisində əsas ovlanmış heyvan obyekti gur və
ceyran olmuşdur. C.N.Rüstəmov və F.M.Muradovanın uzun
illər ərzində Qobustan ərazisində apardıqları tədqiqatlar
nəticəsində Mezolit, Neolit və Tunc dövrlərinə aid 30-dan
artıq yaşayış düşərgələri qeydə alınıb tədqiq olunmuşdur
(Rüstəmov, Muradova, 2003, 2004). Onların apardıqları elmi
araşdırmalar zamanı məlum olmuşdur ki, Mezolit dövründə
Qobustan ərazisində yaşayan insanların təsərrüfatının əsas
sahələrindən birini balıqçılıq təşkil etmişdir. Tədqiqatlar
zamanı müəyyən edilmişdir ki, Mezolit dövründən etibarən
balıqtutan qarmaqlar, balıqçı toru ağacdan, qayıq və qayıq
kürəkləri qamışdan hazırlanmağa başlanır (Rüstəmov, 1998,
2003). Aparılan arxeoloji tədqiqatlar zamanı Qobustan
qayalarında içərisində adam, bəzən də burun hissəsində günəş
şəkli çəkilmiş qayıq təsvirlərinə rast gəlmək olur. Üzərində
qayıq rəsmi çəkilmiş daş arxeoloji qazıntılar zamanı “Firuz”
düşərgəsinin mədəni təbəqəsindən də tapılmışdır. Qobustan
ərazisində qaya daşları üzərində balıq və balıq toru təsvirləri,
arxeoloji qazıntılardan tor üçün ağırlıq daşı və həmçinin balıq
və suiti sümüklərinin tapılması Qobustan ərazisində Mezolit
və Neolit dövrlərində balıqçılığın inkişafını aydın göstərir
(Rüstəmov, 1998). Rüstəmovun apardığı arxeoloji tədqiqatlar
zamanı Qobustan ərazisində yaşayan sakinlərin tor və
119
mizraqdan istifadə edərək, balıq və hətta nərə balığı
ovlamaları müəyyən edilmişdir.
Qobustan ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı
burada Mezolit dövrü sakinlərinin təsərrüfatında ovçuluq və
balıqçılıqla yanaşı, yığıcılığın da əhəmiyyət daşıdığı müəyyən
edilmişdir. Qədim Qobustan sakinləri ərazidə bitən göy-
göyərti, göbələk, yer fındığı və digər yabanı bitkilərdən də
istifadə edirdilər. Qobustan ərazisində olan bitki kökləri, ağac
və çaxmaq daşlarından hazırlanmış alətlər vasitəsilə çıxarılır,
dənli bitkilər isə yığma bıçaqlarla toplanırdı (Rüstəmov,
1998).
Eramızdan əvvəl IX minillikdən Mezoliti Neolit – Yeni
Daş dövrü əvəz etmişdir. Neolit dövründən başlayaraq
iqtisadiyyatın yeni forması olan əkinçilik, maldarlıq bir
tərəfdən,
həmçinin
istehsaledici təsərrüfata yiyələnmiş
qəbilələrin geri qalmış qəbilələrə təsiri, digər tərəfdən isə
əkinçilik - maldar qəbilələrin özlərinin yeni ərazilərə köçməsi
yolu ilə inkişaf etməyə başlayır.
Dostları ilə paylaş: |