221
Qazma paleolit düşərgəsindən tapılmış daş məmulatının
texniki və tipoloji tədqiqi zamanı müəyyən olunmuşdur ki, əmək
alətlərinin bir qismi mağarada, digər qismi isə düşərgədən kənarda
hazırlanmışdır. Çünki daş məmulatı içərisində çoxlu istehsal
tullantıları tapıldığı halda cəmi 4-5 ədəd nüvə qeydə alınmışdır
(Cəfərov, 1999).
Qazma mağarasının daş məmulatı arasında levallua
itiucluları, dişəklənmiş levallua itiucluları, mustye itiucluları, bir
və iki işlək ağızlı qaşovlar, künclü qaşovlar, bıçaqlar, limas tipli
alətlər, qaşovcuqlar və ucluqlar qeydə alınmışdır (şəkil 113-117).
Qazma düşərgəsinin əmək alətləri içərisində əsas yeri
levallua və mustye itiucluları və qaşov tipli alətlər tutur. Qeyd
olunan alətlər tipoloji cəhətdən bir neçə qrupa bölünür. Bu da
düşərgənin əmək alətlərinin tipoloji xüsusiyyətlərinin geniş tədqiq
olunmasına imkan verir (şəkil 113-115).
Düşərgənin daş məmulatı içərisində istehsal tullantılarının
qeydə alınması sübut edir ki, düşərgədə qədim insanlar əmək
alətlərinin bir qismini hazırlamışlar.
Qazma mağarası Naxçıvan Muxtar Respublilası ərazisində
orta Paleolit dövrünə aid tapılmış ilk qədim insan düşərgəsidir.
Əgər bu vaxta qədər Naxçıvan ərazisində insanların yaşaması 5-6
min il bundan əvvəllərə aid edilmişdisə, yeni tapıntı bu ərazidə
qədim insanların hələ 80-90 min il bundan əvvəl yaşadıqlarını,
222
eyni zamanda hələ orta Paleolit dövründə Naxçıvan ərazisində
qədim insanların yaşaması üçün əlverişli təbii coğrafi şəraitin
olduğunu göstərir.
Naxçıvan diyarından ilk dəfə olaraq sənədləşdirilmiş
çoxtəbəqəli mustye düşərgəsinin qeydə alınıb tədqiq olunması
Azərbaycan ərazilərində neandertal tipli insanların daha geniş
ərazidə məskunlaşmasını göstərir. Maraqlıdır ki, belə qədim insan
düşərgələri cənubi Azərbaycan ərazisində də tapılıb tədqiq
olunmuşdur. Güman etmək olar ki, gələcəkdə Azərbaycan
ərazisində aparılacaq arxeoloji tədqiqat işləri bəşəriyyətin
keçmişinə dair yeni düşərgələrin müəyyən olunmasına şərait
yaradacaqdır.
Buzeyir paleolit düĢərgəsi
Buzeyir mağara düşərgəsi 1985-ci ildə Ə.Q.Cəfərov
tərəfindən qeydə alınmışdır (Cəfərov, 1987). Buzeyir mağarası
Lerik rayonu ərazisində olub, Talış dağlarının ən yüksək
zirvəsində yerləşir. Düşərgə Zuvandçayının sol sahilində olub,
dəniz səviyyəsindən 1640 metr yüksəklikdə, Zuvandçayının
müasir yatağından 300-350 metr yüksəklikdə yerləşir. Buzeyir
mağarasının yerləşdiyi müasir ərazi Talış dağlarının ən mənzərəli
223
guşələrindən biri olub, ətrafları ağac örtüyü ilə əhatə olunmuşdur
(şəkil 121-122).
Buzeyir düĢərgəsinin daĢ mə mulatı
Buzeyir mağarasında aprılan arxeoloji qazıntılar zamanı 63
ədəd daş məmulatı tapılmışdır. Daş məmulatı içərisində diskşəkilli
nüvələr, levallua itiucluları, sadə bir işlək ağızlı qaşovlar, bir işlək
ağızlı qabarıq qaşov, qəlpələr və lövhələr qeydə alınmışdır (şəkil
123).
Buzeyir düşərgəsinin daş məmulatı əsasən çaxmaq, slanes,
dəvəgözü və andezit daşlarından hazırlanmışdır. Düşərgənin daş
məmulatı içərisində əsas yeri levallua itiucluları və qaşov tipli
alətlər tutur. Levallua itiucluları əsasən çaxmaqdaşından
hazırlanmışlar. Maraqlıdır ki, aşkar olunmuş levallua itiuclularının
heç birinin işlək ağzında dişək izi yoxdur. Qaşov tipli alətlərin biri
çaydaşı üzərində, ikincisi isə çaxmaqdaşı üzərində hazırlanmışdır.
Buzeyir mağarasından aşkar olunmuş daş məmulatının
texniki-tipoloji tədqiqi onların Mustye mədəniyyəti – Aşelin son
mərhələsində hazırlandıqlarını söyləməyə imkan verir. Lakin
gələcəkdə Buzeyir düşərgəsində aparılacaq arxeoloji qazıntılar
224
abidə haqqında daha yeni- yeni elmi məlumatların əldə olunmasına
səbəb olacaqdır.
Buzeyir düşərgəsi hələlik Talış dağları ərazisində müəyyən
olunmuş ilk insan məskənidir (Cəfərov, 1999, 2004).
1953-2003-ci illərdə Azərbaycan Respublikası ərazisində
aparılan arxeoloji tədqiqatlar nəticəsində orta Paleolit – Mustye
mədəniyyətinə Azıx (III təbəqə), Tağlar, Daşsalahlı, Damcılı,
Qazma və Buzeyir düşərgələri qeydə alınıb tədqiq olunmuşdur.
Azərbaycanın orta Paleolit düşərgələrində aparılan elmi
tədqiqatlar burada yaşamış ulu sakinlərin həyat tərzi, alət
hazırlama texnikası və ovçuluq təsərrüfatı haqqında geniş elmi
məlumatlar verməklə bərabər, neandertal tipli insanların Mustye
mədəniyyəti dövründə daha geniş ərazilərdə məskunlaşmasını
göstərir (Hüseynov, 1985; Cəfərov, 1999, 2004).
225
IX FƏSĠL
AZƏRBAYCANDA ÜST PALEOLĠT MƏDƏNĠYYƏTĠ
Son 50 ildə Azərbaycan Respublikası ərazisində aparılan
kompleks elmi tədqiqatlar nəticəsində üst Paleolit mədəniyyətinə
aid maddi mədəniyyət qalıqları Tağlar paleolit düşərgəsinin II
təbəqəsində, Damcılı mağara düşərgəsinin daş məmulatı arasında,
Qobustanın “Qayaarası” düşərgəsində, Kəlbəcərin Zar kəndi
ərazisində və Qazax rayonunun Yataq yeri ərazisindən qeydə
alınıb tədqiq olunmuşdur (Cəfərov, 2004; Mənsurov, 2000).
Tağlar paleolit düşərgəsinin II təbəqəsindən tapılmış üst
Paleolitə aid daş məmulatının texniki-tipoloji xüsusiyyətləri.
Tağlar paleolit düşərgəsinin II təbəqəsində aparılan arxeoloji
qazıntılar zamanı cəmi 1214 ədəd daş məmulatı tapılmışdır.
Həmin daş məmulatının texniki-tipoloji tədqiqi zamanı onların
arasında üst Paleolitə aid alətlər qeydə alınmışdır. Düşərgənin II
təbəqəsindən qeydə alınmış üst Paleolitə aid alətləri aşağıdakı
tiplərə ayırmaq olur:
1.
qaşovcuqlar
(13
ədəd);
2.
bizlər (12 ədəd);
Dostları ilə paylaş: |