205
zamanı təbii çaydaşıları ilə birlikdə onlardan hazırlanmış əmək
alətləri, istehsal tullantıları, qəlpələr, lövhələr və nüvələr aşkar
olunur.
Azıxda Mustye mədəniyyətinin tipoloji xüsusiyyətləri
Azıx paleolit düşərgəsinin Mustye mədəniyyətinə aid olan
III təbəqəsinin daş məmulatı içərisində zəngin əmək alətləri qeydə
alınmışdır. III təbəqənin əmək alətləri içərisində 68 ədəd levallua
itiucluları müəyyən edilmişdir. Maraqlıdır ki, onların əksəriyyəti
çaxmaqlaşmış slanes daşından (36 ədəd), 32 ədədi isə
çaxmaqdaşından hazırlanmışdır.
Levallua itiucluları əsasən birinci və ikinci qoparma üsulu
ilə hazırlanmışdır. Təsvir olunan alətlərin nümunələri 59-cu
şəkildə göstərilmişdir.
Dişəklənmiş levallua itiucluları. Azıxın Mustye
mədəniyyətinə aid alətləri içərisində 37 ədəd dişəklənmiş levallua
itiucluları
müəyyən
olunmuşdur.
Dişəklənmiş
levallua
itiuclularının 21 ədədi çaxmaqdaşından, 14 ədədi çaxmaqlaşmış
slanes daşından, 2 ədədi isə dəvəgözü daşından hazırlanmışdır.
Dişəklənmiş levallua itiucluları əsasən dik, yarımdik və bəzən də
itiləyici dişəklə işlənmişdir. Təsvir olunan alətlərin nümunələri
61-ci şəkildə göstərilmişdir.
206
Azıx düşərgəsinin Mustye mədəniyyətinə aid olan III
təbəqənin əmək alətləri içərisində mustye itiucluları xüsusi maraq
doğurur. Daş məmulatı içərisində 16 ədəd mustye itiuclusu qeydə
alınmışdır. Bunların 13-ü çaxmaqdaşından, 3-ü isə dəvəgözü
daşından hazırlanmışdır. Mustye itiucluları olduqca incə
işlənmişdir. Levallua itiuclularından fərqli olaraq mustye
itiucluları daha geniş sahədə dişəklənmişdir. Uzunluğuna görə
mustye itiuclularının əksəriyyəti 5-9 sm-də olanlar təşkil edir (13
ədəd). Eyni zamanda mustye itiucluları levallua itiuclularına
nisbətən daha qalın qəlpələr üzərində hazırlnmışdır. Təsvir olunan
mustye itiuclularının nümunələri 67-ci şəkildə göstərilmişdir.
Azıx paleolit düşərgəsinin Mustye mədəniyyətinə aid olan
III təbəqəsinin əmək alətləri içərisində II əsas yeri qaşov tipli
alətlər tutur. Qaşov tipli alətlərin əksəriyyəti çaxmaqdaşından
hazırlanmışdır. Tipoloji xüsusiyyətlərinə görə qaşov tipli alətləri
bir neçə qrupa ayırmaq olar. Onların arasında sadə və bir ağızlı
qaşovlar, sadə bir ağızlı düz qaşovlar, sadə düz ağızlı qabarıq
qaşovlar, sadə düz ağızlı batıq qaşovlar, iki işlək ağızlı qaşovlar
(onların arasında düz ağızlı, qabarıq ağızlı və batıq ağızlı qaşovlar
müəyyən olunmuşdur), eyni zamanda daş məmulatı içərisində
konvergent qaşovlar, künclü qaşovlar, enli qaşovlar, Tağlar tipli
qaşovlar, tipik və atipik qaşovcuqlar, kəsici alətlər, bıçaq tipli
alətlər, gəzli alətlər, dişli alətlər, çapma alətləri və əl çapacaqları
207
qeydə alınmışdır (Hüseynov, 1985, 1986; Cəfərov, 1983, 1986,
1999, 2004).
Maraqlıdır ki, Azıx düşərgəsinin Mustye mədəniyyətinə
aid təbəqəsindən 2 ədəd əl çapacağı tapılmışdır. Tipoloji cəhətcə
əl çapacaqları yarpaq və ürəkşəkillidir. Əl çapacaqları orta Paleolit
dövrü üçün ən nadir tapıntılardan hesab olunur. Ümumiyyətlə,
orta Paleolit dövrü üçün əl çapacaqları xarakterik deyildir. 2 ədəd
əl çapacağının Azıx düşərgəsinin III təbəqəsindən tapılması
Azərbaycanın orta Paleolit düşərgələri içərisində ən qədim mustye
düşərgəsinin Azıx mağarasının III təbəqəsində müəyyən
olunduğunu söyləməyə imkan verir. Aparılan kompleks elmi
tədqiqat işləri də Azərbaycan ərazisində ən qədim Mustye
mədəniyyətinə aid arxeoloji tapıntıların Azıx düşərgəsində olması
qənaətinə gəlinmişdir (Cəfərov, 1999, 2004, 2007).
Azıx düşərgəsinin III təbəqəsində aşkar olunmuş daş
məmulatının elmi təhlili göstərir ki, düşərgənin ən qədim sakinləri
əmək alətlərinin bir hissəsini mağaranın özündə, digər hissəsini
isə düşərgədən kənarda, yəni Quruçay sahillərində hazırlayıb,
düşərgəyə gətirmişlər. Eyni zamanda Mustye mədəniyyəti
dövründə neandertal tipli insanlar Azıx düşərgəsində daimi
yaşamışlar (Hüseynov, 1985, 1986; Cəfərov, 1999, 2004).
208
Tağlar mağarasının Mustye mədəniyyəti
Hazırda Yaxın Şərq və Qafqaz ərazisində Mustye
mədəniyyətinə aid ən möhtəşəm və zəngin maddi mədəniyyət
nümunələrinə malik olan arxeoloji abidə Tağlar abidəsi hesab
olunur. Tağlar paleolit düşərgəsi Qarabağın ən mənzərəli və
səfalı guşələrindən birində olub, Tuğ və Tağlar kəndləri arasında
Quruçayın sol sahilində yerləşir. Çoxtəbəqəli mağara düşərgəsi
1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən qeydə alınmışdır
(Hüseynov, İsmayılov, 1967). Düşərgədə arxeoloji qazıntı
işlərini M.Hüseynov və Ə.Cəfərov aparmışlar (Hüseynov, 1973;
Cəfərov,1978, 1983, 1986, 1999).
Mağaranın bir neçə metrliyindən axan Quruçay Tağlar
düşərgəsində yaşayan qədim insanların həyatında mühüm rol
oynamış, ona görə də neandretal tipli insanlar bu ərazidə olan
Tağlar mağarasını özlərinə daimi yaşayış məskəni seçmişlər.
Tağlar paleolit düşərgəsi özünün maddi mədəniyyət
qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına
görə ölkəmizin və Yaxın Şərqin mustye düşərgələri içərisində
mühüm yer tutur (Hüseynov, 1985; Cəfərov 1999, 2004).
1963-cü ildən başlayaraq 1986-cı ilədək müəyyən fasilələrlə
Tağlar paleolit düşərgəsində arxeoloji qazıntı işləri nəticəsində 8
mindən artıq daş məmulatı və 500 mindən çox qədim insanların
ovladıqları heyvanların sümükləri tapılmışdır.
Dostları ilə paylaş: |