188
xüsusi yer tutur. Fiziki tipinə görə Azıx düşərgəsindən aşkar
edilmiş çənə sinantrop tipli insanla neandertal adamı arasında
keçid mərhələsindədir (Hacıyev, Hüseynov,1970). Azıx mağara
düşərgəsinin Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai
insan qalığına şərti olaraq azıxantrop, yəni Azıx adamı adı
verilmişdir (Hacıyev, Hüseynov, 1970; Hüseynov, 1975).
Professor D.V.Hacıyev apardığı elmi tədqiqat zamanı
müəyyən etmişdir ki, çoxtəbəqəli Azıx paleolit düşərgəsinin V
təbəqəsindən tapılmış ibtidai insan çənəsi ölkəmizin ərazisində ən
qədim insana məxsus olub, 350-400 min il bundan əvvəl
Azərbaycan ərazisində yaşamış 18-22 yaşlı qadının çənəsidir
(Hacıyev, Hüseynov, 1970; Hüseynov, 1985).
Azıxdan tapılmış ibtidai insana məxsus çənə tamamilə
daşlaşmış və rəngini nisbətən dəyişmişdir. Qeyd olunan daşlaşma
prosesi və rənginin xüsusiyyətləri həmin təbəqədən tapılmış
merka kərgədanı, nəhəng maral, zubr, bizon, ibtidai at, mağara
ayısı, mağara kaftarı (bu heyvanların nəsli kəsilmişdir) və başqa
heyvan sümüklərindən qəti seçilmir. Bundan başqa həmin
təbəqənin IV horizontundan əl çapacaqları, kobud çapma alətləri
və kobud hazırlanmış qaşov tipli alətlər tapılmışdır. Həmin daş
alətlər özlərinin hazırlanma texnikası və tipologiyasına görə
qədim Aşel mədəniyyətinə aid olunur (Hüseynov, 1985).
189
Azıx mağara düşərgəsindən tapılmış çənə, ibtidai insanın
alt çənəsinin sağ hissəsidir, daha doğrusu, çənənin demək olar ki,
sağ hissəsi tam qalmışdır. Çənənin əsası və onun üzərində olan üç
azı dişinin yerləşdiyi çənə şaxəsinin çox hissəsi yaxşı
saxlanmışdır. Çənə üzərində olan dişlərdən sonuncusu tam
vəziyyətdə, ikisi isə qazıntı zamanı sınmışdır (bax şəkil 12, 13).
Eyni zamanda şaxənin yuxarı hissəsi ilə birlikdə çənə oyması,
çənə tacı və oynaq çıxıntısı qədim zamanlarda sınmışdır (bax şəkil
12). Çənənin alveol hissəsində üçüncü azı (ağıl) dişi tam
şəkildədir, ikinci azı dişinin üst hissəsi sınmış, lakin orta və kök
hissələrinin
qırıqlarına
rast
gəlinmişdir.
Azıx
paleolit
düşərgəsindən tapılmış alt çənənin tam olmadığına baxmayaraq,
onun qalmış hissəsi Azıx adamının fiziki quruluşunun müəyyən
olunmasında ən mühüm paleoantropoloji tapıntı hesab olunur.
Belə ki, azıxantropun çənəsinin morfologiyası, qalınlığı, dişlərinin
quruluşu və ölçülərinin paleoantropoloji müqayisə üçün çox
mühüm elmi əhəmiyyətə malikdir. Azıxdan tapılmış alt çənə
avstralopitek, arxantrop, sinantrop və pitikantropla müqayisə
edilmişdir. Aparılmış elmi araşdırmalar maraqlı elmi nəticələr
vermişdir. Azıxantropun çənəsinin aşağı hissəsi qırılıb
düşdüyündən onun qalınlığı ikinci azı (A2) ilə üçüncü azı (A3)
aralığı bərabərliyindəki qalınlıqla ölçülmüşdür. Həmin sahədə
onun qalınlığı 19,5 mm-dir (Hacıyev, Hüseynov, 1970).
190
Aparılan elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki,
avstralopiteklərin alt çənələrində də həmin sahə, yəni ikinci azı və
üçüncü azı aralığında olan hissə 33,5 mm-ə bərabərdir.
İndoneziyanın Yava adsında tapılmış pitikantrop çənəsinin
qalınlığı 26,3 mm, Çində tapılmış sinantrop tipli insanın çənəsinin
qalınlığı 19,6 mm, Almaniyanın Heydelberq kəndi ərazisindən
tapılmış Heydelberq adamının çənəsinin qalınlığı 21,4 mm-dir
(Lümley, 1998).
Yuxarıda göstərilən ölçülərdən aydın olur ki, Azıx paleolit
düşərgəsindən tapılmış azıxantropun çənəsi pitikantropun
çənəsindən fərqlidir. Aparılan elmi tədqiqata əsasən müəyyən
olunmuşdur ki, Azıx adamının çənəsi sinantrop tipli insanla
Heydelberq adamı arasında özünə xüsusi yer tutur.
Aparılan elmi araşdırmalar zamanı müəyyən edilmişdir ki,
qədim Azıx adamı dişinə görə də azıxantrop və paleoantroplardan
da fərqlənmə xüsusiyyətinə malikdir. Bu xüsusiyyətlərdən ən
başlıcası Azıx adamında dişlərin kiçik olmasıdır. Belə ki,
azıxantropun azı dişinin uzunluğu 35 mm-dir. Ona görə də
professor D.V.Hacıyev bu tapıntını xırda diş adamına aid edir
(Hacıyev, Hüseynov, 1970).
Paleoantropoloqların apardıqları elmi tədqiqatlar zamanı
azı dişlərin uzunluğunun pitikantroplarda 40 mm, sinantrop tipli
insanlarda 36,9 mm, Heydelberq adamında 36,1 mm, azıxantrop
191
tipli insanlarda isə 35 mm olması müəyyən edilmişdir (Hüseynov,
1985, Lümley, 1998).
Azıxantropun dişlərində başqa cəhətlər də qeydə
alınmışdır. Xüsusən dişlərin düzülüşü çox maraqlıdır. Azıx
adamının çənəsinin şaquli istiqamətində linqval divarına doğru
keçir. Lakin bütün qazıntı və müasir adamlarda azı dişləri çənənin
linqval divarının lap qırağında düzülmüşdür. Belə bir xüsusiyyətin
olması da Azıx adamını fərqləndirə bilir. Daha doğrusu, bu
axırıncı xüsusiyyətin oxşarlığı heç bir qazıntı insanında yoxdur.
Yuxarıda qeyd etdiyimiz ölçü rəqəmləri əsasında aparılmış
müqayisələrdən müəyyən etmək olur ki, azıxantropun çənəsi fiziki
quruluşuna görə arxantropa, sinantropa və Heydelberqə oxşayır,
lakin bəzi inkişaf xüsusiyyətlərinə görə ilk neandertal insanlara
yaxınlıq təşkil edir. Bu səbəbə görə də azıxantrop tipli insan
ibtidai adamların inkişaf tarixində arxantropdan paleoantropa
keçid formasını təşkil edir. Lakin dişlərinin xırdalığına görə indiyə
qədər bizə məlum olan arxantrop və paleoantroplardan tamamilə
fərqlənir. Məhz bu fərqlərə görə D.V.Hacıyev şərti olaraq tapıntını
azıxantrop adlandırmışdır (Hacıyev, Hüseynov, 1970, 1976).
Azıxantropun qalığı paleoantropoloji cəhətdən Azərbaycan
və Qafqaz ərazilərində Aşel dövrü adamlarının fiziki quruluşunun
elmi tədqiqində mühüm əhəmiyyəti vardır. Belə bir mülahizə irəli
Dostları ilə paylaş: |