172
Fransanın Ballone qədim insan düşərgəsində aparılan
arxeoloji tədqiqat işləri zamanı ən qədin Daş dövrünə aid maddi
mədəniyyət nümunələri tapılmışdır. Ballone düşərgəsindən aşkar
olunmuş maddi mədəniyyət nümunələrinin yaşı milyon ilə
bərabərdir. Hələlik Avropa ölkələri ərazisində bu tarixə malik olan
ikinci bir düşərgə qeydə alınmamışdır. Ballone düşərgəsindən daş
məmulatı ilə yanaşı ovlanmış heyvan sümükləri də tapılmışdır
(Lümley, 1971, 1998).
Fransa ərazisində aşkar olunmuş ən maraqlı və zəngin paleolit
düşərgələrindən biri də Terra-Amata düşərgəsidir. Düşərgə
Fransanın cənub-şərqində olub, Nitsa şəhəri ərazisində yerləşir.
Burada arxeoloji tədqiqat işlərini professor A.Lümley aparmışdır.
Tədqiqatlar zamanı düşərgədən qədim Aşel dövrünə aid
çoppinqlər, əl çapacaqları və başqa əmək alətləri aşkar
olunmuşdur. Terra-Amata düşərgəsindən daş məmulatı ilə birlikdə
ovlanmış heyvan sümükləri də tapılmışdır. Sümük məmulatı
içərisində Merka kərgədanı, nəhəng maral, vəhşi öküz və başqa
heyvan sümükləri çoxluq təşkil edir. Düşərgədən çoxlu heyvan
sümüklərinin tapılması burada yaşayan qədim sakinlərin
həyatında ovçuluğun mühüm yer tutduğunu göstərir (Lümley,
1969, 1971).
Maraqlıdır ki, Terra-Amata düşərgəsində aparılan arxeoloji
qazıntılar zamanı ibtidai tikili yeri qeydə alınmışdır. Professor
173
A.Lümleyin fikrincə, qədim tikili yerində ibtidai insanlar
müvəqqəti yaşamışlar. Bu sahədə onlar əmək alətləri hazırlamaqla
məşğul olmuşlar. Qeyd etdiklərimizi tikinti yerindən aşkar
olunmuş çoxlu istehsal tullantıları bir daha sübut edir. İbtidai tikili
yerinin eni 4-6 m, uzunluğu 8-15 m-ə yaxın olmuşdur. Tikili
yerinin sahəsi daşlarla örtülü olmuşdur. Müəyyən edilmişdir ki,
tikili yerinin ortasında ocaq yandırılmış, hətta ocağın küləkdən
sönməməsi üçün ətrafına daşdan sədd çəkilmişdir (Lümley, 1998,
2000).
Terra-Amata düşərgəsində ən maraqlı tapıntılardan biri
Paleolit dövrü adamının ayaq izinin mədəni təbəqədə qalmasıdır.
Onun ölçülərinə əsasən müəyyən edilmişdir ki, həmin dövrün
adamının boyu 1,56 m olmuşdur.
Fransanın cənubunda Totavel şəhərinin 2 kilometrliyində
yerləşən Kondel- Araqo düşərgəsində aparılan arxeoloji tədqiqatlar
zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqları özünün
zənginliyinə görə xüsusi maraq doğurur. Araqo qədim insan
düşərgəsində aparılan tədqiqatlar zamanı qədim Daş dövrünə aid
əmək alətləri tapılmışdır. Aşkar olunmuş əmək alətləri içərisində
əsas yeri kobud çapma alətləri (çopper, çoppinq), əl çapacaqları,
qaşov tipli alətlər və itiuclular təşkil edir. Araqo düşərgəsindən
aşkar olunmuş kobud çapma alətləri klassik üsulda hazırlanmış və
tipologiyasına əsasən qədim Aşel dövrünə aid olunur. Araqo
174
düşərgəsindən daş məmulatı ilə yanaşı, ovlanmış heyvan
sümükləri də aşkar olunmuşdur. Bu qədim Araqo düşərgəsi
sakinlərinin həyatında ovçuluğun əsas yer tutduğunu göstərir.
Totavelin Kondel- Araqo düşərgəsində aparılan arxeoloji
qazıntılar zamanı insan kəllələri və çənələri aşkar olunmuşdur.
Xüsusilə, düşərgədə 1969-cu il iyulun 21-də aparılan arxeoloji
qazıntılar zamanı qədim insanın alt çənəsi tapılmışdır. Çənə
üzərində 5 ədəd diş tam şəkildə qalmışdır. 1970-ci il iyulun 16-da
aparılan arxeoloji qazıntılar zamanı üzərində 5 diş olan qadın
çənəsi tapılmışdır. 1971-ci il iyulun 22-də aparılan arxeoloji
qazıntılar zamanı qədim insan kəlləsi və üst çənə aşkar
olunmuşdur. Üst çənə kəllə ilə birlikdə tapılmış və 20-25 yaşlı
qadına məxsusdur.
1979-cu il iyulun 27-də Kondel-Araqo düşərgəsində aparılan
arxeoloji qazıntılar zamanı qədim insanın kəllə qapağı tapılmışdır
(Lümley, 1998).
Araqo düşərgəsindən tapılmış paleoantropoloji qalıqlar ona
dünya şöhrəti qazandırdı. Mən 2001-ci il iyulun 3-dən avqustun 2-
dək və 2003-cü il fevral- mart aylarında Fransada elmi
ezamiyyətdə olarkən Araqo düşərgəsindən tapılmış maddi
mədəniyyət qalıqları ilə Totavel şəhərində olan Avropa tədqiqatlar
mərkəzində yaxından tanış olmuşam. Araqo düşərgəsindən
tapılmış paleoantropoloji qalıqlar Avropanın ilk sakinlərinə aid
175
olub, qədim Aşel dövründə 600-450 min il bundan əvvəl yaşamış
qədim Araqo və Totavel adamlarının sümük qalıqlarıdır.
Maraqlıdır ki, Kondel-Araqo düşərgəsindən tapılmış çənə Azıx
düşərgəsinin aşel təbəqəsindən aşkar olunmuş çənə ilə dövr
etibarı ilə yaxınlıq təşkil edir. Hər iki düşərgədən tapılmış qədim
insan çənəsi yaş etibarı ilə müqayisə oluna bilər və qədim
insanların antropoloji xüsusiyyətlərini öyrənmək üçün ən mühüm
tapıntılardır (Cəfərov, 2004).
Araqo düşərgəsindən tapılmış paleoantropoloji tapıntıların
hamısı Aşel mədəniyyətinə aid təbəqələrdən aşkar olunmuş və
həmin qədim insanlara aid kəllə və çənələr 450-500 min il bundan
əvvəllər Fransanın cənubunda Totavel-Araqo ərazilərində yaşamış
və ovçuluqla məşğul olmuşlar (Lümley, 1998).
2001-ci ilin iyul ayında Fransada elmi ezamiyyətdə olarkən
Totavel şəhərində olan Avropa tədqiqatlar mərkəzində saxlanılan
Araqo düşərgəsinin daş və fauna məmulatı ilə yaxından tanış
oldum. Araqo düşərgəsi Totavel şəhərində 2,5 km aralıda Enge
çayının sol sahilində dağın döşündə yerləşir (bax şəkil 124, 128,
129). Araqo düşərgəsinin və Totavel şəhərinin yerləşdiyi ərazi
bizim Qarabağı xatırladır. Hər tərəf dağlarla əhatə olunmuş,
Totavel çökəkliyinin arasından Enge çayı axır və şəhəri iki
hissəyə ayırır (bax şəkil 124).
Dostları ilə paylaş: |