160
mədəniyyət nümunələri tapılmışdır. Bu Azıx düşərgəsində qədim
Aşel dövrünün sonralar orta Aşel mədəniyyəti ilə əvəz
olunduğunu göstərir. Elmi tədqiqatlar zamanı məlum olmuşdur ki,
orta Aşel mədəniyyəti 400 min il bundan qabaq başlamış və 200
min il əvvəllər sona çatmışdır.
Arxeoloji qazıntılar zamanı Azıx düşərgəsində tapılmış daş
alətlərin əsasını çapma alətləri və əl çapacaqları təşkil edir. Daş
məmulatı arasında müxtəlif klekton tipli əmək alətləri və kobud
hazırlanmış itiuclu alətlər də qeydə alınmışdır. Azıx düşərgəsinin
V təbəqəsinin daş məmulatının texniki- tipoloji xüsusiyyətlərinə
görə özündən aşağıda yerləşən VI təbəqənin daş məmulatı ilə
yaxınlıq təşkil edir. Eyni zamanda V təbəqənin əmək alətləri
qədim Aşel dövrü daş məmulatlarının bəzi oxşar xüsusiyyətlərini
özündə birləşdirir.
Uzun illər ərzində Azıx mağarasının V təbəqəsində aparılan
kompleks arxeoloji tədqiqatlar nəticəsində daş məmulatı ilə
yanaşı, 10 minlərlə ovlanmış heyvan sümükləri aşkar olunmuşdur.
Fauna qalıqları sübut edir ki, orta Aşel mədəniyyəti dövründə
Azıx paleolit düşərgəsində yaşayan sakinlərin məşğuliyyətində
əsas yeri ovçuluq tutmuşdur. Azıx paleolit düşərgəsindən tapılmış
fauna qalıqlarının elmi tədqiqi ilə professor Dəmir Hacıyev
məşğul olmuşdur.
161
İbtidai insanların orta Aşel mədəniyyəti dövründə ovçuluqla
məşğul olması, əsasən, maral və mağara ayılarını ovlaması həmin
ərazidə maral və mağara ayılarının çox olması ilə əlaqədardır.
Azıx paleolit düşərgəsində aşkar olunmuş fauna qalıqları
göstərir ki, orta Aşel mədəniyyəti dövründə ovçuluq təsərrüfatı
özünün ən yüksək inkişaf zirvəsinə çatmışdır. Əgər qədim Aşel
dövründə Azıx düşərgəsində yaşayan qədim insanlar 11 növ iri
heyvan ovlamışlarsa, orta Aşeldə isə 45 növ heyvan və quş
ovlamışlar.
Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid V
təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı ancaq ovç uluq
təsərrüfatı üçün yararlı olan əmək alətləri tapılmışdır. Azıx
paleolit düşərgəsinin V təbəqəsindən 300-dən artıq daş məmulatı
qeydə alınmışdır. Düşərgənin daş məmulatı içərisində istehsal
tullantıları bir neçə ədəd qeydə alınmışdır. Bu fakt paleolit
düşərgəsinin V təbəqəsindən aşkar olunmuş əmək alətlərinin
düşərgədən kənarda hazırlanmasını göstərir.
Azıx
çoxtəbəqəli
paleolit
düşərgəsinin
orta
Aşel
mədəniyyətinə aid təbəqəsindən tapılmış əmək alətlərini aşağıdakı
qruplara bölmək olar:
1.
nüvələr (6 ədəd);
2.
əl çapacaqları (5 ədəd);
3.
kobud çapma alətləri (12 ədəd);
162
4.
üzərində işlənmə izləri olmayan çaydaşıları (14 ədəd);
5.
mustye tipli itiuclular (2 ədəd);
6.
sadə bir işlək ağızlı qaşovlar (5 ədəd);
7.
sadə qabarıq işlək ağızlı qaşovlar (3 ədəd);
8.
iki işlək ağızlı düz qaşovlar (2 ədəd);
9.
iki işlək ağızlı qabarıq qaşovlar (2 ədəd);
10.
iki işlək ağızlı batıq qaşovlar (2 ədəd);
11.
künclü qaşovlar (6 ədəd);
12.
enli düz ağızlı qaşovlar (1 ədəd);
13.
enli qabarıq ağızlı qaşovlar 92 ədəd);
14.
tipik qaşovcuqlar (2 ədəd);
15.
atipik qaşovcuqlar (3 ədəd);
16.
bıçaq tipli alətlər (3 ədəd);
17.
dişli alətlər (3 ədəd);
18.
fraqment şəkilli alətlər (17 ədəd);
19.
üzərində ikinci dəfə işlənmə izi olmayan qəlpələr (81 ədəd);
20.
istehsal tullantıları (32 ədəd).
Düşərgənin V təbəqəsindən aşkar olunmuş daş məmulatının
əksəriyyəti çaxmaq (143 ədəd) və slanes (124 ədəd) daşlarından
hazırlanmışdır. Daş məmulatı içərisində bazalt (2 ədəd), pesçanik
(3 ədəd) və 3 ədəd dəvəgözü daşından hazırlanmış alətlər qeydə
alınmışdır.
163
Düşərgənin V təbəqəsindən aşkar olunmuş nüvələri aşağıdakı
qruplara ayırmaq olar: birzərbəsəthli, ikizərbəsəthli və diskşəkilli
nüvələr.
Orta Aşel mədəniyyətinə aid təbəqənin daş məmulatı
içərisində 2 ədəd mustye itiuclusu qeydə alınmışdır. Maraqlıdır ki,
Qafqaz və Yaxın Şərqin paleolit düşərgələri içərisində ilk dəfə
olaraq orta Aşel mədəniyyətinə aid təbəqədən mustye itiucluları
aşkar olunmuşdur. Buradan tapılmış mustye itiucluları üçbucaqlı
qəlpə üzərində hazırlanmışdır. Təsvir olunan mustye itiucluları
dik və yarımdik dişəklə işlənmişdir.
Sadə bir işlək ağızlı qaşovlar (5 ədəd). Onların 4 ədədi
çaxmaqdaşından, biri isə slanes daşından hazırlanmışdır.
Qaşovların 3 ədədi qəlpə, 2 ədədi isə üçbucaqlı qəlpə üzərində
hazırlanmışdır. Qaşovların işlək ağızları dik, yarımdik və bəzən də
itiləyici dişəklə işlənmişdir. Alətlərin hamısında zərbə səthi və
zərbə düyünü yaxşı saxlanmışdır.
Sadə qabarıq ağızlı qaşovlar (3 ədəd). Onların 2 ədədi
çaxmaq, biri isə slanes daşlarından hazırlanmışdır. Alətlərin ikisi
lövhə, digəri isə qəlpə üzərində hazırlanmışdır. Alətlərin işlək
ağızları, əsasən, yarımdik və itiləyici dişəklə işlənmişdir.
İki düz işlək ağızlı qaşovlar (2 ədəd). Alət slanes daşından
hazırlanmışdır. Hər iki qaşov lövhədən ibarətdir. Maraqlıdır ki,
hər iki qaşovun üstü ərplə örtülmüşdür. Bu göstərir ki, alətlər bir
Dostları ilə paylaş: |