156
alınmışdır. Fraqment şəkilli alətlər içərisində qaşov tipli alətlərin
qırıqları, itiuclular və dişəklənmiş qəlpələr də qeydə alınmışdır.
Azıx düşərgəsinin VI təbəqəsindən aşkar olunmuş əmək
alətlərinin tipologiyası aşağıdakı cədvəldə əks olunmuşdur.
Azıx qədim insan düşərgəsində aparılan kompleks elmi
tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, burada qədim Aşel
mədəniyyəti 750-450 min illər arasında mövcud olmuş və 300 min
il davam etmişdir. Bu dövrdə əmək alətlərinin təkmilləşməsi və
yeni- yeni əmək alətlərinin meydana çıxması başlanır. Bu qədim
insanların həyat tərzinin inkişaf etməsini göstərir. Çoxtəbəqəli
Azıx qədim insan düşərgəsinin VI təbəqəsində aşkar olunmuş
əmək alətlərinin zənginliyi dediklərimizi təsdiq edir. Qədim Aşel
mədəniyyətinə aid nəinki Azərbaycanda, eyni zamanda Yaxın
Şərq və Qafqaz ərazisindən ən zəngin maddi mədəniyyət
nümunələri ancaq Azıx düşərgəsindən aşkar olunmuşdur
(Hüseynov, 1985, Hüseynov, Cəfərov, 1986).
Azıx düşərgəsinin VI təbəqəsində daş məmulatı ilə birlikdə
çoxlu heyvan sümükləri də tapılmışdır. Aşkar olunmuş sümük
məmulatı əsasında təyin edilmiş heyvanat aləminin növləri
göstərir ki, qədim Aşel dövründə Azərbaycan ərazisində
soyuqlaşmaya doğru dəyişikliklər baş vermişdir. Düşərgənin
qədim Aşel mədəniyyətinə aid olan fauna qalıqları Bakı
çöküntülərinin yaranma dövrünə uyğun gəlir. Ona görə də Azıx
157
mağarasının VI təbəqəsi paleogeoloqlar tərəfindən mindel buzlağı
dövrünə aid edilir. Qeyd olunan fauna qalıqları ilə yanaşı, qədim
aşel təbəqəsindən tiraspol kompleksi nümunələrindən Şotenzak
bizonu, Merka kərgədanı və s. fauna qalıqlarının aşkar olunması
təbəqənin Bakı dövrünə (mindeldən əvvəlki dövrə) aid olduğunu
göstərir (Məmmədov, 1998).
Azıx
düşərgəsinin qədim
Aşel
mədəniyyətinə aid
təbəqəsindən aşkar olunmuş fauna qalıqlarının zənginliyi həmin
ərazidə ovçuluq təsərrüfatının yüksək inkişaf etdiyini göstərir. Bu
dövrdə qədim insanların həyatında əsas yeri ovçuluq və yığıcılıq
tuturdu.
Alimləri uzun müddət qədim Aşel dövrü adamlarının fiziki
tipi düşündürmüş və bu sahədə elmi tədqiqat işləri aparmışlr.
Dünyanın müxtəlif ölkələri ərazilərində aparılan arxeoloji tədqiqat
işləri nəticəsində müəyyən edilmişdir ki, qədim Aşel dövrü
adamlarının fiziki tipi pitikantrop, sinantrop və heydelberq
adamından ibarətdir.
Pitikantrop ilk dəfə 1891-ci ildə hollandiyalı həkim Dyuba
tərəfindən Yava adasında tapılmşdır. Sonralar Yava adasında
aparılan arxeoloji qazıntılar nəticəsində pitikantropun sümük
qalıqları aşkara çıxarılmışdır. Elmi araşdırmalar nəticəsində
paleoantropoloqlar müəyyən etmişlər ki, pitikantropun boyu 160-
170 sm, beyin tutumu isə 850-950 kub.sm olmuşdur.
158
İbtidai insan qalıqları içərisində sinantrop xüsusi maraq
doğurur. Sinantropun qalıqları 1927-ci ildə kanadalı alim
Devidson Bleyk tərəfindən Çinin Çjoukoudyan kəndindən
tapılmışdır. Bu kənd Pekin şəhərindən 54 cənub-qərbdə yerləşir.
Arxeoloji qazıntılar zamanı tapılan qədim insan çənəsi həmin
yerin adı ilə sinantrop - Çin adamı adlandırılmışdır.
1929-1930-cu illərdə çinli alim Pey Ven-Çjun Çjoukoudyan
mağara düşərgəsində bir uşağın və 30-35 yaşlı qadının kəllə
sümüyünü tapmışdır.
Sinantrop fiziki inkişafına görə pitikantropa oxşasa da, bir
az ondan çox inkişaf etmişdir. Məlum olmuşdur ki, sinantropun
boyu 144-156 sm, beyinin tutumu isə 1050-1200 kub sm-ə qədər
olmuşdur. Sinantroplar mağaralarda yaşamış və ovçuluqla məşğul
olmuşlar.
1907-ci ildə Qərbi Almaniyanın Heydelberq şəhəri
yaxınlığında, Mayer kəndi ərazisində qədim insanın alt çənəsi
aşkar olunmuşdur. Çənəyə yerin adı verilmiş və Heydelberq
adamı adlandırılmışdır.
Avropa üçün ən böyük elmi əhəmiyyətə malik arxeoloji
tapıntılar Fransanın Kondel-Araqo mağaralarında aparılan
arxeoloji tədqiqatlar
zamanı əldə olunmuşdur. Professor
A.Lümley bu düşərgələrdə zəngin əmək alətləri və qədim insanın
çənə və kəllə sümüklərini aşkar etmişdir. Araqo mağaralarından
159
tapılmış maddi mədəniyyət nümunələrinin əksəriyyəti qədim Aşel
mədəniyyətinə aiddir (bax şəkil 132, 133).
1965-2007-ci illərdə Anri dö Lümleyin rəhbərliyi altında
Fransanın dünya şöhrətli Kondel-Araqo paleolit
mağara
düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı 500 mindən
artıq daş məmulatı, 1 milyondan artıq ovlanmış heyvan sümükləri
və ibtidai insanlara məxsus kəllə qapaqları, çənələr və dişlər
tapılmışdır.
Kondel-Araqo düşərgəsindən tapılmış ibtidai insanlara aid
sümük qalıqlarını antropoloq Mariya Antuanetta dö Lümley təyin
etmişdir (Lümley, 1988).
Professor Anri dö Lümleyin fikrinə görə, Kondel-Araqo
düşərgəsində ibtidai insanlar qədim və orta Aşel mədəniyyəti
dövründə yaşamış və çaydaşılarından əmək alətləri hazırlayıb
istifadə etmişlər (Lümley,1998). İbtidai insanlar Kondel-Araqo
düşərgəsində 730 min il bundan əvvəllərdən başlayıb, 330 min il
bundan qabaqlara qədər yaşamışlar (Lümley, 2000).
Azıx düĢərgəsi orta AĢel mədəniyyətinin daĢ mə mulatı
və onların texniki-tipoloji xüsusiyyətləri
Azıx qədim insan düşərgəsinin V təbəqəsində aparılan
arxeoloji tədqiqatlar zamanı orta Aşel mədəniyyətinə aid maddi
Dostları ilə paylaş: |