323
və onların parçaları arasında yaranmış mağara-sığınacaqlardan
ibarət olub, uzun müddət yaşayış üçün istifadə edilmişdir.
Damcılı mağarasından əldə edilmiş arxeoloji materialların
az bir qismini də Mezolit dövrünə aid daş məmulatı təşkil edir.
Bunkar kiçikölçülü, yanlarında gəz açılmış, bir ağzı
kütləşmiş və ucu çəpinə dişəklənmiş xırda bıçaqvari lövhələr,
karandaşvari nukleuslar, mikro qaşovlar, kəsərlər və biz kimi
işlədilə biləcək alətlər Mezolit və Neolit dövrünün əvvəllərinə
qədim tipli dişəkli xırda ox ucları və cilalanmış daş əşya isə
Neolit dövrünə aid edilmişdir (Hüseynov, 1960).
Tapılmış materialların təhlili, təxmini dövrləşdirilməsi
Damcılı mağarasında oturaq həyatın uzun müddət, fasiləsiz davam
etdiyini göstərir.
Damcılının sakinləri əsasən ovçu, balıqçı və yığıcı olmuşlar.
Əldə olunmuş daş məmulatı qarışıq olsa da, son Paleolitdən
Mezolitə keçid izlənir. Damcılı mağarasının müxtəlif dövrlü daş
məmulatı burada oturaq həyatın uzunmüddətli və fasiləsiz
olduğunu söyləməyə əsas verir.
Aparılan elmi tədqiqatlar zamanı müəyyən olmuşdur ki,
bəşər tarixi bir neçə mərhələdən keçmişdir. Onlardan biri
Mezolitdir. Mezolit (mezos-orta, lithos-daş) Orta Daş dövrü
deməkdir. Bu mərhələnin başlanğıcı təxminən son buzlaşma
dövrünün qurtardığı Pleystosendən holosenə (müasir dövr) keçid
324
dövrünə, insanı əhatə edən ətraf mühitdə həyat üçün əhəmiyyətli
dəyişikliklərin baş verdiyi dövrə təsadüf edir.
Mezolit dövrünə aid olan dəyişikliklər Şərqi Avropada
geoloji cəhətdən buzlaşma dövrünün sonunda Pleystosendən
holosenə keçid dövrünə, e.ə. IX-VI minilliklərə aid edilir. Şərqdə
isə, o cümlədən Azərbaycanda da Mezolit mədəniyyətinin
yaranması tarixi daha qədimdir. Bu tarix e.ə. XIII minilliyə
təsadüf edir və VIII minilliyə kimi davam edir.
Mezolit Daş dövrünün ən az öyrənilən mərhələsidir. Bu dövr
arxeoloji ədəbiyytada çox vaxt epipaleolit adlandırılaraq Paleolitin
son mərhələsi və ya gil qaba qədərki Paleolit dövrü kimi təqdim
olunur. Mezolit dövrü cəmiyyət həyatında böyük dəyişikliklərlə
səciyyələnir. Insanlar bu vaxtdan etibarən fəallaşır, təbii
qüvvələrdən istifadə etməyə, baş verən hadisələrin mahiyyətini
dərk etməyə, onları öz həyatının təlimatçısına çevirməyə başlayır,
əmək alətlərinin təkmilləşməsi nəticəsində ictimai və mənəvi
həyatda da dəyişikliklərə səbəb olur.
Mezolit dövrünün başlanğıcı üst Paleolitin sonunda əsasən
yay-oxun kəşfindən, yığma alət düzəltmək texnikasının ilk
istifadəsindən başlanır və bu göstərilənlər Mezolit dövründə geniş
yayılır. Uzaq vuran silah yay-oxun meydana gəlməsi və yığma
alət hazırlanması təkbaşına ovçuluğun məhsuldarlığının çox
325
böyük yüksəlişinə və cəmiyyətdə həyatın yeni ictimai quruluş
kimi fərqlənməsinə səbəb olur.
Mezolit dövrü yay-oxun geniş istifadəsilə yanaşı, həm də
istehsal qüvvələrinin inkişaf dövrü kimi səciyyələndirilir.
Arxeoloji ədəbiyyatda yay-oxun, həndəsi formalı mikrolitik
alətlərin də hələ Paleolit dövründən mövcud olması haqqında
məlumatlar vardır (Bader,1970). Bu fikri Qobustanda üst
Paleolitin sonuna aid “Qayaarası”, “Qayaarası-2”, “Şonqar”
düşərgələrində aparılmış arxeoloji qazıntıların nəticələri təsdiq
edir. Elmi araşdırmalar zamanı insanların həyatında Mezolit
dövrünün əsas yer tutması müəyyən edilmişdir.
Aparılan elmi tədqiqatlar zamanı məlum olmuşdur ki,
Mezolit dövrü insanların təsərrüfatının əsasını ovçuluq, balıqçılıq
və yığıcılıq təşkil etmişdir.
Mezolit dövrü bəşər tarixində, onun bütün sonrakı inkişafını
müəyyən edən bu mühüm mərhələ mənimsəmə təsərrüfat
formasından istehsaledici təsərrüfata keçid formasına keçilməsilə
xarakterizə olunur.
Bu dövrdə bütün müasir inkişaf üçün zəmin yaranır,
cəmiyyətdə və insan həyatında dönüş ərəfəsi başlanır. Mezolitin
sonunda yığıcılıq və ovçuluqla yanaşı, maldarlıq və əkinçilik kimi
istehsaledici təsərrüfat növlərinin yaranması sahəsində ilk
addımlar atılır.
326
Mezolit dövründə baş verən dəyişiklikləri çox vaxt üst
Paleolitdə ovçuluq təsərrüfatında baş vermiş inkişafla bağlayırlar.
İbtidai kollektivçilik təsərrüfatının əsasını ovçuluq, balıqçılıq və
yığıcılıqdan əldə olunan ərzaq məhsullarıyla təmin olunan
mənimsəmə təsərrüfatından başlanır, istehsaledici iqtisadiyyatın
ilkin mərhələsi də elə bu təsərrüfat növünün inkişaf etmiş son
mərhələsində meydana gəlir. Bu dövrdən başlayaraq bəşəriyyətin
əsas inkişaf xəttini təbiətin hazır nemətlərini mənimsəmək yox,
ərzaq istehsal etmək yolu müəyyən edir.
Mezolit dövrünün sonlarından uzunmüddətli düşərgələrdə
(yaşayış yerlərində) yığıcılıqla bağlı bitki, ovçuluqla bağlı
heyvanat aləmində baş verənləri minilliklər boyu əyani surətdə,
yaxından izləyən insan kollektivi bu sahədə müntəzəm bilik
toplamış, təsərrüfat təcrübəsi qazanmışdı.
Mezolit dövründə tarixin əvvəlki dövrlərinə nisbətən
insanların sayca artması, yay-oxdan geniş istifadə etmək
nəticəsində
ovçuluğun yüngülləşməsi, ətraf ərazidə ov
heyvanlarının tərkibinin dəyişməsi onların sayının azalmasına
səbəb olur. Bu dövrün əsas təsərrüfat təminat vasitəsi ətə olan
ehtiyacla bağlı ibtidai cəmiyyətin ov obyektləri olan heyvanların
ovlanmasının tənzimlənməsinə və sonrakı dövrlərdə daimi ət
ehtiyatı
kimi
heyvanların
əhliləşdirilməsi,
bitkilərin
mədəniləşdirilməsi üçün lazımi hazırlıq yolunun keçilməsi,
Dostları ilə paylaş: |