335
Mezolit dövründə mağara və sığınacaqların açıq tərəflərini
örtmək üçün komalar (bəsit evlər) düzəltmək, ağac qırmaq işində
istifadə olunan balta və kərki tipli iri alətlər geniş yayılır.
XIII FƏSĠL
AZƏRBAYCANIN NEOLĠT DÜġƏRGƏLƏRĠ
Neolit bəşər tarixində Daş dövrünün son mərhələsi,
cəmiyyətin təsərrüfat həyatında əsaslı dəyişikliklər dövrü, maddi
mədəniyyətin inkişaf səviyyəsinin, dini və dünyəvi görüşlərin
dəyişməsi ilə səciyyələnən tarixi mərhələdir. Bu dövrdən əkinçilik
və maldarlıq ərzaq təchizatının əsas mənbəyinə çevrilir, istehsal
təsərrüfatı sürətlə inkişaf edir. Yeni istehsal formasına keçid
insanların maddi həyatı ilə yanaşı mənəvi mədəniyyətində də
dəyişikliklərə səbəb olur ki, bu, arxeoloji ədəbiyyatda “Neolit
inqilabı” kimi qiymətləndirilir. Istehsaledici təsərrüfat formasının
inkişafı daimi ilkin əkinçi məskənlərinin meydana gəlməsinə
səbəb olur. Möhrə və çiy kərpicdən dairəvi evlər tikilir, gil qab
yaranır. Bütün bunlar Neolit dövrünün başlıca əlamətləridir.
Qədim yaşayış yerlərində torpaq işlərində daşdan, sümükdən (lülə,
336
kürək və buynuz) düzəldilmiş toxalar, çaxmaq və dəvəgözü daşı
lövhələrindən dişləri olan biçin bıçaqları, sürtgəc, dən əzən daşları
və s. adi əmək alətinə çevrilir.
Neolit dövrünün daş materialının işlənməsində özündən
əvvəlki Mezolit dövründən qalma əmək alətlərinin daha da
təkmilləşməsi, insanların həyat tələbatının daim ödənilməsini
təmin edəcək ilkin maldarlıq və əkinçilik kimi istehsaledici
təsərrüfat sahələrinin yaranması toxa və yığım üçün oraq kimi
əkinçilik alətlərinin, su yığmaq üçün ibtidai tərpənməz daş qablar
– yalaqların və bir qədər gil qabın, daş alətlərin yonma üsulu ilə
kiçik hissəciklər qoparmaqla hazırlanması, cilalama, burama üsulu
ilə oyuq açma texnikası və s. kimi yeniliklərin meydana
gəlməsiylə fərqlənir. Balta, kərki, iskənə kimi ağac işləmə alətləri
işə düşür, sümükdən harpun və qarmaq kimi alətlər çoxalır. Bu
cür əlamətlərin və gil qabın meydana çıxması, istehsaledici
təsərrüfatın yaranması, Neolit dövrünün başlanmasının əsas
göstəricisidir.
Mezolit dövrünün sonunda başlanmış balıqçılıqda
istifadə olunmaq üçün qayıq düzəldilməsi işi genişlənir. Arxeoloji
tədqiqatlar zamanı məlum olmuşdur ki, dünyada Neolit dövrünün
həyat səviyyəsi müxtəlif ərazilərdə müxtəlif xronoloji çərçivədə
keçmişdir.
337
Hazırda aparılmış tədqiqatların nəticələrinə görə
Azərbaycanda Neolit dövrünün e.ə. VIII minilliyin sonundan VI
minilliyin III rübünə kimi davam etdiyini demək mümkündür.
Göstərilən tarixdən Ön Asiyanın bir çox vilayət və rayonları, o
cümlədən Cənubi Azərbaycanda da tam məskunlaşma başlanır.
Bu dövrdən başlayaraq möhrədən birotaqlı evləri olan yaşayış
yerləri yaranır. Ilk əkinçi məskənləri qalıqları Cənubi
Azərbaycanda Urmiya gölü hövzəsində Həsənli, Hacı Firuz,
Yanıqtəpə və s. kimi qədim yaşayış yerləri və qonşu Zaqros
ərazisindən məlumdur.
Şimali Azərbaycanda Neolit dövrünün əkinçi- maldar
əhalisinin yaşayış yerləri hələlik az öyrənilmişdir. Bunun başlıca
səbəbi onların gec aşkarlanması və həm də bu dövr materiallarının
özündən sonrakı dövrə (Eneolit dövrünə, Kültəpə, Şomutəpə) və
gec dövrü materiallarının Eneolitə şamil edilməməsidir.
Azərbaycanda Neolit dövrü qalığı ilk dəfə 1938-1941-ci illərdə
Gəncəçay
rayonunda Gillikdağda 78 saylı çaxmaqdaşı
emalatxanasında (Hümmel, 1941), Qazax rayonunda Damcılı
mağarasında (Hüseynov, 1959), bu dövrün son mərhələsinə aid
abidələr
Ağstafa rayonunun Aşağı Göycəli kəndindəki
Töyrətəpənin alt təbəqəsində (Rüstəmov, 1965, Nərimanov,
1960), Şomutəpədə, Qarğalar təpəsinin alt təbəqəsində, Qarabağda
Çalağantəpədə ( Nərimanov, 1965), Naxçıvanda Kültəpənin (1a)
338
qatında (Həbibullayev, 1959) qeydə alınmışdır. Neolit dövrünün
bu mərhələsi təsərrüfatda toxa əkinçiliyinin vüsət alması,
maldarlığın
bərqərar
olması
ilə
səciyyələnir.
Qəbilə
birləşmələrinin yaranması, oturaq həyat tərzinə keçmək prosesinin
başa çatmasıyla qurtarır. Azərbaycanın bir sıra Neolit düşərgələri
səhv olaraq Eneolit abidələri kimi tədqiq edilmiş və çap
olunmuşdur.
Qobustanda Neolit dövrünün ilk mərhələsinə aid qalıqlar
“Ana zağa” nın orta təbəqəsində, “Ovçular zağa”sında üst layda,
Kənizədə I kamerada Mezolit təbəqəsinin üstündə, II kamerada və
düşərgədə (Daşaltı sığınacağı) giriş yolunun qarşısında 134, 134a,
116a, 134 №-li daşların arxasındakı sahədə “Firuz-2”, “Qayaarası-
2”, “Öküzlər”də və s. qeydə alınmışdır (Rüstəmov, Muradova,
1975).
Neolit dövrü burma üsulu ilə alətlərdə oyuq açma,
alətlərin cilalanması, kobud daş toxalar ( yer qazanlar) və hələ
yabanı dənli bitkilərin sünbülünü yığmaq üçün yığma bıçaqların
meydana gəlməsi, balıqçılıqla bağlı sümükdən qırmaq və balıq
toru toxumaq üçün xüsusi alətlərin hazırlanması, təsərrüfatda
heyvanların əhliləşdirilməyə, bitkilərin mədəniləşdirilməyə
başlanması istehsal təsərrüfatının inkişafı ilə başlanır.
Dostları ilə paylaş: |