339
Qobustanda qayaüstü təsvirlər arasında özünəməxsus yer
tutan qayıq təsvirlərinin də şübhəsiz ki, müəyyən qismini Neolit
dövrünə aid etmək olar.
Qobustanın qədim qayaüstü təsvirləri arasında Böyükdaş
dağı yuxarı səki üzrə 33 və 45, aşağı səki sahəsində 9 №-li
daşlarda qazılmış tor təsvirlərindən , heyvan ovunda tələ kimi və
balıq toru kimi bu tor və qayıq təsvirləri, eləcə də qazıntılardan
tapılmış balıqçılıq toru üçün çoxlu ağırlıq daşlar (pərsənglər),
“Firuz-1” düşərgəsində son Mezolit dövrünə aid qəbir materialları
arasında tor toxumaq və həmçinin balıq sümüyünün tapılması və
s. balıqçılığın qədim qobustanlıların həyatında böyük rol
oynadığını göstərir.
Pribaltika abidələrindən Latviyada Sernat, Litvada
Şvanqoyidən, Severtis kimi Mezolit-Neolit dövrünə aid 23 m
uzunluğunda balıq toru tapılmışdır. Bu yerlərdə balıq tutmaq üçün
çubuqdan hörülmüş müxtəlif qurğulardan da istifadə olunmuşdur
(Qurina, 1970).
Qobustanın qədim balıqçılarının da balıq ovunda bu cür
müxtəlif qamış qurğulardan və bir sıra bizə məlum olmayan
üsullardan istifadə olunduğunu söyləmək olar.
Ilkin Neolit dövründə Qobustanda ovçuluq, balıqçılıq və
yığıcılıq hələ də üst Paleolit dövründə olduğu kimi əsas təsərrüfat
sahələri olaraq qalırdı. O dövrdə yerli sakinlərin ov etməsi üçün
340
ətraf ərazidə çoxlu öküz, ceyran və gur sürüləri otlayırdı. “Ana
zağa”da Mezolit və Neolit dövrü təbəqələrindən tapılmış heyvan
sümüyünün 40%-i ceyrana, 40%-ə qədəri gura aiddir.
Qobustanın yuxarıda adı çəkilən düşərgələrinin erkən
Neolit dövrü təbəqələrindən tapılmış çaxmaqdaşı və çaydaşından
hazırlanmış daş məmulatı nümunələri Mezolit dövrünün eyni tip
alətlərinin oxşarı, onun böyük dəyişikliyə malik olmayan
davamıdır. Mezolit və Neolit dövründə daş məmulatındakı bu
oxşarlıq qabarıq nəzərə çarpır. Neolit dövründə Mezolitdə olduğu
kimi karandaşvari, konusvari və silindr formalı nüvələr daş
məmulatı arasında çox, pazşəkillilər isə azdır. Çəp vurma səthinə
malik bir üzlü nüvələr aradan çıxır, qəlpələrdən düzəldilmiş
qaşovlar, ucu yonulmuş alətlər azalır. Iynəvari itiuclular (ox uclar)
və digər lövhədən olan alətlər çoxluq təşkil edir. Simmetrik
itiləyici dişəklə işlənmiş və bəzən yuxarı uzun alt üzündən
qopuqlar alınmış trapeslər azalır. Kiçikölçülü hündür qövsvari
tərəfi qarşılıqlı küt dişəklə işlənmiş seqmentlərə təsadüf olunur.
Qobustanda Neolit dövrü təbəqələrinin çaydaşı materiallarında az
dəyişikliklə bir növ Mezolit dövrü tipləri saxlanılır, toxa tipli
alətlər az da olsa, əvvəlki dövrdəkinə nisbətən iri və yöndəmlidir.
Kiçikölçülü sürtgəclər, dən əzən daşlardan yenə istifadə olunur,
daş qablar, ağzı cilalı alətlər və s. meydana gəlir. Oxun çubuğunu
hamarlayan, novçalı daşların sayı xeyli artır. Üstü naxışlı
341
nüsxələrin sayı çoxalır. Qobustanın Mezolit və Neolit dövrü daş
məmulatında olan yaxın oxşarlıq qədim qobustanlıların tarixi
mədəni inkişaf ənənələrindəki varislik və minilliklərlə burada
yaşamış qəbilələrin eyni etnik qrupa daxil olduğuna əyani
sübutdur. Qobustanda daş toxaların, sürtgəclərin, dənəzən
daşların, bıçaqvari lövhədən biçin bıçağı tipli alət nümunələrinin
tapılması əkinçiliyin yaranacağından xəbər verir. Bu alətlərdən
yabanı dənli bitkilərin biçilməsi, döyülməsi, əzilməsində istifadə
olunurdu. Burada bəzi heyvanların əhliləşdirilməsinə doğru ilk
addımlar atılır. İ.M.Cəfərzadə Qobustanda Böyükdaş dağı yuxarı
səki sahəsində 45 №-li daşın cənub üzündə boynuna ip bağlanmış
öküz təsvirinin olduğunu əsas tutaraq burada heyvan
əhliləşdirilməsini
iribuynuzlu
heyvandan
başlandığını
göstərmişdir. Ancaq bu daşın arxa üzündə eyni texniki üslubda
işlənmiş öküz ovu səhnəsinin təsvir olunması Qobustanda
qaramalın əhliləşdirilməsinin onun hələ ovlandığı dövrdə - e.ə.
VIII minilliyin sonlarında baş verdiyini söyləməyə əsas verir.
Neolit dövründə Qobustanda ovçuluq, balıqçılıq və
yığıcılıq təsərrüfatı hələ də aparıcı sahələr olaraq qalır və fəaliyyət
göstərirdi.
Qobustanda “Ana zağa” və “Kənizə” düşərgələrində və
onların yaxınlığındakı daşlarda çoxlu kasavari yalaqlara rast
gəlinmişdir. Onlar daş alətlə qazılmış əsl tərpənməz qablardandır.
342
Bu formaca konusvari yalaqlardan yağış suyu, qurban qanının
yığılması və şübhəsiz, duru xörəklərin hazırlanması üçün istifadə
edilirdi. Bunun üçün ocaqda qızarıncaya qədər qızdırılmış
çaydaşıları yalağa atılır və alınan hərarət oradakı mayeni bişirirdi.
Düşərgələrdə odda yanıb qızarmış çox sayda çaydaşı qırıqlarının
ocaq və yalaqlar ətrafında tapılması deyilənləri təsdiq edir.
Qobustan Neoliti gil qaba qədərki ilk mərhələyə aiddir. Bu
abidələrdə hələ gil qab yoxdur.
Burada Neolit dövrünün inkişaf etmiş – gil qabın meydana
gəldiyi və son mərhələsi zəif və çətin izlənir.
Görünür,
Neolitə keçid dövrünün ilk çağlarında
Qobustanda baş vermiş təbii hadisələr (qayaların uçması, yerinin
dəyişməsi, bəlkə də güclü zəlzələ) nəticəsində, “Ana zağa”,
“Kənizə”də müəyyən müddətə həyat kəsilmiş , sonrakı dövrlərdə,
təxminən
Eneolitin sonu, ilk Tunc dövründə yenidən
canlanmışdır.
Qobustanda “Kənizə” düşərgəsində Neolit dövrünün gil
qaba qədərki mərhələsinə aid qəbir aşkar edilmişdir. Burada 1
yaşlı qadın, 2 kişi sıx bükülü vəziyyətdə, ikisi başı cənuba sağ
böyrü üstə, biri başı şimala, sol böyrü üstə, ikinci skelet isə ayaq-
ayağa dəfn olunmuşdur. Skeletlərin təyinatına görə nisbətən yaxşı
saxlanılmış qadın kəlləsinin Qafqazda ən qədim insan tipi sayılan
kaspi tayfalarının dəniz sahilində yaşayan tayfalar olub, bir vaxtlar
Dostları ilə paylaş: |