Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə83/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   79   80   81   82   83   84   85   86   ...   106

335 

 

    Mezolit  dövründə  mağara  və  sığınacaqların  açıq  tərəflərini 



örtmək  üçün komalar (bəsit evlər)  düzəltmək, ağac qırmaq  işində 

istifadə olunan balta və kərki tipli iri alətlər geniş yayılır. 

 

 

 



 

                                        XIII FƏSĠL 



AZƏRBAYCANIN NEOLĠT DÜġƏRGƏLƏRĠ 

 

     Neolit  bəşər  tarixində  Daş  dövrünün  son  mərhələsi, 

cəmiyyətin  təsərrüfat  həyatında  əsaslı  dəyişikliklər  dövrü,  maddi 

mədəniyyətin  inkişaf  səviyyəsinin,  dini  və  dünyəvi  görüşlərin 

dəyişməsi ilə səciyyələnən tarixi mərhələdir. Bu dövrdən əkinçilik 

və  maldarlıq  ərzaq  təchizatının  əsas  mənbəyinə  çevrilir,  istehsal 

təsərrüfatı  sürətlə  inkişaf  edir.  Yeni  istehsal  formasına  keçid 

insanların  maddi  həyatı  ilə  yanaşı  mənəvi  mədəniyyətində  də 

dəyişikliklərə  səbəb  olur  ki,  bu,  arxeoloji  ədəbiyyatda  “Neolit 

inqilabı”  kimi  qiymətləndirilir.  Istehsaledici  təsərrüfat  formasının 

inkişafı  daimi  ilkin  əkinçi  məskənlərinin  meydana  gəlməsinə 

səbəb  olur.  Möhrə  və  çiy  kərpicdən  dairəvi  evlər  tikilir,  gil  qab 

yaranır.  Bütün  bunlar  Neolit  dövrünün  başlıca  əlamətləridir. 

Qədim yaşayış yerlərində torpaq işlərində daşdan, sümükdən (lülə, 




336 

 

kürək  və  buynuz)  düzəldilmiş  toxalar,  çaxmaq  və  dəvəgözü  daşı 



lövhələrindən dişləri olan biçin bıçaqları, sürtgəc, dən əzən daşları 

və s. adi əmək alətinə çevrilir. 

    Neolit  dövrünün  daş  materialının  işlənməsində  özündən 

əvvəlki  Mezolit  dövründən  qalma  əmək  alətlərinin  daha  da 

təkmilləşməsi,  insanların  həyat  tələbatının  daim  ödənilməsini 

təmin  edəcək  ilkin  maldarlıq  və  əkinçilik  kimi  istehsaledici 

təsərrüfat  sahələrinin  yaranması  toxa  və  yığım  üçün  oraq  kimi 

əkinçilik alətlərinin,  su yığmaq üçün ibtidai tərpənməz daş qablar 

–  yalaqların  və  bir  qədər  gil  qabın,  daş  alətlərin  yonma  üsulu  ilə 

kiçik hissəciklər qoparmaqla hazırlanması, cilalama, burama üsulu 

ilə  oyuq  açma  texnikası  və  s.  kimi  yeniliklərin  meydana 

gəlməsiylə  fərqlənir.  Balta, kərki,  iskənə kimi ağac  işləmə alətləri 

işə  düşür,  sümükdən  harpun  və  qarmaq  kimi  alətlər  çoxalır.  Bu 

cür  əlamətlərin  və  gil  qabın  meydana  çıxması,  istehsaledici 

təsərrüfatın  yaranması,  Neolit  dövrünün  başlanmasının  əsas 

göstəricisidir. 

     Mezolit  dövrünün  sonunda  başlanmış  balıqçılıqda 

istifadə olunmaq üçün qayıq düzəldilməsi  işi  genişlənir.  Arxeoloji 

tədqiqatlar  zamanı  məlum olmuşdur ki, dünyada Neolit dövrünün 

həyat  səviyyəsi  müxtəlif  ərazilərdə  müxtəlif  xronoloji  çərçivədə 

keçmişdir. 



337 

 

       Hazırda  aparılmış  tədqiqatların  nəticələrinə  görə 



Azərbaycanda  Neolit  dövrünün  e.ə.  VIII  minilliyin  sonundan  VI 

minilliyin  III  rübünə  kimi  davam  etdiyini  demək  mümkündür. 

Göstərilən  tarixdən  Ön  Asiyanın  bir  çox  vilayət  və  rayonları,  o 

cümlədən  Cənubi  Azərbaycanda  da  tam  məskunlaşma  başlanır. 

Bu  dövrdən  başlayaraq  möhrədən  birotaqlı  evləri  olan  yaşayış 

yerləri  yaranır.  Ilk  əkinçi  məskənləri  qalıqları    Cənubi 

Azərbaycanda  Urmiya  gölü  hövzəsində  Həsənli,  Hacı  Firuz, 

Yanıqtəpə  və  s.  kimi  qədim  yaşayış  yerləri  və  qonşu  Zaqros 

ərazisindən məlumdur. 

      Şimali  Azərbaycanda  Neolit  dövrünün  əkinçi- maldar 

əhalisinin  yaşayış  yerləri  hələlik  az  öyrənilmişdir.  Bunun  başlıca 

səbəbi onların gec aşkarlanması və həm də bu dövr materiallarının 

özündən  sonrakı  dövrə  (Eneolit  dövrünə,  Kültəpə,  Şomutəpə)  və 

gec  dövrü  materiallarının  Eneolitə  şamil  edilməməsidir. 

Azərbaycanda  Neolit  dövrü  qalığı  ilk  dəfə  1938-1941-ci  illərdə 

Gəncəçay 

rayonunda  Gillikdağda  78  saylı  çaxmaqdaşı 

emalatxanasında    (Hümmel,  1941),  Qazax  rayonunda  Damcılı 

mağarasında  (Hüseynov,  1959),  bu  dövrün  son  mərhələsinə  aid 

abidələr 

Ağstafa  rayonunun  Aşağı  Göycəli  kəndindəki 

Töyrətəpənin  alt  təbəqəsində    (Rüstəmov,  1965,  Nərimanov, 

1960), Şomutəpədə, Qarğalar təpəsinin alt təbəqəsində, Qarabağda 

Çalağantəpədə  (  Nərimanov,  1965),  Naxçıvanda  Kültəpənin  (1a) 




338 

 

qatında  (Həbibullayev,  1959)  qeydə  alınmışdır.    Neolit  dövrünün 



bu  mərhələsi  təsərrüfatda  toxa  əkinçiliyinin  vüsət  alması, 

maldarlığın 

bərqərar 

olması 


ilə 

səciyyələnir. 

Qəbilə 

birləşmələrinin yaranması, oturaq həyat tərzinə keçmək prosesinin 



başa çatmasıyla qurtarır.  Azərbaycanın bir  sıra Neolit düşərgələri 

səhv  olaraq  Eneolit  abidələri  kimi  tədqiq  edilmiş  və  çap 

olunmuşdur. 

   Qobustanda  Neolit  dövrünün  ilk  mərhələsinə  aid  qalıqlar 

“Ana  zağa” nın orta  təbəqəsində, “Ovçular  zağa”sında üst  layda, 

Kənizədə I kamerada Mezolit təbəqəsinin üstündə, II kamerada və 

düşərgədə  (Daşaltı sığınacağı) giriş yolunun qarşısında 134, 134a, 

116a, 134 №-li daşların arxasındakı sahədə “Firuz-2”, “Qayaarası-

2”,  “Öküzlər”də  və  s.  qeydə  alınmışdır  (Rüstəmov,  Muradova, 

1975). 


     Neolit  dövrü  burma  üsulu  ilə  alətlərdə  oyuq  açma, 

alətlərin  cilalanması,  kobud  daş  toxalar  (  yer  qazanlar)  və  hələ 

yabanı  dənli  bitkilərin  sünbülünü  yığmaq  üçün  yığma  bıçaqların 

meydana  gəlməsi,  balıqçılıqla  bağlı  sümükdən  qırmaq  və  balıq 

toru  toxumaq  üçün  xüsusi  alətlərin  hazırlanması,  təsərrüfatda 

heyvanların  əhliləşdirilməyə,  bitkilərin  mədəniləşdirilməyə 

başlanması istehsal təsərrüfatının inkişafı ilə başlanır. 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə