Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə81/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   77   78   79   80   81   82   83   84   ...   106

327 

 

toplanmış  təcrübə    əkinçilik  və  maldarlıq  kimi  istehsaledici 



təsərrüfat sahələrinin yaranmasında həlledici rola malik olmuşdur. 

   Əkinçilk 

və  maldarlıq  kimi  istehsaledici  təsərrüfat 

sahələrinin  yaranması  bütün  ərazilərdə  eyni  vaxtda  baş 

verməmişdir. Bəzi yerlərdə ilk olaraq əkinçilik, sonra maldarlıq və 

ya  əksinə,  bəzən  isə  bunların  hər  ikisi  eyni  vaxtda  meydana 

çıxmışdır. 

 Xəzərin  cənubunda  Azərbaycana  yaxın  çoxlu  ərazidə  

Zaqrosda,  eləcə  də  Qobustanda  arpa  və  buğdanın  yabanı  növləri 

bitirdi.  Ev heyvanlarının  vəhşi  növləri otlayır və ovlanırdı. Bu cür 

şərait  yeni  istehsaledici  təsərrüfat  formasına  keçmə  işini  xeyli 

yüngülləşdirmiş və sürətləndirmişdir. 

     Mezolitin  (eləcə  də  başqa  tarixi  dövrlərin)  dünyada 

müxtəlif coğrafi ərazilərdə  müxtəlif  minilliklərə təsadüf etməsi bu 

və ya başqa ərazidə qədim insanın yaşaması üçün əlverişli şəraitin 

müxtəlif zamanlarda yaranmasıyla bağlı olmuşdur. Nəzərə alaq ki, 

insanın meydana gəlmə ocaqları ilk dəfə əsasən Yer kürəsinin isti

təbiətcə zəngin həyat üçün əlverişli, ekvatora yaxın orta zolağında 

aşkar edilmişdir.  Bu ocaqlarda həyat  yaranıb davam etdiyi dövrdə 

qütblərə  yaxın  sahələr  buzlaqlarla  örtülü  olmuşdur.  Deməli,  ilk 

insan  məskənlərində  yaranmış  həyat  da,  yeni  mədəniyyət  də 

buzlaqların yeni-yeni çəkilməsilə yayılmışdır. 




328 

 

     Qobustanda  insanların  ilk  məskunlaşması  üçün  əlverişli 



təbii  coğrafi  şərait  xvalın  dövründə  e.ə.  XVIII-XV  minilliklərdə 

üst Paleolitin sonundan yaranmışdır. 

  Qobustanda  Mezolit  dövrü  sakinləri  Kaspi  sahillərində 

yaşayıb balıq tutur, suiti vurur və əsasən ceyran ovlayırdılar. 

    Qobustanın  Kiçikdaş  dağında  Qayaaltı  daş  məmulatlarına 

daxil  olan  “Qayaarası”  düşərgəsinin  qazıntısından  əldə  edilmiş  

fauana  qalığının  98%-dən  çoxunu,  professor  D.V.Hacıyevin 

təyinatlarına  görə,  iri ölçülü ceyran sümüyü təşkil etmişdir. Buna 

görə  də  Qobustan  mezoliti  “Ceyran  mezoliti”  adlandırılmışdır. 

Görünür,  “Qayaarası”  düşərgəsində  yaşayış  olan  zaman 

Qobustanın  təbiəti  savanna  səciyyəli  olmuş,  burada  çoxlu  sayda 

ceyran  sürüləri  otlamış,  gurlar  isə  tək-tək  məskunlaşmağa 

başlamışdı. 

        E.ə.  VIII-VII  minilliklərdə  Zaqrosda  əkinçi,  maldar 

təsərrüfatı artıq üstün yer tuturdu.  

         Qobustanda  aparılmış  arxeoloji  qazıntılardan  əkinçilik 

və  maldarlığın  ilkin  meydana  çıxması    ilə  bağlı  lazımi  material 

olmasa  da,  burada  istehsaledici  təsərrüfatın  rüşeymlərinin 

yaranması  sahəsində  ilkin addımların Mezolitin sonunda atıldığını 

güman edirik. 

         Qobustan  mezoliti  paleolit  ənənəlidir.  Üst  Paleolitin 

sonunda  Mezolit  üçün  səciyyəli  sayılan  yay-ox,  yığma  dişli 




329 

 

alətlərin  külli  nümunələrinin  meydana  çıxdığını  və  onların 



tədricən Mezolit dövrünün əsas göstəricisinə necə çevrilməsini üst 

Paleolitin  sonuna aid düşərgələrin  maddi  mədəniyyət qalıqlarında 

və eləcə də təsvirlərdə aydın izləmək olur. 

         Qobustan Mezoliti  məlum Mezolit  abidələrindən özünün 

bu  dövrə  aid  qayaüstü  təsvirlərinin  olması  ilə  fərqlənir. 

Sığınacaqların  Mezolit  dövrü  təbəqəsindən  tapılmış  kiçik  ölçülü  

rəsmli  daşlar,  təbəqənin  örtdüyü  qayalar  üzərində  açılmış  dövrü 

dəqiq  qayaüstü  təsvirlər  Qobustanın  qayaüstü  təsvirləri  arasında 

Mezolit dövrünə aid təsvirlərin seçilib dövrünün dəqiqləşdirilməsi 

işində son dərəcə qiymətli vəsaitdir. 

     Qayaüstü  təsvirlərlə  müşayiət  olunan  Qobustan  mezoliti 

xüsusi bir mədəniyyət adı altında təqdim etmək üçün bütün lazımi 

tələblərə cavab verir. 

    Üst  paleolitin  sonlarına  aid  (madlenin  sonu)  “Qayaarası”, 

“Qayaarası-2”,  “Ana  zağa”,  “Kənizə”,  “Ovçular  zağası” 

düşərgələrinin    arxeoloji  materiallarında  bu  dövrün  içərisində 

sonrakı  dövr  üçün  səciyyəvi  sayılan  elementlərin  necə  meydana 

gəldiyini  əyani  surətdə  izləmək  olur.  Qobustanın  ilk  Mezolit 

abidələrinin  arxeoloji  qazıntı  materialları  arasında  üst  Paleolit 

əlamətli  maddi  mədəniyyət  nümunələrinin tapılması – şatelperron 

tipli köndələn bıçaq  nümunələrinin,  iskənə, kəsər,  müxtəlif  növlü 

qaşov  tipli  əmək  alətləri,  yığma  dişli  alətin  həndəsi  formalı  kiçik 




330 

 

ölçülü  seqment,    trapes,  üçbucaq  və  s.  ibarət  dişləri,  yay-oxun 



geniş istifadə olunması, sonrakı dövrlərdə də fəaliyyət göstərməsi, 

Qobustan  mezolitinin  doğrudan  da  üst  Paleolit  ənənəli  olduğu 

barədə  söylədiyimiz  fikri  təsdiq  edir.  Bu  fikri  üst  Paleolitin 

sonunda  yaranıb  sonrakı  Mezolit  dövründə  də  davam  edən  qadın 

heykəlləri,  öküz  başı  təsvirləri,  ceyran,  öküz,  gur  kimi  ovlanmış 

heyvan  sümükləri  obyektlərinin,  döymə  üsulu  ilə  çəkilmiş  qadın 

və kişilərdən ibarət qayaüstü təsvirlərə də aid etmək mümkündür. 

      Qobustanda  heyvanların qovma  üsulu  ilə ovlanması, dəniz 

balıqçılığı  və  eləcə  də  başlanğıc  səviyyəsində  olan  əkinçilik  və 

maldarlıq  təsərrüfatının  aparılması  qonşuluqda  yaşayan  qəbilə 

üzvlərinin  birliyini  tələb  edirdi.  Bu  da  Mezolitin  sonundan 

etibarən  qəbilə  birliklərinin    yaranmasına,  tədricən  qəbilə 

ittifaqının meydana çıxmasına gətirib çıxarırdı. 

     Mezolit  dövrü  eyni  zamanda  insan  kollektivlərinin 

miqrasiyası dövrüdür.  Bu köçmə  zamanı  mədəni  yeniliklər   yeni-

yeni ərazilərə yayılır. 

    Kaspi  sahilində  məskunlaşmış  Qobustan  balıqçı  qəbilələri 

artıq  dənizin  dərinliklərində  ov  etmək  üçün  ağac  gövdəsindən 

qayıq düzəltmişlər. Bunu qayalardakı çox az sayda qayıq təsvirləri 

təsdiq  edir.  Qobustan  qayalarında  artıq  əhliləşdirilmiş  itdən 

istifadə olunması göstərilmişdir. 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə