Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə78/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   74   75   76   77   78   79   80   81   ...   106

315 

 

 Zar  ərazisində  əldə  olunmuş  lövhələrin  bəziləri  üzərində 



qopuq  və  əzilmə  izləri  nəzərə  çarpır,  bu  da  ola  bilsin  ki,  iş 

prosesində  baş  vermişdir.  Lövhələrin  əksəriyyətinin  üzərində 

zərbə  səthi  və  zərbə  düyünü  yaxşı  saxlanmışdır.  Zarın  daş 

məmulatlarından seçilmiş  lövhələr texniki  hazırlama əlamətlərinə 

görə  Tağlar  paleolit  düşərgəsinin  II  təbəqəsinin  daş  məmulatı 

arasında qeydə alınan  lövhələri  xatırlayır. Bu da ola bilsin ki,  üst 

Paleolitin  ilkin  mərhələsində  yaşayan qədim  insanların eyni qrupa 

mənsub  olmalarını  söyləməyə  əsas  verir.  Eyni  zamanda  Tağlar 

düşərgəsində  hazırlanmış  alətlərin  Kəlbəcərin  Zar  ərazisində  də 

istifadə  olunduğunu  göstərir.    Zar  ərazisində  üzə  çıxan  alətlərin 

nümunələri şəkil 165-167-də göstərilmişdir. 

  Hələlik  yuxarı  Paleolitin  xarakterik  xüsusiyyətlərini  Tağlar, 

Damcılı  mağara  düşərgələrində,  Yataq  yeri  və  Zar  açıq  paleolit 

yaşayış  yerində  izləyə  bilərik.  Bunlar  üst  Paleolitin  rüşeym 

mərhələsini  (Tağlar),  mustyedən  son  Paleolitə  keçid  ərəfəsini 

(Zar),    son  Daş  əsrinin  orta  və  final  (Yataq  yeri,  Damcılı) 

mərhələlərini əks etdirən abidələr olmuşdur. 

    Üst  paleolitin  yuxarıda  qeyd  etdiyimiz  kimi,  başlanğıc 

mərhələsi çoxtəbəqəli paleolit mağara düşərgəsi Tağlar abidəsində 

saxlanılmışdır.  Üstdən  2-ci  təbəqədən  taplmış  daş  məmulatında 

mustye texnikası  ilə  yanaşı,  son Paleolitin  başlanğıc pilləsinə  xas 

olan  texniki- morfoloji    və  tipoloji  əlamətlər  özünü  göstərir. 




316 

 

Qəlpələmə  əsasını  nisbətən kiçik  linzaşəkilli  yuxa disklər, prizma 



və düzbucaqlı nüvələr təşkil edir. Hazırlıq materialları üçbucaq və 

lövhə  biçimlidir.  Lövhələr  uzunsov  ensiz  olub,  bir  neçə  ölçüdə 

təmsil  olunmuşdur.  Itiucluların  əsasları  olduqca  nazildilmişdir. 

Alətlərdən  qaşov,  biz,  iskənə  və  başqa  bu  kimi  tiplər  aparıcı  rol 

oynamışdır.  Kəsər  səpkili  işləməsi  olan  əmək  alətləri  də 

hazırlanmışdır.  İtiucluların      aşağı  hissəsində  saplaq  açmaq 

mənimsənilmişdir (Cəfərov, 1983; tablo 4-9, s.70-75). 

     Belə texniki  xüsusiyyətlərə  malik komplekslər Göyçə  gölü 

ətrafında -  mərkəzi Kiçik Qafqazın qərb-şərq ətəklərində  yerləşən 

Zəngi  və  Tərtər  çaylarının  hövzələrində  də  aşkar  edilib  tədqiq 

olunmuşdur (Erisyan, 1970; Mənsurov, 1988). 

     Tərtər  çayının  yuxarı  hövzəsində  dördüncü  dövr  vulkan 

lavaları geniş yayılmışdır (Müseyibov və b.,1993). 

    Son  Paleolit  dövrünə  aid  daĢ  məmulatı  Yataq  yeri 



abidəsindən  də  tapılmıĢdır. Yaşayış  yeri Qazax rayonunun  I  və 

II  Şıxlı  kəndləri  arasındakı  Acıdərənin  şimal  üzündə  yerləşir. 

Tapıntı  yeri  1963-cü  ilin  yazında  M.Hüseynovun  başçılığı  ilə 

aparılan  arxeoloji  kəşfiyyat  işləri  zamanı  qeydə  alınmışdır. 

Düşərgənin  salındığı  sahə  dağətəyi  maili  düzənliklə  Kür  çayının 

üçüncü  terrasının  qovuşduğu  zolağa  düşür.  Burada  geniş 

yarımdairəvi 

bükülüm 


sahənin 

cənubundan 

qərb-şərq 

istiqamətində  erozion    mənşəli  kiçik  çökəklik  keçir.    Yağışlar 




317 

 

zamanı  torpağın  yuyulması,  aşınması  nəticəsində  çökəyin 



kəsiyindən  çıxmaq,  dəvəgözü  və  gil  qab  nümunələri  üzə 

çıxmışdır. Deməli,  yaşayış  yeri çoxtəbəqəli, çoxdövrlü olmuşdur. 

Materialların çoxcəhətli təhlili  göstərir ki, burada Eneolit  (Əliyev, 

Nərimanov,  2001),  Neolit,  Mezolit  və  son  Paleolitdə  yaşayış 

olmuşdur.  Bunları  texniki  –  tipoloji  əsasına,  alət  formalarına, 

dişəklənmə  üsullarına  və  cəng  atma  dərəcəsinə  görə  bir  neçə 

dövrə  ayırmaq  mümkün  olmuşdur.  Ən  qədim  kompleks  son 

Paleolit  daş  məmulatıdır.  Bunlar  qəlpə  və  lövhələr  üzərində 

hazırlanmış  olan  qaşov,  uclu  qaşov,  kəsər,  bıçaq  və  nüvələrdən 

ibarətdir. 



    Uclu  qaşovlar  böyük  qrup  təşkil  edir.  Qəlpələrdən 

hazırlanmış  yelpikvari  uclu  qaşovlar  ilə  yanaşı,  xırda  qəlpələrdə 

formalaşmış  qaşovcuqlar  da  vardır.  Lövhələrin  yuxarı  ucunda 

dişəkləmə yolu ilə alınmış uclu qaşovları qabarıq ağızlıdır. 

   Itiuclu  alətlər  üçbucaq  biçimli  qəlpələrin  yanlarını  və  sivri 

ucunu 


dişəkləməklə 

meydana 


gəlmişdir. 

Ümumiyyətlə, 

qəlpələrdən  qaşov  və  üçbucaq  qoparmalardan  itiuclu  alət  əmələ 

gətirmə  Qafqaz  paleolitində  mustyedən  törəmə  ənənə  kimi  üst 

Paleolitin  birinci  yarısınadək  davam  edir  (Lübin,  1989).  Biz, 

burun  və  çıxıntılı  alətlər  dövrə  müvafiq  kiçik  və  orta  ölçülü 

qəlpələr üzərində hazırlanmışdır. 



318 

 

    Kəsərlər  hazırlıqların  yan,  künc  və  orta  hissələrində 



qalmışdır. Seqment  formalı ensiz  uzunsov alət qara  rəngdə bazalt 

lövhəsi üzərində hazırlanmışdır. Bıçaqlar üçün istifadəyə lövhə və 

qəlpələr  seçilmişdir.  Iskənə  tipli  alətlər  dördbucaqlı  qalın  qəlpə 

qırıqları  üzərindədir. Hazırlıqların  yuxarı  ucunda yonma  fasetlərlə 

düz  ağız  alınmışdır.  Gəzli  alətlər  –  qəlpə  lövhələrin  müxtəlif 

yerlərini  gah  dişəklə  ovmaqla,  gah  daş  məmulatı  batıq  faset 

qoparmaqla  alınmışdır.  Nüvələr  disk  və  prizma  şəklindədir. 

Birincilər  kiçik  ölçüdə  olub  və  ikiüzlü  işlənmişdir.  Prizmatik 

nüvələr  axır  həddə  qaldıqlarından  qısa  olmaqla  ucları  dik 

burulmuşdur.  Bəzi  nüvələri  ikinci  işləmədən  keçirib  massiv 

yonma, sıyırma aləti kimi istifadə etmişlər (şəkil 169).  

     Tədqiq olunan əraziyə yaxın coğrafi rayonlarda da  ayrı daş 

məmulatı  son  Paleolitə  aid  düşərgələr  tədqiq  olunmuşdur.  Qərbi 

Gürcüstanın  (Tuşabramişvili,  1984)  üst  Paleolit  məskənlərindən 

materialları İmeretiya  yuxarı Paleolitinin təsnifatında  ikinci – orta 

mərhələyə 

daxil 

edilən 


(Zamyatnin,1957) 

abidələrindən 

Motsametsi  Bnelikdə  tipli  komplekslərlə  uyğunluq  təşkil  edir. 

Xüsusi  olaraq  qeyd  olunan  düşərgələrdə  nukleusvari  sıyırğa  və 

iskənə  tipli alətlərin  morfologiyası, dişək  üsulu bir – birinə  yaxın 

texniki  səviyyədə  durur.  Motsametsi  yaxınlığındakı  Uvarova 

adlandırılmış  düşərgədən  düz  ağızlı  uclu  qaşovlar,  dişəkli 

lövhələr,  mikrolitlər,  dairəvi  və  gəzli  qaşovlar  tapılmışdır. 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə