Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə80/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   76   77   78   79   80   81   82   83   ...   106

323 

 

və  onların  parçaları  arasında  yaranmış  mağara-sığınacaqlardan 



ibarət olub, uzun müddət yaşayış üçün istifadə edilmişdir. 

    Damcılı  mağarasından  əldə  edilmiş  arxeoloji  materialların 

az bir qismini də Mezolit dövrünə aid daş məmulatı təşkil edir. 

   Bunkar  kiçikölçülü,  yanlarında  gəz  açılmış,  bir  ağzı 

kütləşmiş  və  ucu  çəpinə  dişəklənmiş  xırda  bıçaqvari  lövhələr, 

karandaşvari  nukleuslar,  mikro  qaşovlar,  kəsərlər  və  biz  kimi 

işlədilə biləcək  alətlər Mezolit və Neolit dövrünün əvvəllərinə 

qədim  tipli  dişəkli  xırda  ox  ucları  və  cilalanmış  daş  əşya  isə 

Neolit dövrünə aid edilmişdir (Hüseynov, 1960). 

     Tapılmış  materialların  təhlili,  təxmini  dövrləşdirilməsi 

Damcılı mağarasında oturaq həyatın uzun müddət, fasiləsiz davam 

etdiyini göstərir. 

    Damcılının sakinləri əsasən ovçu, balıqçı və yığıcı olmuşlar.  

Əldə  olunmuş  daş  məmulatı  qarışıq  olsa  da,  son  Paleolitdən 

Mezolitə keçid  izlənir.   Damcılı  mağarasının  müxtəlif  dövrlü daş 

məmulatı  burada  oturaq  həyatın  uzunmüddətli  və  fasiləsiz 

olduğunu söyləməyə əsas verir. 

      Aparılan  elmi  tədqiqatlar  zamanı  müəyyən  olmuşdur  ki, 

bəşər  tarixi  bir  neçə  mərhələdən  keçmişdir.  Onlardan  biri 

Mezolitdir.  Mezolit  (mezos-orta,  lithos-daş)  Orta  Daş  dövrü 

deməkdir.  Bu  mərhələnin  başlanğıcı  təxminən  son  buzlaşma 

dövrünün  qurtardığı  Pleystosendən  holosenə  (müasir  dövr)  keçid 




324 

 

dövrünə,  insanı  əhatə  edən  ətraf  mühitdə  həyat  üçün  əhəmiyyətli 



dəyişikliklərin baş verdiyi dövrə təsadüf edir. 

    Mezolit  dövrünə  aid  olan  dəyişikliklər  Şərqi  Avropada 

geoloji  cəhətdən  buzlaşma  dövrünün  sonunda  Pleystosendən 

holosenə keçid dövrünə, e.ə. IX-VI  minilliklərə aid edilir. Şərqdə 

isə,  o  cümlədən  Azərbaycanda  da  Mezolit  mədəniyyətinin 

yaranması  tarixi  daha  qədimdir.  Bu  tarix  e.ə.  XIII  minilliyə 

təsadüf edir və VIII minilliyə kimi davam edir. 

   Mezolit Daş dövrünün ən az öyrənilən mərhələsidir. Bu dövr 

arxeoloji ədəbiyytada çox vaxt epipaleolit adlandırılaraq Paleolitin 

son  mərhələsi  və  ya  gil  qaba  qədərki  Paleolit  dövrü  kimi  təqdim 

olunur.  Mezolit  dövrü  cəmiyyət  həyatında  böyük  dəyişikliklərlə 

səciyyələnir.  Insanlar  bu  vaxtdan  etibarən  fəallaşır,  təbii 

qüvvələrdən  istifadə  etməyə,  baş  verən  hadisələrin  mahiyyətini 

dərk etməyə, onları öz  həyatının təlimatçısına çevirməyə başlayır, 

əmək  alətlərinin  təkmilləşməsi  nəticəsində  ictimai  və  mənəvi 

həyatda da dəyişikliklərə səbəb olur. 

      Mezolit dövrünün başlanğıcı  üst Paleolitin sonunda  əsasən 

yay-oxun  kəşfindən,  yığma  alət  düzəltmək  texnikasının  ilk 

istifadəsindən başlanır  və bu göstərilənlər Mezolit dövründə  geniş 

yayılır.  Uzaq  vuran  silah  yay-oxun  meydana  gəlməsi  və  yığma 

alət  hazırlanması  təkbaşına  ovçuluğun  məhsuldarlığının  çox 



325 

 

böyük  yüksəlişinə  və  cəmiyyətdə  həyatın  yeni  ictimai  quruluş 



kimi fərqlənməsinə səbəb olur. 

    Mezolit  dövrü  yay-oxun  geniş  istifadəsilə  yanaşı,  həm  də 

istehsal  qüvvələrinin  inkişaf  dövrü  kimi  səciyyələndirilir. 

Arxeoloji  ədəbiyyatda  yay-oxun,  həndəsi  formalı  mikrolitik 

alətlərin  də  hələ  Paleolit  dövründən  mövcud  olması  haqqında 

məlumatlar  vardır  (Bader,1970).  Bu  fikri  Qobustanda  üst 

Paleolitin  sonuna  aid    “Qayaarası”,  “Qayaarası-2”,  “Şonqar” 

düşərgələrində  aparılmış  arxeoloji  qazıntıların  nəticələri  təsdiq 

edir.  Elmi  araşdırmalar  zamanı  insanların    həyatında  Mezolit 

dövrünün əsas yer tutması müəyyən edilmişdir. 

   Aparılan  elmi  tədqiqatlar  zamanı  məlum  olmuşdur  ki, 

Mezolit dövrü  insanların  təsərrüfatının əsasını ovçuluq, balıqçılıq 

və yığıcılıq təşkil etmişdir. 

    Mezolit dövrü bəşər tarixində, onun bütün sonrakı inkişafını 

müəyyən  edən  bu  mühüm  mərhələ  mənimsəmə  təsərrüfat 

formasından  istehsaledici  təsərrüfata  keçid  formasına  keçilməsilə 

xarakterizə olunur. 

    Bu  dövrdə  bütün  müasir  inkişaf  üçün  zəmin  yaranır, 

cəmiyyətdə  və  insan  həyatında  dönüş  ərəfəsi  başlanır.  Mezolitin 

sonunda yığıcılıq və ovçuluqla yanaşı, maldarlıq və əkinçilik kimi 

istehsaledici  təsərrüfat  növlərinin  yaranması  sahəsində  ilk 

addımlar atılır. 




326 

 

   Mezolit  dövründə  baş  verən  dəyişiklikləri  çox  vaxt  üst 



Paleolitdə ovçuluq təsərrüfatında baş  vermiş  inkişafla bağlayırlar. 

İbtidai  kollektivçilik  təsərrüfatının  əsasını  ovçuluq,  balıqçılıq  və 

yığıcılıqdan  əldə  olunan  ərzaq  məhsullarıyla  təmin  olunan 

mənimsəmə  təsərrüfatından  başlanır,  istehsaledici  iqtisadiyyatın 

ilkin  mərhələsi  də  elə  bu  təsərrüfat  növünün  inkişaf  etmiş  son 

mərhələsində  meydana  gəlir.  Bu  dövrdən  başlayaraq  bəşəriyyətin 

əsas  inkişaf  xəttini  təbiətin  hazır  nemətlərini  mənimsəmək  yox, 

ərzaq istehsal etmək yolu müəyyən edir. 

    Mezolit  dövrünün  sonlarından  uzunmüddətli  düşərgələrdə 

(yaşayış  yerlərində)  yığıcılıqla  bağlı  bitki,  ovçuluqla  bağlı 

heyvanat  aləmində  baş  verənləri  minilliklər  boyu  əyani  surətdə, 

yaxından  izləyən  insan  kollektivi  bu  sahədə  müntəzəm  bilik 

toplamış, təsərrüfat təcrübəsi qazanmışdı. 

   Mezolit  dövründə  tarixin  əvvəlki  dövrlərinə  nisbətən 

insanların  sayca  artması,  yay-oxdan  geniş  istifadə  etmək 

nəticəsində 

ovçuluğun  yüngülləşməsi,  ətraf  ərazidə  ov 

heyvanlarının  tərkibinin  dəyişməsi  onların  sayının  azalmasına 

səbəb  olur.  Bu  dövrün  əsas  təsərrüfat  təminat  vasitəsi  ətə  olan 

ehtiyacla  bağlı  ibtidai  cəmiyyətin  ov  obyektləri  olan  heyvanların 

ovlanmasının  tənzimlənməsinə  və  sonrakı  dövrlərdə  daimi  ət 

ehtiyatı 

kimi 

heyvanların 



əhliləşdirilməsi, 

bitkilərin 

mədəniləşdirilməsi  üçün  lazımi  hazırlıq  yolunun  keçilməsi, 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə