315
Zar ərazisində əldə olunmuş lövhələrin bəziləri üzərində
qopuq və əzilmə izləri nəzərə çarpır, bu da ola bilsin ki, iş
prosesində baş vermişdir. Lövhələrin əksəriyyətinin üzərində
zərbə səthi və zərbə düyünü yaxşı saxlanmışdır. Zarın daş
məmulatlarından seçilmiş lövhələr texniki hazırlama əlamətlərinə
görə Tağlar paleolit düşərgəsinin II təbəqəsinin daş məmulatı
arasında qeydə alınan lövhələri xatırlayır. Bu da ola bilsin ki, üst
Paleolitin ilkin mərhələsində yaşayan qədim insanların eyni qrupa
mənsub olmalarını söyləməyə əsas verir. Eyni zamanda Tağlar
düşərgəsində hazırlanmış alətlərin Kəlbəcərin Zar ərazisində də
istifadə olunduğunu göstərir. Zar ərazisində üzə çıxan alətlərin
nümunələri şəkil 165-167-də göstərilmişdir.
Hələlik yuxarı Paleolitin xarakterik xüsusiyyətlərini Tağlar,
Damcılı mağara düşərgələrində, Yataq yeri və Zar açıq paleolit
yaşayış yerində izləyə bilərik. Bunlar üst Paleolitin rüşeym
mərhələsini (Tağlar), mustyedən son Paleolitə keçid ərəfəsini
(Zar), son Daş əsrinin orta və final (Yataq yeri, Damcılı)
mərhələlərini əks etdirən abidələr olmuşdur.
Üst paleolitin yuxarıda qeyd etdiyimiz kimi, başlanğıc
mərhələsi çoxtəbəqəli paleolit mağara düşərgəsi Tağlar abidəsində
saxlanılmışdır. Üstdən 2-ci təbəqədən taplmış daş məmulatında
mustye texnikası ilə yanaşı, son Paleolitin başlanğıc pilləsinə xas
olan texniki- morfoloji və tipoloji əlamətlər özünü göstərir.
316
Qəlpələmə əsasını nisbətən kiçik linzaşəkilli yuxa disklər, prizma
və düzbucaqlı nüvələr təşkil edir. Hazırlıq materialları üçbucaq və
lövhə biçimlidir. Lövhələr uzunsov ensiz olub, bir neçə ölçüdə
təmsil olunmuşdur. Itiucluların əsasları olduqca nazildilmişdir.
Alətlərdən qaşov, biz, iskənə və başqa bu kimi tiplər aparıcı rol
oynamışdır. Kəsər səpkili işləməsi olan əmək alətləri də
hazırlanmışdır. İtiucluların aşağı hissəsində saplaq açmaq
mənimsənilmişdir (Cəfərov, 1983; tablo 4-9, s.70-75).
Belə texniki xüsusiyyətlərə malik komplekslər Göyçə gölü
ətrafında - mərkəzi Kiçik Qafqazın qərb-şərq ətəklərində yerləşən
Zəngi və Tərtər çaylarının hövzələrində də aşkar edilib tədqiq
olunmuşdur (Erisyan, 1970; Mənsurov, 1988).
Tərtər çayının yuxarı hövzəsində dördüncü dövr vulkan
lavaları geniş yayılmışdır (Müseyibov və b.,1993).
Son Paleolit dövrünə aid daĢ məmulatı Yataq yeri
abidəsindən də tapılmıĢdır. Yaşayış yeri Qazax rayonunun I və
II Şıxlı kəndləri arasındakı Acıdərənin şimal üzündə yerləşir.
Tapıntı yeri 1963-cü ilin yazında M.Hüseynovun başçılığı ilə
aparılan arxeoloji kəşfiyyat işləri zamanı qeydə alınmışdır.
Düşərgənin salındığı sahə dağətəyi maili düzənliklə Kür çayının
üçüncü terrasının qovuşduğu zolağa düşür. Burada geniş
yarımdairəvi
bükülüm
sahənin
cənubundan
qərb-şərq
istiqamətində erozion mənşəli kiçik çökəklik keçir. Yağışlar
317
zamanı torpağın yuyulması, aşınması nəticəsində çökəyin
kəsiyindən çıxmaq, dəvəgözü və gil qab nümunələri üzə
çıxmışdır. Deməli, yaşayış yeri çoxtəbəqəli, çoxdövrlü olmuşdur.
Materialların çoxcəhətli təhlili göstərir ki, burada Eneolit (Əliyev,
Nərimanov, 2001), Neolit, Mezolit və son Paleolitdə yaşayış
olmuşdur. Bunları texniki – tipoloji əsasına, alət formalarına,
dişəklənmə üsullarına və cəng atma dərəcəsinə görə bir neçə
dövrə ayırmaq mümkün olmuşdur. Ən qədim kompleks son
Paleolit daş məmulatıdır. Bunlar qəlpə və lövhələr üzərində
hazırlanmış olan qaşov, uclu qaşov, kəsər, bıçaq və nüvələrdən
ibarətdir.
Uclu qaşovlar böyük qrup təşkil edir. Qəlpələrdən
hazırlanmış yelpikvari uclu qaşovlar ilə yanaşı, xırda qəlpələrdə
formalaşmış qaşovcuqlar da vardır. Lövhələrin yuxarı ucunda
dişəkləmə yolu ilə alınmış uclu qaşovları qabarıq ağızlıdır.
Itiuclu alətlər üçbucaq biçimli qəlpələrin yanlarını və sivri
ucunu
dişəkləməklə
meydana
gəlmişdir.
Ümumiyyətlə,
qəlpələrdən qaşov və üçbucaq qoparmalardan itiuclu alət əmələ
gətirmə Qafqaz paleolitində mustyedən törəmə ənənə kimi üst
Paleolitin birinci yarısınadək davam edir (Lübin, 1989). Biz,
burun və çıxıntılı alətlər dövrə müvafiq kiçik və orta ölçülü
qəlpələr üzərində hazırlanmışdır.
318
Kəsərlər hazırlıqların yan, künc və orta hissələrində
qalmışdır. Seqment formalı ensiz uzunsov alət qara rəngdə bazalt
lövhəsi üzərində hazırlanmışdır. Bıçaqlar üçün istifadəyə lövhə və
qəlpələr seçilmişdir. Iskənə tipli alətlər dördbucaqlı qalın qəlpə
qırıqları üzərindədir. Hazırlıqların yuxarı ucunda yonma fasetlərlə
düz ağız alınmışdır. Gəzli alətlər – qəlpə lövhələrin müxtəlif
yerlərini gah dişəklə ovmaqla, gah daş məmulatı batıq faset
qoparmaqla alınmışdır. Nüvələr disk və prizma şəklindədir.
Birincilər kiçik ölçüdə olub və ikiüzlü işlənmişdir. Prizmatik
nüvələr axır həddə qaldıqlarından qısa olmaqla ucları dik
burulmuşdur. Bəzi nüvələri ikinci işləmədən keçirib massiv
yonma, sıyırma aləti kimi istifadə etmişlər (şəkil 169).
Tədqiq olunan əraziyə yaxın coğrafi rayonlarda da ayrı daş
məmulatı son Paleolitə aid düşərgələr tədqiq olunmuşdur. Qərbi
Gürcüstanın (Tuşabramişvili, 1984) üst Paleolit məskənlərindən
materialları İmeretiya yuxarı Paleolitinin təsnifatında ikinci – orta
mərhələyə
daxil
edilən
(Zamyatnin,1957)
abidələrindən
Motsametsi Bnelikdə tipli komplekslərlə uyğunluq təşkil edir.
Xüsusi olaraq qeyd olunan düşərgələrdə nukleusvari sıyırğa və
iskənə tipli alətlərin morfologiyası, dişək üsulu bir – birinə yaxın
texniki səviyyədə durur. Motsametsi yaxınlığındakı Uvarova
adlandırılmış düşərgədən düz ağızlı uclu qaşovlar, dişəkli
lövhələr, mikrolitlər, dairəvi və gəzli qaşovlar tapılmışdır.
Dostları ilə paylaş: |