Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə102/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   98   99   100   101   102   103   104   105   ...   115

O, nədən oyandığını və nə qədər yatdığını bilmirdi. Mən yuxu görmüşəm? O,
saman döşəkdə oturub «Opus Dei» rezidensiyasından eşidilən səslərə qulaq asırdı.
Sakitliyi yalnız bir mərtəbə aşağıdakı otaqdan gələn mızıltı pozurdu – orda kimsə
bərkdən dua edirdi. Bu tanış səslər Saylası dərhal sakitləşdirdi.
Amma birdən onu yenə həyəcan bürüdü.
Əyninə heç nə geyinmədən, elə alt paltardaca ayağa qalxıb pəncərəyə
yaxınlaşdı. Bəlkə, məni kimsə izləyib? Amma həyət bomboşdur. O, qulaq asdı.
Sakitlik. Mən nə üçün belə həyəcanlanmışam? Ömrü əzab-əziyyətdə keçən Saylas
intuisiyasına güvənməyi öyrənmişdi. Uşaqkən Marselin küçələrində onu yalnız
intuisiyası xilas etmişdi. Həbsxanaya düşənə qədər… yepiskop Arinqarosanın
sayəsində yeni, başqa bir həyata başlayana qədər. O, başını pəncərədən çıxarıb,
çəpərin o üzündəki avtomobilin tutqun cizgilərini yalnız indi gördü. Maşının
üstündə yanıb-sönən polis işıqları vardı. Dəhlizdə döşəmə cırıldadı. Kimsə qapının
dəstəyini çəkdi.
Saylas ani olaraq reaksiya verdi. Kənara tullandı və qapı gurultu ilə açılan anda
onun arxasına keçdi. Otağa əli silahlı polis girdi. O, Saylasın harda olduğunu
düşünənə qədər, rahib çiyni ilə qapını itələyib otağa girən ikinci polisi vurdu. Birinci
polis cəld çevrilib atəş açmağa hazırlaşırdı ki, Saylas onun ayaqlarına cumdu. Atəş
açıldı, güllə Saylasın başı üstündən keçdi. O isə vaxtı brş yerə itirmədi: atəş açan
polisin dizinə ayağı ilə ağrıdıcı zərbə vurdu. Polisin ayaqları yerdən üzüldü,
döşəməyə yıxılıb başı taxtaya çırpıldı. Qapının ağzına yıxılmış ikinci polis ayağa
qalxanda, Saylas ona tərəf tullanıb qasığına təpiklə vurdu. Sonra ağrıdan ikiqat
olmuş polisin üstündən tullanaraq dəhlizə qaçdı.
Əynində yalnız alt paltarı olan Saylas pilləkənlə aşağı qaçırdı. O, anlayırdı ki,
onu satıblar. Amma kim? Budur, giriş – o, bura başqa polislərin qaçdığını gördü.
Saylas geri dönüb dəhlizə yüyürdü. Bura qadınlar bölməsidir. «Opus Dei»nin bütün
binalarında belə bölmələr var. Saylas mətbəxə girib ordakı aşbazları və
qabyuyanları möhkəm qorxutdu. Nəhəng çılpaq albinos dəli kimi qaçaraq yolunun
üstündəki qazan və boşqabları aşırırdı. Budur o, dar və qaranlıq dəhlizə çıxıb,
irəlidə xilaskar işıq gördü, kiçik qapı küçəyə açılırdı. Saylas yağışın altına çıxıb
hündür artırmadan tullandı. Amma binanın küncündən çıxan polisi çox gec gördü.
Onlar toqquşdular, Saylas eni çiyni ilə polisin sinəsinə zərblə vurdu. Zabit küçənin
ortasına yıxılıb Saylası da özü ilə sürüdü. Rahib üstdə idi. Polis yıxılanda əlindəki
silah yerə düşüb kənara sıçradı. Saylas binadan daha kiminsə qışqıra-qışqıra
qaçdığını eşitdi. O, cəld kürəyi üstdə fırlanıb, başqa polislər görünən anda
tapançanı yerdən götürdü. Atəş açıldı, Saylas yanıb yaxıldı. Güllə qabırğasının
altına girmişdi. O, qəzəbdən ağlını itirərək hər üç polisə atəş açmağa başladı. Onun
yarasından qan fışqırırdı.
Amma bu an onun üstünə kiminsə kölgəsi çökdü. Güclü əllər onun çiynindən
yapışıb silkələdi. Bu adam ağzına onun qulağına dayayıb bağırırdı:
- Saylas, yox!


Rahib çevrilib atəş açdı. Və yalnız bu an öz qurbanının baxışları ilə qarşılaşdı.
Yepiskop Arinqarosa yıxıldı, Saylas dəhşətdən bağırdı.
XCVII FƏSİL
Vestminster abbatlığında təxminən üç min insan dəfn olunmuşdu. Abbatlığın
içərisi kralların, dövlət xadimlərinin, alimlərin, şair və müsiqiçilərin qəbri ilə dolu
idi. Onların qəbirüstüləri təmtəraq və gözəlliyinə görə kral mavzoleyindən
fərqlənmirdi. Ayrıca sövməədə (sövməə – kiçik kilsə) yerləşən kraliça I
Yelizavetanın sarkofaqı ilə yanaşı sadə qəbirlər də vardı. Avropanın digər gözəl baş
kilsələrinin üslubunda tikilmiş Vestminster abbatlığı nə kafedral baş kilsə, nə də
sakinlər üçün kilsə idi. O, həmişə fərqli statusa malik olmuşdu – «xüsusi kral
kilsəsi». Burda nəinki monarxları dəfn edirdilər, onların tacqoyma mərasimi də
burda keçirilirdi. Qalib Vilhelmin ilk tacqoyma mərasimi 1066-cı ildə Milad
bayramında keçirilmişdi. Sonra bu gözəl məbəd çoxlu sayda kral, dövlət və dini
mərasimlərin şahidi olmuşdu. Tövbəkar Eduardın qanuniləşdirilməsindən tutmuş
şahzadə Endryu və Sara Ferqyusonların toy mərasiminə, V Henrixin, kraliça I
Yelizavetanın və ledi Dinin təmtəraqlı dəfn mərasimlərinə qədər.
Amma indi Robert Lenqdonu ingilis cəngavəri, ser İsaak Nyutonun dəfnindən
başqa abbatlıqda baş vermiş heç bir tarixi hadisə maraqlandırmırdı.
London, burda Pop tərəfindən dəfn olunmuş cəngavər yatır. Yaraşıqlı portalın
altından keçib şimal girişinə yaxınlaşan Sofi və Lenqdonu mühafizəçilər qarşıladı.
Onlar Sofi ilə Lenqdonu lütfkarlıqla abbatlıqdakı yeniliyin – hündür tacşəkilli
metalaxtarıcının altından keçirtdilər. İndi belə metalaxtarıcılıar Londonun əksər
tarixi binalarında quraşdırılıb. Onlar tacın altından keçib, heç bir şübhə
doğurmadan kilsənin mərkəzinə doğru getdilər.
Vestminster abbatlığının astanasından içəri girən kimi, Lenqdon qalan aləmin
onun üçün yoxa çıxdığını hiss etdi. Nə yol hərəkətinin səsi, nə yağışın şırıltısı, heç
nə eşidilmirdi burda. Ona elə gəldi ki, havada yüngülcə vibrasiya var, sanki bu gözəl
bina öz-özünə nəsə pıçıldayır.
Burda olan hər kəs kimi Sofi və Lenqdonun da baxışları yuxarıya, başlarının
üstündə göyə doğru ucalan əlçatmaz günbəzə dikildi.
Boz daşdan olan sütunlar kaliforniya mamont ağacları kimi göyə qalxırdı.
Onların təpələri başgicəlləndirici yüksəklikdə idi, özülləri isə daş döşəmənin içinə
girirdi. Şimal nefinin geniş girişi camaata açıq idi, o, rəngli şüşədən olan qayada
oyulmuş dərin kanyona axşayırdı. Günəşli günlərdə şüalar döşəmədə əsil palitra


yaradırdı. Bu güsə yağış yağırdı, hava bomboz idi və bu ucsuz-bucaqsız məkana
yarıqaranlıq çökmüşdü… bu üzdən abbatlıq sərdabəyə oxşayırdı, əslində bu, elə
belə də idi.
- Burda demək olar ki, heç kim yoxdur, - Sofi pıçıldadı.
Lenqdon birdən-birə məyus oldu. O, kilsədə daha çox adam görəcəyinə ümid
edirdi. Nə qədər çox adam olsa, o qədər yaxşıdır. O, Templ kilsəsindəki əhvalatın
təkrar olunmasını istəmirdi. Axı, turist izdihamında adam özünü daha təhlükəsiz
hiss edir. O, burda son dəfə yayda olmuşdu, turist mövsümünün qızğın çağında.
İndii isə Londonda yağışlı aprel səhəri idi. Lenqdon hər şeylə maraqlanan insanların
əvəzinə, daş döşəmələr və qəbirlər gördü.
- Biz indicə metalaxtarıcının altından keçdik. – Sofi dedi. Yəqin ki o, Lenqdonun
narahatlığını hiss etmişdi. – Burda olan üç-beş insan da bizim kimi yoxlamadan
keçdiklərinə görə silahlı ola bilməzlər.
Lenqdon başını tərpətdi, amma Sofinin sözləri onu sakitləşdirmədi. O, bir az
əvvəl bura London polisini çağırmaq istəmişdi, amma Sofinin dediyi kimi, bu işdə
Faşın şəxsi marağı olması onu fikrindən çəkindirmişdi. O, məhkəmə polisi
kapitanının şübhəli şəxsi izləməkdən imtina etməsinə inanmırdı. Bizim birinci işimiz
kripteksi tapmaqdır, Sofi onda demişdi.
Əlbəttə ki, o haqlıymış.
Lyunu diri və sağlam geri qaytarmağın açarı.
Qraal sirrinin açarı.
Bütün bunların arxasında kimin durduğunu öyrənməyin açarı.
Təəssüf ki, bu açarı tapmaq üçün yeganə imkan indi və burda ələ düşüb…
İsaak Nyutonun qəbri üstdə. Kripteksi ələ keçirən adam sonuncu açar sözün
şifrəsini açmaq üçün bu qəbrin yanına gəlməlidir. Əgər o… əgər o, bizdən əvvəl
bura gəlməmişsə. Amma Sofi ilə Lenqdon ümidlərini itirməmişdilər.
Onlar Kilsənin sol divarı boyunca gedib pilyastrların arxasında yerləşən dar
keçidə çıxdılar. Lyu Tibinq Lenqdonun başından çıxmırdı. Sion Prioratının bütün
rəhbərliyini bir saatın içində öldürməyə əmr verən adam, onun yolunu kəsən
istənilən Adamı öldürməkdən çəkinməz. Taleyin acı ironiyasına bax ki, şərəfli
cəngavər titulunu Britaniyada almış Tibinq, öz həmyerlisi İsaak Nyutonun qəbrinin
axtarışı zamanı əsir düşür.
- O, hardadır? – Sofi ətrafa baxaraq soruşdu.
Qəbir. Lenqdon heç nə anlamırdı.
- Buranın xidmətçisini tapıb soruşmaq lazımdır.
Abbatlıqda azmaqdansa, bu yaxşıdır, Lenqdon düşündü. Abbatlıqda saysız-
hesabsız mavzoleylər, miniatür kilsələr, qəbirlər üçün boş sahələr vardı. Luvrun
Böyük Qalereyasında olduğu kimi, buranın da yalnız bir girişi vardı. Ona görə də
içəri girmək asan, çıxmaqsa çətin idi. Lenqdonun kollegalarından biri abbatlığı
«turistlər üçün əsil tələ» adlandırmışdı. Həm də tikililər o dövrün memarlıq
ənənələrinə uyğun idi: yəni nəhəng xaç formasında inşa edilmişdi. Lakin bir çox


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə