Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə101/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   97   98   99   100   101   102   103   104   ...   115

Pamela Hettem qonşu otaqda idi. Lenqdonla Sofi ondan qəhvə gətirməsini
istəyərək, lap ağını çıxartmışdılar. Budur, indi onların burnuna dəyən ətir iyindən
bilmək olardı ki, artıq «Neskafe» hazırdır.
Bu vaxt kompüter bərkdən siqnal verdi.
- Deyəsən, nəsə tapıb! – Pamela qonşu otaqdan qışqırdı. – Orda nə yazılıb?
Lenqdon gözlərini ekrana zillədi.
Orta əsrlər ədəbiyyatında Qraal alleqoriyası: ser Heueyn və Yaşıl cəngavər
haqqında traktat.
- Yaşıl cəngavər haqqında hansısa alleqoriya! – o, kitabxanaçıya qışqırdı.
- Yox, bu lazım deyil, - Hettem cavab verdi. – Londonda mifoloci yaşıl
nəhənglər çox deyil. Hətta demək olar ki, heç yoxdur.
Sofi ilə Lenqdon səbirlə monitorun qarşısında oturub davamını gözləyirdilər.
Bu dəfəki informasiya daha gözlənilməz oldu.
Die Opern von Richard Waqner
- Vaqnerin operası? – Sofi soruşdu.
Hettem əlində qəhvə paketi otağa baxdı.
- Bu, həqiqətən qəribə məlumatdır. Məgər Vaqner cəngavər olub?
- Yox, - Lenqdon cavab verdi. – Amma o, məşhur mason olub. Mosart,
Bethoven, Şekspir, Hereivin, Qudini və Disney – bunlar da mason idi. Masonların
tampliyerlər ordeni, Sion Prioratı və Qraalla əlaqəsi barədə çox kitab yazılıb. Mən
bu barədə daha çox məlumat istəyirəm. Mətnin tamamını ekrana necə gətirmək
olar?
- Sizə tam mətn lazım deyil, - kitabxanaçı dedi. – Sadəcə adları qaralayın və
siçanın düyməsini basın. Kompüter bu sözlərin rast gəlindiyi sətirləri konteksdən
çıxarıb ekrana gətirəcək.
Lenqdon onun izahatından heç nə anlamadı, amma adları qaralayıb siçanın
düyməsini basdı.
Monitorda bir neçə sətir göründü.
… Parsifal adlı mifoloci cəngavər…
… axtarışı mübahisə doğuran mifoloci Qraal…
… 1855-ci ildə London filarmoniyası…
… Vaqnerin qəbri Almaniyadadır…
- Yenə də başqa Popdur, - Lenqdon məyus-məyus dilləndi. Buna baxmayaraq,
sistemin sadəliyi onu heyrətə salmışdı. Kontekstdən çıxan açar sözlər ona Vaqnerin
«Parsifal» operasını xatırlatdı. Bəstəkar bu operasında İsa Məsihin nəslini davam
etdirdiyi üçün Mariya Maqdalinanı mədh edirdi. Bu, həqiqət axtarışına çıxmış gənc
cəngavərin hekayəsi idi.
- Səbriniz olsun, - Hettem məsləhət bildi. – Kompüterə vaxt verin. Qoyun, özü
üçün işləsin.
Sonrakı bir neçə dəqiqə ərzində kompüter Qraal barədə yenə də məlumatlar
verdi, o cümlədən trubadurlar və Fransada yaşamış məşhur gəzərgi menstrellər


(şairlər) barədə mətni də üzə çıxartdı. Lenqdon bilirdi ki, «minstrel» və «minister»
kimi sözlərin kökünün bir olması təsadüfi deyildi. Trubadurlar gəzərgi qulluqçular,
yəni «ministers» idi. Mariya Maqdalinanın kilsəsində, bu qadının tarixçəsini nəğmə
şəklində hamıya çatdırmaq üçün musiqidən istifadə edilirdi.
Kompüter yeni informasiya verdi:
Cəngavərlər, hiyləgərlər (valet), papalar və beşguşəli ulduzlar: Taro kartlarında
Müqəddəs Qraal əfsanəsi.
- Təəccüblü deyil, - Lenqdon Sofiyə tərəf çevrilib dedi. – Bizim açar sözlərdən
bəziləri ayrı-ayrı kartların adı ilə eynidir. – O, yenə siçanın düyməsini basdı. – Sofi,
əmin deyiəm ki, babanız sizinlə kart oynayanda bunlar barədə danışsın. Amma bu
oyun – İtkin gəlin və onun «qəddar» kilsə tərəfindən əsir edilmələri haqqında kart
nağılıdır.
Sofi ona təəccüblə baxdı:
- Mən, bu barədə heç nə bilmirəm.
- Mahiyyət də bundadır. Bu metaforik oyunun köməyilə Qraalın ardıcılları
Kilsənin iti gözlərindən yayınaraq gizli şəkildə bir-birlərinə məktub göndərirdilər.
Lenqdon tez-tez özünə sual verirdi ki, görəsən, kartın müasir oyunçularına bu
dörd cür kartın əsil mənası məlumdurmu? Qaratoxmaqlar, qırmızıtoxmaqlar,
Xaçlar, qırmızı kərpiclər – bütün bu simvollar Qralla möhkəm bağlı idi və taro
kartlarının dörd növü ilə: qılınclarla, piyalələrlə, hökmdar əsaları və beşguşəli
ulduzlarla əlaqəsi vardı.
Qırmızıtoxmaqlar qılıncdır – tiyədir. Kişi simvoludur. Qırmızıtoxmaqlar
piyalədir – qabdır. Qadın simvoludur. Qırmızı kərpiclər beşguşəli ulduzdur – İlahə.
«Müqəddəs qadın başlanğıcı» simvoludur.
Lenqdon kompüterin daha heç bir məlumat verməyəcəyindən narahat
olmuşdu, amma dörd dəqiqədən sonra ekranda bu sətirlər görünməyə başladı:
Dahinin əzabları. Müasir cəngavərin tarixçəsi.
- «Dahinin əzabları» - Lenqdon kitabxanaçı qıza qışqırdı. – «Müasir cəngavərin
bioqrafiyası»! Bunu necə başa düşmək olar?
Hettem yenə qapıdan baxdı:
- - Nə qədər müasir? Amma deməyin ki, bu, ser Redi Culianidir. (Nyu-Yorkun
meri Rudolfo Culiani nəzərdə tutulur) Şəxsən mən hesab edirəm ki, o, cəngavərliyə
layiq deyil.
Lenqdon başqa cavab tapmışdı. O düşündü ki, bu, yaxın zamanlarda
cəngavərliyə layiq görülmüş ser Mik Çaqqerin hekayəsidir. Amma müasir ingilis
siyasətçisinin cəngavərliyə layiq görülməsini müzakirə etməyin vaxtı deyildi.
- Hə, gəlin baxaq, kompüter bizə nə verib? – deyə o, mətndən parçaları oxudu.
… şərəfli cəngavər ser İsaak Nyuton…
… 1727-ci ildə Londonda…
… onun qəbri Vestminster abbatlığında…
… Aleksandr Pop, dostları və kollegaları…


- Mən elə başa düşürəm ki, «müasir» anlayışı çox nisbidir, - Sofi Pamelaya
dedi. – Bu, hansısa qədim kitabdan parçadır. Ser İsaak Nyuton haqqında.
Əvvəlki kimi qapıda dayanmış Hettem başını yırğaladı:
- Bunun nə xeyri? İsaak Nyuton ingilis protestantlığının mərkəzində,
Vestminster abbatlığında dəfn olunub. Katolik papa çətin ki, dəfndə iştirak etsin.
Sizə südlü və şəkərli?
Sofi başını tərpətdi:
- Bəs, sizə Robert? – Hettem soruşdu.
Lenqdonun ürəyi möhkəm döyünürdü. O, gözlərini ekrandan çəkib qalxdı.
- Bizim axtardığımız cəngavər ser İsaak Nyutondur.
Sofi təəccübləndi:
- Siz nə deyirsiniz?
- Nyuton Londonda dəfn olunub, - Lenqdon izah etdi. – O, yeni radikal elmin
yaradıcısıdır, buna görə Kilsə onu lənətləmişdi. Həm də Sion Prioratı gizli
təşkilatının Böyük Ustadı idi. Daha nə lazımdır?..
- Daha nə? – Sofi ucadan deyib şer yazılmış vərəqi göstərdi. – Bəs, papa
tərəfindən dəfn olunmuş cəngavər? Siz, miss Hettemin nə dediyini eşitmədiniz?
Nyutonu papa dəfn etməyib.
Lenqdon əlini siçana uzatdı.
- Kim deyir ki, burda söhbət Katolik kilsəsinin rəhbəri olan papadan gedir? – o,
«papa» sözünü qaralayıb siçanın düyməsini basdı. Və ekranda tam mətn göründü.
Kübar dünyasının və monarxların ehtiram bəslədiyi ser İsaak Nyutonun dəfnini
Aleksandr Pop təşkil etmişdi, onun dostları və kollegaları qəbrinə bir ovuc torpaq
atmazdan əvvəl şəninə mədhiyyələr söyləmişlər.
Lenqdon Sofiyə tərəf çevrildi:
- Beləliklə, bizə lazım olan papanı ikinci cəhddən sonra tapdıq, - O, sözünə ara
verib dedi, - Bu, mister Popdur. Aleksandr Pop.
London, burda Pop tərəfindən dəfn edilmiş cəngavər yatır…
Sofi yaavş-yavaş stuldan qalxdı.
İkiqat tapmacaların və söz oyunlarının ustası olan Cak Sonyer bir daha sübut
etdi ki, o, ağıllı və yaradıcı insan olub.
XCVI FƏSİL
Saylas sanki təkandan ayıldı.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə