Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə98/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   94   95   96   97   98   99   100   101   ...   115

- Mənə diqqətlə qulaq as, - Ustad dedi. – Saylası «Opus Dei»nin
rezidensiyasına apararsan, bir neçə kvartal aralıda maşından düşürərsən. Sonra
Sent-Ceyms parkına gəl. Bu, Biq-Benlə parlament binasının yanındadır. Limuzini
Horsqardz-Pareyddə (Kral atlı qvardiyasının kazarma binaları qarşısındakı meydan)
saxlaya bilərsən. Parkda söhbətləşərik.
Və dəstəkdən səs kəsildi.
XCII
Kral IV Georq tərəfindən 1829-cu ildə əsası qoyulmuş Kral kolleci London
Universitetinin yanında teoloci fakultəsi olan müstəqil təhsil müəssisəsi idi və
parlament binasının yanında yerləşirdi. Bu kollec özünün yüz əlli illik tədqiqat və
tələbələrə bilik öyrətməklə yanaşı, müxtəlif dinlərin öyrənilməsi üzrə ən müasir
elektron məlumat bazası ilə təchiz edilmiş «Teoloci sistemlərin tədqiqat institutu»
ilə də fəxr edə bilərdi.
Yağış yağırdı. Lenqdon kitabxananın astanasından içəri girəndə həyəcandan
ürəyinin sıxıldığını hiss etdi. Baş tədqiqat laboratoriyası məhz Tibinqin təsvir etdiyi
kimi idi. Əsas əşyası dairəvi taxta stol olan böyük, düzbucaqlı tikili. Əgər müstəvi
ekranlı on iki kompüter olmasaydı, belə stolun arxasında Kral Artur cəngavərləri ilə
birlikdə rahatca əyləşə bilərdilər. Otağın o başında arayış stolu vardı. Növbətçi-
kitabxanaçı qız uzu niş gününə hazırlaşaraq, çaydana su tökürdü.
- Yaxşı səhərdir, düzdürmü? – o, gələnləri tipik ingilis manerası ilə salamladı.
Çaydanı qoyub yaxın gəldi. – Necə kömək edə bilərəm?
- Sağ olun, - Lenqdon cavab verdi. – İcazə verin, özümü təqdim edim.
- Siz Robert Lenqdonsunuz, - o gülümsədi. – Mən sizi dərhal tanıdım.
Ani olaraq onu qorxu hiss bürüdü. Faşın əmri ilə onun fotoşəklini Britaniya
televiziyaları ilə göstərildiyini düşündü. Amma kitabxanaçı qızın təbəssümünü
görüb sakitləşdi. Lenqdon hələ məşhur olduğuna alışmamışdı. Əgər yer üzündə
onu tanıyan insanlar varsa, onda, onlar mütləq din tarixi fakultəsində
işləməliydilər.
- Pamela Hettem, - kitabxanaçı qız özünü təqdim edib əlini uzatdı. İncə cizgili,
ağıllı sifət, xoşagəlimli səs. Boynundan qalın şüşəli, zəncirli eynək asılmışdı.
- Tanış olmağıma şadam, - Lenqdon dedi, - Bu, mənim dostum Sofi Nevedir.
Qadınlar salamlaşdılar, Hettem yenə bütün diqqətini Lenqdona yönəltdi:
- Sizin bura gələcəyinizi mən bilmirdim.
- Biz özümüz də bilmirdik. Hər şey qəfil alındı. Əgər çətin deyilsə, bəzi
məlumatların tapılmasında bizə kömək edin.
Hettem özünü itirdi.
- Bilirsiniz, biz bir qayda olaraq yalnız rəsmi sorğulara cavab veririk. Vaxtı isə
özümüz təyin edirik. Bəlkə, siz bizim professorlardan hansınınsa qonağısınız?
Lenqdon başını yırğaladı:
- Təəssüf ki, biz dəvətsiz gəlmişik. Sadəcə mənim bir dostum sizin barənizdə
yaxşı sözlər demişdi. Ser Lyu Tibinqi tanıyırsınızmı? Məşhur tarixçi, Britaniya Kral…


- Hə, ilahi, əlbəttə ki! – kitabxanaçı qız sevindi. – Çox yaxşı insandır! Gözəl
alimdir! Fantastikadır, əfsanədir! Nə vaxt bura gəldisə, axtarış bir istiqamətdə
gedir. Qraal, Qraal, Qraal. Yox, allah haqqı, hərdən mənə elə gəlir ki, təslim
olmaqdansa o, ölməyi üstün tutar. – Kitabxanaçı qız Lenqdona göz vurdu. – Bir də
ki, zaman və pul ser Tibinq kimi insanların özlərinə rəva gördüyü rahatlıqdır,
düzdürmü? O, elmin əsil donkixotudur.
- Hə, biz sizin köməyinizə ümid edə bilərikmi? – Sofi soruşdu. – İnanın, bu çox
vacibdir.
Hettem boş otağa baxıb onlara göz vurdu:
- Mən indi çox məşğul olduğumu deyə bilmərəm, elə deyilmi? Sizə kömək
etsəm, düşünmürəm ki, öz qaydalarımızı ciddi surətdə pozaram. Sizi nə
maraqlandırır?
- Biz Londonda qədim bir qəbri tapmaq istəyirik.
Hettem onlara tərəddüdlə baxdı:
- Amma bizdə iyirmi minə yaxın belə qəbir var. Daha dəqiq olmazmı?
- Bu, cəngavər qəbridir. Adını bilmirik.
- Cəngavər… hə, bu bir qədər axtarış dairəsini daraldır. Cəngavər qəbirlərinə
hər addımda rast gəlinmir ki.
- Bizdə bu cəngavər haqqında çox az informasiya var, - Sofi dedi. – Bizim
bildiyimiz bunlardır. – deyə o, şerin iki sətri yazılmış kağızı kitabxanaçı qıza uzatdı.
Dördsətirli şerin hamısını kənar adama göstərmək istəməyən Sofi və Lenqdon
onu iki hissəyə bölməyi qərara almışdılar. İlk iki sətir cəngavərin şəxsiyyətini təyin
etmək üçün kifayət idi. Sofi bunu «kəsik şifrələmə» adlandırdı. Kəşfiyyat xidməti
hansısa mühüm məlumat olan şifrəni ələ keçirəndə, onu adətən iki hissəyə bölüb
hər bir hissəni ayrı-ayrı şifrəaçanlara verirlər. Əgər şifrəaçanlardan biri məlumatı
sızdırsa, onda gizli informasiyanın tam məzmununu deyil, yalnız bir hissəsini
kiməsə ötürə bilər.
Amma indi belə ehtiyat tədbirləri artıq idi. Kitabxanaçı qız hətta şeri tam
görüb, cəngavərin qəbrinin yerini tapsa da, kripteks olmadan bu informasiyanın
əhəmiyyəti yox idi.
Hettem məşhur amerikalı alimin gözlərindən anladı ki, bu muəmmalı qəbir
haqqında məlumat onun üçün çox mühümdür. Elə onu müşaiyət edən yaşıl gözlü
qadında da həyəcanlanmışdı.
Kitabxanaçı qız eynəyini taxıb ona verilmiş vərəqə baxdı.
- Bu nədir? Harvarddakılar bunu zibil yeşiyindən tapıb?
Lenqdon çətinliklə gülümsədi:
- Belə də demək olar.
Hettem onun nəsə gizlətdiyini anladı. Buna baxmayaraq, tapmaca onu da
maraqlandırdı.
- Bu şerdə deyilir ki, hansısa cəngavərin hərəkətindən Kilsə narazı qalıb. Amma
papa rəhmdillik göstərib onu burda, Londonda dəfn etməyə icazə verib.


Lenqdon başını tərpətdi:
- Təxminən belədir. Nəsə fikriniz var?
Hettem kompüterə yaxınlaşdı.
- Dərhal deyə bilmərəm. Amma gəlin baxaq, elektron baza bizə nə verəcək.
Son iyirmi il ərzində Kral kollecində fəaliyyət göstərən Teoloci Sistemlərin
Tədqiqat İnstitutu müxtəlif mətnlər toplusunun sistemləşdirilməsi üçün bir neçə
dildə tərcümə edə bilən kompüter metodikasından istifadə edirdi. Onların arasında
din ensiklopediyaları, dini xadimlərin bioqrafiyaları, müxtəlif dildə müqəddəs
kitablar, tarixi xronikalar, Vatikan sənədləri, keşişlərin gündəlikləri – bir sözlə, dini
məsələlərə aid olan hər şey. İndi bu möhtəşəm kolleksiya sonsuz səhifələrdə deyil,
bit və bayt şəklində idi və məlumatları daha asanlıqla əldə etmək olardı.
Kompüterin qarşısına keçən kitabxanaçı qız kağızı yanına qoyub çap etməyə
başladı.
- Bir neçə söz daxil etməklə axtarış sistemini işə salaq. Sonra görək nə olur.
- Sağ olun.
Hettem çap etdi: London, cəngavər, papa. Sonra «axtarış» klavişini basdı və
kompüter məlumatları saniyədə beş yüz meqabayt sürətlə yoxlamağa başladı.
- Mən bu üç sözün bir mətndə olduğu sənədləri göstərməyi sistemdən xahiş
etdim. Əlbəttə o, çoxlu artıq informasiya üzə çıxaracaq, amma düşünürəm ki,
bundan başlasaq yaxşıdır.
Ekranda ilk sətirlər görünməyə başladı:
«Papanın portretləri. Ser Coşua Runoldsun şəkil toplusu. London universiteti
press»
Hettem başını yırğaladı:
- Yəqin ki, bu bizə lazım deyil. Ardına baxaq.
«Aleksandr Popun yaradıcılığında London dövrü (Aleksandr Pop – (1688-
1744)- ingilis şair və filosofu. Pope familiyası tərcümədə «papa» - Roma katolik
kilsəsinin rəhbəri mənasını verir) və C.Nilson Nayt (Nayt familiyası ingiliscə
«knight» - «cəngavər» sözündəndir)
Bu bizə lazım deyil.
Sistem işləməyə davam etdi və məlumatlar axmağa başladı. Onların
əksəriyyətində, satirik şerlərində London və cəngavərlər haqqında söhbət gedən
on səkkizinci əsrin ingilis yazıçısı Aleksandr Pop barədə məlumatlar vardı.
Hettem ekranın aşağı küncündəki nömrələrə baxdı. İnformasiya daxil etdikdə,
kompüter avtomatik olaraq istifadəçiyə neçə faiz məlumatın tapıldığını bildirirdi.
Məlumatların təxmini sayı: 2692
- Biz axtarış dairəsini necəsə daraltmalıyıq, - Hettem dedi. – Sizdə informasiya
ancaq bu qədərdirmi? Bəlkə, daha nəsə var?
Lenqdon Sofiyə baxdı. O, tərəddüd edirdi.
Onlar nəsə gizlədirlər, Hettem düşündü. Özü də bu Harvard axmaqlığı deyil. O,
Lenqdonun keçən il Romaya səfəri barədə eşitmişdi. Bu amerikalı dünyada ən


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə