Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə96/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   92   93   94   95   96   97   98   99   ...   115

Lenqdonu başqa şey narahat edirdi: Qraalın yerini göstərən xəritə tapılsa, və baş
verəcək? Bax onda Lyu onlar üçün həqiqətən yük olacaq.
Lenqdonun Lyuya kömək etmək və guşəli daşı yenidən görmək şansı olsa da,
əvvəlcə cəngavərin qəbrini tapmaq zəruri idi. Təəssüf ki, Reminin vaxtı daha çox
idi.
Remini saxlamaq, - bu, Sofinin işidir. Qəbri tapmaq isə – Lenqdonun.
Sofi Remi və Saylasın axtarışına London polisini cəlb edəcək, bu, cinayətkarları
sığınacaq axtarmağa məcbur edəcək. Yaxud daha yaxşı olar ki, onları həbs etsinlər.
Lenqdonun planı daha aydın idi. Metroya oturub Kral kollecinə getmək,
teologiyaya aid yeniləşən elektron məlumat bazasını axtarmaq. Bu, universal
tədqiqat alətidir. Lenqdona belə demişdilər. İstənilən dini-tarixi suallara düzgün və
tez cavablar verir. Maraqlıdır, papa tərəfindən dəfn olunmuş cəngavər sorğusuna,
bu baza nə cavab verəcək?
O, ayağa qalxıb qatarın gəlməyini gözləyə-gözləyə platformada var-gəl etdi.
Nəhayət Sofi avtomat-telefondan London polisinə zəng edə bildi.
- Snou-Hill bölməsi, - dispetçer cavab verdi. – Necə kömək edə bilərəm?
- İnsan oğurluğu haqqında məlumat vermək istəyirəm, - Sofi belə söhbət
aparmağı bacarırdı.
- Xahiş edirəm, adınızı deyin.
- Fransanın məhkəmə polisindən agent Sofi Neve, - Sofi cavab verdi.
Sofinin vəzifəsi arzu olunan nəticəni verdi.
- Bir dəqiqə, mem. İndi sizi detektivlə calaşdıraram.
Əlaqə yaradılınca, Sofi London polisinə Tibinqi oğurlayanların təsvirinin gərəkli
olub-olmayacağını düşünürdü. Frak geymiş kişi. Bu daha sadədir, günün günorta
çağı Londonun küçələrində uzağı bir-iki nəfər fraklı adam ola bilər. Hətta Remi
geyimini dəyişsə də, axı o tək deyildi, albinos-rahiblə birlikdə idi. Bunu qaçırmaq
olmaz. Bundan başqa, onlar girov götürüblər, ona görə də ümumi nəqliyyatdan
çətin ki, istifadə etsinlər. Maraqlıdır, Londonda «yaquar» markalı limuzin
çoxdurmu?..
Sofiyə elə gəldi ki, onu detektivlə calaşdırmaq üçün lazım olan çox uzun çəkdi.
Hə, tez olun! Dəstəkdən yalnız boğuq səslər eşidilirdi.
On beş saniyə keçdi.
Budur, nəhayət dəstəkdə kişi səsi eşidildi:
- Agent Neve?
Sofi sarsıldı. O, bu səsi dərhal tanıdı.
- Agent Neve? – kapitan Faş təkrar etdi. – Lənət şeytana, siz hardasınız?
Sofinin dili tutuldu. Yəqin ki, kapitan Faş, Sofi zəng edərsə, ona xəbər
veilməsini London polisinin dispetçerindən xahiş etmişdi.
- Qulaq asın, - Faş indii fransızca danışırdı, - dünən axşam mən böyük səhv
etmişəm. Robert Lenqdon günahkar deyil. Onun üstündən bütün ittihamlar


götürülüb. Buna baxmayaraq, siz ikiniz də indi təhlükədəsiniz. Yaxınlıqda yerləşən
polis şöbəsinə mütləq müraciət edin.
Sofi necə cavab verəcəyini bilmirdi. Faş səhvlərinə görə üzr istəyən adam
deyil.
- Və mənə xatırlatmaq lazım deyil ki, - Faş sözünə davam etdi, - Cak Sonyer
sizin babanız olub. Dünən axşam sizin emosional stressdə olduğunuz üçün əmrlərə
tabe olmadığınızı unutmağa hazıram. Amma indi, Lenqdonla siz yaxınlıqda
yerləşən polis şöbəsinə mütləq müraciət etməlisiniz. Öz təhlükəsizliyiniz üçün.
O, mənim Londonda olduğumu bilirmi? Faşa daha nə məlumdur? Onun səsinə
qəribə səslər qarışmışdı, sanki yaxınlıqda nəsə deşirdilər ya da hansısa mexanizm
işləyirdi. Sofi xəttdə fasiləsiz şaqqıltı da eşidirdi.
- Kapitan, siz mənim olduğum yeri müəyyənləşdirmək istəyirsiniz?
- Agent Neve, biz sizinlə birləşməliyik, - Faş dedi. – Əks halda biz çox şey itirə
bilərik. Mən dünən öz düşüncələrimdə səhvə yol vermişəm və əgər aydınlaşsa ki,
amerikalı professoru və xidmətimizin şifrəaçanını təqib və ittiham etməkdə
yanılmışam, mən işimi itirəcəyəm. Son bir neçə saat ərzində mən sizi çox təhlükəli
vəziyyətdən qurtarmağa çalışmışam.
Sofini isti külək vurdu, qatar platformaya yaxınlaşırdı. O, qatara çatmaq
istəyirdi. Lenqdon qatarın yaxınlaşdığını görüb skamyadan qalxdı və telefon
budkasına yaxınlaşdı.
- Sizə Remi Leqaludek adlı biri lazımdır, - Sofi dedi. – Tibinqin xidmətçisi. O, bir
az bundan əvvəl Templ kilsəsində Tibinqi əsir götürüb və…
- Agent Neve! – Faş ucadan dedi və bu an qatar gurultu ilə platformaya
yaxınlaşdı. – Belə məsələləri telefonda müzakirə etmək olmaz! Siz Lenqdonla
birlikdə təcili olaraq gəlməlisiniz. Öz xeyriniz üçün! Bu əmrdir!
Sofi dəstəyi asdı və son halda Lenqdonla birlikdə özünü vaqona atdı.
LXXXIX
Əvvəllər «xoker»in salonu tər-təmiz idisə, indi metal qırıntıları və propan iyi ilə
dolmuşdu. Bezu Faş bütün əməkdaşları çölə qovub stolun arxasında tək
oturmuşdu. Stolun üstündə viski dolu stəkan və Tibinqin seyfindən tapılmış taxta
mücrü var idi.
Faş barmaqlarını oyma qızılgülün üstündə gəzdirdi, sonra ehtiyatla qapağı
qaldırdı. Mücrünün içində üstündə hərflər olan disklərdən ibarət daş silindr vardı.
Disklər elə düzülmüşdü ki, onların üstündə «SOFİYA» sözü oxunurdu. Faş bu sözə
uzun müddət baxdı, sonra silindri mücrüdən çıxarıb ona daha diqqətlə baxmağa
başladı. Ehtiyatla uclarından dartmağa başladı. Silindr iki hissəyə bölündü. İçərisi
boş idi.
Faş onu qaytarıb mücrüyə qoydu və bir az bundan əvvəl Sofi ilə etdiyi söhbət,
həmçinin Şato Villetdə olan elmi-texniki şöbənin əməkdaşlarından aldığı
informasiya barədə düşünərək uzun müddət illüminatordan anqara baxdı. Mobil
telefonun zəngi onu fikirdən ayırdı.


Məhkəmə polisinin dispetçer xidmətinin operatoru zəng etmişdi. O, kapitanı
işdən ayırdığı üçün üzr istədi. Amma Sürix Depozitar Bankının prezidenti onları
dəng edib. Faşın mühüm işdən ötrü Londona getdiyini ona dedikdən sonra, yenə
də zəng etməkdən əl çəkməyib. Faş hirsli-hirsli dedi ki, onu bankın prezidenti ilə
calaşdırsınlar.
- Müsyö Berne, - bankirə salamlaşmağa belə imkan verməyən Faş dedi, - sizə
tez zəng edə bilmədiyim üçün üzr istəyirəm. Bərk məşğul idim. Mən verdiyim
sözün üstündə durmuşam və sizin bankınızın adı kütləvi informasiya vasitələrində
hallanmayıb. Bəs, sizi narahat edən nədir?
Bernenin səsi həyəcandan titrəyirdi. O, Faşa Lenqdonla Sofinin bankdan taxta
mücrünü götürdüklərini və qaçmaq üçün kömək etməyə onu inandırdıqlarını
danışdı.
- Mən radioda eşidəndə ki, onlar cinayətkardırlar, - Berne davam etdi, -
furqonu saxlayıb, onlardan mücrünü qaytarmalarını tələb etdim. Amma onlar
mənə hücum etdilər, furqonu qaçırıb aradan çıxdılar.
- Deməli, sizi taxta mücrünün taleyi narahat edir, - Faş dedi. Mücrüyə baxdı,
sonra qapağı qaldırıb ağ rəngli daş silindri gördü. – Siz deyə bilərsinizmi ki, bu
mücrünün içində nə var idi?
- Bu mühüm deyil, - Berne cavab verdi. – Şəxsən mənim üçün bankın
reputasiyası daha önəmlidir. Bizi bir dəfə də olsun, qarət etməyiblər! Heç vaxt!
Əgər ictimaiyyət bilsə ki, mən müştərilərimin əmlakının müdafiəsini təmin edə
bilmirəm, onda biz iflas edərik.
- Deməli, siz deyirsiniz ki, agent Neve və Robert Lenqdonda açar var idi və
onlar giriş kodunu bilirdilər? Belə olan halda, siz nə üçün deyirsiniz ki, onlar
mücrünü oğurlayıblar?
- Ona görə ki, onlar qatildirlər! Bir neçə adam, o cümlədən Sofinin babasını
öldürüblər. Ola bilər ki, açar və parolu cinayət yolu ilə əldə ediblər.
- Mister Berne, mənim adamlarım sizin keçmişinizi, maraq dairənizi
yoxlayıblar. Və əmin olublar ki, siz yüksək mədəni və savadlı insansınız. Həm də
düzgün adamsınız. Mənim kimi. Sizə bir zabit kimi, Fransanın məhkəmə polisinin
rəisi kimi söz verirəm ki, sizin mücrünüz də, bankın reputasiyası da etibarlı
əllərdədir.
XC FƏSİL


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə