Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə92/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   88   89   90   91   92   93   94   95   ...   115

Faş anqara gələndən sonra ona altmış saniyə bəs etdi ki, Tibinqin limuzininin
dayandığı yerdə qan ləkəsini tapsın. Sonra Faş təyyarəyə yaxınlaşıb yumruğu ilə
fyuzelyacı möhkəmcə döydü.
- Fransa məhkəmə polisinin kapitanıdır! Qapını açın!
Pilot qorxmuş halda qapını açdı və pilləkənlə aşağı düşməyə başladı. Faş onu
qarşıladı. Üç dəqiqə sonra o, köməkçisi ilə birlikdə pilotun tam etirafını, o
cümlədən əl-qolu bağlanmış albinos-rahibin təsvirini əldə etdi. Bundan başqa o,
Lenqdonla Sofinin təyyarənin bortundakı seyfə nəsə qoyduğunu da öyrəndi. Taxta
mücrüyə oxşayır. Pilot bu mücrüdə nəyin olduğunu bilməsə də, Lenqdonun uçuş
ərzində onu əlindən yerə qoymadığını dedi.
- Seyfi açın, - Faş əmr verdi.
Pilot qorxa-qorxa dedi:
- Axı, mən rəqəmli kodu bilmirəm.
- Çox pis. Mən sizin lisenziyanızı saxlamaq istəyirdim…
Pilot çarəsizlikdən özünü itirmişdi.
- Mən yerli əməkdaşlardan bir neçəsini tanıyıram. Texniki personaldan. Bəlkə,
seyfi deşmək mümkün oldu?
- Sizə yarım saat vaxt verirəm.
Faş təyyarənin arxa tərəfinə keçib içki içmək istədi. Spirtli içki içmək üçün tez
olsa da, o, bütün gecəni yatmamışdı. Yumşaq, məxmər üzlüklü kresloya yayxanıb
gözlərini yumdu və baş verənləri düşünməyə başladı. Kent polisinin səhvi mənə
baha başa gələ bilər. İndii bütün gücü «Yaquar» markalı qara limuzinin axtarışına
yönəltmək lazımdır.
Bu vaxt mobil telefon zəng çaldı və Faş hirsli-hirsli düşündü: «Bir saniyə də
sakit qalmağa qoymurlar!»
- Allo?
- Mən Londona uçuram. – Bu, yepiskop Arinqarosa idi. – Təxminən bir saat
sonra ora çatacağam.
Faş kresloda özünü düzəltdi.
- Mən düşünürdüm ki, siz Parisə uçursunuz.
- Mən vəziyyətin belə şəkil almasından bərk narahatam. Planları dəyişmək
lazımdır.
- Lazım deyildi.
- Saylas sizinlədir?
- Yox. Onu girov götürüblər, sonra Kent polisinin gözündən oğurlapyıb
qaçırıblar.
Arinqarosanın səsində qəzəb aydın hiss edilirdi.
- Axı, siz məni əmin etdiniz ki, onları tutacaqsınız!
Faş səsini qısdı:


- Baxın, yepiskop. Sizin vəziyyətinizi nəzərə alsaq, bu gün mənim səbrimi
daşırmağı məsləhət bilməzdim. Saylası və o biriləri tezliklə tapmaq üçün hər şey
edəcəyəm. Siz nə vaxt yerə enəcəksiniz?
- Bir dəqiqə, - Arinqarosa ovcu ilə telefonun mikrofonunu tutub sonra yenə
dedi: - Pilot Hitrouda enmək üçün icazə istəyir. Mən təyyarədə təkəm, biz uçuş
planından və cədvəldən kənara çıxmışıq.
- Ona deyin ki, Kentdə Biqqin-Hill aeroportuna uçsun. Mən buna icazə
verirəm. Eniş üçün narahat olmasın. Yerə endiyiniz zaman mən burda olmasam,
sizin üçün avtomobil qoyacağam.
- Sağ olun.
- Bayaq dediyim kimi, yepiskop, siz artıq bilməlisiniz: hər şeyi itirmək təhlükəsi
təkcə sizi gözləmir!
LXXXV FƏSİL
Qəbirdən itmiş kürəni tap…
Templ kilsəsində ömürlük yuxuya getmiş daş cəngavərlərin hamısı kürəyi
üstündə uzanmışdı, onların başı dördkünc daş «balış»ın üstünə qoyulmuşdu. Sofi
ürpəşdi. Kürə haqqında söhbətlər, babasının qəsrindəki o dəhşətli və qəribə gecəni
yadına saldı.
Xieros qamos. Kürələr.
Maraqlıdır, Sofi düşündü, bu məbəddə də belə ayinlər keçirilibmi? Binanın
dairəvi formada tikilməsi, deyəsən, bütpərəstlik mərasimlərinin keçirilməsi üçün
idi. Divar boyunca daş skamya qoyulmuşdu, ortalıq boş idi.
Qədim teatra oxşayır, gərək ki, Robert belə dedi. O, bu binanın gecə nə təhər
görünəcəyini təsəvvür etdi. Dairəvi şəkildə düzülmüş maskalı insanlar məşəllərin
işığında əfsun oxuyur, hamı dairənin mərkəzində «iki başlanğıcın müqəddəs
birləşməsi»nə baxır.
Sofi xatirələrdən uzaqlaşaraq, Lenqdon və Tibinqlə birlikdə cəngavərlərin
birinci qrupuna tərəf addımladı. Tibinqin təkidlə hər şeyə diqqətlə baxmaq xahişini
qulaqardına vuran Sofi sol tərəfdəki qəbirləri gözdən keçirdi.
Daş cəngavərlərə baxan Sofi onların oxşar və fərqli cəhətlərinə fikir verirdi.
Cəngavərlərin hamısı kürəyi üstündə uzanmışdı, üçü ayağı uzanılı, ikisi yığılı
vəziyyətdə idi. Amma bu qəribəliyin yerində olmayan kürəyə heç bir dəxli yox idi.
Geyimlərə baxan Sofi gördü ki, iki cəngavər əsləhənin üstündən qısa tunik, digər
üçü isə uzun plaş geymişdi.


Yenə də kürə ilə heç bir əlaqəsi yoxdur. Sonra Sofi daha bir aydın fərqliliyə
diqqət yetirdi: əllərin vəziyyətinə. İki cəngavərin əlində qılınc vardı, iki cəngavər
dua edirdi, üçüncü isə əllərini yanlara açaraq uzanmışdı. Sofi əllərə kifayət qədər
baxdı, sonra müəmmalı kürəyə aid heç bir işarə tapmadığını görüb çiyinlərini çəkdi.
O, kripteks olan cibini əli ilə tutub Lenqdonla Tibinqə tərəf çevrildi. Kişilər asta
hərəkət etdiklərindən hələ üçüncü cəngavərin yanında idilər. Amma deyəsən,
onlar da bir şey tapmamışdılar. Onun gözləməyə səbri çatmadı, çevrilib ikinci
sıradakı cəngavərlərə tərəf addımladı.
Otağın diaqonalı boyunca yeriyən Sofi şeri fikrindən keçirirdi. Bu şer onun
yaddaşından heç vaxt çıxmazdı.
London, burda papa tərəfindən dəfn olunmuş cəngavər yatır.
O, pontifikin qəzəbinə tuş gəlib.
Qəbirdən itmiş kürəni tap, Qızılgül çiçəyi.
Bu, bəhrə verən bətnə işarədir.
İkinci qrup cəngavərlərə yaxınlaşan Sofi, bunların birinci qrupla eyni olduğunu
gördü. Burda da cəngavərlər müxtəlif pozada, əsləhə və yaraq-yasaqda idilər.
Təkcə axırıncı, onuncu cəngavərdən başqa.
Sofi bu cəngavərə qaçıb, yerində quryub qaldı.
Daş balış, əsləhə, tunik, qılınc – bunların heç biri yox idi.
- Robert! Lyu! – o çağırdı. Səsi daş qübbə altında əks-səda verdi. – Baxın,
burda nəsə çatışmır!
Kişilər başlarını qaldırıb tez ona tərəf yeridilər.
- Kürə? – Tibinq ucadan soruşdu. Qoltuq ağacları daş plitənin üstündə
möhkəm taqqıldayırdı. – Burda kürə çatışmır, hə?
- Yox, - Sofi cavab verdi. – O, fikirli-fikirli onuncu qəbrə baxmağa davam edirdi.
– Deyəsən, burda cəngavərin özü çatışmır.
Kişilər yaxınlaşıb onuncu qəbirə heyrətlə baxdılar. Burda yerə uzanmış
cəngavər əvəzinə daş qəbir vardı. Qəbir trapesiya formasında idi və yuxarıdan
konusşəkilli, itiuclu qapaqla örtülmüşdü.
- Bəs, bu cəngavəri niyə qəbrin çölünə qoymayıblar? – Lenqdon soruşdu.
- Heyrətamizdir… - Tibinq çənəsini sığallayaraq mızıldadı. – Bu qəribəlik
tamam yadımdan çıxıb. Çoxdandır burda olmuram.
- Güman ki, bu qəbir, - Sofi dedi, - o biri doqquz cəngavərin fiquru ilə birlikdə
eyni vaxtda, eyni heykəltəraş tərəfindən düzəldilib. Amma niyə, məhz bu cəngavər
qəbirdə yatır?
Tibinq başını yırğaladı:
- Bu, kilsənin müəmmalarından biridir. Elə bilirəm ki, hələlik heç kim buna
ağlabatan izah verməyib.
- Cənablar! – Xidmətçi-oğlan onlara narazı halda yaxınlaşdı. – Bağışlayın, mane
olmaq istəməzdim. Amma siz özünüz dediniz ki, toz səpmək istəyirsiniz. Bunun
əvəzinə, siz burda ekskursiyadakı kimi gəzirsiniz.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə