Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə88/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   84   85   86   87   88   89   90   91   ...   115

Kent qraflığının polis inspektoru salonda dayanıb hirsindən cilov gəmirirdi.
Bax, zibil! Sifəti od tutub yanırdı. Hirsli və əsəbi halda olan polis inspektoru,
qapıdan baxıb limuzinin yanında polislərin hədəfi altında dayanmış Tibinqi və
xidmətçisini gördü.
- Buraxın onları! – inspektor əmr etdi. – Qoy getsinlər. Anlaşılmazlıq olub.
Tibinq ona tərəf hirslə baxdı:
- Mənim vəkillərimin zəngini gözləyin. Gələcək üçün yadda saxlayın ki, fransız
polisinə inanmaq olmaz!
Remi limuzinin arxa qapısını açıb əlil ağasına maşında oturmağa kömək etdi.
Sonra avtomobilin qabaq tərəfinə addımlayıb sükan arxasına keçdi və mühərriki işə
saldı. Polislər kənara çəkildilər, «yaquar» anqardan sürətlə çıxdı.
- Nöqtəsinə qədər gözəl oynadıq, - maşın sürətini artıraraq aeroportdan
çıxanda Tibinq dedi. Sonra çevrilib ön oturacaqların altına baxdı. – Orda
rahatsınızmı, mənim dostlarım?
Lenqdon başını tərpətdi. O, Sofi ilə birlikdə maşının döşəməsinə əl-qolu bağlı
uzadılmış albinosun başı üstünə oturmuşdu. Əsirin ağzına dəsmal qoyulmuşdu.
Bir az əvvəl, «xoker» anqara girən kimi pilot mühərriki söndürdü, Remi qapını
açıb pilləkəni yerə atdı. Polis maşınları vıyıltı ilə yaxınlaşarkən Lenqdonla Sofi əl-
qolu sarınmış rahibi təyyarədən çıxarıb limuzində gizlətmişdilər. Sonra pilot
yenidən mühərriki işə saldı və təyyarəni döndərməyə başladı. Polislər anqara girər-
girməz pilot təyyarəni çıxışa tərəf döndərib saxladı.
İndi limuzin Kentə tərəf şütüyürdü, Lenqdonla Sofi rahibi döşəmədə qoyub
arxa oturacağa keçdilər və Tibinqlə üzbəüz oturdular. İngilis gülümsünüb ön
oturacağın arxalığına bərkidilmiş barı açdı.
- Sizi nəyə qonaq edim? Bəlkə, içmək istəyirsiniz? Çipsi? Fıstıq? Selter balığı?
Sofi və Lenqdon imtina etdilər. Tibinq barı bağladı.
- Onda gəlin, bədbəxt cəngavərin qəbrinə qayıdaq.
LXXXII FƏSİL
- Flit-Strit? – Lenqdon gözlərini Tibinqdən çəkməyərək soruşdu. – Mərhum Flit-
Stritdə basdırılıb?
Hələlik Tibinq «cəngavərin qəbri»nin harda yerləşdiyi barədə öz fikrini deməyə
hazırlaşmırdı.
Tibinq gülümsünüb Sofiyə dedi:
- Miss Neve, Harvarddan olan bu oğlana icazə verin, şerə bir də baxsın.


Sofi cibini eşələyib perqamentə bükülmüş qara kripteksi çıxartdı. Palisandr
ağacından düzəlmiş mücrünü və ağ rəngli böyük kripteksi təyyarənin seyfində
saxlamağı qərara almışdılar, özləri ilə yalnız müəmmalı qara kripteksi
götürmüşdülər. Sofi perqamenti açıb onu Lenqdona uzatdı.
Lenqdon təyyarədə şerri bir neçə dəfə oxumuşdu, amma cəngavərin qəbrinin
harda yerləşdiyini anlaya bilməmişdi. Budur o, yenə də o ümidlə sətirləri yavaş-
yavaş oxumağa başladı ki, bəlkə nəsə anlasın.
London, burda papa tərəfindən dəfn olunmuş cəngavər yatır.
O, pontifikin qəzəbinə tuş gəlib.
Qəbirdən itmiş kürəni tap, Qızılgül çiçəyi.
Bu, bəhrə verən bətnə bir işarədir.
İlk baxışdan hər şeydən aydın görünür. Londonda dəfn olunmuş hansısa
cəngavər var. Bu cəngavər Kilsənin qəzəbinə tuş gəlib. Cəngavərin qəbrində
hansısa kürə çatışmır. Kürə mütləq olmalıdır. Qızılgül çiçəyi və bəhrə verən bətn
haqqındakı son sətirlər – Mariya Maqdalinanın allüziyasıdır.
Məzmunun kifayət qədər birmənalı olduğuna baxmayaraq, Lenqdon bu
cəngavərin kim olduğunu və harda dəfn edildiyini anlamırdı. Bundan başqa, əgər
onlar qəbri tapsalar da, belə çıxır ki, qəbirdə çatışmayan əşyanı da axtarmalıydılar.
«Qəbirdən itmiş kürəni tap…»
- Nə fikriniz var? – Tibinq soruşdu və Lenqdon məşhur tarixçinin səsində qürur
duydu. – Miss Neve?..
Sofi başını yırğaladı.
- Eh, siz mənsiz nə edərdiniz! – Tibinq dedi. – Yaxşı, fikrimi sizlə bölüşüm. Hər
şey çox sadədir! Birinci sətir – açardır. Xahiş edirəm, bir də ucadan oxuyun.
«London, burda papa tərəfindən dəfn olunmuş cəngavər yatır».
- Məhz belədir. Papanın dəfn etdiyi cəngavər. – O, lenqdona baxdı. – Bu, sizə
nə deyir?
Lenqdon çiyinlərini əkdi:
- Papanın dəfn etdiyi cəngavər? Cəngavər, hansı ki, onun dəfnində papa iştirak
edib?
Tibinq bərkdən güldü:
- Nə gözəl! Siz böyük optimistsiniz, Robert. İkinci sətirə baxın. Bu cəngavər,
yəqin nəsə edib ki, Kilsənin qəzəbinə düçar olub. Bir də yaxşı düşünün. Xatırlayın
ki, Kilsə və tampliyerlər ordeni arasında münasibət necə inkişaf edirdi. Papanın
dəfn etdiyi cəngavər?..
- Papanın öldürdüyü cəngavər? – Sofi dedi. Tibinq gülümsündü və onun dizinə
əli ilə vurdu:
- Bax, siz yaxınlaşdınız, əzizim. Papanın dəfn etdiyi cəngavər. Yaxud onun qətlə
yetirdiyi.
Lenqdon tampliyerlərin tarixində faciəvi gün ayın 13-ü, cümə günü, 1307-ci ili
xatırladı. Həmin gün papa Kliment minlərlə cəngavər-tampliyeri məhv etmişdi.


- Belə olduqda, cəngavərlərin qəbri çox olmalıdır.
- Yox, elə deyil! – Tibinq ucadan dedi. – Onlardan çoxu dirəklərə bağlanaraq
yandırılıb, sonra bədbəxtlərin cəsədi heç bir mərasim keçirilmədən Tibr çayına
atılıb. Amma bizim şerdə qəbir barədə danışılır və bu qəbir Londondadır.
Londonda isə bir neçə cəngavər dəfn olunub. – O susdu və Lenqdonun düz
gözlərinin içinə baxdı. Düşünürdü ki, davamını Lenqdon deyəcək. – Hə, Robert,
Allah xatirinə! Prioratın hərbi birləşmələri tərəfindən Londonda tikilmiş kilsə!
Tampliyerlər ordeninin kilsəsi!
- Templ kilsəsi? – Lenqdon təəccüblə dedi. – Məgər orda qəbir var?
- Orda onlarla qəmgin qəbir daşı var.
Lenqdon Prioratın tarixini öyrənəndə bu kilsə haqqındakı məlumatlara tez-tez
rast gəlsə də, heç zaman Templda olmamışdı. Bir zamanlar Birləşmiş Krallıqda
Prioratın və tampliyerlərin aktiv fəaliyyətinin episentri olan bu kilsə, Süleyman
şahın məbədinin şərəfinə Templ adlandırılmışdı. (Solomons Temple). Cəngavər
ordeninin adı da burdan yaranmışdı, onlar Süleyman məbədinin dağıntıları
altından Sanqril sənədlərini çıxara bilmişdilər, bu isə onlara Roma üstündə
hökmranlıq etmək imkanı yaratmışdı. Templdə cəngavərlərin xristian ayinlərinə
bənzəməyən qəribə və sirli rituallar keçirmələri barədə çoxlu əfsanələr yaranmışdı.
- Deməli, Templ kilsəsi Flit-Stritdə yerləşir?
- Yox, Flit-Stritdən kifayət qədər uzaqda. İnter-Templ-leyndə, - Tibinq cavab
verdi. Onun gözləri parıldayırdı. – İstəyirəm ki, mən söhbətə başlamazdan əvvəl,
siz bir azda tərləyəsiniz.
- Sağ olun.
- Hansınız orda heç olmasa bir dəfə olub?
Sofi və Lenqdon mənfi cavab verdilər.
- Mən heç də təəccüblənmədim, - Tibinq dedi. – Bu kilsəni tapmaq o qədər
asan deyil, hündür evlərin arasında yerləşir. Çox az adam onun yerini dəqiq bilir.
Sizə deyim ki, çox qəribə yerdir! Adamın tükləri ürpəşir. Tipik bütpərəstlik
abidəsidir.
- Bütpərəstlik? – Sofi təəccübləndi.
- Bəli bu, bütpərəstlik panteonudur! – Tibinq ucadan dedi. – Kilsə dairəvidir.
Tampliyerlər tikinti zamanı xristianlıq üçün ənənəvi olan xaçşəkilli formadan
istifadə etməyiblər. Onlar kilsəni düzgün dairə şəklində tikiblər. Bü, günəşin
rəmzidir. Əgər bu, Romada olsaydı, yenə anlaşılardı! Bunu düz Londonun
göbəyində tikiblər!
Sofi Tibinqdən gözünü çəkmirdi.
- Bəs, şerin qalan sətirləri?
Tarixçinin coşqunluğu bir qədər azaldı.
- Bilmirəm, əmin deyiləm. Anlaşılmazdır. Hər halda biz, bu on qəbirə diqqətlə
baxmalıyıq. Əgər bəxtimiz gətirsə, onda kürənin əvvəllər olduğu yeri görəcəyik.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə