Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə90/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   86   87   88   89   90   91   92   93   ...   115

yaxud hərbi forposta oxşayırdı. 1185-ci ilin 10 fevralında Yerusəlim patriarxı
Herakli tərəfindən tikilmiş Templ kilsəsi səkkiz əsr müvəffəqiyyətlə siyasi
toqquşmalara tab gətirmiş, böyük London yanğını və Birinci Dünya
müharibəsindən salamat çıxmış, amma 1940-cı ildə faşist bombalarından ciddi
zədə almışdı. Müharibədən sonra tamamilə bərpa edilmişdi.
Adi dairəvi binadır, Lenqdon ilk dəfə gördüyü tikiliyə baxaraq düşündü. Sadə
memarlıq nümunəsidir, hətta primitivdir, naxış və bəzək elementləri yoxdur,
panteondan daha çox Romadakı Sant-Ancelo qalasına oxşayır. Sağ tərəfdə çıxıntı
kimi görünən nef ilk gözə dəyən şey olsa da, binanın bütpərəstlik memarlığı
üslubunda olmasını gizlədə bilmirdi.
- Şənbə ibadəti üçün hələ çox tezdir, - Tibinq dedi və girişə tərəf getdi. –
Düşünürəm ki, bizə heç kim mane olmaz.
Kilsənin girişi daş oyuqda qoyulmuş taxta qapıdan ibarət idi. Sol tərəfdə
konsert və kilsə xidmətlərinin cədvəli yazılmış lövhə vurulmuşdu.
Tibinq üz-gözünü turşutdu:
- İki saatdan tez açılmayacaq. – O, qapıya yaxınlaşıb dəstəyi dartdı. Qapı
açılmadı. Belə olduqda o, qulağını qapıya söykəyib dinləməyə başladı. Sonra
hiyləgərcəsinə gülüb kənara çəkildi və elanlar lövhəsini göstərib dedi: - Robert,
zəhmət olmasa, bura baxın, bu həftə kim xidmət göstərir?
Xidmətçi oğlan döşəməni tozsoranla təzəcə təmizləmişdi ki, kilsənin qapısını
döydülər. O, bu taqqıltıya fikir vermədi. Xarvi Noulz atanın öz açarı vardı, səhər
xidmətinin başlanmasına hələ iki saat qalırdı. Yəqin ki, hansısa yoxsul yada sırtıq
turistdir.
Amma bu vaxt qapı daha möhkəm döyülməyə başladı, qapı titrəyirdi, kimsə
elə bil, dəmir çubuqla onu döyürdü. Oğlan tozsoranı söndürüb hirslə qapıya tərəf
getdi. Rəzəni çəkən kimi qapılar taybatay açıldı. Astanada üç nəfər dayanmışdı.
- Hə, turistlərdir, - o, sakitcə mızıldadı. – Kilsə saat doqquz otuzda açılır.
Qoltuq ağacına söykənmiş yaşlı kişi qabağ gəldi, yəqin qrupun rəhbəri budur.
- Mən ser Lyu Tibinqəm. – o, kübar ləhcəsi ilə ingilis dilində özünü təqdim etdi.
– gördüyünüz kimi, mister Kristofer Dördüncü Ren və xanımına bələdçilik edirəm. –
Bunu deyib o, kənara çəkildi və oğlan bu xoşagəlimli cütlüyü gördü. Qadının
mehriban üzü, gözəl şabalıdı saçları vardı. Kişi ucaboy, qarasaçlı idi. Xidmətçi
oğlana elə gəldi ki, o, bu adamı hardasa görüb.
Oğlan çaşıb qalmışdı. O bilirdi ki, ser Kristofer Ren Templ kilsəsinin ən məşhur
hamilərindən biridir. Böyük London yanğınından sonra bütün restavrasiya işlərinə
məhz o, pul ayırmışdı. Oğlan onu da bilirdi ki, ser Kristofer Ren on səkkizinci əsrin
əvvəllərində dünyasını dəyişib.
- E-e… a-a… sizinlə tanış olmağıma çox şadam…
Qoltuq ağacına söykənmiş kişi qaş-qabaqla dedi:
- Yaxşı ki, ticarətdə işləmirsiniz, gənc oğlan. Özünüzü inamsız aparırsınız. Noulz
ata hardadır?


- Bu gün şənbədir. O, bir az gec gələcək.
Şikəst adam qaş-qabağını tökdü:
- Bax, bu da yaxşılıq. O, bizi əmin etmişdi ki, vaxtında gələcək. Amma deyəsən,
onsuz keçinəcəyik. Bu, çox vaxt aparmaz.
Lakin xidmətçi oğlan əvvəlki kimi girişi kəsmişdi.
- Bağışlayın ser, mən başa düşmədim. Nə çox vaxt aparmayacaq?
Kişi gözlərini qıyıb qabağa əyildi və guya yoldaşlarının utanmaması üçün
pıçıldadı:
- Siz yəqin ki, burda təzəsiniz, gənc oğlan. Hər il ser Kristofer Renin övladları
əcdadlarının qəbrindən bir ovuc torpaq götürüb, bu müqəddəs məkana səpirlər.
Aydındır ki, bu uzun səyahət heç kimi sevindirmir, amma nə etmək olar?
Xidmətçi oğlan Templ kilsəsində iki il idi işləyirdi, amma belə adət haqqında
heç nə eşitməmişdi.
- Yenə də yaxşı olar ki, saat doqquz otuza qədər gözləyəsiniz. Kilsə bağlıdır,
mən hələ yır-yığışı qurtarmamışam.
Şikəst kişinin hirsindən gözləri parıldadı:
- Cavan oğlan, sizə məlumdurmu ki, bu məbəd centlmenin və onun xanımının
cibindəki əşya sayəsində öz yerində dayanıb?
- Bağışlayın, anlamadım.
- Missis Ren, - şikəst dedi, - xahiş edirəm, o qiymətli əşyanı bu cavan oğlana
göstərəsiniz.
Qadın tərədüd etdi, sonra transdan ayılmış kimi, əlini sviterinin cibinə saldı və
əskiyə bükülü kiçik silindri çıxartdı.
- Görürsünüz? – qoltuq ağacına söykənmiş kişi dedi. – İndii ya bizə mərhumun
arzusunu yerinə yetirməyə imkan verəcəksiniz ya da mən Noulz ataya bizimlə
burda necə rəftar edildiyini xəbər verəcəm.
Xidmətçi oğlan nə edəcəyini bilmirdi. O, Noulz atanın kilsə ənənələrinə necə
riayət etdiyini bilirdi. Noulz atanın nüfuzuna xələl gətirəcək hər hansı bi hərəkətə
qarşı dözümlü olmadığını da anlayırdı. Yəqin ki, Noulz ata bu məşhur ailənin
üzvlərinin bu gün kilsəyə gələcəyini unutmuşdu. Əgər belədirsə, bu adamları
qovmaq içəri buraxmaqdan daha risklidir. Bir də axı, onlar dedilər ki, bir neçə
dəqiqəliyə içəri girəcəklər. Bunun nə ziyanı?
Nəhayət, xidmətçi oğlan bu üç nəfəri kilsəyə buraxan zaman and içə bilərdi ki,
bu dəqiqələrdə mister və missis Ren onun özündən daha çaşqın görünürdülər.
Oğlan qonaqlardan gözünü çəkməyərək öz işi ilə məşğul olmağa başladı.
Onlar kilsəyə girdilər və Lenqdon gülümsünərək Tibinqə sakitcə dedi:
- Ser Lyu, görürəm ki, siz əsil yalançıya çevrilmişsiniz.
Tibinq ona göz vurub dedi:
- Oksford teatr klubundan qalmadır. İndiyə qədər mənim Yuli Sezarımı
xatırlayırlar. Əminəm ki, üçüncü pərdənin birinci aktını mənim qədər dolğun heç
kim oynamayıb.


Lenqdon təəccübləndi:
- Mən elə bilirəm ki, Sezar bu səhnədə həlak olur.
Tibinq dedi:
- Əlbəttə! Toqam açılı vəziyyətdə yıxılıram və beləcə səhnədə düz yarım saat
qalmalıyam. Həm də tərpənmədən. Sizi əmin edirəm ki, heç kim bu rolu yaxşı
oynaya bilməz.
Təəssüf ki, mən bu tamaşaya baxmamışam, Lenqdon düşündü.
Onlar arkaya yaxınlaşdılar. Lenqdonun içərinin asketizmi təəccübləndirdi.
Mehrab adi xristian kilsələrində olduğu kimi uzunsov formada, mebel və digər
əşyalar çox sadə, bəzəksiz və dekorsuz idi.
Tibinq dedi:
- Tipik ingilis kilsəsidir. Anqlosakslar həmişə Allahla daha sadə və təvazökar
ünsiyyət yoluna üstünlük veriblər.
Sofi kilsənin dairəvi hissəsindəki geniş keçidi göstərdi.
- Bura lap qala kimidir, - o pıçıldadı.
Lenqdon onunla razılaşdı. Hətta burdan binanın divarları nəhəng və qalın
görünürdü.
- Tampliyerlər ordeninin cəngavərləri döyüşçü idilər, - Tibinq dedi. Onun
alüminium qoltuq ağaclarının taqqıltısı kilsənin daş qübbəsi altında əks-səda
verirdi. – Dini-hərbi təşkilat olub. Kilsələr onlar üçün eyni zamanda forpost və bank
rolunu oynayıb.
- Bank? – Sofi təəccübləndi.
- Əlbəttə ki! Müasir bank işinin konsepsiyasını məhz tampliyerlər
hazırlamışdılar. Avropada zəngin adamların qızılla səyahət etməsi təhlükəli idi və
tampliyerlər varlılara icazə verdilər ki, onlar öz qızıllarını yaxınlıqda yerləşən Templ
kilsələrində saxlasınlar. Onlar Avropanın istənilən yerində belə kilsələrdən öz
qızıllarını götürə bilərdilər. Sadəcə sənədləri düzgün tərtib etmək lazım idi. – O göz
vurdu. – Əlbəttə ki, bu xidmətdən kiçik miqdarda qızıl komission xərcləri kimi
tampliyerlərə də çatırdı. Bax, bankomata oxşayır, - deyə Tibinq balaca pəncərəsi
olan şüşə vitracı göstərdi. Pəncərədən zəif işıq şüaları çəhrayı rəngli atda oturmuş
ağ zirehli cəngavər fiqurunun üstünə düşürdü. – Alanii Marseldir, - Tibinq dedi. –
On üçüncü əsrin əvvəllərində Templin Ustadı olub. O və onun ardıcılları İngiltərə
parlamentində birinci baron kreslosunda oturmuşlar.
- Birinci baron? – Lenqdon təəccübləndi. Tibinq başını tərpətdi:
- Bəzi alimlərin fikrincə, o dövrlərdə Templ Ustadının nüfuz və hakimiyyəti
kralın özündən də çox olub.
Onlar dəyirmi zala girdilər. Tibinq xidmətçi oğlana tərəf baxdı. O, döşəməni
tozsoranla təmizləyirdi.
- Bilirsiniz, - Tibinq Sofiyə pıçıldadı, - şayiələr gəzir ki, Qraal nə vaxtsa bu
kilsədə saxlanılıb. Düzdür, uzun müddət yox, bir gecəliyə, tampliyerlər onu bir
yerdən başqa yerə aparan zaman. Burda dörd sandıqdan ibarət Sanqril sənədləri


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə